Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə78/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   74   75   76   77   78   79   80   81   ...   95

 
274 
 
 
 
 
xalqının  milli  mənafeyinə  faydalı  olan  iqtisadi  əlaqələr  və 
təsərrüfat  də  səbəbsiz  deyildir  və  onların  burada  öz  rnaddi  və 
digər maraqları vardır. Məhz bu fəaliyyəti yaratmaq günün vacib 
problemlərindən biridir. 
 Azərbaycanda  daxili  bazarın  tənzimlənməsi,  daxili  siyasi 
sabitliyin bərpa edilməsi xarici iqtisadi əlaqələrin yaradılmasında 
həlledici  amildir.  Xarici  sərmayəçilər  və  iş  adamları  bu 
xüsusiyyətləri  nəzərə  almaqla  Azərbaycanın  sənayesinə,  kənd 
təsərrüfatına,  tikintisinə  və  digər  sahələrə  investisiya  qoymaq 
niyyətilə  respublikamızla  əlaqələrə  girirlər.  Onların  təklif 
etdikləri  və  bəzi  hallarda  yaratdıqları  müştərək  müəssisələr 
ölkəmizin iqtisadi dirçəlişinə təkan verə bilər. 
Hal-hazırda bir sıra obyektiv və subyektiv səbəblər üzündən 
Azərbaycanda yaranmış şəxsi mənafe psixologiyası onun  gələcək  
iqtisadi  dirçəlişinə çox ciddi zərbə vurur. 
Dövlət  səviyyəsindən  tutmuş  kiçik  müəssisə  rehbərliyi 
səviyyəsinə  kimi  xarici  iqtisadi  münasibətlərin  qurulmasında 
yalnız  şəxsi  qazanca  üstünlük  vermək  dözülməz  haldır.  Bu  isə 
əksər  hallarda  ona  görə  üzə  çıxır  ki  həmin  adamlar  iqtisadi 
qanunları,  menecmenti,  marketinqi,  bazar  iqtisadiyyatının 
tələblərini sadəcə olaraq bilmirlər və bəzi hallarda ise naşılıqdan 
özləri-özlərini aldatmış olurlar. 
Əgər  yaxın  keçmişdə  xarici  iqtisadi  münasibətləri 
tənzimləyən  dövlət  orqanları  yox  idilərsə,  indi  onların  hamısı 
təşkil  edilmişdir  və  fəaliyyət  göstərirlər.  Yeni  təşkil  edilmiş 
İqtisadi  İnkişaf  Naziriliyi,  Dövlət  Gömrük  Komitəsi,  Ticarət-
Sənaye Palatası və digər əlaqodar təşkilatlar Azərbaycanın xarici 
iqtisadi əlaqələrin yaradılması və fəaliyyət göstərməsi üçün öz qəti 
sözlərini deməyə başlamışlar. 
Yaxın  keçmişdə  iqtisadi  əlaqələr  Sovet  imperiyasının 
mənafeyinə  uyğun  şəkildə  qurulurdu,  ona  görə  də  bizim  təbii 
ehtiyatlarımız  talan  olunurdu.  Belə  ki,  rcspubilkadan  ixracın 
hecmi,  idxalı  1,5  milyard  Sovet  manatı  üstələyirdi.  İxracın 
strukturu  əsas  etibarı  ilə  xammallardan  ibarət  idi  ki,  bu  da 
respubilkanın mənafeyinə zidd idi. Ixracda hazır məhsulun xüsusi 
çəkisi  çox  cüzi  idi,  Sənaye  müəssisələrinin  coxu  kənardan 
gətirilən xammal  əsasında isləyirdi.Kənardan gətirilən xammalın 


 
275 
 
 
 
 
həcrni ixrac edilən xammalın 30%-ni təşkil edirdi. Respubilkanın 
bir  çox  avadanlığa,  dəzgahlara,  maşınlara,  kombaynlara, 
traktorlara,  avtomobillərə,  balıqçılıq  gemilərinə  və  s  olan 
tələbatının  hamısı  (100%)  idxal  hesabına  ödənilirdi.  İstehlak 
mallarının  70%-i  kənardan  gətirilirdi.  Minik  avtomobilləri, 
velosipedlər,  paltaryuyan  maşınlar,  tozsoranlar,  bir  çox  növ 
pambıq parçalar, trikotaj məmulatı və s. idxal olunurdu. 
Müstəqillik qazanmış Azərbaycan Respubilkasının xarici 
iqtisadi   əlaqələrində   köklü   dəyişikliklər   baş   vermişdir. 
Mövcud  MDB  məkanında  iqtisadi  əlaqələr  pozulmuş, 
kooperasiya əlaqələri zəifləmiş, uzun illər ərzində təşəkkül tapmış 
qarşılıqlı malgöndərmədə xaos vəziyyəti yaranmışdır. Müstəqillik 
əldə  etdikdən  sonra  Azərbaycan  mal  idxalı  və  ixracı  üçün 
dünyanın  başqa  ölkələrinə  (100-dən  çox  dövlətə)  üz  tutmuşdur. 
İdxal və ixrac üzrə xarici ölkələrlə əlaqələrin həcmi və dinamikası 
yüksəlmişdir. 
Yuxarıda  qeyd  olunduğu  kmi  ümumi  mal  dövriyyəsində 
Rusiya.  Ukrayna,  İngiltəro,  İran  və  Türkiyənin  payı  üstünlük 
ləşkil  edir.  İranın  payı  (1997-ci  il)  11,96%,  Türkiyənin  xüsusi 
çəkisi 6,9% təşkil etmişdir. Ümumi mal dövriyyəsındə Rusiyanın 
və  Ukraynanın xüsusi  çəkisi  nisbətən azalmış  və  müvafiq olaraq 
25,11%  və  14,71%  təşkil  etmişdir.  1998-ci  ildə  xarici  iqtisadi 
fəaliyyətlə məşğul olan təşkilatların sayı 1486-ya çatmışdır. Birgə 
müəssisələrin  sayı  218,  xarici  iqtisadi  assosiasiyaların  sayı  86 
olmuşdur. Xarici firmaların 20 ölkəni temsil edən nümayəndəliyi 
açılmışdır.  Lakin  xarici  iqtisadi  əlaqələr  üzrə  mal  dövriyyəsinin 
60,7%-i 6 ölkənin payına düşür. 
Ancaq  real  vəzıyyətı  dəqiqliklə  göstərmək  çətindir.  Çünki, 
hələlik  yalnız  Azərbaycan  Respublikası  Dövlət  Statistika 
Komitəsinin  məlumatlarına  əsaslana  bilərik  ki,  o  da  xətasız 
deyildir. 
1997-ci  ildə  Respubilkanın  ticarət  balansı  aktiv  saldoya 
malik  olmuşdur.  Bu,  sevindirici  hal  sayıla  bilərdi,  lakin  nəzerə 
almaq  lazımdır  ki,  biz  ancaq  xammal  ixrac  edirik  və  yəqin  ki, 
yaxın  illərdə  indi  ixrac  etdiyimiz  xammalı  idxal  etmək 
məcburittətində qalacağıq, özüdə daha baha qiymətə. Buna görə 
də  Respublikada  istehsalın  həcminin  azalması  təkcə  istehsal 


 
276 
 
 
 
 
imkanlarının  məhdudlaşdırılması  ilə  yox,  həm  də  xarici  iqtisadi 
fəaliyyətin düzgün təşkil edilməməsi ilə əlaqədardır. Xarici ölkələr  
Azərbaycanla müştərək iqtisadi fəaliyyəti siyasi sabitlik və bazar 
iqtisadiyyatının inkişafı ilə əlaqələndirirlər. 
Birgə  müəssisələrin  yaradılması  respublikamızın  dünya 
iqtisadi  inteqrasiya  prosesinə  qoşulmasında  böyük  rol  oynayır. 
Xarici  tərəfdaşların  müasir  işgüzar  əlaqələrə  cəlb  edilməsinin 
mühüm  amillərindən  biri  də  onların,  ixrac  bazarlarının 
bölmələridir. 
Respublikanın  sənayesi  kooperasiyanın  inkişafına  o  vaxt 
hazır  olar  ki,  hər  iki  tərəfin  iqtisadi  maraqlarına  cavab  verən 
layihələr və formalar tapılsın. Xarici banklar və firmalar iqtisadi 
səmərəliliyinə  inanmadıqları  layihələrin  reallaşmasında  iştirak 
etmir  və  investisiya  qoymurlar.  Buna  görə  də  layihələrin 
beynəlxalq  tələblərə  cavab  verən  keyfiyyətli  texniki-iqtisadi 
əsaslandırmaya  (biznes-plana)  uyğun  hazırlanması  böyük 
əhəmiyyət kəsb edir. 
Birgə  qarşılıqlı  işgüzarlıqda  təşəbbüs  əvvəlki  kimi  xarici 
fırmaların  əlindədir,  İndi  bütün  ölkələr  xarici  kapital  uğrunda 
mübarizə  aparırlar.  Bizdə  də  bu  mübarizə  üçün  dövlət  proqramı 
olmalıdır.  Birgə  müəssisələrin  çoxu  böyük  deyil  və  onların 
əksəriyyəti ticarət sahəsində təmsil olunurlar. 
Azərbaycanda  bazar  iqtisadiyyatına  keçilməsinə  və  bu 
prosesin  normal  inkişafına  mane  olan  bir  sıra  amillər  vardır  ki, 
onlan aşağıdakı kimi sistemləşdirmək olar: 
1.    Ölkəmizdə  gedən  müharibədə  kövrək  atəşkos  rejiminin 
davam etməsi  
     («nə  sülh - nə də müharibə» vəziyyəti); 
2.    istehsal  müəssisələrin  işləməməsi  və  istehsal  həcminin 
kəskin azalması; 
3.  keyfiyyətsiz  malların  qiymətlərinin  dünya  bazarı 
səviyyəsinədək artması; 
4.    müəssisələr  arasında  əlaqələrin  zəifləməsi  və  ya 
pozulması; 
5.
 
yaxın və uzaq xarici dövlətlərlə inteqrasiyanın zəifliyi; 
6.
 
büdcəsinin kəsirdə qalması; 
7.
 
xarici borcların artması və s. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə