232
Müştərək müəssisələrin yaradılması və funksiyalaşdırılması
əsas şərtlərinə aşağıdakılar daxildir:
milli və xarici tərəfdaşların kapitallarının birləşdirilməsi;
təssərrüfatçılıqda ümumi
idarəetmə;
fəaliyyətdən ümumi gəlirlərin əldə edilməsi və
bölüşdürülməsi;
risklərə görə ümumi məsuliyyət.
Müştərək müəssisələrin yaradılmasının əsas prinsipi kimi
tərəfdaşlar üçün layihənin bərəbər gəlirliliyi, müştərək
müəssisələrin funksiyalaşdırılmasının əsas prinsipi kimi isə
müəssisənin öz xərclərini ödəməsi qabiliyyətinin təmin edilməsi
çıxış edir.
Digər beynəlxalq əməkdaşlıq formaları ilə müqayisədə
müştərək müəssisələr aşağıdakı üstünlüklərə malikdirlər:
uzunmüddətli iqtisadi əməkdaşlıq;
müəssisənin fəaliyyətinin bütün sferalarında qarşılıqlı
fəaliyyət üzrə tərəfdaşların potensiallarından komplek
istifadənin mümkünlüyü;
qarşılıqlı fəaliyyət tərəfdaşları tərəfindən ancaq istehsal
prosesləri
üzərində
deyil
həm
də
məhsulun
reallaşdırılması üzərində nəzarətin təşkil olunması.
Müştərək müəssisə formasında təsərrüfat sferasında
əməkdaşlıq edən tərəfdaşların maraqları aşağıdakı imkanlar
vasitəsilə müəyyənləşir:
1.
Daha effektiv xarici iqtisadi fəaliyyətin təşkili.
2.
Daha böyük elmi texniki effektivliyin əldə olunması.
3.
Ümumilikdə istehsal fəaliyyətinin ixtisaslaşdırılması və
koopreativləşdirilməsindən yüksək effektivliyin əldə
olunması.
4.
Resurs
və
vəsait
çatışmazlıqlarının
aradan
qazldırılması.
5.
Sahibkarliq risqlərinin aşağı salınması.
6.
Zaman baxımından üstünlüyünəldə edilməsi.
7.
Yeni satış bazarlarının ələ keçirilməsi.
8.
İstehsalın difersifikasiyası.