Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə70/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   66   67   68   69   70   71   72   73   ...   99

 
263 
Amma  başqalarına  qadağan  etməzdi.  Yemək  yediyi 
qabı barmaqları ilə təmizləyər və buyurardı: - “Xörəyin 
qabdakı qalıqlarının bərəkəti daha çoxdur”. Yeməkdən 
sonra  xörəkli  olan  üç  barmağını  bir-bir  ağzında  pak 
edər, sonra isə əllərini su ilə yuyardı. 
Allahın  Rəsulu  (s.ə.v.)  su  içərkən  belə  buyurardı: 
“Şükr  olsun  Allaha  ki,  insanların  günahlarının  çoxlu-
ğuna görə suyu acı və şor etmədi, əksinə öz neməti ilə 
suyu şirin və dadlı etdi”. 
Bir  gün  Peyğəmbər  (s.ə.v.)  bir  evin  kənarından 
keçirdi.  Bir  qadının  öz  kənizini  söydüyünü  eşitdi. 
Qadına dedi: - Get yemək ye. Qadın dedi: - Ey Allahın 
peyğəmbəri,  mən  oruc  tutmuşam.  Peyğəmbər  (s.ə.v.) 
buyurdu: - Sən necə orucsan ki, öz kənizini söyürsən? 
(Fürui-kafi). 
 
QƏSAVƏT VƏ DAġÜRƏKLILIK 
 
1. Gözün quru qalması (yəni ağlamalı şey söyləni-
lərkən  ağlamamaq),  daşürəklilik,  dünya  həyatına  çox 
həris  olmaq  və  ardıcıl  günah  etmək  bədbəxtliyin 
əlamətlərindəndir (Qəlbs-səlim). 
2.  Allahdan  ən  uzaq  olan  şəxs  daşürəkli  olandır 
(Müstədrək). 
3. Allah-Təalanın yer üzündə qabı vardır və Allah 
çox istəyir ki, bu qab saf və təmiz qalsın. Bu qab insan 
ürəyidir (Qəlbs-səlim). 
 
XILAL 
 
Yeməkdən sonra dişləri qurdalayıb, onların arasını 
təmizləmək,  müstəhəb  əməllərin  biridir.  Ona  xilal  de-
yirlər. Bizim zamanımızda fırça ilə əmələ gətirdiyimiz 
bu  işi  qədim  zamanlarda  çöp  ilə  və  misvak  ağacından 


 
264 
kəsilmiş  nazik  çubuğun  lifli  ucu  ilə  edirdilər.  Rəsuli-
Əkrəm  (s.ə.v.)  xilal  etməyə  çox  təkid  qılardı,  özü  də 
xilal  və  misvak  edərdi.  Buyurardı  ki,  ağızın  təmizliyi 
üçün  bu  iş  çox  lazımdır.  Hətta  xəbərlərdə  deyilir  ki, 
qonağın həqqidir ki, təamdan sonra ona xilal üçün çöp 
də verilsin. 
Imam  Cəfər  Sadiq  (ə)  buyurub  ki,  dişlərin 
arasından  dil  ilə  çıxarlmış  təam  qırıntılarını  udun, 
amma  xilal  etməklə  çıxan  şeyləri  atın.  Diqqət  edilsə, 
məlum  olar  ki,  bu  da  səhhətin  qorunması  üçün  bir 
tədbirdir.  Axı  xilal  üçün  işlənən  çöp  özü  ilə  ağıza  və 
mədəyə xəstəlik sala bilər. 
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, xilal ilə ağzınız 
üçün  nəfəqə  (zəkat)  verin.  Çünki  ağız  insanın 
əməllərini  yazan katib  mələklərin məskənidir.  Onların 
mürəkkəbi  ağızın  suyu,  qələmi  insanın  dilidir.  Ağızda 
qalan  təam  qırıntılarından  o  mələklər  çox  əziyyət 
çəkirlər. 
Imam  Rza  (ə)  buyurub  ki,  nar  ağacı  və  reyhan 
çöplərilə  xilal  etməyin  ki,  onlar  cüzam  damarını 
hərəkətə gətirirlər. 
Həzrəti  Əli  (ə)  buyurub  ki,  xilal  edəndən  sonra 
ağzınızı üç dəfə yaxalamamış su içməyin. 
Rəsuli-Əkrəm  (s.ə.v.) buyurub  ki,  xurma  ağacının 
yarpağı, qarğu və ya qamış ilə xilal etməyin ki, dişlərin 
əti zədələnə bilər. 
Bütün  bunlar  insanların  səhhəti  üçün  olan  tədbir 
və  sərəncamlardır  ki,  onlara  riayət  olunarsa,  insan  bir 
çox bədbəxtliklərdən xilas ola bilər. 
 
 
 


 
265 
O RUC   H AQ Q I N D A 
 
Ramazanın mənası 
 
Lüğət  alimləri  ramazan  kəlməsi  barədə  iki  məna 
qeyd etmişlər: 
1.  Ramazan  yay  fəslinin  sonunda,  payız  fəslinin 
əvvəllərində  yağaraq,  yer  üzünün  tozunu  təmizləyən 
yağış  mənasını  ifadə  edən  “ramza”  sözündən  götürül-
müşdür.  Yəni,  payızın əvvəlində  yağan  yağış  yer  üzü-
nün tozunu təmizlədiyi  kimi, Ramazan ayında da mö-
minlərin günahları oruc tutmaqla yuyularaq təmizlənər. 
2.  Başqa  bir  açıqlamaya  görə,  Ramazan  günəşin 
hərarətindən  yandırıcı  həddə  qızan  daş  mənasını  ifadə 
edən  “ramat”  sözündən  götürülmüşdür.  Yəni,  insan 
qızmar  daşlar  üzərində  rahatlıqla  yol  gedə  bilməyib, 
ayaqlarını  yandırdığı  kimi,  Ramazan  ayının  aclıq  və 
susuzluğuna  tab  gətirməklə  sanki  Allah-Təala  onun 
günahlarını  yandırıb  məhv  etmiş  olur.  Malik  ibn 
Ənəsin  Peyğəmbərdən  (s.ə.v.)  nəql  etdiyi  hədisdə 
deyilir:  “Bu  aya  günahlar  yandığı  (bağışlandığı)  üçün 
Ramazan adı verilmişdir”.  
Saf  niyyətlə  oruc  tutan  əməli  saleh  möminlər 
Ramazan  qurtardıqdan  sonra  təzə  doğulan  uşaqlara 
bənzərlər.  
Ramazan  qılıncın  ülgücünü  və  yaxud  ucundakı 
dəmiri iki daşın arasına qoyub döymək mənasını ifadə 
edən  “rəmd”  kəlməsindən  götürülmüşdür.  Ramazan 
ayına  belə  bir  ad  ərəblər  silahlarını  bu  ayda  hazırlıqlı 
vəziyyətə gətirdikləri üçün verilmişdir.  
Nəql olunan hədislərin birində Ramazanın Allahın 
adlarından biri olduğu göstərilir.  


 
266 
Allahın mömin bəndələri ilə fəxr etdiyi ay 
 
Xeyir-bərəkəti  olan  Ramazan  ayı  günahların 
bağışlandığı,  insanların  Allahın  rəhmət  və  mərhəmə-
tinə  qovuşduğu  aydır.  Bu  ayda  günahlar  bağışlanar, 
dualar  qəbul  olunar,  möminlərin  xeyirxah  işlərinə 
verilən  savablar  qat-qat  artırılar.  Peyğəmbər  (s.ə.v.) 
Ramazan ayının əhəmiyyəti barədə buyurur:  
“Sizlərə bərəkət ayı Ramazan gəldi. Bu ayda Allah 
sizi  öz  rəhməti  ilə  əhatə  edər.  Günahlarınızı  bağışlar, 
dualarınızı  qəbul  edər.  Allah  bu  ayda  xeyirxah  işlər 
görmənizə  baxar  və  sizinlə  fəxr  edər.  Allaha  xeyirli 
işlər  təqdim  edin,  bu  ayda  ən  günahkar  bəndə  Allahın 
rəhmətindən məhrum olan kimsələrdir”. 
Bu  ayda  cənnətin  qapıları  açılar,  şeytanlar  zəncir-
lənərlər.  Oruc  tutan  şəxs  yemək-içməkdən  imtina  et-
məklə yanaşı, gözünü, qulağını, dilini, əlini və ayaqla-
rını  da  haram  işlərdən  qorumalıdır.  Ramazan  ayı  gi-
rincə Allahın Rəsulu (s.ə.v.) Həzrət Cəbrayılla görüşər 
və ona Quran oxuyardı. 
Peyğəmbərdən  (s.ə.v.)  buyurulur:  “Ramazan 
ayında  ümmətimə  məndən  əvvəlki  peyğəmbərlərə 
verilməyən beş şey verilmişdir”. 
1.  Ramazan  ayının  ilk  gecəsi  olunca  Allah-Təala 
ümmətinə (rəhmət baxışı ilə) baxar. Allah kimə rəhmət 
baxışı ilə baxarsa, ona heç vaxt əzab verməz.  
2.  Axşamlar  iftar  açdıqları  zaman  ağızlarının  iyi 
Allah dərgahında müşkdən daha gözəl iy saçar. 
3.  Mələklər  hər  gecə-gündüz  oruc  tutanların 
Allahdan bağışlanmalarını istərlər. 
4.  Allah-Təala  Cənnətinə  əmr  edər:  “Bəndələrim 
üçün hazırlanıb bəzən, onların dünya məşəqqətlərindən 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə