Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə77/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   73   74   75   76   77   78   79   80   ...   95

 
271 
 
 
 
 

 
Sahibkarlıq 
fəaliyyətinin 
həyata 
keçirilməsi 
maraqlarının ümumiliyi; 

 
Müştərək  sahibkarlıq  üzərində  nəzarəti  təmin  edən 
payın müəyyən edilməsi; 

 
Hər 
bir 
iştirakçının 
iştirak 
payına 
uyğun 
mə’suliyyətlərinin məhdudlaşdırılması; 

 
Hər bir iştirakçının uyğun mənfəət payına hüququ; 

 
Fəaliyyət  müddətinin  (məhdud  və  ya  qeyri-məhdud) 
müəyyən olunması. 
Göründüyü  kimi  Hebert  müştərək  sahibkarlığa  tərəflərin 
əməkdaşlıq forması kimi baxır. 
Bəzi  xarici  ədəbiyyatlarda  müştərək  sahibkarlıqla  strateji 
alyansların  oxşarlığını  qeyd  edirlər.  Tomson  Financial” 
korporasiyasının  tədqiqatçısı  Diana  Gumapos-ın  fikrinə  görə 
bunları  fərqləndirən  bircə  cəhət  vardır.  Müştərək  sahibkarlıq 
dedikdə  strateji  məqsədlər  üçün  iki  və  ya  daha  artıq  təşkilatlar 
tərəfindən  formalaşdırılmış  və  hər  birinin  ayrıca  muxtariyyətini 
saxlamaqla  sahibkarlığı,  idarəetmə  məsuliyyətlərini,  maliyyə 
risklərini və qazancı bölüşdürən müstəqil biznes obyekti yaradan 
kooperativ  biznes  fəaliyyəti  başa  düşülür.  Burada  yeni  biznes 
obyekti yeni yaradılan və ya əvvəlcə mövcud olan birliklər və/və 
ya onların üzvlərinin bölmələri ola bilər. Strateji alyanslarda fərq 
ondan  ibarətdir  ki,  burada  müstəqil  biznes  obyektindən  söhbət 
gedə  bilməz  və  bir  sənaye  sahəsindən  deyil,  müxtəlif  sahələrin 
müəssisələrini cəmləşdirir. Strateji alyanslar adətən iki və ya daha 
artıq  firmanın  uzun  müddətli  istehsal  və  bazar  fəaliyyətinin 
koordinasiyasıdır.  Alyansın  strateji  məqsədi  ona  daxil  edilən  bir 
müəssisənin 
məhsulunu 
digəri 
tərəfindən 
alınmasını 
stimullaşdırır.  Digər  tərəfdən  alyans  müəssisələrin  istehsalat, 
satış, 
elmi-tədqiqat, 
konstruktor-texnoloji 
fəaliyyətlərini 
birləşdirərək,  xərcləri  bərabər  bölüşdürür  və  o  zaman  qüvvətli 
tərəfkeşi  bu  və  ya  digər  sahədə  istifadəedir.  Beləliklə,  alyansa 
girən firmalar müflisləşmə təhlükəsindən qorunur. 
Strateji 
alyanslara 
adətən 
müştərək 
sahibkarlığın 
yaradılmasının  ilkin  adımı  kimi  baxılır.  Strateyi  alyansların 
növlərinə  gəldikdə  isə  bura-  çoxtərəfli  razılaşmaları,  vençur 


 
272 
 
 
 
 
razılaşmalarını;  birgə  müəssisələri;  konsorsiumları  və  s.  aid 
edirlər. 
Latviya alimi Alexander I. Shenkman strateji alyansların özünü 
sahibkarlıq sistemində iqtisadi effektivliyinə görə  iki yerə ayırmışdır. 
Bunlar qeyri-səhmdar alyanslar və səhmdar alyanslardır. 
Qeyri-səhmdar alyanslar-məhsulların bazara birgə yeridilməsi və 
standart  əmtəə  yeridilməsi  şəbəkələrinin  yaradılması  məqsədi  ilə 
fəaliyyətin  bütün  koordinasiyasına  (qeyri-kommersiya  əməkdaşlığı) 
nəzər yetirərək funksional razılıqlar əsasında qurulur. 
Səhmdar  alyanslar-kapitalda  partnyorun  iştirakı  ilə,  uzun 
müddətli əlaqələrə nəzər yerirərək və siyasət yeridilməsi səviyyəsində 
güclü  əlaqələr  qurmağa  imkan  verir.  Belə  alyanslar  investisiyaların 
məhsul və partnyorlar strateji maraqları üçün olan bazarlar üzərində 
cəmləşəndə  çoxmənalı  olur  və  buna  baxmayaraq  investisiya  qoyan 
müəssisə partnyoruna ancaq onun maraqları çərçivəsində təsir göstərə 
bilmir. 
Shenkman-ın  fikrinə  görə  strateji  alyansların  yaradılması 
aşağıdakılara imkan verir. 

 
Fəaliyyətin ölçüsü ilə xərclərə qənaətə; 

 
Əlavə ehtiyatların cəmlənməsinə; 

 
Müştərək fəaliyyət sferasında rəqabəti azaltmaqla bazar 
gücünü çoxaltmağa. 
Ausburg  universitetinin  tədqiqatçısı  Andres  Rukanın  və 
Mançester  Universitetinin  doktoru  Paul  Windrumun-gəldiyi 
qənaətə görə strateji alyanslar ümumi məqsədlərinə çatmaq üçün 
iki  və  ya  daha  çox  avtonom  firmalar  arasında  qarşılıqlı  yardım 
əlaqəsi  (bir-birinə  kömək)  dövründə  ümumi  problemlərin  həll 
edilmsinə  yönəldilmiş  kooperativ  razılıqlardır.  Onlar  alyansları 
iki yerə formal və qeyri formal alyanslara bölürlər. 
Qeyri  formal  alyanslar  könüllü  əlaqə  və  qarşılıqlı 
münasibətlə bir-birinə cəlb edilir; 
Formal  alyanslar  isə  kooperasiayaları  isə  müqavilə 
razılığı ilə idarə olunurlar. 
Formal  alyansların  üstünlüyü  intellektual  mülkiyyət 
hüquqları  sövdələşmələri,  məxfi  razılıqları  və  biliklərin  kənarda 
yayılmasının  əksinə  olan  firmanın  təhlükəsizliyi  kimi  nəzərə 
alınan  digər  müqavilə  sənədlərinin  təhlükəsizliyidir.  Bunlarla 


 
273 
 
 
 
 
müqayisədə isə qeyri formal əməkdaşlığın cəlbediciliyi ondadır ki, 
bu  da  onların  aşağı  koordinasiya  (əlaqələndirmə)  xərcləridir. 
Qeyri formal know-how‛ tiсarəti isə kifayət qədər sadə, asan və 
elastikdir,  o  cümlədən  bir  çox  sənaye  obyektlərində  müşahidə 
olunur. 
Onlar  firmaların  strateji  alyanslar  tərkibində  əməkdaşlıq 
etməsinə və ya etməməsinə təsir göstərən bir neçə amil olduğunu 
qeyd etmişdilər və bunlardan 3 ən əsasını vurğulamışlar. 

 
Strateji  alyanslarla  vasitəsi  ilə  koordinasiya  edilən 
fəaliyyətin yerli ölkədə ‚vis-a-vis” nisbi xərcləri; 

 
Rəqabət mühitində iştirakın qeyri müəyyən səviyyəsi; 

 
Sənaye strukturu və individual qərar qəbul etmə arasında 
əks əlaqə. 
Firmalar  qərara  gələrkən  eyni  rəqabət  mühitində  olan 
firmaların seçiminə güclü təsir edə bilirlər. Alyansın strukturunun 
qiymətləndirilməsi  onun  sənayedəki  texnoloji  gücündən, 
rəqabətin  və  korporasiyanın  nisbi  xərclərindən,  korporasiyanın 
geniş yayılma dərəcəsindən asılıdır. 
 
 
 
 
6.3.Beynəlxalq iqtisadi əməkdaşlıq zəminində milli      
iqtisadiyyatda  birgə müəssisələrin yeri və rolu. 
          Azərbaycan Respublikası özünün coğrafi mövqeyinə, yeraltı 
və  yerüstü  təbii  ölkələrdə  iqtisadi  münasibətlər  qurmasına  xeyli 
təkan  vermişdir.  İndi  bu  əlaqələr  konkret  sərvətlərinə,  zəngin 
xammal  ehtiyatlarına  və  güclü  əmək  ehtiyatlarına  görə  müasir 
dünyamızın  diqqət  mərkəzindədir.  Əsrin  neft  kontraktı  məhz 
burada  müstəqil  Azərbaycanın  paytaxtı  Bakıda  imzalanmışdır. 
Təkcə  bu  müqavilənin  imzalanması  Azərbaycanın  xarici  iqtisadi 
əlaqələrə və müştərək - təsərrüfat fəaliyyətinə çevrilməkdədir. İndi 
ayrı-ayrı  dövlətlərin  və  iri  beynəlxalq  şirkətlərin  nümayəndələri 
Azərbaycan  iqtisadiyyatının  dirçəldilməsində  ona  yardımçı 
olmağa can atırlar. 
 Sözsüz  ki,  bu  özü  səbəbdən  də  onlarla  qarşılıqlı  iqtisadi 
münasibətlər  qurmaq,  Azərbaycan  dövlətinin,  Azərbaycan 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə