Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə62/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   58   59   60   61   62   63   64   65   ...   99

 
231 
  - преслянмиш бал (прессованный); 
  - юзбашына сцзцлмцш бал (самотечный); 
  - яридилмиш бал (топленый); 
  - парча балы (кусковой). 
Belə  qruplaşdırma  bal  toplandıqdan  sonra  onun 
müxtəlif üsullarla emal edilməsindən asılıdır. 
Bal  tərkibcə  yüksək  qidalılığa  malik  olan  məh-
suldur.  Balın  kimyəvi  tərkibi  çiçək  nektarından  əmələ 
gəlir.  Yığılma  mənbəyindən,  emalından  asılı  olaraq 
kimyəvi  tərkibi  də  dəyişir.  Balın  tərkibində  əsasən 
şəkər,  dekstrin,  azotlu  maddələr,  turşular,  minerallı 
maddələr,  fermentlər,  vitaminlər,  rəngləyici  və  ətirli 
maddələr vardır. Bunlardan əlavə balın tərkibində onun 
müalicəvi  və  antibakterioloji  xassələrini  əmələ  gətirən 
müxtəlif bioloji fəal maddələr də vardır. 
Yetişmiş  balın  rütubəti  22%-dən  yuxarı  olmama-
lıdır.  Əgər  rütubət  çox  olarsa,  balın  davamlılığı  aşağı 
düşür. Quru maddələrin miqdarı 80-82%-ə çata bilir. 
Balın  tərkibində  0,14%,  şirə  balında  isə  1,6%-ə 
qədər minerallı maddələr vardır. Bunlardan K, Na, Ca, 
Mg,  Fe,  P,  S,  Cl,  J  və  s.  göstərmək  olar.  Balın 
tərkibində  həmçinin  mikroelementlər  də  vardır. 
Bunlardan Cu, Ni, Cr,  Bi, Be, V, Ag, Co, Au, Sn, Al, 
Pb və s. göstərmək olar. 
Balın  tərkibində  quru  maddəyə  görə  orta  hesabla 
75%  monoşəkərlər  –  qlükoza  və  fruktoza  vardır. 
Bunlardan  başqa  balda  saxaroza,  maltoza,  melisitoza, 
kamed və dekstrinlər vardır. Bal nümunələrinin tədqiqi 
göstərmişdir  ki,  bütün  bal  nümunələrində  qlükozanın 
miqdarı  fruktozadan  azdır.  Ona  görə  də  fruktozanın 
qlükozaya  nisbəti  (F:Q)  balın  kristallaşmasında 
mühüm  rol  oynayır.  Bu  nisbət  nə  qədər  çox  olarsa, 


 
232 
balın  kristallaşması  ehtimalı  bir  o  qədər  azdır.  Balın 
alınma  mənbələrindən  asılı  olaraq  bu  nisbət  1,07-dən 
(cökə balı), 1,44-ə (qarabaşaq balı) qədərdir. 
Balın tərkibində zülali və zülalsız azotlu maddələr 
vardır.  Onlar  bala  nektarla  birlikdə  və  arıların 
orqanizmindən düşür. Zülali maddələrin miqdarı çiçək 
balında  0,29-0,04;  şirə  balında  isə  0,17-0,08%-dir. 
Zülali maddələrlə qarabaşaq (0,3%-ə qədər) və süpürgə 
kolu balı (1,86%) daha zəngindir. 
Zülalların  əsas  kütləsini  balın  fermentləri  təşkil 
edir. 
Fermentlərdən  balda  ən  çox  invertaza,  diastaza, 
katalaza,  lipaza  rast  gəlir.  Bunlardan  başqa  amilaza, 
oksidaza,  peroksidaza  və  proteoletik  fermentlərə  də 
rast  gəlir.  Qızdırıldıqda  balın  fermentativ  aktivliyi 
azalır.  Ona  görə  də  balın  keyfiyyəti  yoxlandıqda 
diastaza  rəqəmi  (diastazanın  fəallığı)  təyin  olunur. 
Diastaza çox da qiymətli ferment deyildir, çünki insan 
orqanizmində  onun  miqdarı  lazımi  qədərdir.  Buna 
baxmayaraq  diastaza  rəqəmi hətta  eksporta  göndərilən 
bal üçün də keyfiyyət göstəricisi kimi təyin olunur. 
Vitaminlərdən  balın  tərkibində  B
1
,  B
2
,  B
6
 
(pridoksin), pantoten turşusu, PP (nikotin turşusu) və C 
vitamini (askorbin turşusu) vardır. 100 qram balda 2,1-
9,1 mkq B
1
, 35-145 mkq B
2
, 227-400 mkq B
6
, 47-192 
mkq  B
3
  (pantoten turşusu), 0,04-0,94  mq  PP, 0,52-6,5 
mq  C  vitamini  vardır.  Balın  tərkibində  vitaminlər 
kifayət qədər yaxşı saxlanılır. 
Balın  tərkibində  ətirli  maddələr  vardır  ki,  bunlar 
əsasən güllərin nektarından keçir. Balın tərkibində qaz-
maye xromatoqrafiyasının köməyi ilə 50-dən çox ətirli 
maddələr  aşkara  çıxarılmışdır.  Onların  içərisində  sadə 


 
233 
alfatik  spirtlər,  o  cümlədən  propanal,  3-metil-butanol, 
2-metil-butanol  və  başqaları  vardır.  Balın  tərkibində 
həmçinin  metilasetat,  metilbutirat, 

-diketon,  formal-
dehid, asetaldehid, izoyağ aldehidi, diasetil vardır. 
Bal  yüksək  qidalı  məhsuldur.  100  qram  bal  315-
335 kkal (və ya 1321-1381 kCoul) enerji verir. 
Arı balı xalq təbabətinin mühüm müalicə vasitələ-
rindən biri olmuşdur. Bal bir çox xəstəliklərin müalicə 
vasitəsi  kimi  hələ  çoxdan  tətbiq  edilirdi.  Bal  xalq 
tərəfindən  isitmə,  mədə  və  bağırsaq  yolunun,  tənəffüs 
orqanlarının,  ürək-qan-damar  sisteminin,  sinir  sistemi-
nin  və  dəri  xəstəliklərinin  müalicəsində  bu  gün  də 
tətbiq  olunmaqdadır.  Hal-hazırda  balı  mədə-bağırsaq 
xəstəliklərində,  ürək  xəstəliklərində,  sinir  sisteminin 
müalicəsində,  ağciyər  xəstəliklərində,  yaraların  müali-
cə edilməsində, dəri və  göz xəstəliklərində,  yuxarı nə-
fəs yollarının iltihabında, qaraciyər və böyrək xəstəlik-
lərində tətbiq edirlər. Balın tərkibində orqanizmdə asan 
mənimsənilən  qlükoza  olduğu  üçün  ürək-damar 
sisteminin yaxşı işləməsinə kömək edir. 
Balın  digər  şəkərlərlə  müqayisədə  üstünlükləri 
aşağıdakılardır.  
1.
 
Bal həzm sisteminin selikli qişasını qıcıqlandır-
mır; 
2.
 
Insan orqanizmində asan və tez mənimsənilir; 
3.
 
Insanın  sərf  etdiyi  enerjini  tez  bir  zamanda 
bərpa edir; 
4.
 
Idmançılara  və  fiziki  əməklə  məşğul  olanlara 
sərf  etdikləri enerjini və gücü tez bərpa etməyə imkan 
verir; 
5.
 
Digər  şəkərlərə  nisbətən  böyrəklərdən  yaxşı 
süzülür; 


 
234 
6.
 
Mədə-bağırsaq 
sisteminə 
təbii 
və 
zəif 
yumşaldıcı təsir göstərir; 
7.
 
Insan orqanizminə sakitləşdirici təsir göstərir; 
8.
 
Hər insan üçün lazımlı və çox da baha olmayan 
məhsuldur. 
 Təbii  balın  insan  orqanizmi  üçün  müalicəvi  və 
profilaktiki  əhəmiyyəti  böyükdür.  Süni  baldan  isə 
əsasən qənnadı məmulatı istehsalında istifadə olunur. 
Təbii  baldan  səmərəli  istifadə  olunması  insan  or-
qanizmi üçün fizioloji cəhətdən əhəmiyyətlidir. Baldan 
qida  maddəsi  kimi  istifadə  etmək  üçün  vahid  resept 
təyin etmək çətindir. Lakin bir şeyi unutmaq olmaz ki, 
balı natural halda ona heç bir şey qarışdırmadan yemək 
yaramaz.  Çünki  bu  zaman  o  tezliklə  həzm  sisteminə 
daxil olur və orqanizm onu tam mənimsəyə bilmir. 
Balın orqanizmdə yaxşı mənimsənilməsi üçün onu 
çörəklə, sıyıqla, su ilə, südlə, qaymaqla, yağla və s. ilə 
yemək  lazımdır.  Burada  mədə  yarası  olan  xəstələr 
müstəsna  edilirlər.  Çünki  onların  çox  miqdar  (səhər 
200 qr, günorta və axşam isə hər dəfədə 150 qr) təmiz 
halda  (duruldulmadan)  bal  yeməsi  məsləhət  görülür. 
Belə  müalicənin  məqsədi  balın  təkcə  orqanizm 
tərəfindən  tam  mənimsənilməsi  deyil,  habelə  onun 
mədə-bağırsaq  traktına  yaxılıb  mədə  və  onikibarmaq 
bağırsağı mexaniki və kimyəvi təsirlərdən qorumaqdır. 
Başqa  xəstəliklərdə  (orqanizmin  zəif  düşməsi, 
ürək  xəstəlikləri)  balı  çörəklə,  sıyıqla,  yaxud  spirtsiz 
içki ilə yemək lazımdır. 
Sarılıq  zamanı  ballı  çay,  su  və  südlə  qəbul  etmək 
çox faydalıdır. Bu zaman o qaraciyərin “yuyulmasına” 
və  ödün  ayrılmasına  yaxşı  təsir  göstərir.  Sağlam 
adamlara  yaxmac:  çörək,  kərə  yağı  və  üstündən  bal 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə