Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə74/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   70   71   72   73   74   75   76   77   ...   95

 
262 
 
 
 
 
Müəssisə üzərində nəzarə müştərək müəssisənin fəaliyyətində 
əsas  məsələlərdən  biridir.  Hansı  investor  miştərək  müəssisə 
üzərində  daha  çox  nəzarətə  malikdirsə,  həmin  investor  da  öz 
mənafeyini  daha  dolğun  reallaşdırmaq  imkanına  malik  olur. 
Müştərək 
müəssisə 
üzorində-nəzarət 
təkcə 
tərəfdaşların 
müəssisənin  kapitalındakı  payı  ilə  yox,  həm  də  ölkənin  inkişaf 
səviyyəsi  və  tərəfdaşların  gücü  ilə  müəyyən  olunur.  Iqtisadi 
ədəbiyyatda düzgün olaraq qeyd edilir ki, «inkişaf etməkdə olan 
ölkələrdə xərici investorun müəssisənin kapitalında 5 faiz iştirakı 
çox  hallarda  həmin  müəssisəni  korporasiyadaxili  əlaqələrə 
qoşmaq  üçün  kifayət  edir».  Xarici  investor  öz  üstünlüklərindən 
istifadə  edərək  müştərək  müəssisə  üzərində  nəzarətı  təmin  edir. 
Bıı nəzarəti təmin edən aşağıdakı metodlar vardır: 
      -Inzibati  metod  -  bu,  müştərək  müəssisədə  formal  və  real 
idarəetmə heyəti yaradılması hesabına xarici investorun müştərək 
müəssisəyə nəzarət etməsinə əsaslanır. 
      -Maliyyə  metodu  -  bu,  xarici  investorun  daha  geniş  kredit 
bazarına  əsaslanmaqla,  müştərək  müəssisənin  fəaliyyətinin  bu 
kreditlərin verliməsindən asılı edilməsinə əsaslanır. 
    -Səhmlərin  emissiyası  və  yerləşdirilməsi  metodu  -  bu  metod 
isə,  milli  tərəfdaşın  səhm  paketinin  xırda  səhmdarlar  arasında 
yayılmasına,  ya  da  iki  növ  səhm-səsvermə  hüququ  verən  və 
səsvermə  hüququ  vermeyən  səhm  buraxmaq  yolu  ilə  xarici 
investorun müştərək müəssisə üzərində nəzarətinə əsaslanır. 
    Beləliklə,  tərəfdaşların  iqtisadi  gücləri  və  inkişaf  səviyyələri 
arasındakı  fərq  nə  qədər  böyükdürsə,  güclü  tərəfdaş  müəssisəni 
texnoloji,  istehsal,  kommersiya  cəhətdən  özündən  asılı  etməklə 
onun üzərində daha çox nəzarət etmək imkanına malik olur. 
          Müştərək  müəssisənin  yaradılması  prosesi  aşaрıdakı 
mərhələləri  əhatə  edir:                    bazarın  tədqiqi,  zəruri 
informasiyanın  toplanması,  real  imkanların  qiymətləndirilməsi, 
müştərək 
müəssisənin 
tipinin 
seçilməsi 
tərəfdaşların 
informasiyanın  toplanması,real  imkanların  qiymətləndirilməsi, 
müştərək  müəssisənin  tipinin  seçilməsi,  tərəfdaşların  axtarışı  və 
seçilməsi,  müştərək  müəssisənin  yaradılması  üçün  danışıqların  
aparılması,  onun  yaradılması,  qeydiyyatı  və  fəaliyyətinin  təşkili 
nəzarətin  həyata  keçirilməsi.  Bu  vaxt  xarici  investor  ölkədəki 


 
263 
 
 
 
 
siyasi-iqtisadi  mühiti  hüquqi  şəraiti,  müştərək  müəssisənin 
fəaliyyətinin  operativ-təşkilati-strateji  aspektlərini,  o  cümlədən 
milli  və  beynelxalq  iqtisadi  siyasətin  məqsədini,  qəbul  edən 
ölkədə  sosial-psixoloji  xüsusiyyətləri  və  s.  nəzərə  alır.  Deməli, 
müştərək  müəssisə  yaradılması  haqqında  danışıqlara  qədər, 
investorlar  müəssisənin  öz  xüsusiyyətlərini  və  xarici  mühitlə 
əlaqədar amilləri nəzərə almalıdırlar. 
   Beləliklə,  xarici  kapitalın  iştirakı  nəticəsində  müştərək 
müəssisələrdə  formalaşan  istehsal    münasibətlərinin  məzmunu, 
fəaliyyət 
məqsədləri, 
iqtısadi 
maraqları, 
onları 
digər 
təsərrüfatçılıq formalarından fərqləndirən əsas cəhətlərdir. 
  Müştərək  müəssisəyə  xas  olan  xarakterik  xüsusiyyətlər 
Birləşmiş  Millətlər  Təşkilatının  Avropa  İqtisadi  Komissiyası 
tərəfindən aşağıdakı kimi müəyyənləşdirilmişdir: 
1.
 
Uzunmüddətli  sahibkarlıq  fəaliyyəti  göstərmək  barədə 
ikitərəfli və ya çoxtərəfli) razılaşmanın olması; 
2.
 
Məqsədə çatmaq üçün tərəflərin pul vəsaitlərindən, əsas 
fondlardan, 
idarəetmə 
təcrübəsindən, 
intellektual 
mülkiyyətdən və s. vasitələrdən birlikdə istifadə etmələri; 
3.
 
İştirakçı  tərəflərin  qoyduqları  kapitala  birgə  aktiv  kimi 
qiymət vermələri; 
4.
 
Müştərək  məqsədi  həyata  keçirmək  üçün  müstəqil 
idarəetmə orqanlarının yaradıması; 
5.
 
Müştərək  kapital  qoyuluşundakı  payına  görə  hər  iki 
tərəfin 
həm 
qazancının, 
həm 
də 
itkilərinin 
bölüşdürülməsində münasib faizlə iştirak etmələri. 
Müştərək  müəssisələr  ‚səhdar  tipli‛  və  ‚maqavilə  tipli‛  ola 
bilərlər.  
Səhdar  tipli  müştərək  müəssisələrdə  hər  bir  tərəfdaşın 
özünün səhm payı olur və o da bunun müqabilində müəyyən faiz 
divident götürür. 
Maqavilə  tipli  müştərək  müəssisələrdəisə  qazancın  bölgüsü 
müqavilə  şərtləri  əsasında  aparılır  və  bunun  üçün  də  yeni  bir 
təşkilatın  yaradılması  zəruri  olmur.  Yəni  hər  hansı  bir  konkret 
məqsədə  çatmaq  üçünimzalanmış  sazişin  bütün  şərtləri  yerinə 
yetirildikdən  sonra,  tərəflər  müqavilə  şərtlərinə  görə  paylarını 
bölüşdürüb işlərini bitmiş hesab edə bilərlər. 


 
264 
 
 
 
 
Müştərək  müəssisə  yaradılarkən  müxtəlif  səbəblər  və 
məqsədlər  qarşıya  qoyula  bilər.Lakin  onların  yaradılmasında 
iştirak edən 4 prinsip demək olar ki, bütün müştərək müəssisələrə 
aid edilə bilər.Bunlar aşağıdakı prinsiplərdir: 
1.
 
İstehsalın məhsuldarlığının və səmərəliliyinin yüksəldilməsi. 
2.
 
Əməliyyatların genişləndirilməsi. 
3.
 
Yeni növ məhsul istehsalında riskin azaldılması. 
4.
 
İnvestisiya, texnika, texnologiya cəlb edilməsi yolu ilə geridə 
qalmış sahənin inkişafının təmin edilməsi. 
           Bu  prinsiplərin  hər  birinin  əldə  edilməsi  üçün  müştərək 
müəssisə aşağıdakı motivlərdən istifadə etməlidir: 
1.
 
İstehsalın  məhsuldarlığının  və  səmərəliliyinin  yüksəldilməsi 
aşağıdakı yollarla əldə edilir: 
a)
 
yeni  istehsal  sahələri  yaradılarkən  kapital  qoyuluşu 
həcminin azaldılması; 
b)
 
fəaliyyətdə olan istehsal bölmələri ilə istehsal həcminin 
genişləndirilməsi; 
c)
 
məhsul  buraxılı  prosesin  şaquli  inteqrasiyanın  təmin 
edilməsi; 
d)
 
ucuz qiymətli xammalın əldə olunması; 
e)  mövcud  istehsalın,  marketinqın  və  təchizatın 
gücləndirilməsi; 
   f)  yeni  texnologiya  və  ucuz  işçi  qüvvəsi  tətbiq  etmək 
sayəsində rentabelliyin yüksəldilməsi
              g) texniki cəhətdən mürəkkəb məhsulların kooperasiya 
yolu ilə iri miqyaslı   istehsalının  təşkil edilrnəsi; 
              h)  patent  və  lisenziyalar  hesabına  istehsalın 
sadələşdirilməsi; 
   1)    kooperasiya      üzrə      tərəfdaşlar      arasında      ödəniş 
şərtlərinin  sadələşdirilməsi. 
2. Əməliyyatların genişləndirilməsi aşağıdakı imkanlan yaradır: 
a)
 
yeni istehlak bazarına daxil olmaq; 
b)
 
yeni fəaliyyət sahəsinə girmək; 
c)
 
yeni  istehsal  bazarı,  xammal  mənbəyi  və  əmək 
ehtiyatları əldə etmək; 
d)
 
yeni təchizat əlaqələrinə nail olmaq; 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə