Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə73/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   69   70   71   72   73   74   75   76   ...   99

 
274 
rına  toxunur.  Bu  barədə  “Qurani  Kərim”-in  əl-Bəqərə 
surəsinin  183,  184  və  185-ci  ayələrini  oxumaq 
lazımdır. 
“Ey  iman  gətirənlər!  Oruc  tutmaq  sizdən 
əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib 
edildi  ki,  (bunun  vasitəsilə)  siz  pis  əməllərdən 
çəkinəsiniz!”. (əl-Bəqərə, 2/183). 
(Oruc  tutmaq)  sayı  müəyyən  olunan  (bir  ay) 
günlərdir.  (Bu  günlərdə)  sizdən  xəstə  və  ya  səfərdə 
olanlar tutmadığı günlər qədər baĢqa günlərdə oruc 
tutmalıdırlar.  Oruc  tutmağa  taqəti  olmayanlar  isə 
(hər  günün  əvəzində)  bir  yoxsulu  doyuracaq  qədər 
fidyə  verməlidirlər.  Hər  kəs  könüllü  xeyir  iĢ 
görərsə,  (həm  oruc  tutub,  həm  də  fidyə  verərsə),  bu 
onun  üçün  daha  yaxĢı  olar.  Bilsəniz  oruc  tutmaq 
sizin üçün nə qədər xeyirlidir!”. (əl-Bəqərə, 2/184). 
“Insanlara  doğru  yolu  göstərən,  bu  yolu  açıq 
dəlilləri  ilə  aydınlaĢdıran  və  (haqqı batildən) ayıran 
(Quran) Ramazan ayında nazil edilmiĢdir. Aya (Ra-
mazan  ayına)  yetiĢən  Ģəxslər  (bu  ayı)  oruc  tutma-
lıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadıqları 
günlərin sayı qədər baĢqa günlərdə tutsunlar. Allah 
sizin  üçün  ağırlıq  deyil,  yüngüllük  istər  ki,  fövtə 
gedən günlərin orucunu tamamlayasınız və sizi düz 
yola  yönəltməsinə  görə  ona  (“Allahu  əkbər” 
deməklə) təzim və Ģükr edəsiniz”. (əl-Bəqərə, 2/185). 
Oruc tutmaq niyyəti ilə dan yerinin ağarmasından 
günəş  batıncaya  qədər  bir  şey  yeyib-içmək,  dadına 
baxmaq  kimi  şeylərdən  özünü  məhrum  etmək  surətilə 
bədənlə edilən bir ibadətdir.  
Yetkinlik  yaşına  gələn,  ağıllı  hər  bir  müsəlmanın 
Ramazan ayında bir ay oruc tutması fərzdir.  


 
275 
Oruc dəlilərə, uşaqlara fərz deyildir. 
Qadınların  aybaşı  və  zahılıq  vaxtlarında  oruc 
tutmaları  haramdır.  Xəstələrin,  yolçuların  (səfərdə 
olanların),  əmzikli  qadınların  Ramazanda  oruc 
yemələrinə  izn  vardır.  Yedikləri  günlərin  oruclarını 
Ramazandan başqa bir zamanda tuta bilərlər.  
Oruc tutmaq üçün niyyət etmək, niyyətin başlama 
və  bitmə  zamanı  bilmək,  dan  yerinin  ağarmasından 
günəş  batıncaya  qədər  orucu  pozan  şeylərdən 
çəkinmək orucun fərzlərindəndir.  
Ödənən  Ramazan  orucu  ilə,  diləmə  və  kəffarət 
(cəza)  oruclarında  günəşin  batmasından  dan  yerinin 
ağarmasınadək  niyyət  etmək  lazımdır.  Niyyət  qəlb  ilə 
olur. Dillə söylənilməsi savabdır.  
Orucun növləri aşağıdakılardır.  
Fərz  olan  oruclar: Ramazan ayında tutulan oruc-
la, sonradan ödənən (qəza edilən) Ramazan orucudur.  
Vacib  olan  oruclar:  Diləmə  orucu,  bilərək  yeyi-
lən diləmə oruclarının ödənilməsi (qəzası) vacibdir. 
Sünnət  olan  oruclar:  Fərz  və  vacib  olmayan 
oruclardır. Məhərrəm ayının 9 və 10-cu günləri tutulan 
oruclar kimi. 
Müstəhəb  olan  (xeyirxah  bir  iĢ  kimi)  oruclar
Qəməri ayların 13, 14 və 15-ci günləri tutulan oruclar. 
Məkruh olan oruclar: Novruz günü və Məhərrəm 
ayının yalnız 10-cu günü tutulan oruclar. 
Haram  olan  oruclar:  Ramazan  bayramının  ilk 
günü  ilə,  Qurban  bayramının  birinci  4  günləri  oruc 
tutmaq haramdır.  
Oruc  tutmaq  istəyən  şəxslər  oruc  tutacağı  günün 
axşamı  və  ya  səhəri  sübh  azanından  qabaq  niyyət 
etməlidir.  Niyyəti  dilə  gətirməsi  şərt  deyil,  qəlbindən 


 
276 
keçirsədə kifayət edər. Axşam və ya sübh namazından 
qabaq  niyyət  etməyi  unutduqda,  günorta  namazına 
qədər  niyyət  edə  bilərlər.  Əgər  niyyət  etmədən  bütün 
batil  edən  şeylərdən  çəkinsə  belə  və  günortadan  sonra 
yadına  düşərsə,  orucu  batil  olar.  Ramazan  ayının 
niyyətini  hər  axşam  səhəri  gün  üçün,  ya  da  Ramazan 
ayının  birinci  axşamı  bütün  ay  üçün  etmək  olar.  Oruc 
tutmağa  başlamazdan  əvvəl  kimin  boynunda  qüslü 
olarsa, onu almalı və sonra orucunu tutmalıdır.  
 
Orucu pozan Ģeylər 
 
Orucu batil edən hallar aşağıdakılardır:  
1.
 
Oruc tutan şəxs bilərəkdən bir şey yeyib-içərsə, 
orucu  batil  olar.  Əgər  unutqanlıq  üzündən  nəsə 
yeyərsə,  orucu  batil  olmaz.  Baş  və  sinəsinin  bəlğəmi 
ağızın  içinə  daxil  olmayıbsa,  onu  udmaq  orucu  batil 
etməz, daxil olduqda isə onu udmaması vacibdir. Ağız 
suyunu udmaq isə, istər az olsun, istərsə də çox, orucu 
batil etməz.  
2.
 
Bilərəkdən cinsi əlaqədə olmaq orucu batil edir. 
Unutqanlıq üzündən olduqda isə batil etmir. Əgər cinsi 
yaxınlıq  zamanı  oruc  olduğu  yadına  düşərsə,  davam 
etməməli  və  dərhal  dayanmalıdır,  cinsi  yaxınlıq  etmə-
dən  mazaqlaşmaq  isə  orucluq  vaxtı  bəyənilməyən 
əməllərdəndir. 
3.
 
Insanın  ananizm  ilə  məşğul  olması  haram 
olmaqla yanaşı, onun orucunu da batil edir. Lakin əgər 
yuxuda  ikən  ondan  sperma  xaric  olarsa,  bu  hal  orucu 
batil  etməz.  Bu  zaman  sübh  namazına  qədər  qüsl 
alınmalıdır.  
4.
 
Yaxşı olar  ki,  insan  oruc tutduğu  vaxtlarda  bu-
xar  və  tüstünün  də  boğazına  çatmasına  imkan  ver-


 
277 
məsin.  Bu  hal  qeyri-ixtiyari  olaraq  baş  verdikdə  oruc 
batil olmur. 
5.
 
Unutqanlıq  və  ya  məcburiyyətdən  başını  suya 
batırdıqda  isə  orucu  batil  olmur.  Lakin  dənizdə  və  ya 
hovuzda başı suya batırmaq orucu batil edir.  
6.
 
Allahın,  Peyğəmbərin  (s.ə.v.)  və  Məsum 
Imamların (ə) adından yalan danışmaq orucu batil edir, 
yəni  Quranda  olmayan  hər  hansı  bir  ayəni  Quranla 
əlaqələndirmək  və  ya  Peyğəmbər  (s.ə.v.)  və  Məsum 
Imamların  (ə)  demədikləri  bir  sözü  onlara  aid  etmək 
orucu  batil  edir.  Yaxşı  olar  ki,  insan  dəqiq  bilmədiyi 
Quran  ayəsini,  Peyğəmbər  (s.ə.v.)  və  Məsum 
Imamların  (ə)  hədislərini də  bilmədən  deməsin. Bu işi 
səhvən gördükdə orucu batil olmur. 
7.
 
Məcburiyyət  və  ya  müalicə  üzündən  olsa  belə, 
imalə  orucu  batil  edir.  Bu  müddət  ərzində  oruc  tuta 
bilməyən  şəxslər  sağaldıqdan  sonra  tutmadıqları 
günlərin müqabilində qəza orucları tutmalıdırlar.  
8.
 
Cənabət  və  ya  heyz  halında  bilərəkdən  sübh 
namazına  qədər  qüsl  almamaq  da  orucu  batil  edir. 
Sübh azanından sonra yuxudan oyanaraq boynuna qüsl 
gəldiyini 
görən 
şəxslər  cənabət  qüslü  alaraq 
namazlarını  qılıb  oruclarını  davam  edə  bilərlər.  Heyz 
qanı  görən  qadınlar  eyni  qaydada  olaraq  sübh  azanına 
qədər qüsl alıb oruclarını davam etməlidirlər. 
9.
 
Orucu  batil  edən  şeylərdən  biri  də  qusmaqdır. 
Bu  iş  qeyri-ixtiyari  olaraq  baş  verdikdə,  orucu  batil 
etmir. 
 
Orucu pozmayan Ģeylər 
 
1.
 
Unudaraq  bir  şey  yeyib-içmək.  Yada  düşüncə 
dərhal dayandırılmalıdır.  


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə