Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə63/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   59   60   61   62   63   64   65   66   ...   99

 
235 
yaxıb yemək məsləhətdir. 
Yarası olan xəstələr istisna olmaqla yaşlı adamların 
gündə 100-150 qramdan artıq bal yeməsi faydasızdır. 
Uşaqlar  üçün  norma  bir  qədər  az  olmalıdır.  Süd-
əmər uşağa çay qaşığının ½ hissəsi qədərdən başlayıb 
tədricən 1 çay qaşığına qədər balı ½ stəkan südə qarış-
dırıb  gündə  2-3  dəfə  vermək  yaxşıdır.  Mədəsi  pozul-
muş  uşağa  yaxşı  olar  ki,  balla  bir  az  şirinləşdirilmiş 
çay içirdilsin. 
Yaşlı adamların  yuxusuzluğu zamanı  yatmağa  ya-
rım  saat  qalmış  2-3  çay  qaşığı  balı  yarım  stəkan  isti 
suya qarışdırıb içməsi məsləhətdir. 
Südə,  qəhvəyə  və  sıyığa  bal  şəkər  kimi  hər  kəsin 
öz  zövqünə  uyğun  qarışdırılır.  Bir  cəhəti  də  nəzərə 
almaq  lazımdır  ki,  bal  adi  şəkərdən  onun  tərkibində 
olan  “canlı  təbiət”  maddələri  –  fermentlər,  vitaminlər 
və s. olması ilə fərqlənir. Hamıya məlumdur ki, yüksək 
temperaturda  bütün  canlılar  məhv  olur.  Buna  görə  də 
balı  qəhvəyə  və  südə,  sıyığa  bir  qədər  soyuduqdan 
sonra qatmaq lazımdır. 
Bəzi adamlar balı duru, şərbət halında yeməyi xoş-
layırlar.  Buna  görə  də əgər  bal xarlayıbsa  (bərkiyibsə) 
onu  qızdırmaqla  durultmaq  olar.  Ancaq  balı  açıq 
alovda  və  60
0
C-dən  yuxarı  qızdırmaq  yaramaz.  Çünki 
bu  zaman  balın  ətri  uçur,  şirniyyata  çevrilir  və 
müalicəvi əhəmiyyətini itirir. 
Sağlam  olmaq  istəyirsinizsə  bal  yeyin  və 
yuxarıdakı məsləhətləri nəzərə alın. 
Aşağıdakı  1  saylı  cədvəldə  100  q  balın  qidalılıq 
baxımdan əsas tərkib hissələri göstərilir. 


 
236 
Cədvəl 1. Balın orta hesabla tərkibi 
 
Qida maddələri 
(tərkib hissələri) 
100 q baldakı 
təxmini miqdarı 
Su 
17,1 q 
Cəmi karbohidratlar 
82,4 q 
O cümlədən: 
 
 Fruktoza 
38,5 q 
 Qlükoza 
31,0 q 
 Maltoza 
7,2 q 
 Saxaroza 
1,5 q 
Kalorinin cəmi 
304 kkal 
Protein  
0,7 mq 
Vitaminlər: 
 
 B
1
 (tiamin) 

0,01 mq 
 B
2
 (riboflavin) 

0,3 mq 
 Nikotin turşusu 

0,3 mq 
 Pantoten turşusu 
-0,25 mq 
 B
6
 (piridoksin) 

0,02 mq 
 B
9
 (Foll turşusu) 

0,01 mq 
 C (askorbin turşusu) 

0,5 mq 
Minerallar: 
 
Natrium  
2,85 mq 
Kalsium  
4,8 mq 
Dəmir  
0,25 mq 
Sink  
0,15 mq 
Kalium  
50,0 mq 
Fosfor  
5,0 mq 
Maqnezium  
2,0 mq 
Selen  
0,01 mq 
Mis  
0,05 mq 
Xrom  
0,02 mq 
Manqan  
0,15 mq 
Mineral tozu (kül) 
0,2 q 
 


 
237 
Bal haqqında hədislər 
 
Peyğəmbər (s.ə.v.): 
1.
 
Bal dərmandır. 
2.
 
Iki şəfadan – bal və Qurandan istifadə edin. 
3.
 
Təzə  doğan  qadınlar  üçün  təzə  xurma,  xəstə 
üçün isə bal kimi dərman yoxdur. 
4.
 
Allah-Təala 
bərəkəti 
balda 
verib. 
Onda 
xəstəliklərin  şəfası  var  və  yetmiş  peyğəmbər  onun 
faydasının davamiyyətli olmasını Allahdan istəyib. 
5.
 
Bal şərbətindən üstün olan bir dərman yoxdur. 
6.
 
Bal  nə  yaxşı  içəcəkdir:  ürəyi  qoruyur,  sinənin 
soyuqluğunu aradan qaldırır. 
7.
 
Bal şəfadır. O, yeli və qızdırmanı qovur. 
8.
 
Əgər  bir  şeydə  şəfa  varsa,  o,  ya  qan  alanın 
ülgücündə, ya da bal yeməkdədir. 
9.
 
Ərəb,  qan  alanın  qan  almasından  və  ya  bal 
yeməkdən yaxşı bir şeylə müalicə olunmayıb. 
10.
 
Əgər sizin dərmanlarınızda xeyir varsa, bu ya 
bal  yeməkdə,  ya  qan  alma  alətində,  və  ya  da  odla 
dağlamaqdadır, amma mən dağlamağı sevmirəm. 
11.
 
Şəfa üç şeydədir: bal  yeməkdə, qan almaqda 
və  odla  dağlamaqda.  Amma  mən  ümmətimə  özlərini 
dağlamağı qadağan edirəm. 
Imam Əli (ə): 
1.
 
Xəstə  bal  qədər  yaxşı  olan  başqa  bir  şeylə 
müalicə olunmayıb. 
2.
 
Bal  bütün  xəstəliklərin  dərmanıdır,  özündə  isə 
heç bir dərd yoxdur. O, bəlğəmi azaldır, qəlbi açır. 
3.
 
Bir  qaşıq  bal  bütün  xəstəliklərin  dərmanıdır. 
Allah-Təala  buyurur:  “...Onların  (arıların),  qarınla-
rından  insanlar  üçün  Ģəfa  olan  müxtəlif  rəngli  bal 


 
238 
çıxar...”.(ən-Nəhl,  16/69)  Bal  yemək,  Quran  oxumaq 
və buxur çeynəmək bəlğəmi kəsir. 
4.
 
Balda şəfa var. 
Imam Kazim (ə): 
1.
 
Hər  kəsin  bel  suyu  (sperması)  dəyişikliyə 
məruz qalarsa, ona sağılmış südlə bal faydalıdır. 
2.
 
Balı şanısından ayırsan da, o bütün xəstəliklərin 
dərmanıdır. 
“Kafi”  -  Həmzə  İbn  Təyyar  Imam  Kazimdən  (ə): 
Insanlar  qan  almaq  və  bir  müzə  bal  yeməkdən  daha 
faydalı olan bir metodla müalicə olunmayıblar. 
Mən  soruşdum:  -  Sənə  fəda  olum,  müzə  bal  nə 
olan şeydir? 
Dedi: - Bir qaşıq bal. 
“Imam  Rzanın  (ə)  fiqhi”:  Imam  Kazim  (ə) 
buyurdu: “Balda bütün xəstəliklərin şəfası var. Hər kəs 
acqarına bir qaşıq bal yeyərsə, bəlğəmi kəsilər, sarılığı 
yatar,  zərdabın  qarşısı  alınar,  zehni  saflaşar.  Buxurla 
yeyildikdə hafizəsi yaxşılaşdırar”. 
Imam  Rza  (ə):  Hər  kəs  bütün  qışı  zökəmə 
tutulmaq istəmirsə, hər gün üç loxma bal şanısı yesin. 
Imam Hadi (ə): 
1.
 
Günaşırı  baş  verən  qızdırma  haqqında  soruşul-
duqda: Bal və qara çörəkotu qatışdırılıb yeyilsə, qızdır-
ma aradan qalxar. Onların hər ikisi mübarək qidalardır. 
Allah-Təala  bal  haqqında  belə  buyurur:  “Onların 
(arıların),  qarınlarından  insanlar  üçün  Ģəfa  olan 
müxtəlif rəngdə bal çıxır”. (ən-Nəhl, 16/69). 
2.
 
Iki  gündən-bir  qızdırması  qalxan  şəxs  üçün  ən 
faydalı  dərman  həmin  gün  baldan  hazırlanmış  və 
zəfəranı  çox  vurulmuş  şərbət  içməkdir  və  həmin  gün 
başqa heç nə yeməməkdir. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə