194
Xurmanın yetiĢmə mərhələləri
Xurmanın meyvəsi dörd mərhələ keçdikdən sonra
yeməli olur.
Birinci mərhələdə xurma yaşıl, bərk və acı olur.
Bu mərhələdə xurma tərkibində qlükoza və fruktoza
toplanır.
Ikinci mərhələ 6 həftə davam edir. Bu mərhələdə
də hələ meyvə bərk olur. Rəngi sarıdan narıncıya, daha
sonra qırmızıya dəyişir. Və bu müddət ərzində
xurmanın tərkibində qlükoza və fruktozadan saxaroza
sintez olunur.
Üçüncü mərhələ 4 həftə çəkir. Bu müddət ərzində
meyvəsi yarıkal və qəhvəyi rəngdə olur.
Sonuncu – dördüncü mərhələ isə 2 həftə çəkir. Bu
mərhələdə meyvəsi artıq tam yetişir və yığılır. Xurma
təzə və qurudulmuş halda istehlak edilir.
Xurmanın kimyəvi tərkibi
Xurmanın tərkibində 75% karbohidrat (əsasən
şəkərlər), 20% su, 2,2% protein, 2,4% vitaminlər
vardır. 100 qram xurmada 72 mq fosfor, 65 mq kal-
sium, 65 mq maqnezium və 5 mq dəmir var. Aparılan
araşdırmalardan belə məlum olur ki, gün ərzində 7
ədəd (100 q) xurma yeməklə orqanizmin gündəlik
bütün tələblərini ödəmək olar. Xurma həm də həzm
prosesini yaxşılaşdırır. Xurmanın toz halına salınmış
tumu böyrək daşlarının tökülməsinə müsbət təsir gös-
tərir. Eyni zamanda baş gicəllənməsinin, iştah pozğun-
luğunun, astma xəstəliyinin, öskürəyin və mədə
xəstəliklərinin aradan qaldırılmasına kömək edir.
Xurma ağacı səhralıq kimi qeyri-münbit yerdə inkişaf
195
edir. Adətən hündürlüyü 30 m olan xurma ağacı nadir
hallarda 75 m-ə qədər uzana və 60 il bar verə bilir.
Dünyanın ən qədim bitkilərindən hesab olunur
(eramızdan 5000 il əvvəl), Iran, Iraq, Səudiyyə
Ərəbistanı yarımadası və bir çox ölkələrdə yetişdirilir.
Xurma ağacından çoxməqsədli istifadə
Ərəblər arasında belə bir atalar misalı var: “Xur-
manın faydası ilin günlərinin faydası qədərdir”. Bədəvi
ərəblər indinin özündə də yaşıl xurmanın yarpaq və
qabıqlarından səbət və həsirlər toxuyurlar. Tumunu un
halına salaraq una qatıb çörək bişirir, ədviyyə qataraq
qəhvə kimi istifadə edir, qalığını dəvələrinə yedirdir,
meyvəsindən isə şirə çəkirlər. Xurmadan müalicəvi və
pəhriz əhəmiyyəti olan doşab da (bəhməz) hazılanır.
Səhrada yeganə bitki olan xurma, demək olar ki,
bədəvi ərəblərin bütün ehtiyaclarını aradan qaldırır.
Qədim ərəblər xurmanın günəşdən enerji aldığını
hesab edər, elə bu səbəbdən də güc tapmaq məqsədilə
ondan çox istifadə edərdilər. Ərəblər cinsi zəifliyin
aradan qaldırılması üçün kal xurmadan da istifadə
edərdilər. Kal xurmanın tumundan isə müalicəvi
məhsul
hazırlayaraq,
cinsiyyət
orqanlarının
müalicəsində istifadə edirlər. Xurma tumundan
hazırlanan müalicəvi dərmanlardan həm də kirpiklərin
tökülməsinin qarşısını almaq məqsədilə istifadə olunur.
Ərəblər hələ qədim zamanlar xurmanın meyvəsi və
tumu ilə yanaşı, gülündən də bir çox xəstəliklərin
müalicəsində istifadə edərdilər. Daim fiziki işlərlə
məşğul olan və cinsi yaxınlığa meyl göstərməyən şəxs-
lər gündəlik xurmadan istifadə etməklə çətinliklərini
196
birdəfəlik aradan qaldıra bilərlər. Xurma ağacına xas
olan xüsusiyyətlərdən biri də təklikdə inkişaf edə
bilməməsi və əks cinsdən olan xurma ağacına ehtiyac
duymasıdır. Başqa ağaclardan fərqli olaraq, xurma
ağacı başdan kəsildikdə bir daha bar verə bilmir. Xurma
ağacına xas olan xüsusiyyətlərdən biri də onun
sayılması ilə əlaqədardır. Sən demə, ərəblər xurma
ağaclarını saydıqları zaman dənə əvəzinə insana xas
olan “nəfər” kəlməsindən istifadə edirlər. Məsələn, 100
xurma ağacı əvəzinə 100 nəfər xurma ağacı deyirlər.
Məryəmin (ə) xurması
Quran ayələrindən bizə belə məlum olur ki,
Həzrəti Məryəmin doğuşu yaxınlaşdıqda şəhərdən
çıxaraq çöllüyə üz tutur və orada qurumuş xurma
ağacının altında oturur. Bu barədə “Qurani-Kərim”-in
Məryəm surəsində bir neçə ayə var.
“…KaĢ ki, mən bundan əvvəl ölüb qurtaraydım
və ya tamamilə unudulub getmiĢ olaydım!”.
(Məryəm, 19/23).
Allahdan ona belə bir vəhy gəlir:
“…Kədərlənmə, Rəbbin sənin üçün (ayağının)
altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı
hörmət sahibi etdi)”. (Məryəm, 19/24).
HaĢiyə. Yeni il şənliklərində bəzədilən şam (yolka)
ağacının üstündəki müxtəlif formalı və bəzəkli şarlar
simvolik mənada meyvə gətirən xurma ağacını,
yolkanın altına qoyulan bir qab su isə Allah-Təalanın
xurma ağacının altından irmaq axıtmasına (su arxı
şəklində) işarədir.
Bu an Ilahi möcüzə baş verir, Allahın əmrilə
197
qurumuş xurma ağacı bar verir və Məryəmə ağacı
silkələmək əmri verilir.
“(Qurumuş) xurma ağacını özünə tərəf silkələ,
üstünə təzə yetiĢmiĢ (xurma) tökülsün!”. (Məryəm,
19/25).
Məryəm ana Isa (ə) peyğəmbəri dünyaya gətirdikdən
sonra aclıq və susuzluğunu yatırmaq məqsədilə yetişmiş
xurmalardan yeyir, ağacın altından axan sudan içir.
Peyğəmbərin (s.ə.v.) xurma möcüzəsi
Günlərin biri Həzrəti Muhəmməd (s.ə.v.) Məkkə
ətrafında yaşayan qəbilələri Islama dəvət edərkən
qəbilə başçıları belə şərt irəli sürürlər. Sənə yalnız
möcüzə göstərəcəyin təqdirdə iman gətirəcəyik.
Peyğəmbər (s.ə.v.) onlardan nə möcüzə görmələrini
soruşduqda deyirlər: “Sənə yalnız o zaman iman
gətirəcəyik ki, bağdakı xurma ağaclarından birini
yerindən çıxarıb gəzməsini və yenidən yerinə qayıt-
masını əmr edəsən”. Peyğəmbər (s.ə.v.) onların bu
təklifini qəbul edib, Allahdan onların istəklərini yerinə
yetirməkdə ona izn verməsini istəyir. Allahın izni ilə
bir xurma ağacı yerindən çıxaraq onlara tərəf irəliləyir.
Lakin müşriklər bunu sehr adlandırıb yenə də iman
gətirməkdən imtina edirlər. Burada “Hər şey bir olan
Allahın izni ilə baş verir” kəlamı öz təsdiqini tapır.
Məzəli əhvalat
Günlərin biri Peyğəmbər (s.ə.v.) və Imam Əli (ə)
bir məclisdə iştirak edir. Peyğəmbər (s.ə.v.) xurmaları
yeyib, tumlarını Imam Əlinin (ə) qabağına yığır.
Məclis qurtardıqdan sonra üzünü Imam Əliyə (ə) tuta-
raq buyurur: “Axır vaxtlar yaman çox yeyirsən ha!”.
Dostları ilə paylaş: |