220
Əgər mən mələklə danışmasaydım, mən də yeyərdim.
Imam Sadiq (ə): Allahın Rəsulu (s.ə.v.) buyurub:
“Hər kəs bu tərəvəzdən (sarımsaqdan) yesə, bizim
məscidimizə yaxın gəlməsin”. Amma deməyib ki,
sarımsaq haramdır.
Imam Rza (ə): Hər kəs onda yelin əmələ gəlməsini
istəmirsə, həftədə bir dəfə sarımsaq yesin.
Yerkökü. Imam Sadiq (ə):
Yerkökü insanı bel ağrısı və babasildən qoruyur,
cinsi qabiliyyəti artırır.
Yerkökü böyrəkləri isidir və cinsi qabiliyyəti
artırır.
“Məkarimul-əxlaq” - Davud ibn Fərqəddən: Imam
Sadiqin (ə) yanına getdim. Həzrətin qarşısında yerkökü
vardı. Mənə bir yerkökü uzadaraq dedi:
- Ye!
Dedim:
- Mənim üyüdən dişlərim yoxdur.
Dedi:
- Kənizin varmı?
- Bəli.
- Ona əmr et ki, onun şirəsini sənin üçün çıxartsın,
iç. O böyrəkləri isidir və cinsi qabiliyyəti artırır.
Kahı. Peyğəmbər (s.ə.v.): Kahı ye. O, yuxu
gətirir, amma yeməyi də həzmə verir.
Imam Sadiq (ə): Kahıdan istifadə edin, o qanı
təmizləyir.
Imam Rza (ə): göyərtilər haqqında: Ən yaxşı
göyərtilər - kasnı və kahıdır.
ġalğam. Imam Sadiq (ə): Şalğamdan istifadə edin,
yeyin, davamlı olaraq yeyin. Şalğamı onun əhlinə (ye-
yəninə) verin. Elə bir şəxs yoxdur ki, onda cüzamın
221
damarı olmasın, həmin damarı şalğam yeməklə məhv
edin.
Düyü. Peyğəmbər (s.ə.v.):
Yeməklərin içində düyü, tayfanın içindəki ağa
kimidir.
Dünya və axirət əhlinin yeməklərinin ağası ilk
öncə ət, sonra isə düyüdür.
Düyü yaxşı dərmandır. Belə ki, soyuq yemək
düzgündür və xəstəliklərdən uzaq bir qidadır.
Imam Sadiq (ə):
Düyü yaxşı yeməkdir. Biz onu xəstələrimiz üçün
saxlayırıq.
Bizlərə gətirdiklərinizin içində düyü və bənöv-
şədən mənə xoş gələn bir şey yoxdur. Mən içimdəki
möhkəm ağrılardan əziyyət çəkəndə ilham olundu ki,
düyü yeyim. Düyü hazırlamağı əmr etdim və Allah da
onun vasitəsilə narahatçılığımı aradan götürdü.
Mərci. Həzrəti-Rəsul (s.ə.v.) buyurub: “Sizə
tövsiyə edirəm ki, mərci yeyin. O qəlbi kövrək edir,
gözə yaş gətirib, onu sürətləndirir, təkəbbürlüyü aparır.
O pak adamların təamıdır. Allah-Təala onu yetmiş
peyğəmbərə mübarək edib. Onların axırıncısı Həzrəti-
Isa Məryəm oğludur”.
222
ARI B ALI HAQ QI NDA
Kainatı, təbiəti və insanı yaradan Tanrı hamıya və
hər kəsə bir istedad vermiş. Bunun necə və nə üçün
etdiyi yalnız Onun özünün izni ilə baş verir.
Bal haqqında “Qurani Kərim” – in ən – Nəhl
surəsində belə buyurulmuşdur:
“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi:
“Dağlarda, ağaclarda və (insanların) qurduğu çar-
daqlarda (evlərin damında, üzümlüklərdə) özünə
yuva tik (pətəklər sal); “Sonra bütün meyvələrdən
ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asan-
lıqla), get!” (Və ya; “Rəbinin yollarını itaətlə tut!”)
“(O arıların) qarınlarından insanlar üçün Ģəfa olan
müxtəlif rəngli (ağ, sarı , qırmızı) bal çıxar. ġübhəsiz
ki, bunda da düĢünüb dərk edənlər üçün bir ibrət
vardır!” (ən-Nəhl, 16/68- 69).
Bu barədə nə demək olar? Allah Təala arını elə
proqramlaşdırmışdır ki, o müxtəlif çiçəkləri tapıb
onlardakı nektarı toplayır və onu bala çevirir.
Arılar instinktlə hərəkət edib öz fəaliyyətlərini son
məqsədə qədər davam etdirirlər. İnsanlar da bəzən
instinktlə hərəkət edir. Lakin insana daha çox imkanlar
verilib. Arılar haqqında olan bu buyuruqlar maddi
aləmdən bir misaldır, örnəkdir. Arı Allah Təala tərəfin-
dən ona təlqin edilmiş qaydada müxtəlif çiçəklərdən və
meyvələrdən topladığı ən dəyərli nektardan məhsul –
bal hasil edir. Həmin balı lazımi miqdarda qəbul
etdikdə insanların qidası və şəfa tapması üçün vacib bir
məlhəmdir. Bir diqqət yetirin, bal müxtəlif rənglərdə –
tünd qəhvəyidən açıq sarı rəngə qədər olur. Balın
223
müxtəlif növlərinin dadı və ətri də dəyişir. Bu nədən
irəli gəlir? Bu əsasən bal şirəsinin (nektarın) toplandığı
çiçəklərin, meyvələrin tərkibindən və müxtəlifliyindən
asılıdır.
Allahın yaratdığı insanlar da “Qurani-Kərim” – in
buyuruqlarına əməl etsələr, onları əhatə edən aləmdən
yaxşıların yaxşısını seçib istifadə edə bilərlər. Arılar
kimi insanlar da “rənginə”, “dadına” və “ətrinə” görə
yaxşı işlər görüb, hətta acıqlı və pis insanları xeyirliyə
təhrik edə bilərlər. Necə ki, arı balı bir dərman kimi
xəstə insanları sağaldır. Bu zaman Allah Təalaya tam
sədaqətlə inanmaq və onun “Qurani-Kərim” – dəki
buyuruqlarına riayət etmək lazımdır. Sual oluna bilər.
Allah Təalaya inanmadan şəfa tapmaq olmaz? Əgər
söhbət mənəvi şəfadan gedirsə, əlbəttə ki, Allah Təa-
laya təvəkkül (ümid) etmədən olmaz. Adi xəstəliklər-
dən isə həkimə inanmadan şəfa tapmaq şübhəlidir
(mübahisəlidir), həm həkim və həm də müalicə olunan
biri – birinə inanmalıdır, əgər bu yoxdursa, tam şəfa
tapıb sağalmaqdan söhbət gedə bilməz.
Belə rəvayət olunur ki, bir gün Allahın Rəsulunun
(s.ə.v.) yanına bir kişi gəlib deyir: “Mənim qardaşımda
ishal var.”
Peyğəmbər (s.ə.v.) ona bal verməyi məsləhət
görür. Kişi qardaşına bal verir və yenidən Peyğəmbərin
(s.ə.v.) yanına gəlib deyir: “Mən ona bal verdim, lakin
ishal bir qədər də kəskinləşdi”.
Peyğəmbər (s.ə.v.) təkrar dedi: “Get ona bal ver”.
Kişi yenə qayıdıb deyir: “Qardaşımın halı daha da
pisləşdi.” Onda Peyğəmbər (s.ə.v.) cavabında dedi:
“Allah düzünü deyir, sənin qardaşının qarnı isə yalan.
Get ona yenə bal ver.”
Dostları ilə paylaş: |