Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə64/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   60   61   62   63   64   65   66   67   ...   95

 
231 
 
 
 
 
proqressiv  və  kompleks  forması  kimi  yeri  və  rolu 
müəyyənləşdirilir. 
Birgə  sahibkarlıq  özündə  müəyyən  bir  əməkdaşlıq  sistemini 
formalaşdırır  ki,  bunun  vasitəsilə  müstəqil  təsərrüfat  sahələri 
formalaşır,  tərəfdaşların  əllərində  olan  vasitələr,  resurslar  və 
güclər  birləşir,  təsərrüfat  fəaliyyətinin  birgə  idarə  edilməsi  və 
gəlirlərin  bölüşdürülməsində  birgə  iştirak  üzrə  münasibətlər 
inkişaf etdirilir.  
Birgə  sahibkarlıq  çərçivəsində  yaranan  iqtisadi  əməkdaşlıq 
münasibətlərinin reallaşdırılması formaları kimi, birgə istehsal və 
birgə müəssisələr çıxış edir. 
Birgə istehsal ” birgə sahibkarlığın bir  forması kimi özündə 
vahid bir proses kimi tərəfdaşlar tərəfindən həyata keçirilən bütün 
istehsal,  istehsaldan  qabaq  və  istehsaldan  sonrakı  əməliyyatların 
birləşdirilməsini  nəzərdə  tutan  istehsal  sferasında  korporativ 
razılaşmaların  və  ya  firmalararası  qarşılıqlı  fəaliyyətin  müxtəlif 
növlərini özündə ehtiva edir. 
Birgə  müəssisələr  ”  milli  və  xarici  tərəfdaşların  elə  birgə 
sahibkarlıq formasıdır ki,  onun vasitəsi ilə ümumi istehsal bazası 
yaradılır;  yerli  və  xarici  şirkət  tərəfdaşlarının  birgə  mülkiyyətinə 
daxil  olan  məhsul  yaradılır;  birgə  fəaliyyətin  ümumi  idarə 
edilməsi, gəlirlərin bölüşdürülməsi həyata keçirilir. 
Milli  və  xarici  iqtisadi  və  hüquqi  ədəbiyyatlarda  ‚Birgə 
müəssisələr”anlayışını  tam  müəyyən  edən  ortaq  fikir  yoxdur: 
müxtəlif şəkildə ‚qarışıq cəmiyyət‛, ‚qarışıq kompaniya‛, ‚birgə 
firma‛, ‚xüsusi mülkiyyətə əsaslanan müəssisə‛ və s. anlayışlarına 
rast gəlmək olar.  
Milli  iqtisadi-hüquqi  praktikada  başlıca  olaraq  müştərək 
müəssisələr  (müəyyənləşdirilmiş  həcmdə  xarici  investisiya  payı 
olan  müəssisələr  üçün)  və  xarici  müəssisələr  (100%  xarici 
investisiya 
kapitalına 
əsaslanan 
təsərrüfatçılıq 
fəaliyyəti 
subyekləri üçün). 
Birgə müəssisə ” elmi ” istehsal, kommersiya, istehsal, kənd 
təssərrüfatı  və  mövcud  qanun  vericiliyə  müvafiq  olaraq  qadağan 
edilməmiş  istənilən  digər  fəaliyyəti  növlərinin  həyata  keçirilməsi 
üçün müxtəlif təssərrüfat ” hüquqi formaları da yaradıla bilər. 


 
232 
 
 
 
 
Müştərək  müəssisələrin  yaradılması  və  funksiyalaşdırılması 
əsas şərtlərinə aşağıdakılar daxildir: 

 
milli və xarici tərəfdaşların kapitallarının birləşdirilməsi; 

 
təssərrüfatçılıqda ümumi idarəetmə

 
fəaliyyətdən  ümumi  gəlirlərin  əldə  edilməsi  və 
bölüşdürülməsi; 

 
risklərə görə ümumi məsuliyyət. 
Müştərək  müəssisələrin  yaradılmasının  əsas  prinsipi  kimi  
tərəfdaşlar  üçün    layihənin  bərəbər  gəlirliliyi,  müştərək 
müəssisələrin  funksiyalaşdırılmasının  əsas  prinsipi  kimi  isə 
müəssisənin  öz  xərclərini  ödəməsi  qabiliyyətinin  təmin  edilməsi 
çıxış edir. 
  Digər  beynəlxalq  əməkdaşlıq  formaları  ilə  müqayisədə 
müştərək müəssisələr aşağıdakı üstünlüklərə malikdirlər: 

 
uzunmüddətli iqtisadi əməkdaşlıq; 

 
müəssisənin  fəaliyyətinin  bütün  sferalarında  qarşılıqlı 
fəaliyyət  üzrə    tərəfdaşların  potensiallarından  komplek  
istifadənin mümkünlüyü; 

 
qarşılıqlı  fəaliyyət  tərəfdaşları  tərəfindən  ancaq  istehsal 
prosesləri 
üzərində 
deyil 
həm 
də 
məhsulun 
reallaşdırılması üzərində nəzarətin təşkil olunması. 
Müştərək  müəssisə  formasında  təsərrüfat  sferasında 
əməkdaşlıq  edən  tərəfdaşların  maraqları  aşağıdakı  imkanlar 
vasitəsilə müəyyənləşir: 
1.
 
Daha effektiv xarici iqtisadi fəaliyyətin təşkili. 
2.
 
Daha böyük elmi texniki effektivliyin əldə olunması. 
3.
 
Ümumilikdə istehsal fəaliyyətinin ixtisaslaşdırılması və 
koopreativləşdirilməsindən  yüksək  effektivliyin  əldə 
olunması. 
4.
 
Resurs 
və 
vəsait 
çatışmazlıqlarının 
aradan 
qazldırılması. 
5.
 
Sahibkarliq risqlərinin aşağı salınması. 
6.
 
Zaman baxımından üstünlüyünəldə edilməsi. 
7.
 
Yeni satış bazarlarının ələ keçirilməsi. 
8.
 
İstehsalın difersifikasiyası. 


 
233 
 
 
 
 
Sadalanan  motivlər  birgə  müəssisə  formasında  əməkdaşlıq 
edən  tərəflərdən  hər  birinin  məqsədlərinin  reallaşdırılması  üçün 
əsas yaradır. 
  Milli tərəfdaşların məqsədləri: 

 
istehsalın  təşkili  və  idarə  edilməsinin  proqresiv 
metodlarının mənimsanilməsi; 

 
milli məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətliliyinin 
yüksəldilməsi; 

 
xarici investisiyanın cəlb edilməsi; 

 
elmi  texniki  yeniliklərin  mənimsənilməsi  müddətinin 
qısaldılması və s. 
Xarici tərəfdaşların məqsədləri: 

 
məhsul və xidmət satışı bazarlarının genişləndirilməsi; 

 
sərbəst kapitaldan effektiv istifadə etmək mümkünlüyü; 

 
daha  ucuz  istehsal  faktorları  tətbiq  edilməsi  hesabına 
istehsal məsariflərinin aşağı salınması və s. 
Tərəfdaşların ümumi məqsədləri: 

 
yeni  istehsal  güclərinin  yaradılması  zamanı  kapital 
itkilərinin (risklərin) minimumlaşdırılması; 

 
konkrek mövcud coğrafi bazarlara daxil olmaq; 

 
yerli  bazarda  aparılan  əməliyyatlara  münasibətdə 
idarəetmə bacarıq və vərdişlərinin qazanılması; 

 
yeni fəaliyyət sferasına doğru irəliləmək; 

 
yeni  istehsal  bazasının  və  xammal  mənbələrinin  əldə 
olunması; 

 
yeni  bazarlardakı  tələbatın  öyrınilməsi  və  ticarət 
kanallarının əldə edilməsi; 

 
tsiklik və yamövsümi qeyrisabitlik hallarından yayınmaq 
mümkünlüyü; 

 
istehsal  faktorlarının  dəyərinin  aşağı  səviyyəsində 
üstünlükdən istifadə ediməsi. 
Lakin  praktikada  heç  də  həmişə  tərəfdaşların  maraqları 
bütün  hallarda  uzlaşmırlar.Bir  qayda  olaraq  (makroiqtisadi 
nöqteyi nəzərdən) yerli tərəfdaş üçün sərfəli olmayan, lakin xarici 
tərəfdaşlar  üçün  sərfəli  olan  məsələ  xammal  resurslarının 
daşınması prosesidir. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə