Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə62/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   58   59   60   61   62   63   64   65   ...   95

 
225 
 
 
 
 
     1) istehsal  prosesində  işçinin  şəxsi  nəticəsindən;2)kollektivin 
işinin  ümumi  nəticəsindən.  Təcrübədə  üç  komponentin  ”  işçinin 
əmək  haqqının  səviyyəsi,  onun  şəxsi  nəticəsinin  və  kollektiv 
əməyin nəticəsinin qarşılıqlı əlaqəsinin konkret forması sahibkar 
tərəfindən müəyyənləşdirilir.  
     Daha  səmərəli  üsul  səmərəlilik  əmsalının  tətbiqi  ilə  əməyin 
ödənilməsi sistemidir.  
      Sahibkar  hər  şeydən  əvvəl  istehsalın  səmərəlili  yinin  yüksək 
səviyyədə  olmasında  maraqlıdır  və  ona  görə  də  bu  məsələni  həll 
etməkdə ona kömək edə bilən hər şeyi daim axtarır. Bu məqsədə 
o,  əlbəttə  ki,  təkbaşına  da  nail  ola  bilər,  həm  də  onunla  işləyən 
adamlardan  ibarət    bütün  komandanı  bu  cür  axtarışa  cəlb  edə 
bilər.  Bu  halda  əmr  (lap  ən  nəzakətli  formada  olsa  da) 
formasından  istifadə  etmək  olmaz.  İşçinin  firmanın  kommersiya 
marağına  cəlb  edilməsinin  iqtisadi  forması  əməyin  ödənilməsi 
sistemi vasitəsilə həyata keçirilir. 
        Beləliklə,  istehsalın  səmərəliliyi  və  əməyin  ödənilməsi 
arasındakı  qarşılıqlı  əlaqəni  göstərmək  olar.  Bu  cür  əlaqənin 
vəzifəsi  sadə  və  aşkardır:  istehsalın  səmərəliliyi  yüksək  olduqca 
əməyin  ödənilməsi  də  yüksək  olmalıdır.  Bəs  səmərəlilik  nə 
deməkdir? 
       Dar  mə‘nada  səmərəlilik  istehsal  nəticələrinin  müəyyən 
ictimai  formada  götürülmüş  xərclərə  olan  nisbətidir.  Geniş 
mə‘nada  bu,  ictimai  əməyin  qənaət  edilməsinin  konkret 
ifadəsidir.  
     Səmərəlilik 
eləcə 
kooperativ 
əməyin 
nəticəsidir 
və 
məhsuldarlıq,  elmi-texniki  səviyyə,  iş  vaxtından  və  bütün  əmək 
vasitələrindən  daha  səmərəli  istifadə  edilməsi,  əməyin  keyfiyyəti 
kimi 
məvhumları 
əks 
etdirir. 
Səmərəlilik 
istehsalın 
intensivləşdirilməsini,  deməli,  vahid  son  məhsul  üçün  əmək  və 
material  məsrəflərinin  azaldılmasını  nəzərdə  tutur.  Səmərəliliyin 
artması,  təbii  ki,  hər  bir  işçinin  yaradıcı  təşəbbüsünün  inkişaf 
etdirilməsini də nəzərdə tutur.   
      Elə  inkişafı  səmərəli  hesab  etmək  olar  ki,  o  nəinki  bu  günün 
ən  zəruri  tələblərə  cavab  versin,  həm  də  yaxın  və  uzaq 
perspektivdə  keyfiyyətli  inkişafın  möhkəm  özülünü  qoysun. 


 
226 
 
 
 
 
Səmərəliliyin  məhz  belə  dərəcəsi  istehsalın  təhlili  zamanı  diqqət 
mərkəzində olmalıdır. 
Ölkənin daxili iş qüvvəsini adətən yaşı 16-dan yuxarı, əmək haqqı 
qazanmaq üçün işləyən və yaxud aktiv olaraq iş axtaran adamlar 
təşkil  edir.  İş  təklifi,  yaxud  işçi  qüvvəsinin  miqdarı,  faktorlar 
müxtəlifliyi ilə müəyyən edilir, o cümlədən:  
1.  Qender  tutumlu:  bu  sıradan  olan  faktorlar  ev  işlərindən, 
evdarlıqdakı  əmək  bölgüsündən,  uşaq  bəsləmək  və  ona 
qulluqdan,  qadınların  evdən  kənar  işləmələrinə  məhdudiyyətdən 
irəli gəlir. 
 2.  Həyat  tərzi  ”  iş  yeri  seçimi  kriterisi:  işləmək  həvəsi  yaxud 
işləmək vacibliyi? 
3.  Yaş  həddi:  evdə  iş  götürməyə  qanunvericilikdə  qoyulan 
qadağala;    onlara  riayətin  ciddiliyi.  Pensiya  yaşı.  Yaş  ayrı-
seçkiliyim mövcuddurmu?  
4. Əmək bazarında iştirakın şərtlərində dəyişikliklər. 
5. İmmiqrasiya. 
Əməyin  təklifi  ”  bu  gəlir  əldə  etmək  məqsədlə  əhalinin 
zavodlarda,  fermalarda,  kommersiya,  dövlət  və  gəlirsiz 
təşkilatlarda işləmək istəyinə ayırdığı saatların miqdarıdır. Əmək 
təklifinin  analizində  üç  element  əsas  götürülür:  iş  saatı,  iştirak 
norması  (və  yaxud  əhalinin  ümumi sayında işçi  qüvvəsinin  payı) 
və  immiqrasiya.  İşçi  qüvvəsinə  inkişaf  etmiş  ölkələrdə  statistika 
adətən bütün məşğul olanları  (o cümlədən hərbi qulluqçuları) və 
işsizləri  aiddir.  Bu  anlayışın  sinonimi  «iqtisadi  cəhətdən  aktiv 
əhali» kateqoriyasıdır.  Statistikada, hərbi qulluqçuları  çıxmaqla, 
həm  də  mülki  işçi  qüvvəsi  anlayışı  mövcuddur.  Kimlər  məşğul 
sayılırlar:  
A)  statitstik  sorğu  keçirilən  zamanı  ödənişli  işdə  yaxud  öz 
müəssisələrində bir həftə müddətində işləyən şəxslər; 
B)  öz  ailə  üzvlərinə  məxsus  olan  müəssisələrdə  həftədə  15  saat 
ödənişsiz 
işləmiş şəxslər; 
C)  əmək  qabiliyyətini  müvəqqəti  itirmiş  və  məzuniyyətdə  olan 
şəxslər.  Bazar  iqtisadiyyatlı  nisbətən  inkişaf  etmiş  ölkələrdə 
muzdla  tutulan  işçilər  bütün  işçi  qüvvəsinin  orta  hesabla  90% 
təşkil  edir.  İşçi  qüvvəsinin  müəyyən  hissəsini  «müstəqil  işçiləri» 


 
227 
 
 
 
 
sayılan  işçilər  təşkil  edir  ki,  onlar  bütövlükdə,  bir  qayda  olaraq, 
muzdlu  əməkdən  imtina  edən  kiçik  sahibkarlardan  və  müstəqil 
peşə  sahiblərindən  (vəkillər,  jurnalistlər,  yazıçılar  və  s.)  ibarət 
kütləni təmsil edirlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
    
 
 
 
 
 
 
 
 
6-cı Fəsil:Beynəlxalq biznesdə birgə müəssələrin yaradəlması 
6.1.Birgə müəssisələrin yaradılması şərtləri, məqsədləri və 
qaydaları 
Bazar  iqtisadiyyatına  keçilməsi  və  ictimai  tərəqqinin 
qarşısıalınmaz gedişi daim yeni-yeni problemlər yaradır. Hazırki 
iqtisadi,  siyasi,  sosial,  mənəvi  tənəzzül  dövründə  Azərbaycan 
Respublikasının    sosial-iqtisadi  inkişafını  bərpa  etməkdən  vacib 
ikinci  bir  ümdə  vəzifə  yoxdur.  Sosial-iqtisadi  vəziyyəti 
tənzimləmək  və  iqtisadi  inkişafı  təmin  etmək  ölkəmizin  strateji 
xətti olmalıdır və bu xətt cəmiyyətin həyatının bütün sahələrinin 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə