Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə69/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   65   66   67   68   69   70   71   72   ...   95

 
247 
 
 
 
 
Sahibkarlıq  fəaliyyətinin  bu  növü  hal-hazırda  da  inkişaf 
etməkdə  olan  ölkələrdə  uğurla  həyata  keçirilir.  Sözsüz  kapitalın 
hərəkət  verici  qüvvəsi  mənfəət  olduğu  üçün  müştərək 
sahibkarlığın  yaradılmasında  əsas  niyyət  mənfəət  əldə  etmək 
məqsədi ilə sahibkarların (dövlətlərin) hər hansı bir maliyyə, elmi-
texnoloji, xammal, idarəetmə proseslərini təkbaşına həyata keçirə 
bilməməsi  və  ya  bunların  həyata  keçirilməsinin  daha  optimal 
variantının  seçilməsidir.    Buna  da  iqtisadi  nöqteyi  nəzərindən 
diqqət  yetirsək  görərik  ki,  müştərək  sahibkarlığın  yaradılması 
kapital  ixracının  xüsusi  bir  forması  kimi  çıxış  edir.  Belə  ki, 
beynəlxalq  əmək  bölgüsü  olmadan,  yeni  texnika,  texnologiya 
tətbiq  etmədən  dünya  bazarına  çıxmaq,  təlabatı  çox  olan 
məhsullar istehsal etmək müşkül məsələdir. Müştərək sahibkarlıq 
fəaliyyətinin  həyata  keçirilməsində  həm  yerli,  həm  də  xarici 
əməkdaş  öz  strateji  maraqlarını  güdür  və  buna  uyğun  olaraq  öz 
fəaliyyətlərini  qururlar.  Müştərək  sahibkarlıqda  adətən  yerli 
əməkdaş  xarici  investorun  təcrübəsindən,  qabaqcıl  texnika  və 
texnologiyasından,  idarəetmə  üsullarından    xarici  tərəfdaş  isə, 
zəngin  təbii  resurslardan  istifadə,  öz  ölkəsində  həyata  keçirə 
bilmədiyi  məqsədləri  həyata  keçirmək  o  cümlədən  fəaliyyət 
göstərdiyi  ölkənin  coğrafi  mövqeyindən  istifadə,  ucuz  işçi 
qüvvəsindən istifadə, yerli bazarın konyukturasını öyrənmək və s. 
imkanını  qazanır.  Müştərək  sahibkarlığın  yaradılmasında  digər 
səbəblərdən  biri  də  geniş  ölkələrarası  layihələrin  tək  bir  ölkə 
tərəfindən  maliyələşə  bilməməsi  və  ya  həyata  keçirilə 
bilməməsidir.  Müştərək  sahibkarlıq  deyəndə  iki  və  ya  bir  neçə 
ölkə  partnyorlarının  istehsal,  ticarət,  elmi-texniki,  investisiya, 
servis  və  s.  sahələri  daxil  olmaqla  istehsal  təsərrüfat  fəaliyyəti 
başa  düşülür.  Müştərək  sahibkarlığın  ümumi  əlamətlərinə  bütün 
partnyorların  aşağıdakı  eyni  növ  əlaqələrin  razılaşdırılmasının 
vacibliyidir.  Belə  ki,  bu  sahibkarlığın  əsasında  onların 
mövqelərinin üst-üstə düşmədiyi konfliktli hallar (kadrlar, istehsal 
və  ticarət  siyasəti,  idarəetmə  üsulları,  əməyin  ödənilməsi)  və 
əmtəənin  (xidmət)  istehsalçıdan  istehlakçılara  hərəkətini  təmin 
etmək durur. 
Birgə müəssisələrin yaradılması  formaları 


 
248 
 
 
 
 
Birgə  müəssisələrin  yaradılması  əsasında  güclərin,  maliyyə 
vəsaitlərinin,  material  resurslarının  birləşdirilməsi  və  mənfəətdə 
və riskdə iştirak durur. 
Birgə müəssisələr aşağıdakı formalarda həyata keçirilir: 

 
konsersium; 

 
beynəlxalq iqtisadi təşkilatlar; 

 
azad iqtisadi zonalar

 
müştərək müəssisələr; 

 
təsərrüfat cəmiyyətləri; 

 
səhmdar cəmiyyətləri. 
Bəzən  birgə  müəsisələr      tərəflərin  yerli  və  ya  xarici 
olmasından  asılı  olmayaraq  aşağıdakılara  bölünür.  Xarici 
tərəfdaşla yaradılan müştərək sahibkarlığın növləri bunlardır. 

 
 Qarışıq cəmiyyət; 

 
 Müştərək müəssislər; 

 
 Azad iqtisadi zonalar. 
Konsersium  (latın  sözü-birgə  iştirak,  birgə  əməkdaşlıq) 
konkret  məsələlərin  həlli  üçün  partnyorların  müvəqqəti 
birləşməsidir. 
Beynəlxalq  iqtisadi  təşkilatlar-bunlar  hökumətlərarası  və 
dövlətlərarası iqtisadi təşkilatlar, beynəlxalq təsərrüfat təşkilatları 
və  birlikləridirlər.  Onlar  müqavilələr  və  onların  təsisçilərinin 
razılığı  əsasında  qurulurlar.  Dövlətlərarası  iqtisadi  təşkilatların 
əsas  funksiyaları  istehsal,  elmi  və  s.  sahələrdə  əməkdaşlıq  edən 
ölkələrin fəaliyyətlərinin koordinasiyasıdır. 
Beynəlxalq  təsərrüfat  təşkilatlarının  əsas  funksiyaları  elm-
istehsal sferasında birgə təsərrüfat və koordinasiya fəaliyyətidir. 
Ilk  azad  iqtisadi  zonalar  böyük  dəniz  limanlarının,  dəmir 
yolları  qovşaqlarının,  aeroportların-ölkələrin,  sərbəst  və 
gömrüksüz  xarici  əmtəələrin  aparılması  və  gətirilməsi  üçün 
gömrüksüz sahələrindən ayrı xüsusi ərazilər sayılırdı. Uzun zaman 
ərzində azad iqtisadi zonalar əhəmiyyətli kommersiya fəaliyyətinə 
çevrildi. Azad iqtisadi zonalar-gömrük sərhəddi daxilində sərbəst 
ayrılan sahə olub, bütün təsərrüfat məsələlərinin həllində müstəqil 
hüquqlara malikdir. 


 
249 
 
 
 
 
Azad  iqtisadi  zonalara  xüsusi  idarəçilik  hüquqları  verilir, 
güzəştli  şərait  yaradılır.  Onlar  həmçinin  xarici  investorların 
iştirakı ilə müştərək müəssisələr də yarada bilərlər. 
Azad iqtisadi zonaların yaradılmasının əsas məqsədi xarici və 
daxili kapitalı cəlb edərək istehsalı təşkil etmək, investisiya şəraiti 
yaratmaq,  xarici  bazar  üçün  rəqabət  qabiliyyətli  məhsul  istehsal 
etməkdir. 
Statistik  məlumatlara  görə  hazırda  bütün  dünyada  400-ə 
yaxın  azad  iqtisadi  zona  mövcuddur.  Onların  bəziləri  öz 
funksional  xasiyyətlərinə  görə  sərbəst  kömrük  zonalarına 
yaxındırlar. 
Azad iqtisadi zonaların əsasən iki forması vardır. 
1.Ticarət xarakterli (fəaliyyətli). 
2. İstehsal fəaliyyətli. 
Müştərək  müəssisələr-müştərək  müəssisələr  dedikdə  iki və  ya 
daha  artıq  ölkənin  (ölkə  sahibkarı)  kapitalı  ilə  birgə  yaradılan 
müəssisələr  başa  düşülür.  Iqtisadi  ədəbiyyatlarda  müştərək 
müəssisə  termini  ilə  yanaşı  ‚birgə  müəssisə‛,  ‚qarışıq  müəssisə‛ 
anlayışı  da  işlədilir.  Bəzi  iqtisadi  ədəbiyyatlarda  xarici  tərəfdaşı 
olan və birgə fəaliyyət göstərən müəssisələr ‚Müştərək müəssisə‛, 
yerli  tərəfdaşı  olan  müəssisələr”‚Şərikli  müəssisə‛,  dövlətin 
yaratdığı belə müəssisə isə–“Birgə müəssisə adlandırılır. 
 Dünya təcrübəsində müştərək müəssisələrin yaradılmasının 2 
müxtəlif tipini fərqləndirirlər. Bunlar ‚səhmdar kapitalı əsasında 
yaradılan  müştərək  müəssisələr‛  və  ‚contraktual  müştərək 
müəssisələrdir‛ 
Səhmdar  müştərək  müəssisələr  iki  və  ya  daha  artıq  iştirakçı 
tərəfindən  səhmdar  cəmiyyəti  formasında  yaradılır  və  hər  bir 
iştirakçı səhmdar kapitalın müəyyən payına malik olur. 
Kontraktual müştərək müəssisələr dedikdə fəaliiyətin bu növü 
müştərək  fəaliyyəti  həyata  keçirmək  üçün  yeni  müəssisənin 
yaradılmasını  nəzərdə  tutmur.  Iştirakçılar  arasında  həyata 
keçirilən  bütün  proseslər  müqavilələr  yolu  ilə  tənzimlənir. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə