Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə72/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   68   69   70   71   72   73   74   75   ...   99

 
271 
ayrılaraq  bir  guşəyə  çəkilərək  kiminləsə  nə  danışmış, 
nə  də  üzlərini  görmüşlər.  Dini  mənbələrə  nəzər 
saldıqda da belə məlum olur ki, hələ “Qurani-Kərim”-
dan  çox-çox  əvvəl  nazil  olan  səmavi  kitablarda,  yəni 
Tövrat  və  Incildə  yəhudi  və  nəsranilərin  də  oruc 
tutduqları  məlum  olur.  Məsələn,  Tövratda  deyilir: 
Musa  (ə)  deyir:  “Ey  qövmüm,  sizlərə  göndərilən 
lövhələri  qəbul  etmək  üçün  dağa  gəldiyim  zaman qırx 
gecə-gündüz  orada  qalıb  bir  şey  yeyib-içmədən  oruc 
tutdum”. 
Dini  mənbələrdən  belə  məlum  olur  ki,  yəhudi 
milləti  günahlarının  bağışlanması  üçün  tövbə  etmədən 
oruc  tutardılar.  Yəhudilər  ildə  bir  gün  günahlarının 
bağışlanması üçün müəyyən olunmuş gündə oruc tutar, 
ilin  digər  günlərində  isə  müvəqqəti,  yəni  vaxtı 
müəyyən  olunmayan  oruc  tutardılar.  Bu  oruclarla 
yanaşı,  onlar  Yerusəlimin  dağıldığı  günün  xatirəsini 
yad etmək məqsədilə ayrıca oruc tutardılar. Incildən də 
Həzrət  Isanın  (ə)  qırx  gün  oruc  tutduğu  məlum  olur. 
Orada  deyilir:  “O  zaman  Isa  Məsih  (ə)  ruhən 
gücləndikdən  sonra  Iblis  onu  sınağa  çəksin  deyə, 
səhraya  aparıldı.  Qırx  gecə-gündüz  oruc  tutdu  və 
bundan sonra özündə aclıq hiss etdi”. Lukanın Incilin-
dən belə məlum olur ki, Isa Peyğəmbərin(ə) həvariləri 
də (ona iman gətirən şəxslər, tələbələri) oruc tutmuşlar. 
Orucun  keçmiş  ümmətlərdə  də  vacib  olduğu  Quran 
ayələrindən məlum olur. 
“Ey  iman  gətirənlər!  Oruc  tutmaq  sizdən 
əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib 
edildi  ki,  (bunun  vasitəsilə)  siz  pis  əməllərdən 
çəkinəsiniz!” (əl-Bəqərə, 2/183). 
Ayədən  açıq-aşkar  belə  məlum  olur  ki,  oruc 


 
272 
Islamdan əvvəlki ümmətlərə də vacib edilmişdir. 
Yəqubi  özünün  tarix  kitabında  yazır:  “Qiblənin 
Beytül-Müqəddəsdən Kəbəyə tərəf dəyişilməsindən on 
üç gün sonra Ramazan ayının oruc hökmü nazil oldu”. 
“Insanlara  doğru  yolu  göstərən,  bu  yolu  açıq 
dəlilləri  ilə  aydınlaĢdıran  və  (haqqı batildən) ayıran 
(Quran)  Ramazan  ayında  nazil  edilmiĢdir.  Aya 
(Ramazan  ayına)  yetiĢən  Ģəxslər  (bu  ayı)  oruc 
tutmalıdırlar;  xəstə  və  ya  səfərdə  olanlar  isə 
tutmadıqları  günlərin  sayı  qədər  baĢqa  günlərdə 
tutsunlar.  Allah  sizin  üçün  ağırlıq  deyil,  yüngüllük 
istər 
ki, 
fövtə 
gedən 
günlərin 
orucunu 
tamamlayasınız  və  sizi  düz  yola  yönəltməsinə  görə 
ona  (“Allahu  əkbər”  deməklə)  təzim  və  Ģükr 
edəsiniz”. (əl-Bəqərə, 2/185). 
 Məclisi  bu  barədə  yazır:  “Hicrətin  ikinci  ilində 
Şaban ayının 15-də qiblənin dəyişilmə hökmü verildi. 
Şaban  ayının  iyirmi  səkkizində  isə  Ramazan  ayının 
orucluq  hökmü  verildi”.  Koleyni  Imam  Baqirdən  (ə) 
nəql  etdiyi  rəvayətdə  deyir:  “Şaban  ayının  axırına  üç 
gün  qalmış  Peyğəmbər  (s.ə.v.)  camaatı  bir  yerə 
toplayaraq onlara qarşıdan gələn Ramazan ayının vacib 
orucunu elan etdi”. 
 
Ramazan ayında baĢ verən mühüm hadisələr 
 
1.
 
Hicridən  üç  il  əvvəl  Peyğəmbərin  (s.ə.v.) 
sevimli  zövcəsi  Həzrət  Xədicə  Ramazan  ayında  65 
yaşında  vəfat  edir.  Bu  hadisədən  üç  gün  sonra  Imam 
Əlinin  (ə)  atası  Əbu  Talib  86  yaşında  (başqa  bir 
rəvayətdə 90 yaşında) vəfat edir. 
2.
 
Hicrətin  ikinci  ilində  Peyğəmbər  (s.ə.v.) 
Məkkədən  Mədinəyə  hicrət  etdikdən  18  ay  sonra 


 
273 
Ramazan  ayının  on  yeddisində  cümə  günü  cihad 
hökmü  verildi  və  müsəlmanlarla  Məkkə  müşrikləri 
arasında ilk müharibə baş verdi.  
3.
 
Hicrətin  8-ci  ilində  Ramazan  ayının  ikinci 
gecəsi  (başqa  bir  rəvayətə  görə  onuncu  gecəsi)  Pey-
ğəmbər (s.ə.v.) Məkkəni fəth etmək, yəni müşriklərdən 
azad etmək məqsədilə Mədinədən xaric olur. Bu hadisə 
baş verdiyi zaman orucluq hökmü verildiyi üçün Islam 
qoşunu  oruc  idi.  Lakin  Peyğəmbər  (s.ə.v.)  onlara  iftar 
etmələri, yəni oruclarını sındırmalarını əmr edir. 
4.
 
Imam  Həsənin  (ə)  mövludu.  Hicrətin  3-cü  ili 
Ramazan  ayının  15-də  Imam  Əlinin  (ə)  böyük  oğlu 
Imam Həsən (ə) dünyaya gəlir. 
5.
 
Möminlərin  əmiri  Imam  Əlinin  (ə)  şəhadəti. 
Islam  tarixində  Ramazan  ayında  baş  verən  mühüm 
tarixi  hadisələrdən  biri  də  hicrətin  40-cı  ilində 
Ramazan  ayının  19-u  günü  Imam  Əlinin  (ə)  Kufə 
məscidində  Əbdül-Rəhman  ibn  Mülsəm  tərəfindən 
zərbələnməsi (yaralanması) olur.  Imam Əli (ə) iki gün 
sonra, yəni Ramazan ayının 21-i şəhadətə qovuşur.  
 
Oruc tutmağın vacibliyi 
 
Öz bəndələrinə son dərəcə mərhəmətli olan Allah 
onları ilin ən isti günlərində ziyafətə dəvət edir, onlara 
aclıq  və  susuzluqla  qonaqlıq  verir.  Qonaqlığa  dəvət 
olunanların özləri ilə Allaha gətirdikləri sovqat səbir və 
imanlarıdır.  Orucluğa  hamı  dəvət  olunsa  da,  dəvəti 
qonaqlığa  layiq  olanlar  qəbul  edir.  Allah  öz  sevimli 
bəndələrinə “Ey  iman  gətirənlər!” xitabı ilə müraciət 
edir.  Sanki  onların  könlünü  alır  və  orucluğun  çətin 
anlarını  unutdurur.  Onlar  qorxuya  düşməsinlər  deyə, 
orucun  onlardan  əvvəlki  ümmətlərinə  vacib  olduqla-


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə