165
Neapolitan Universiteti tibb və kimya fakültə-
sindən Patrisia Qaletti:
“Zeytun yağı polifenollarının qida kimi qəbul
edilməsi reaktiv oksigen metabolitlərlə bağlı xəstəlik
riskini azalda bilər – mədə-bağırsaqla bağlı bəzi
xəstəliklər və damarların tıxanması kimi. Zeytun yağı
insan eritrositlərini oksidativ təhlükədən qoruyur”.
Harvard Universitetinin xalq səhiyyəsi kafedrasın-
dan Frank Saks:
“Zeytun yağından ibarət olan zəngin qida rasionlu
pəhriz ifrat kökəlməyi nəzarətdə saxlamaqda və
müalicə etməkdə az yağlı qida rasionundan ibarət
pəhrizdən daha təsirlidir. O uzunmüddətli artıq çəki
itkisinə də səbəb olur, bu halda çəkini qorumaq daha
asandır…”.
Göründüyü kimi, bu gün bir çox alimlər zeytun
yağını əsas qəbul edən qidalanma modelinin ən ideal
forma olduğunu düşünür. Bu xüsusiyyətlərinə görə
gündəlik qida rasionunda olması zəruri olan ən əsas
qidaların zeytun və zeytun yağı olduğu bildirilir.
Allahın bir çox ayədə diqqətimizə çatdırdığı zeytun
bitkisinin faydası tibbi bilgilərin artması ilə paralel
olaraq kəşf edilmişdir.
“Göydən sizin üçün yağmur endirən Odur.
Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otar-
dığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da
onun vasitəsilə bitər)”. (Allah) onunla (o su ilə) sizin
üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və
bütün (başqa) meyvələrdən yetiĢdirir. DüĢünüb-
daĢınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut
edən) dəlillər vardır!” (Ən-Nəhl, 16/10-11).
166
Zeytun yağı haqqında
Gündəlik qida rasionunda yağların xüsusi çəkisi
ümumi enerji dəyərinin 30%-ə qədərini təşkil
etməlidir. Qida institutları tərəfindən elmi cəhətdən
işlənib tövsiyə olunmuş normaya əsasən orta yaşlı
insan gündə 80-100 qr yağ istehlak etməlidir. O
cümlədən kərə yağı 20 qr, bitki yağı 25 qr, heyvanat
yağı 20 qr, marqarin və mətbəx yağları 30 qr təşkil
etməlidir. Istehlak olunan yağın tərkibində 2-6 qr
polidoymamış yağ turşuları, 5 qr fosfolipidlər və 0,3-
0,6 qr xolesterin olmalıdır. Yaşlıların daha çox bitki
yağlarından istifadə etmələri məsləhətdir.
İnsanlar qədimdən ən çox heyvanat mənşəli
yağlardan (qoyunun quyruq yağı) daha çox istifadə
etmişlər. Lakin tarixdə zeytun yağından istifadə
olunmasına dair çoxlu sayda məlumatlar vardır. Zeytun
yağından qida məqsədləri üçün istifadə olunması
haqda “Qurani-Kərim”-də buyurulan bir neçə ayələrdə
və Peyğəmbərimizin (s.ə.v.) hədislərində oxuyuruq.
“(Sizin üçün həmçinin mənşə etibarilə) Sina
dağından çıxan bir ağac da (yaratdıq ki), o, yeyənlər
üçün zeytun və (çörəyin üstünə yaxılan, xörəyə
qatılan) yağ bitirər.” (əl-Muminun, 23/20).
Zeytun yağının insan orqanizmi üçün əhəmiyyətini
vurğulayan Peyğəmbərimiz (s.ə.v.) də bu xüsusda
“Zeytun yağı yeyin və sağlam həyat sürün” kəlamını
buyurmuşdur.
Heyvani yağlardan fərqli olaraq zeytun yağı nəinki
qan-damar xəstəliklərinə səbəb olmur, hətta heyvani
yağlarla qəbul olunmuş xolesterinin orqanizmdən xaric
olmasına fizioloji cəhətdən səbəb olur.
167
Zeytun yağının tərkibində faizlə doymuş yağ
turşularından palmitin-12,9; stearin-2,5 və araxin-0,35;
monodoymamış yağ turşularından olein-64,9 və
palmitolein-1,5; polidoymamış yağ turşularından linol-
12,0; linolen-0,1 vardır. Zeytun yağında E, A, D
vitaminləri və insan orqanizmi üçün faydalı olan digər
bioloji fəal maddələr də vardır. Məhz buna görə zeytun
yağı həyatın bütün dövrlərində sağlamlığa müsbət təsir
göstərir.
Zeytun yağı ürək və qan-damar xəstəliklərinə
səbəb olan xolesterini azaldaraq damarlarda tıxanma-
ların qarşısını alır. Zeytun yağının üstün cəhəti ondan
ibarətdir ki, digər bitki yağlarından fərqli olaraq yalnız
orqanizm üçün zərərli olan aşağı sıxlıqlı xolesterinin
miqdarını azaldır, lakin insan orqanizmi üçün lazım
olan yüksək sıxlıqlı xolesterinə toxunmur. Mədə tur-
şuluğunu azaldaraq qastritə və mədə yarasına qarşı qo-
ruyucu rol oynayır, öd kisəsi daşının əriməsinə xömək
edir, tərkibi antioksidləşdiricilərlə zəngin olduğundan
uşaqlarda və yaşlılarda beyin və sinir sisteminin inki-
şafı və yeniləşməsində mühüm rol oynayır, orqanizm-
də 99-100% mənimsənilir. Zeytun yağından soyuq qəl-
yanaltıların və qızartmaların hazırlanmasında istifadə
olunması sağlamlıq üçün əhəmiyyətlidir. Eyni za-
manda zeytun yağından unlu şirniyyat məmulatının
(keks, yağlı biskvit, peçenye və digər məhsulların)
hazırlanmasında istifadə olunması məsləhət görülür.
Çünki bu yağ məmulata xüsusi ləzzət verməklə yanaşı
onun qurumasının qarşısını alır. Zeytun yağı həzm,
qaraciyər və öd kisəsinin pozğunluğu olan insanlara
yaxşı təsir göstərir. Belə xəstələrə səhər acqarnına bir
qaşıq zeytun yağı içmək məsləhət görülür. Zeytun
168
yağından aterosklerozun profilaktikasında və onun
mürəkkəb formalarının qarşısının alınmasında istifadə
etmək olar. Zeytun yağı dərinin qoruma funksiyasını
gücləndirir, tonusu artırır, qocalmanı ləngidir və
orqanizmdə kalsiumun daha yaxşı mənimsənilməsini
təmin etməklə sümük toxumasının artımına və
möhkəmlənməsinə kömək edir.
Son illər “Bakı Yağ zavodu”-nda “Zeytun bağları”
və “Final” ticarət nişanı ilə zeytun yağı istehsal olunur.
Gigiyenik
normalara
əməl olunaraq qabaqcıl
texnologiyanın tətbiqi ilə istehsal olunan zeytun yağı
250, 500 və 750 qram kütlədə 4 qranlı şüşələrdə
Riviera tipli zeytun yağı kimi istehlakçılara təqdim
olunur.
Qeyd etmək lazımdır ki, zeytun yağları 3 qrupda
satışa çıxarılır. Təbii zeytun yagı, Rafinə zeytun yağı
və Riviera zeytun yagı. Təbii zeytun yağının canlı və
kəskin qoxusunu bəyənməyənlər Riviera zeytun ya-
ğından istifadə edə bilərlər. Riviera zeytun yağı almaq
üçün Rafinə zeytun yağı təbii zeytun yağı ilə qarış-
dırılır. Respublikada istehsal olunan zeytun yağı tələ-
batı ödəmədiyindən bir çox xarici ölkələrdən də zeytun
yağı gətirilib istehlakçılara satılır. Zeytun yağının is-
tehsalı müxtəlif proseslərlə başa çatdırıldığından, son
məhsulun keyfiyyəti də müxtəlif olur. Xaricdə əsasən
Virgen, Riviera və Pomos tipli zeytun yağı istehsal
olunur. Respublikamıza əsasən zeytun yağının istehsalı
ilə məşğul olan 3-cü ölkələrdən aşağı keyfiyyətli
zeytun yağı daxil olur. Bunların əsasını nisbətən aşağı
keyfiyyətli olan Pomos zeytun yağı təşkil edir. Lakin
alıcılar zeytun yağı alarkən etiketdə olan Pomos
sözünə fikir vermirlər və xaricdən alınan yağlara daha
Dostları ilə paylaş: |