Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə63/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   59   60   61   62   63   64   65   66   ...   95

 
228 
 
 
 
 
keyfiyyətcə  yenidən  qurulmasına  yönəldilməlidir.  Bu  xətdə 
iqtisadi  və  ictimai  inkişafınmüasir  mərhələsinin  başlıca 
xüsusiyyətləri  və  vəzifələri  özünün  cəmləşdirilmiş  ifadəsini 
tapmalıdır. 
Bazar 
iqtisadiyyatına 
keçid 
strategiyası 
ictimai 
münasibətlərin inkişaf etdirilməsi, siyasi və ideoloji təsisatların iş 
formalarının  və  metodlarının  yeniləşməsini  və  ictimai  tərəqqini 
ləngidən nə varsa hamısının qətiyyətlə aradan qaldırılmasını tələb 
edir. 
Azərbaycan 
Respublikasının 
iqtisadiyyatının 
inkişaf  
edilməsi  bütün  problemlərin  açarıdır.  Cəmiyyətin  inkişafı  və 
mütərəqqi keyfiyyətlər qazanması yalnız bu yolla əldə edilə bilər 
və  edilməlidir.  Keçmiş  inzibati  idarə  etmə  sistemindən  miras 
qalan  dağılmış  iqtisadiyyat,  idarəetmə  aparatı,  bərbad  hala 
salınmış  zavod  və  fabriklər,  ayrı-ayrı  sənaye  və  kənd  təsərrüfatı 
obyektləri  özlərinin  yenidən  qurulmasını  və  inkişaf  etdirilməsini 
gözləyir. Elə bu baxımdan da investisiya imkanı əldə etmək üçün 
xarici investorların ölkə iqtisadiyyatına  investisiya yatırmalarını 
təmin etmək ən sərfəli yollardandır. 
Heç  də  təsadüfi  deyildir  ki,  birgə  müəssisələrin  yaradılması 
və  inkişaf  etdirilməsi  daim  dövlətin  diqqət  ərkəzində  saxlanılır. 
Xarici investorların ölkəmizə gətirdikləri kapitalla yanaşı onların 
idarə  etmə  təcrübəsi,  dünya  standartlarına  cavab  verən  ən  yeni 
texnika və texnologiyaları, avtomatlaşdırılmıç sistemləri və digər 
intellektual  dəyərləri  Azərbaycan  iqtisadiyyatına,  sosial  iqtisadi 
həyatına vacib lazımdır. Hazırkı vəziyyətdə ayrı-ayrı müəssisə və 
təşkilatlar  xarici  kommersiya  şirkətləri  ilə  birgə  fəaliyyət 
göstərmək  üçün  müxtəlif  səviyyələrdə  təmsil  olunan    birgə 
müəssisələr  yaradsalar  da,  bu  biznes  fəaliyyəti  pərakəndə 
xarakter daşıyır. 
        1.  Birgə  müəssisələrin  yaradılması  şərtləri,  məqsədləri  və 
qaydaları 
İstənilən dövlətin iqtisadi inkişafı strategiyasında bəşlıca rol 
xarici  ölkələrlə  qarşılıqlı  təsərrüfat  iqtisadi  fəaliyyətin 
yaradılmasına  yönəldilir,  belə  ki,  beynəlxalq  əmək  bölgüsündə 
iştirak  prosesində  uyğunlaşdırılmış  bacarıqların  (vasitələrin) 


 
229 
 
 
 
 
istifadəsi  ölkənin  iqtisadi  artımının  başlıca  mənbələrindən  biri 
hesab edilir. 
Beynəlxalq  əmək  bölgüsü  əsaında  beynəlxalq  iqtisadi 
münasibətlərin  inkişafı  üçün  zəmin  yaradan  və  zərurət  doğuran 
başlıca şərtlər kimi aşağıdakılar önə çəkilir: 

 
müxtəlif  dünya  ölkələrinin  iqtisadi  inkişafındakı  qeyri 
bərabərlik; 

 
maliyyə,  xammal  və  əmək  resurslarının  kəmiyyət  və 
keyfiyyət fərqləri; 

 
dövlətlərarası siyasi münasibətlərinxarakteri; 

 
ölkələrin  iqtisadi  inkişafından  asılı  olaraq  onların  elmi 
texniki 
inkişaf 
səviyyələrindəki 
fərqləndirici 
xüsusiyyətlər: 

 
təbii  resursların,  iqlim  şəraitinin  və  coğrafi  yerləşmənin 
xüsusiyyətləri. 
Nəzərdən  keçirilən  faktorların  fəaliyyəti  beynəlxalq 
əməkdaşlığın 
müxtəlif 
formalarının 
inkişafını 
yenidən 
müəyyənləşdirir,  hansıların  ki,  seçiminin  məqsədyönlülüyü 
ekspert 
qiymətləndirilməsi 
və 
hesablamaları 
tərəfindən 
arqumentləşdirilməli və təsdiq edilməlidir. 
Xarici  mühit  şərtlərinin  təsiri  altında  iqtisadi  əməkdaşlıq 
formaları  daima  təkmilləşir  və  inkişaf  edir.    Iqtisadi  əməkdaşlıq 
zəminində  əlaqələrin  başlanğıc  mərhələsi  kimi  milli  və  xarici 
kontragentlərlə  həm  birbaşa  və  eləcə  də  vasitəçilər  vaisstəsi  ilə 
bağlanmış birdəfəlik xarici iqtisadi ticarət müqavilələri çıxış edir. 
Milli  müəssisələrin  xarici  bazarlarda  iqtisadi  ticarət  fəaliyyətinin 
dərininə  inkişafında  növbəti  mərhələ  ixtisaslaşmış  xidmət 
sahələrinin  yaradılmasıdır  ki,  bu  sahələr  də  xarici  ticarət 
əlaqələrinin  yaradılmassının  birbaşa  amili  olan  inkişaf 
əməkdaşlıq 
haqqında 
müqavilələrin 
bağlanılmasına 
və 
öhdəliklərin yerinə yetirilməsinə cavabdehhlik daşıyırlar. 
Milli  müəssisələr  və  xarici,  beynəlxalq  şirkətlər  arasında 
qarşılıqlı  iqtisadi  əlaqələrin  inkişafında  vacib  mərhələ  xarici 
iqtisadi fəaliyyət subyektləri tərəfindən digər (əməkdaşlıq edilən) 
dövlətlərin ərazisində öz müəssisələrinin açılması mərhələsi hesab 
olunur. 


 
230 
 
 
 
 
Nəhayət,  xarici  dövlətlərin  müəssisələri  ilə  yerli  müəssisələr 
(kontagentlər)  arasında  əməkdaşlığın  bir  mərhələsi  də  birgə 
iqtisadi əməkdaşlığın aşağıdakı növlərini əhatə edir: 

 
layihənin  reallaşdırılması  prosesində  texniki  qarşılıqlı 
fəaliyyət; 

 
kompensasiya əlaqələri; 

 
xarici investisiya (kapital) ilə müştərək müəssisələr; 

 
podrat müqavilələrin bağlanması və istifadəsi. 
İqtisadi fəaliyyət sahəsindən asılı olaraq iqtisadi əməkdaşlıq 
birgə  fəaliyyətin  bütün  növlərini  əhatə  edə  bilər,  hansı  ki, 
müəssisələrin  tikintisi  və  istismarı  zamanı  xüsusi  aktuallıq  kəsb 
edir. İnkişaf etməkdə  olan  keçid iqtisadiyyatlı  ölkələr  üçün birgə 
əməkdaşlıq  çərçivəsində  beynəlxalq  bazarda  çıxış  etməyin  daha 
odekvat  forması  xarici  investisiya  kapitalına  əsaslanan  birgə 
sahibkarlıq  forması  hesab  edilir,  hansının  ki,  əsası  kimi  birbaşa 
xarici investisiyalarının cəlb edilməsi və istifadəsi mümkünlüyü və 
vacibliyi çıxış edir.  
Birgə  sahibkarlıq  forması  kimi  birgə  müəssisələrin  inkişaf 
etməsi bir sıra obyektiv səbəblərlə şərtləndirilmişdir. 
-birincisi, elmi texniki tərəqqi və iqtisadi inkişafıla əlaqədar 
olaraq  yeni  sənaye  sahələrinin  meydana  çıxması,  onun 
reallaşdırılması  üçün  investisiya  qoyuluşu  tələb  edir  ki,  bu  da 
bəzən  ayrılıqda  götürülmüş  hər  hansı  bir  ölkənin  iqtisadi  gücü 
daxilində olmur. 
-ikincisi,  elmi  texniki  inkişaf,  texnika  və  texnologiyanın 
yenilənməsinə ehtiyac əlavə xarici investisiya cəlb edilməsini tələb 
edir. 
-üçüncüsü,  ölkələr  arasındakı  təbii  və  əmək  resurslarındakı 
fərq  bir  sıra  ölkələri  təbii  resursların  mənimsənilməsi  və  əlavə  iş 
yerlərinin açılması nəticəsində məşğulluğun artırılması məqsədilə 
xarici investisiya cəlb edilməsinə, digər ölkələri isə əlavə kapitalın 
hələ  işə  salınmamış  iqtisadi  fəaliyyət  sahələrinə  yönəldilməsinə 
sövq  edir.  Bu  səbəblər  vasitəsilə  birgə  sahiibkarlığın  müxtəlif 
ölkələrin  kapitallarının  birləşdirilməsinə  əsaslanan  və  ənənəvi 
ticari-iqtisadi  münasibətləri  tamamlayan  uzunmüddətli  iqtisadi, 
elmi-texniki  və  istehsal  yönümlü  beynəlxalq  münasibətlərin  daha 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə