Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə73/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   69   70   71   72   73   74   75   76   ...   95

 
259 
 
 
 
 
tərəfdaşın  payı  isə  ”  torpaq  sahəsinin  verilməsində,  işçi 
qüvvəsinin, 
tikinti 
materiallarının 
və 
xammalın 
cəlb 
olunmasındadırsa,  əməkdaşlığın  emosional  tərəfi  ”  müəssisənin 
səmərəli fəaliyyəti üçün  tərəfdaşların səylərinin birləşdirilməsində 
öz əksini tapır. 
Müştərək  müəssisəni  yaradan  tərəflərin  məqsədləri  onların 
motivlərində  öz  əksini  tapır.  Bu  motivlər  3  əsas  kateqoriyaya 
bölünür: 

 
zəruri istehsal resurslarının əldə olunması; 

 
bazar motivləri; 

 
risklərin bölüşdürülməsi. 
Təcrübədə bu motivlər əlaqəli şəkildə götürülür və çox nadir 
hallarda hərhansı bir motiv əsas götürülür. 
Müştərək  müəssisələr  əksər  hallarda  ona  görə  yaradılır  ki, 
tərəfdaşlar çox vaxt öz istehsal və ya bazar potensialını mənfəətli 
reallaşdırmaq  üçün  bu  və  ya  digər  resurs  növünə  çatışmazlıqla 
qarşılaşırlar.Burada  maliyyə  resursları,  istehsal  gücləri,  xammal 
və  materiallar,texnologiya,  patentlər,  idarə  etmə  kadrları, 
informasiya, ‚nou ” hau‛və s. aid edilə bilər. 
Müştərək  müəssisələrin  yaradılması  xarici  tərəfdaşlara  yerli 
şərait  və  bazar  haqqında  yerli  tərəfdaşın  biliklərindən  istifadə 
edərək həmin ölkə bazarlarında az xərclə möhkəmlənməyə imkan 
verir.  Bu  özünü  alıcılarla,  xammal  və  resurs  təminatı,  işçi 
qüvvəsindən  istifadə  və  s.  ilə  əlaqədar  əməkdaşlıq  nəticəsində 
istehsal  və  tədavül  xərclərinin  azalmasında,  kapitalın  dövriyyə 
sürətinin artmasında göstərir. 
Digər mühüm məsələ, yerli bazarın qeyri sabitliyi və onunla 
tanışlıq  dərəcəsinin  az  olması  ilə  əlaqədar  risklərdir.  Milli 
tərəfdaşlarının  müştərək  müəssisədə  iştirakı  xarici  investisiyanın 
milliləşdirmə  və  müsadirə  riskini,  onların  milli  müəssisələrdən 
diskriminasiya  olunma  riskini  xeyli  azaldır.  Ümumi  kapital 
qoyuluşlarının  bölüşdürülməsi  nəticəsində  bununla  bağlı  risklər 
azalır. 
Beləliklə, yaradılma motivlərindən asılı olmayaraq müştərək 
müəssisə,  tərəfdaşların  ayrı-ayrılıqda  imkanı  xaricində  olan 
işgüzar  və  iqtisadi  məqsədlərin  birgə  fəaliyyətlə  əldə  edilməsi 
vasitəsidir. 


 
260 
 
 
 
 
Müştərək  müəssisənin  yaradılması  yolu  ilə  texnika  və 
texnologiyanın,  idarəetmə  təcrübəsinin  və  s.  ölkə  iqtisadiyyatına 
cəlb olunması aşağıdakı 3 əsas formada həyata keçirilir: 
  1. Müştərək rnüəssisənin təsisçisi olan xarici tərəfdaş patentə 
və  ya  «  nou-hau»ya  görə  müştərək  müəssisəyə  lisenziyanı  satır. 
Lisenziya  müqaviləsinin  vaxtı  bitdikdən  sonra  müştərək 
müəssisənin  yerli  tərəfdaşı  əldə  edilən  texnologiyanı  almaq, 
istifadə etmək və onu təkmilləşdirmək hüququna malik olur. 
2.  Müştərək  müəssisənin  təsisçisi  olmayan  xarici  fırmadan 
patentloşdirilmiş  texnologiya  alımr.  Texnologiyamn  bu  üsulla 
vcrilməsi  adətən,  yığma  əməliyyatları  ilə  və  ya  xammal  və 
malerialların  emalı  ilə  məşğul  olan  müştərək  müəssisələrdə 
istifadə  edilir.  Bu  halda  istehsal  prosesinin  təşkili  üçün 
texnologiya ilə yanaşı avadanlıq da idxal edilir. 
3.  Xarici  investor  sənaye  mülkiyyətinə  olan  hüququnu 
müştərək  müəssisənin  nizamnamə  kapitalına  öz  payı  kimi  verir. 
Bu  forma,  texnologiyanın  əldə  edilmesinin  ən  rnürəkkəb 
formasıdır. Bunun əsas mənfi cəhətləri aşağıdakılardır: 
           -  birincisi  -xarici  tərəfdaşların  müəssisənin  uğursuzluğuna 
görə  məsuliyyət  dərəcəsi  qoyduqları  payda  texnoloji  hissənin 
səviyyəsindən asılıdır və texnoloji hissənin payı artdıqca, onların 
məsuliyyəti  də  azalır.  Çünki  belə  halda  xarici  tərəfdaş  yalnız 
texnologiyanın  tətbiq  miqyasının  genişlənməsindən  əldə  etdiyi 
gəlirin itirilməsi təhlükəsi ilə üzləşir; 
-  ikincisi,  texnoloji  hissənin  payı  nə  qədər  çoxdursa,  bir  o 
qədər  müştərək  müəssisənin  maddi  texniki  bazasının,  xüsusilə 
maliyyə 
(valyuta) 
resurslarının 
formalaşmasında 
xarici 
investorun iştirakı azdır və s. 
Göründüyü  kimi,  müştərək  müəssisələrin  yaradılması  yeni 
istehsala  başlamaq  üçün  start  şəraitini  xeyli  yaxşılaşdırır.  Lakin 
bununla  yanaşı  təsisçilərin  siyasi,  iqtisadi  və  milli  maraqları 
müştərək  müəssisələrin  yaradılmasında  və  fəaliyyətində  bəzən 
mürəkkəb  və  ziddiyyətli  münasibətlərin  amələ  gəlməsinə  gətirib 
çıxarır. 
Belə 
münasibətlər 
ilk 
növbədə, 
tərəfdaşların 
motivlərindən asılıdır. 
Müştərək  müəssisənin  yaradılması  və  fəaliyyəti  prosesində 
istehsalın  səmərəliliyinin  artmasına  səbəb  olan  tərəfdaşların  üst-


 
261 
 
 
 
 
üstə düşən iqtisadi maraqlan və bir-birini tamamlayan imkanları 
ilə  yanaşı,  həm  də  uyğun  gəlməyən  ıstehsal  imkanları,  rəqabətli 
məqsədləri  mövcud  olur.  Müştərək  müəssisənin  fəaliyyəti  üçün 
zəruri  resursların  verilməsi  prosesində  əsas  ziddiyyət  və  çətinlik, 
güclü  tərəfdaşların  mütərəqqi  texnika  və  texnologiyanın, 
idarəetmə 
və 
rnarketinqin 
təcrübəsinin 
verilməsini 
minimumlaşdırmaq,  zəif  tərəfdaşların  isə  maksimumlaşdırmaq 
cəhdidir 
ki, 
bu 
da 
layihənin 
həyata 
keçirilməsinin 
gecikdirilməsinə səbəb olur.                
Digər 
ziddiyyətlər 
istehsalın 
və 
kapitalın 
təmərküzləşməsinin  artmasına  zərurət  yarandıqda  əlavə  kapital 
qoyuluşlarının  həyata  keçirilməsi  ilə  əlaqədardır.  Bir  tərəfdən, 
müştərək  müəssisənin  iqtisadi  səmərəliliyini  artırmaq  üçün  əlavə 
kapital  qoyuluşlarına  zərurət  yaranır,  digər  tərəfdən,  müştərək 
müəssisə  üzərində  nəzarətin  ıtirilməsi,  onun  sərbəst  əmtəə 
istehsalçısına  çevrilməsi  təhlükəsi  tərəfdaşların  əlavə  kapital 
qoyuluşlarının həyata keçirilməsini məhdudlaşdırır. 
Müştərək  müəssisənin  yaradılması  və  fəaliyyəti  prosesində 
onun  məhsulunun  reallaşdırılması  problemi  mühüm  əhəmiyyət 
kəsb  edir.  Əgər  xarici  investorun  əsas  məqsədi  yerli  bazarda 
möhkəmlənməkdirsə,  rnilli  tərəfdaş  isə  daha  tez  məhsul  ixracına 
çalıhşırsa,  bu  cür  mənafelərın  tloqquşması  müəssisənin 
fəaliyyətinə mane ola bilər. Beləliklə, tərəfdaşların məqsədlərinin 
uzlaşdırılması  və  vəhdəti  müştərək  müəssisənin  yaradılması  və 
səmərəli  fəaliyyəti  üçün  əsas  şərtdirsə,  digər  tərəfdən,  müştərək 
müəssisələrin muxtariyyətliyini daha çox tərəfdaşların məqsədləri 
məhdudlaşdırır. Məhz bu «stratejı muxtariyyətə» malik olmamaq 
müştərək 
müəssisədə 
istehsalın 
səmərəliliyini 
artırmaq 
imkanlarını məhdudlaşdırır. 
Deyilənləri  nəzərə  alaraq  belə  nəticəyə  gəlmək  olar  ki, 
müştərək müəssisənin səmərəli fəaliyyət göstərməsi, bir-birilə sıx 
əlaqəli ıki amilin nəzərə alınmasıın tələb edir: 
1)  yeni  təsərrüfat  subyektinin  fəaliyyeti  üçün  zəruri  olan 
iqtisadi  resursların      verilməsinə  tərəfdaşları  vadar  edən 
stimulun mövcudluğu; 
         2)     tərəfdaşların   bu   resurslar   üzərində   nəzarətdən 
müəyyən dərəcədə imtina etməsi. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə