Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə76/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   72   73   74   75   76   77   78   79   ...   95

 
268 
 
 
 
 
edir  ki,  ancaq  hər  iki  partnyor  firmalardan  yalnız  45,3  %-i 
müvəffəqiyyətlə fəaliyyət göstərir. 
Robert  Miller  (1996,  İFC  discussion  paper  №29, 
Washington-Dünya  Bankı)  qeyd  edir  ki,  müştərək  sahibkarlığın 
fəaliyyətinin  səmərəli  təşkili  ilk  növbədə  əməkdaşların 
danışıqlarının  nə  dərəcədə  əməkdaşları  razı  salmasından 
ibarətdir.  
Bərabərlik  strukturu  müştərək  razılaşmalarda  ən  çətin 
məqam  hesab  olunur.  Birgə  müəssisələrin  idarə  edilməsinin  o 
qədər  də  asan  deyil  və  yuxarıda  qeyd  edildiyi  kimi  əksər 
mülkiyyətlər müştərək sahibkarlıq əməliyyatlarının mütləq bütün 
aspektlərinə yiyələnə bilmirlər.  
Ikincisi  texnologiya  mübadiləsidir  ki,  bu  da  adətən  sənayecə 
inkişaf  etmiş  ölkə  partnyoru  tərəfindən  tələb  edilir.  Əsas 
aspektlərdən  biri  dəqiq  olaraq  razılıqda  müəssisə  üçün  hansı 
mümkün  texnologiyadan  istifadə  edilməsi  və  hansı  şərtlərlə 
istifadə  edilməsini  əhatə  edir.  Hər  iki  tərəf  üçün  məlumdur  ki, 
texnologiya  üçün  ödənişlər  müəssisədən  və  qaçılmaz  olaraq 
texnologiya  mübadiləsi  mübahisəsinə  səbəb  olan  birbaşa 
nəzarətin  qurulmasından  mənfəətin  mübadiləsi  yolu  ilə  mühüm 
üsuludur. Texnologiya təsisçiləri özlərinin intellektual hüquqlarını 
qorumaqda  maraqlıdırlar  və  buna  görə  də  onlar  müştərək 
müəssisə  tərəfindən  texnologiyanın  harada  və  necə  işlənə 
bilməsinə 
məhdudiyyətlərin 
qoyulmasını 
və 
harada 
yaradılmasından  asılı  olmayaraq  texnologiyadan  pirat  üsulla 
istifadə  edənlərə  qadağalar  qoyulmasını  istəyirlər.  Buna  misal 
olaraq biz 2002 ci ildə ‚Boeing‛ və ‚Mitsubishi Heavy İndustries‛ 
arasında  həyata  keçirlən  müştərək  sahibkarlığına  nəzər  yetirək. 
Bu  müştərək  sahibkarlığın  qurulması  zamanı  ‚Boeing‛-in 
məqsədi  riski  azaltmaq  idi.  Lakin  bununla  bərabər  bu  ‚Boeing‛ 
üçün çətin olsada belə o çarəsiz olaraq öz kommersiya məqsədi ilə 
yaratdığı  hava  texnologiyasını  Japon  tərəfdaşına  verməli  oldu. 
Adətən  inkişaf  etməkdə  olan  ölkə  partnyorları  texnologiya 
köhnəldikcə texnologiyanın sahibinə ödəyəcəkləri royaltiyə və ya 
vergiyə  limit  qoymaq  və  müştərək  sahibkarlıq  fəaliyyəti  zamanı 
həmin texnologiya üzərində nəzarəti genişləndirməyə can atırlar. 


 
269 
 
 
 
 
Qərb  alimlərinin  apardığı  tədqiqatlara  görə  müştərək 
sahibkarlığı partnyor adətən özünün sifarişçiləri, distribyutorları, 
satıcıları  (məhsullarını  satan)  hətta  rəqiblərinin  biri  ilə  də 
formalaşdırır. 
Birgə  müəssisələrin  idarəedilməsində  ‚marketinq  buraxılışı‛ 
 “kadr hazırlığının‛ da özünə məxsus yeri var. Yerli partnyorun 
idarəetmə nəzəri nöqteyincə bölüşdürmə kanalları və marketinqin 
üzərində  nəzarətin  qurulması  müştərək  sahibkarlığın  davamlı 
əməkdaşlığının təmin edilməsinin bir yoludur (üsuludur). 
Başqalarının  digər  əməliyyatları  tək  həyata  keçirmək  üçün 
özlərinin  maliyyə  axınlarını  genişləndirməyinin  yollarını 
axtarmağa  cəhd  edərkən  bəzi  kompaniyaların  nə  üçün 
genişlənmək  və  bazar  payını  cəld  qazanmaq  üçün  digər 
kompaniyalarla  müştərək  şəkildə  birləşməsini  dividend  siyasəti 
vasitəsi  ilə  başa  düşmək  olar.  Bu  fərqli  məqsədlər  arasında 
potensial  konfliktlər  müştərək  danışıqlar  zamanı  daha  yaxşı 
yoluna qoyulur. 
Birgə  müəssisələrin  partnyorların  fəaliyyətinin  sənayenin 
inkişafına  tə’sirini  məhdudlaşdıran  amillərdən  biri  qarşılıqlı 
borclar  problemidir.  Macar  iqtisadçısı  Y.Kornai  qeyd  edir  ki, 
bazar  iqtisadiyyatının  normal  fəaliyyəti  üçün  maliyyə  intizamına 
əməl  olunması  tələb  olunur.  Bununla  əlaqədar  olaraq  dörd  sadə 
qaydaya əməl olunmalıdır: 
a)
 
alıcılar  bağlanmış  müqavilələri  yerinə  yetirməli  və 
aldıqları əmtəələrin haqqını ödəməlidirlər; 
b)
 
borclular  kredit  müqaviləsində  tələbləri  pozmamalı  və 
öz borclarını vaxtlı vaxtında ödəməlidirlər; 
c)
 
vergi  ödəyiciləri  vergidən  vaxtlı  vaxtında  verməli  və 
yayınmamalıdırlar; 
d)
 
şirkətlər  xərclərini  əldə  etdikləri  gəlirlər  hesabına 
ödəməlidirlər. 
Göründüyü kimi, birinci iki qayda bilavasitə qarşılıqlı borclar 
problemi ilə əlaqədardır. Qarşılıqlı borclar problemi adətən yerli 
partnyorun  maliyyə  çatışmamazlığı  və  s.  amillərlə  yaranan 
problemdir.  Dolğun  hesab  mexanizminin  formalaşdırılması  o 
cümlədən  müəssisələrin  bu  sahədə  mə’suliyyətlərinin  artırılması 


 
270 
 
 
 
 
əlverişli  investisiya  mühitinin  formalaşdırılmasında  əhəmiyyətli 
addımdır.  
Amerikan  iqtisadçısı  R.Linq  müştərək  əməkdaşlığı  iki  və 
daha  artıq  şirkətin  öz  aralarında  mülkiyyəti,  cavabdehliyi, 
maliyyə  risklərini  və  mənfəəti  müstəqil  bölüşdürülməsi  kimi 
müəyyənləşdirir.  Həqiqətən  də  dünya  praktikasında  müştərək 
sahibkarlıq  fəaliyyətinin  mahiyyətindən  görünür  ki,  bütün 
sahələrdə  riskin tərəflər arasında  paylanması  partnyorların  daha 
səmərəli  iş  görməsinə  və  maliyyə  itkisi  ehtimalının  azalmasına 
səbəb olur. 
Alman tədqiqatçısı K.Zaybert-ə görə müştərək sahibkarlığda 
partnyorlardan  heç  olmasa  biri  müştərək  sahibkarlıq  obyektinin 
yaradıldığı  ölkəni  təmsil  etməlidir  və  müştərək  sahibkarlıq-
müştərək  kapitala,  müstəqil  mənafelərə  malik  tərəfdaşların 
kooperasiya əməkdaşlığına əsaslanmalıdır. 
B.Olin  isə  beynəlxalq  ticarət  konsepsiyasında  göstərmişdir 
ki,  istehsal  amillərinin  hərəkəti  müxtəlif  ölkələrdə  onlara  olan 
müxtəlif  tələbatlarla  bağlıdır:  onlar  səmərəliliyi  aşağı  olan 
ölkələrdən  daha  yüksək  olan  ölkələrə  doğru  hərəkət  edir.  Olin 
həmçinin kapitalın beynəlxalq hərəkətinə tə’sir edən tamamlayıcı 
momentləri  də  göstərmişdir.  Bunlara  o,  gömrük  baryerlərini 
(əmtəə  idxalına  mane  olur  və  xarici  kapitalın  ölkədaxili  bazara 
girməsinə  şərait  yaradır),  filialların  kapital  yatırımları  coğrafi 
diversifikasiyasına can atması, xarici investisiya riskləri və onların 
bu əsasda təhlükəsiz və riskli tiplərə ayrılmasını aid etmişdir.  
Ispan  alimi  Hennart  müştərək  sahibkarlıq  üçün  xərclərin 
izahının  aparılması  təhlilini  vermişdir.  Hennart  əmin  olmuşdur 
ki,  müştərək  sahibkarlıq  bazarların  iflasa  uğradıqları  məhdud 
saylı  xüsusi  vəziyyətlərdə  ən  yaxşı  strategiyadır,  lakin  tam 
sahibkarlıq  idarəetmə  xərcləri  və  ya  ölçüsü  və  ya  iqtisadiyyatın 
əhatə edilməsi baxımından idarəetmənin effektiv üsulu sayılmır. 
Alman  alimi  L.Hebert  aşağıdakıları  xüsusiyyətləri  müştərək 
sahibkarlığa aid edir: 

 
Iki  və  ya  bir  neçə  tərəfdaş  arasında  müqavilənin 
olmasını; 

 
Partnyorların  hər  birinin  payının  və  hansı  formada 
iştirakının müəyyən olması; 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə