Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə60/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   56   57   58   59   60   61   62   63   ...   99

 
224 
Kişi yenidən qardaşına üçüncü dəfə bal verir və o, 
şəfa  tapır.  Bu  hekayət  bir  daha  Allahın  Rəsulunun 
(s.ə.v.)  “Qurani  Kərim”  –  də  buyurulanlara  tam  əmin-
liyinin  təsdiqini  göstərir.  Çünki  “Qurani  Kərim”  –  də 
balın  insanlar  üçün  şəfaverici  olması  buyurulmuşdur. 
Bir daha surənin həmin yerini təkrarən oxuyaq:  
(O  arıların)  qarınlarından  insanlar  üçün  Ģəfa 
olan  müxtəlif  rəngli  (ağ,  sarı  ,  qırmızı)  bal  çıxar. 
ġübhəsiz  ki,  bunda da  düĢünüb  dərk  edənlər üçün 
bir ibrət vardır!” 
Bal  tərkibcə  çox  zəngin  qida  olub  orqanizm  üçün 
faydalıdır.  Həzrət  Əli  (ə)  buyurmuşdur:  “Peyğəmbəri-
miz balı çox sevərdi.” Hədislərdə deyilir: “Şəfa üç şeyə 
münasibdir. Bunlardan birincisi bal şərbəti içməkdir.” 
Peyğəmbər (s.ə.v.) “Qurani Kərim” – in ayələrinə 
işarə  edərək  buyurub  ki,  hər  kəs  gündə  bir  dəfə  bal 
yesə, 77 xəstəlikdən asudə olar.  
Peyğəmbər  (s.ə.v.)  yenə  buyurub:  “Kim  öz 
hafizəsini qüvvətləndirmək istəyirsə, bal yesin.”  
“Nə  yaxşı  içməli  şeydir  bal!  Ürəyi  qoruyur  və 
sinədə olan soyuqluğu aparır.” 
“İki şəfa verən şeyi sizə tövsiyə edirəm: bal, bir də 
Qurani Kərim.” 
Bal  bütün  dərdlər  üçün  dərmandır.  Allah  Təala 
“Qurani  Kərim” – də buyurur:  “Onda  insanlar  üçün 
Ģəfa vardır.” 
Həzrəti  Əli  (ə)  buyurub:  “Üç  şey  var  ki,  hafizəni 
artırar  və  bəlğəmi  aparar:  onların  biri  Quran  oxumaq, 
biri bal, biri də süddür.”  
Həzrəti  Əli  (ə)  Cənablarından  rəvayət  olunur  ki, 
Rəsuli – Əkrəm (s.ə.s.) buyurdu: 
“Beş şey var ki, unutqanlığı aparar, hafizəni artırar 


 
225 
və  bəlğəmi  yox  edər.  Onlar  bu  şeylərdir;  1)  misvak 
etmək  (yəni  dişləri  təmizləmək);  2)  oruc  tutmaq;  3) 
Quran oxumaq; 4) bal yemək; 5) süd içmək. 
 
DiĢi bal arısı 
 
Hər bir arının çoxlu vəzifəsinin olduğu arı pətəklə-
rindəki  yeganə  istisna  erkək  arılarla  bağlıdır.  Erkək 
arılar  nə  pətəyin  müdafiəsinə  və  təmizliyinə,  nə  qida 
toplamağa,  nə  də  pətək  və  bal  hazırlamağa  kömək 
etmirlər.  Erkək  arıların  pətəkdə  yeganə  işi  şahzadə 
arını mayalandırmaqdan ibarətdir. 
Cinsiyyət üzvündən başqa heç nəyi olmayan erkək 
arılar  digər  arılardakı  xüsusiyyətlərin,  demək  olar  ki, 
heç  birinə  sahib  deyillər  və  elə  buna  görə  də  onların 
şahzadə arını mayalandırmaqdan savayı bir iş görməsi 
də praktiki olaraq mümkün deyil. 
Pətəyin  bütün  yükünü  öz  üzərinə  götürən  işçi 
arılar  şahzadə  arılar  kimi  dişi  olsalar  da,  onların 
yumurtalıqları inkişaf etməyib, yəni onlar qısır olurlar. 
Işçi  arıların  pətəyi  təmiz  saxlamaq,  arı  puplarına  və 
körpə  arılara  qulluq  etmək,  şahzadə  arını  və  erkək 
arıları  qidalandırmaq,  bal  hazırlamaq,  pətək  qurmaq, 
təmir  işlərini  yerinə  yetirmək,  pətəyin  havasını 
müntəzəm  şəkildə  dəyişmək,  pətəyin  təhlükəsizliyini 
təmin  etmək,  nektar,  çiçək  tozu,  su,  qətran  kimi 
maddələri  tədarük  etmək  və  onları  ehtiyata  (“anbara”) 
yığmaq kimi mühüm vəzifələri var. 
Ərəb dilində feilin iki növ işlədilməsi mövcuddur 
və  feillərin  bu  cür  istifadə  edilməsindən  icraçının 
erkək,  yoxsa  dişi  olması  məlum  olur.  Həmçinin 
yuxarıdakı  ayələrdə  arı  üçün  işlədilən  feillər  (altı 
cızılmış  kəlmələr)  feilin  dişi  üçün  olan  şəklində  qeyd 


 
226 
edilmişdir.  Beləliklə,  Quranda  bal  hazırlayan  arıların 
dişi olmasına işarə edilir. 
Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqi-
qətin bundan 1400 il əvvəl bilinməsi mümkün deyildi. 
Ancaq  Allah  diqqəti  bu  həqiqətə  çəkərək  Quranın  bir 
möcüzəsini də göstərmişdir. 
 
Baldakı Ģəfa 
 
Bal  yuxarıdakı  ayələrdə  vurğulandığı  kimi,  insan-
lar üçün şəfa olmaq xüsusiyyətinə malikdir. Elmdə bir 
addım öndə gedən ölkələr balın insan səhhəti baxımın-
dan əhəmiyyətini nəzərə alıblar və bu ölkələrdə arıçılıq 
və  arı  məhsulları  artıq  ayrıca  bir  tədqiqat  sahəsi  ol-
muşdur. Balda olan faydanın ümumi cəhətlərini nəzərə 
almaqla onu belə sıralamaq olar: 
Asanlıqla  həzm  edilir. Içindəki şəkərin bir başqa 
növ şəkərə (fruktozanın qlükozaya) çevriləbilmə xüsu-
siyyəti  sayəsində  bal  özündə  yüksək  miqdarda  turşu 
(asit)  ehtiva  etsə  də  o,  ən  həssas  mədə  tərəfindən  də 
asanlıqla  həzm  edilir.  Eyni  zamanda  bağırsaqların  və 
böyrəklərin daha yaxşı işləməsinə kömək edir. 
Sürətlə  qana  qarıĢır,  sürətli  enerji  mənbəyidir
Bal  ilıq  su  ilə  qarışdırılanda  7  dəqiqə  ərzində  qana 
qarışır.  Özündə  ehtiva  etdiyi  sərbəst  şəkərlərə  görə, 
beynin  asan  işləməsini  təmin  edir.  Bal  fruktoza  və 
qlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır. 
Aparılan  son  elmi-tədqiqat  işlərinin  nəticələrinə  görə, 
şəkərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifli-
yin,  yorğunluğun  aradan  qaldırılmasında  ən  təsirli 
üsuldur.  Bal  bu  baxımdan  adamı  gümrah  edir,  onun 
atletizmini və enerjisini artırır. 
Qan yaranmasına kömək edir. Bal qan hazırlan-


 
227 
ması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm 
bir  hissəsini  təmin  edir.  Bundan  başqa,  qanın  təmiz-
lənməsinə  də  yardım  edir.  Qan  dövranını  nizamlamaq 
və  asanlaşdırmaq  baxımından  da  təsiri  var.  Bal  damar 
sərtliyinə,  yəni damarların  kirəcləşərək öz elastikliyini 
itirməsinə qarşı mühüm bir qoruyucudur. 
Balın  antimikrob  təsir  xüsusiyyətləri  də  var. 
Onun  antimikrob  xüsusiyyəti  orqanizmdə  müəyyən 
bakteriyaların  və  kifin  böyüməsinə  mane  olur.  Balın 
bakteriyanın  sığınacaq  tapmasına  imkan  verməyən 
xüsusiyyəti  “inhibinə  təsir”  adlandırılır.  Balın  anti-
mikrob  olmasını  təmin  edən  çoxlu  səbəblər  var.  Bun-
lardan  mikroorqanizmlərin  böyüməsi  zəruri  olan  su 
miqdarını  nizamlayan  yüksək  şəkərə  malik  olması, 
yüksək  turşu  nisbəti  (aşağı  pH),  bakteriyaların  böyü-
məsi  üçün  əlverişli  şərait  yaradan  azotun  olmaması 
bakteriyaların inkişafına mane olur. Balda hidogen-pe-
roksidin olması və balın özündə ehtiva etdiyi antioksi-
dantlar da bakteriyaların çoxalmasına mane olur. 
Bal antioksidantdır. Sağlam həyat tərzi keçirmək 
və  sağlam  yaşamaq  istəyən  hər  bir  kəsin  antioksidant 
istehlak  etməsi  xüsusilə  vacibdir.  Antioksidantlar  hü-
ceyrələrdə maddələr mübadiləsində əmələ gələn zərərli 
ətraf məhsullarını təmizləyən qarışıqlardır. Bunlar qida 
pozulmalarına və xroniki xəstəliyə səbəb olan dağıdıcı 
kimyəvi  təsirləri  azalda  bilən  elementlərdir.  Mütəxəs-
sislər  antioksidant  baxımından  zəngin  olan  qidaların 
ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin qarşısını 
alacağına inanırlar. Balın tərkibində də güclü antioksi-
dantlar var: pinosembrin, pinobaksin, krisin və qaloqin. 
Bunlardan  pinosembrin  ancaq  balda  mövcud  olan 
antioksidantdır. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə