Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə72/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   68   69   70   71   72   73   74   75   ...   95

 
256 
 
 
 
 
global  şəkildə  fəaliyyət  göstərən  ‚strateji  müştərək  sahibkarlıq 
və ya digər növü  olan bərabər payçılıq növünü göstərə bilərik. 
Lakin bu alternativlərin arasında sözsüz bir əlaqə vardır. 

 
Lisenziya razılığı; 

 
Bölüşdürmə razılığı; 

 
Idarəetmə köməyi və ya konsaltinq razılığı. 
Birgə  müəssisələrin  təşkilinin  aktual  problemlərindən  biri 
onların 
idarəetmə 
sisteminin 
işlənib 
hazırlanmasıdır. 
Idarəetmənin  əsas  xüsusiyyətlərindən  biri  tərəflər  arasında 
funksiyaların bölüşdürülməsidir. Sahibkarlıq fəaliyyətinin ümumi 
nəticəsi  və  tərəflərin  hər  birinin  maraqlarının  təmin  edilməsi 
bundan  asılıdır.  Adətən  xarici  investor  müştərək  sahibkarlığın 
idarə edilməsində əhəmiyyətli dərəcədə səlahiyyət tələb edir. Milli 
iqtisadiyyatda  müştərək  sahibkarlığın  səmərəli  təşkili  üçün  milli 
iqtisadiyyatın  istehsal  və  sosial  imkanları  yaxşı  öyrənilməli,  cari 
və  perpektiv  inkişaf  problemləri  tədqiq  edilməlidir.  Öz 
iqtisadiyyatı,  onun  imkanları  haqqında  daha  çox  biliyə  malik 
olanlar  və  onun  imkanları  haqqında  məlumata  malik  olan, 
beynəlxalq  iqtisadi  münasibətlərinə  qoşulan  daha  yüksək  səmərə 
əldə edirlər. 
Birgə  müəssisələrin  beynəlxalq  iqtisadi  əməkdaşlığın  daha 
mürəkkəb formasıdır. Bunlara misal olaraq beynəlxalq müştərək 
müəssisələr göstərə bilərik.  
Dünyada  çoxmillətli  kompaniyalar  daxil  olmaqla  inkişaf 
etmiş  ölkələrin  payına  düşən  müştərək  sahibkarlıq  obyektlərinin 
çoxu tam məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərirlər. 
Xarici 
ədəbiyyatlarda 
adətən 
müştərək 
sahibkarlıq 
fəaliyyətinin  qeyri  kommersiya  təşkilatları  ilə  indivuallar  və 
kommersiya  təşkilatları  ilə  birgə  həyata  keçirilən  4  tipini 
göstərirlər. 
1. Xüsusi qiymətliləri inkişaf etdirmək üçün müəssisələr. Birgə 
müəssisələrin qeyri-kommersiya təşkilatlarını və xüsusi qiymətləri 
inkişaf  etdirmək  üçün  uzun  illərdir  ki,  istifadə  olunur.  Bunlara 
misal  olaraq  Vençur  kapitalı  investisiyası,  investisiya  portfelinin 
amalqalanması  (qorunması)  və  intellektual  mülkiyyət  hüququ 
kimi  müstəqil  təşkilatların  inkişaf  etdirdiyi  qiymətlilərin  xüsusi 
tipininin  inkişafını  formalaşdıran  müştərək  razılaşmaları 


 
257 
 
 
 
 
göstərmək olar. Bütün bunlar müştərək razılaşmaların birinci tipi 
idi  ki  ABŞ-da  İnternal  Revenue  Service‛  (dövlət  vergi  xidməti) 
dəstəklədi. 
2.  Sərbəst  təşkilat  üçün  yardım  funksiyasını  yerinə  yetirən 
müəssiələr.  Müştərək  sahibkarlıq  sərbəst  təşkilat  üçün  köməkçi 
funksiyasını  yerinə  yetirən  bacarıqları  və  xidmətləri  inkişaf 
etdirmək  üçün  formalaşdırılır.  Bunlara  misal  olaraq  biz 
xəstəxanalar  və  heyət  həkimləri  tərəfindən  inkişaf  etdirilən  tibbi 
ofis  binalarını,  universitetlər  ilə  kommunal  xidmətlərin 
əməkdaşlığında  inkişaf  etdirilən  elektrik  cərəyanı  sahələrini 
göstərə bilərik. 
3.  Sərbəst  təşkilatın  köməkçi  fəaliyyətlərinə  xidmət  edən 
müəssisələr.  Müştərək  sahibkarlıq  sərbəst-vergi  təşkilatının  əsas 
əməliyyatlarını özünə daxil edən fəaliyyətləri inkişaf etdirir. Bütün 
bunlar  əhəmiyyətinə  görə  müştərək  sahibkarlığın  bütün 
əməliyyatlarına  nisbətən  daha  kiçik  və  ikinci  dərəcəli 
əməliyyatlardır.  Bunlara  misal  olaraq  qeyri-kommersiya 
xəstəxanalarının  yerli  həkimlərlə  birlikdə  təşkil  etdiyi  kliniki 
laboratoriyaları və ambulator cərrahiyə mərkəzlərini və tədqiqat 
kursu müddətində bazar məhsulları üçün yaradılan universitetlər 
və  onların  fakultə  üzvləri  tərəfindən  təşkil  edilən  əməkdaşlığı 
göstərə bilərik. 
4.  Sərbəst  təşkilatın  bütün  qiymətlilərinin  transferini  cəlb 
edən  müəssisələr.  Müştərək  sahibkarlıq    özündə  qeyri-
kommersiya  təşkilatının  prinsipial  əməliyyat  aktivlərinin  yeni 
obyektə  transfer  edilən  və  obyekt  tərəfindən  idarə  edilən 
mülkiyyətçi firmalar ilə yaradılır. 
 
 
 
 
 
6.2.Beynəlxalq biznesdə birgə müəssisələrin yaradılmasının 
əsas istiqamətləri və prinsipləri. 
 
 


 
258 
 
 
 
 
Beynəilxalq  biznesdə  birgə  müəssisələrin  yaradılması  xarici 
investora  yerli  tərəfdaşların  köməyi  ilə  ölkənin  iqtisadi  və  siyasi 
vəziyyəti  haqqında  informasiya  əldə  etməyə,  dövlət  orqanları  və 
yerli  istehsalçılarla  əlaqə  yaratmağa,  yerli  xammaldan,  maliyyə 
mənbələrindən  istifadə  etməyə,  ışçi  qüvvəsindən,  yerli  tərəfdaşın 
istehsal güclərindən istifadə etməyə imkan verir. 
Milli tərəfdaşlar isə əlavə maliyyə resursları, yeni texnika və 
texnologiya,  idarə  etmə  təcrübəsi  cəlb  etməklə  istehsal  olunan 
məhsulun  rəqabət  qabiliyyətini  yüksəltmək  imkanlarına  malik 
olur.  Beləliklə,  müştərək  müəssisənin  yaradılması  üçün  bir-birini 
tamamlayan  və  qarşılıqlı  mənfəətli  iqtisadi  resursların  cəlb 
edilməsionun  digər  əməkdaşlıq  formalarında  üstüncəhəti  hedab 
oluna  bilər.  Müştərək  müəssisələrin  yaradılmasında  bazar 
motivləri mühüm rol oynayır. Müştərək müəssisənin yerli bazara 
daxil olmaq vasitəsi kimi xarici investora daha geniş informasiya 
bazası,  daha  geniş  əlaqə  şəbəkəsi  əldə  etməyə  və  daxili 
bazarıqiymətləndirməyə,  yerli  istehlakçıların  zövq  və  meylləri 
haqqında 
informasiya 
toplamağa 
istehlakçılara 
xidmət 
göstərilməsinə imkan verir. Nəticədə, xarici investor yerli bazarda 
möhkəmlənir.  Digər  tərəfdən  xarici  investor  yetkin  istehsal 
texnika  və  texnologiyasını  və  məhsul  istehsalını  inkişaf  etməkdə 
olan ölkəyə keçirməklə şəxsi kapitalının dövriyyə sürətini artırmış 
olur.  Xarici  investorun  müştərək  müəssisənin  avadanlıq,  detal, 
qovşaq,  dəstləşdirici  hissələrlə  təchiz  etməsi,  müasir  istehsal 
texnika  və  texnologiyası,  avadanlıqlarının,  idarə  etmə 
təcrübəsinin  müştərək  müəssisəyə  verilməsi  nəticəsində,  yerli 
bazara məhsul ixracı üçün əlavə dayaq nöqtəsi yaratmış olur. 
Müştərək  müəssisənin  yaradılması  milli  investorun  xarici 
təchizatçı və istehsalçılarla təsərrüfat əlaqələri yaratmasına, yerli 
bazarı  daha  tez  mənimsəməsinə,  xarici  investorların  satış 
şəbəkəsindən  istifadə  edərək  xarici  bazarlara  çıxmasına,  xarici 
marketinq təcrübəsinə yiyələnməsinə müsbət təsir göstərir. 
Müştərək müəssisənin sosial-iqtisadi mahiyyəti tərəfdaşların 
texnoloji  və  emosional  əməkdaşlığı  ilə  müəyyən  olunur. 
Əməkdaşlığın  texnoloji  tərəfi  tərəfdaşların  birgə  sərmayə 
qoyuluşlarında,  xarici  investorun  payı  ”  texnikada,  yeni 
texnologiyada, ixtisaslı kadrlarda, uzun müssətli kreditlərdə; milli 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə