226
Səmərəliliyin məhz belə dərəcəsi istehsalın təhlili zamanı diqqət
mərkəzində olmalıdır.
Ölkənin daxili iş qüvvəsini adətən yaşı 16-dan yuxarı, əmək haqqı
qazanmaq üçün işləyən və yaxud aktiv olaraq iş axtaran adamlar
təşkil edir. İş təklifi, yaxud işçi qüvvəsinin miqdarı, faktorlar
müxtəlifliyi
ilə müəyyən edilir, o cümlədən:
1. Qender tutumlu: bu sıradan olan faktorlar ev işlərindən,
evdarlıqdakı əmək bölgüsündən, uşaq bəsləmək və ona
qulluqdan, qadınların evdən kənar işləmələrinə məhdudiyyətdən
irəli gəlir.
2. Həyat tərzi ” iş yeri seçimi kriterisi: işləmək həvəsi yaxud
işləmək vacibliyi?
3. Yaş həddi: evdə iş götürməyə qanunvericilikdə qoyulan
qadağala; onlara riayətin ciddiliyi. Pensiya yaşı. Yaş ayrı-
seçkiliyim mövcuddurmu?
4. Əmək bazarında iştirakın şərtlərində dəyişikliklər.
5. İmmiqrasiya.
Əməyin təklifi ” bu gəlir əldə etmək məqsədlə əhalinin
zavodlarda, fermalarda, kommersiya, dövlət və gəlirsiz
təşkilatlarda işləmək istəyinə ayırdığı saatların miqdarıdır. Əmək
təklifinin analizində üç element əsas götürülür: iş saatı, iştirak
norması (və yaxud əhalinin ümumi sayında işçi qüvvəsinin payı)
və immiqrasiya. İşçi qüvvəsinə inkişaf etmiş ölkələrdə statistika
adətən bütün məşğul olanları (o cümlədən hərbi qulluqçuları) və
işsizləri aiddir. Bu anlayışın sinonimi «iqtisadi cəhətdən aktiv
əhali» kateqoriyasıdır. Statistikada, hərbi qulluqçuları çıxmaqla,
həm də mülki işçi qüvvəsi anlayışı mövcuddur. Kimlər məşğul
sayılırlar:
A) statitstik sorğu keçirilən zamanı ödənişli işdə yaxud öz
müəssisələrində bir həftə müddətində işləyən şəxslər;
B) öz ailə üzvlərinə məxsus olan müəssisələrdə həftədə 15 saat
ödənişsiz
işləmiş şəxslər;
C) əmək qabiliyyətini müvəqqəti itirmiş və məzuniyyətdə olan
şəxslər. Bazar iqtisadiyyatlı nisbətən inkişaf etmiş ölkələrdə
muzdla tutulan işçilər bütün işçi qüvvəsinin orta hesabla 90%
təşkil edir. İşçi qüvvəsinin müəyyən hissəsini «müstəqil işçiləri»