Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə70/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   66   67   68   69   70   71   72   73   ...   95

 
250 
 
 
 
 
Kontraktual  razılıq  bir  neçə  yola  əsaslanaraq  bağlanır.  Hansı 
formada  olur  olsun,  kontraktual  razılıq  aşağıdakı  hallarda 
istifadə edilir. 

 
Fəaliyyət,  müştərək  müəssisənin  yazılı  öhdəçiliyi  və 
müddəti; 

 
Direktorlar  şurasının  yığıncağı  və  ya  ona  bərabər 
müştərək müəssisəni idarə edən orqan və iştirakçıların 
səs hüquqları; 

 
Iştirakçılar tərəfindən kapital qoyuluşları; 

 
Gəlirin,  məhsulun  və  xərclərin  əməkdaşlar  tərəfindən 
bölgüsü və ya müştərək müəssisənin nəticələri. 
Kontraktual  razılıq  əməkdaşın  birini  müştərək  müəssisənin 
operatoru və ya meneceri təyin edə bilər. 
Birgə 
müəssisələr 
nəzər 
yetirərək 
onun 
potensial 
iştirakçılarının  vəziyyətini  öyrənmək  vacibdir.  Məsələn:  maliyyə 
mənbəyi əldə etmək istəyən müəssisə əksər hallarda kiçik müəssisə 
olur.  O  böyük  maliyyə  və  əməliyyat  imkanlarına  malik  olan  iri 
firma 
ilə 
əməkdaşlıq 
edir. 
Öz 
fəaliyyətinin 
həcmini 
genişləndərməyə  can  atan  kiçik  firma  (əməkdaş)  üçün  əməliyyat 
imkanları  hərdən  puldan  da  vacib  rol  oynayır.  Müştərək 
sahibkarlıqda  iri  firma  (əməkdaş)  isə  nə  qədər  pulda 
maraqlıdırsa,  bir  o  qədər  əməkdaşı  (kiçik  firma)  tərəfindən 
istehsal edilən konkret hər hansı bir əmtəənin bazar seqmentində 
olan  payında  maraqlıdır.  Buna  görə  də  o  öz  kapitalını  adi  səhm 
paketinə deyil, müştərək sahibkarlıqa qoyur. 
Ayrıca  təsərrüfat  fəaliyyətini  həyata  keçirmək  üçün  yeni 
yaradılan  müəssisədən  (firmadan)  fərqli  olaraq,  müştərək 
sahibkarlıqda hər iki partnyor müəssisənin məsələlərinin həllində 
aktiv iştirak edirlər. 
Avropa  İqtisadi  Komissiyası  müştərək  müəssisələr  üçün 
aşağıdakı öhdəçilikləri qeyd edir. 
1.
 
tərəfdaşlar  arasında  ümümi  uzunmüddətli  sahibkarlıq 
fəaliyyəti üçün razılığın mövcudluğunu 
2.
 
uzun müddətli məqsədlərə çatmaq üçün-maliiyə vəsaitləri, 
əsas  fonlar,  idarəetmə  üsulları,  intellektual  mülkiyyət  və 
digər  vəsaitlər  formasında  iştirakçıların  aktivlərinin 
birləşdirilməsini 


 
251 
 
 
 
 
3.
 
birləşdirilmiş  aktivlərin  (qiymətlilərin)  tərəflərin  kapital 
qoyuluşu kimi qiymətləndirilməsi və baxılması 
4.
 
fəaliyyəti  birgə  məqsədləri  həyata  keçirməyə  yönəldilən 
müstəqil idarəetmə orqanın yaradılması 
5.
 
tərəflərin  razılaşdırılmış  məqsədlərə  çatmasından  və 
bunlarla bağlı risklərdən, hər bir partnyorun birgə kapital 
qoyuluşunda təyin edilmiş faizlə iştirakından asılı olaraq 
mənfəətdə (bölüşdürülməsində) iştirakı 
Buna  görə  yuxarıda  deyilənə  uyğun  olaraq,    xarici  investor 
torpağın,  təbii  ehtiyatların  keyfiyyətinə,  kadrların  professional 
hazırlıq  dərəcələrinə,  texniki  və  texnoloji  parametrlərə,  daxili 
bazara,  həmçinin  müştərək  istehsal  olunan  məhsulların  üçüncü 
ölkələrə ixrac imkanlarına, infrastrukturun inkişaf səviyyəsinə və 
mənfəətin  həcminə  təsir  edən  digər  amilləri  nəzərə  alırlar.  Buna 
misal  olaraq  biz  Spenser  və  Brender  tərəfindən  təqdim  edilən 
R&D”  rəqabət  modelini göstərə  bilərik.  Bu  modeldə  iki  firma, 
bu iki ölkələrin hərəsində biri olmaqla, 3-cü ölkədə ixrac bazarını 
təmin edirlər. 
Bir  çox  xarici  alimlər  müştərək  sahibkarlığın  fərqləndirici 
xüsusiyyətlərinə  onun nisbətən qeyri sabitliyini aid edirlər. Bunu 
əsasən aşağıdakılarla xarakterizə edirlər. 

 
Müştərək  sahibkarlıq  razılığında  danışıqlar  punktunun 
çətinlikləri və mümkünlükləri. 

 
Müştərək sahibkarlığın necə tənzimlənə bilməsi. 

 
Müştərək sahibkarlıq zamanı razılığın pozulması. 
Müştərək sahibkarlıq yaradarkən heç də nəzərdə tutulmur ki, 
tərəfdaşlardan  biri  (bir  neçəsi)  mütləq  xarici  partnyor  olmalıdır. 
Müştərək sahibkarlığın formasına həmçinin qarışıq müəssisələr” 
də  aid  edilir. Qarışıq müəssisələr  formasında yaradılan müştərək 
sahibkarlığa eyni ölkənin iki və ya artıq hüquqi şəxsin nizamnamə 
fondu formalaşan hüqüqi şəxslər aid edilir. Müştərək sahibkarlıq 
yaradılandan  sonra  ümumi  prinsiplərə  riayət  etmək  zəruridir. 
Bunlar aşağıdakılardır. 
Qarşılıqlı  inam”müştərək  əməkdaşlığın  müvəffəqiyyətlə 
aparılmasında  qarşılıqlı  inamın  özünə  məxsus  yeri  vardır.  Hansı 
leqal quruluşundan asılı olmayaraq hər bir tərəf tərəflər arasında 


 
252 
 
 
 
 
bağlanan müqavilənin uzunluğuna deyil, ən çox qarşılıqlı inam və 
əməkdaşlığın səviyyəsinə diqqət yetirirlər. 
Komunikasiya-tərəflər arasında kommunikasiya həlledici rol 
oynayır.  Bu  xüsusi  olaraq  beynəlxalq  səviyyəli  müştərək 
sahibkarlıqda  ümumi  başadüşülən  biznes  dilinə  malik  olması 
mühüm praktiki amil kimi qiymətləndirilmişdir. 
Mənfəət motivasiyası: müştərək sahibkarlığın xüsusi özəlliklər 
yolu  ilə  və  ya  sinerji  mənfəəti  yolu  ilə  mənfəət  motivasiyasına 
(məs:  birləşdirilmiş  ‚know-how‛,  intellektual  mülkiyyət 
hüquqları  və  s.)  malik  olmağa  ehtiyacı  var  və  bu  da  onu  eyni 
tabeçilikdə olan başqa tərəflərin biznesindən fərqləndirir. 
Qərar  qəbul  etmə:    müştərək  sahibkarlıq  fəaliyyətində  qərar 
qəbul  edən  tərəflərin  hərəsinin  öz  fikirləri  üstündə  durmağı 
idarəetmə işlərini pozulmasına gətirib çıxara bilər.  
Potensial  investisiyanın  tədqiqi  və  ya  auditi  (due-diligence)
bu və digər tədqiqatlar qanuni yolla öhdələrinə qoyulmuş tərəflər 
tərəfindən  razılığa  daxil  olmasına  uyğun  olaraq  birgə 
əməkdaşların biznesinə təsir göstərəcək müqavilədən qabaq bütün 
sənədlərin  tam  yoxlanılması  zamanı  üzə  çıxan  xoşagəlməz 
şübhələri  aradan  qaldırmaq  üçün  aparılır.  Tədqiqatlar  digər 
biznes  tərəflərinin  də  bütün  maliyyə  və  leqal  aspektlərini  əhatə 
etməlidir.  Keçmiş  hesablar,  mühasibat  siyasətləri,  tərəflərin 
müştərək  sahibkarlıqda  paylarının  qiymətləndirilməsi  və  digər 
maliyyə  işləri  diqqətlə  tədqiq  edilməlidir.  Qanuni  due-diligence 
bütün  cari  və  həll  edilməyən  məhkəmə  prosesini,  tərəflərin 
intellektual  mülkiyyət  hüquqlarını,  real  əmlak  qiymətlilərini  və 
mühüm  müqavilələrin  hissəciklərini  (təfsilatına  kimi)  əhatə 
etməlidir. 
Anlaşılmanın memorandumu: 
Məqsəd: 
müştərək 
sahibkarlığı 
yaradarkən 
mühüm 
preliminar fazalardan biri anlaşılmanın memorandimudur. Bu bir 
neçə  mühüm  funksiyanı  yerinə  yetirir.  Birincisi  bu  tərəflərin 
yaratmaq  üçün  qərar  qəbul  elədikləri  və  ya  yaradılmasını 
boyunlarına götürdükləri müştərək sahibkarlığın istənilən ictimai 
elanı üçün razılaşdırılmış mətnin əsasını təşkil edir. Bu həmçinin 
müştərək  fəaliyyətin  şəffaflığı  üçün  tənzimləyici  orqanlara  ilkin 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə