Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə75/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   71   72   73   74   75   76   77   78   ...   95

 
265 
 
 
 
 
e)
 
iqtisadiyyatın digər sahələrinə nüfuz etmək; 
             f)       birgə əməkdaşlıq sayəsində əlavə xidmət növleri 
əldə etmək. 
3.  Yeni  növ  məhsul  istehsalında  riskin  azaldılması  aşağıdakı 
imkanları yaradır: 
 
a)
 
yeni  tədqiqat  layihələrini  həyata  keçirmək  üçün  lazım 
olan əıavə investisiyalar əldə etmək; 
b)
 
elm tutumlu məhsullar hıazırlanması üçün müştərək elmi-
tədqiqatların  və  təcrübi-konstruktor  işlərinin  həyata 
keçırilməsinə nail olmaq; 
c)
 
yeni   istehsal   sahələri   açarkən   itkilərin   və   riskin 
azaldılmasına nail olmaq; 
d)
 
yeni   bazarlara   çıxmaq   yolu   ilə   satış   imkanlarını 
genişləndirmək. 
4.      İnvestisiya, texnika, texnologiya cəlb edilməsi yolıı ilə geridə 
qalmış  sahənin  inkişafının  təmin  edilməsi  aşagıdakı  imkanları 
yaradır: 
                 a)      əlavə kapital əldə etmək;  
                 b)      yeni texnologiya və ya «nou-hau» əldə etmək; 
c)
 
idarəetmə səriştəsi qazanmaq
d)
 
mütəxəssisləri işə cəlb etmək; 
e)
 
idxalı əvəz etmək; 
f)
 
ixracı yeniləşdirmək; 
g)
 
yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək. 
Yuxarıda  göstərilmiş  imkanları  prinsiplər  üzrə  müqayisə 
etsək,  onların  bəzən  təkrarlandıqlarını  görərik.  Bu  isə  onunla 
əlaqədardır ki, bütün strateji məramlar vahid iıstehsali prosesinə 
yönəndilmiş  və  onlar  bu  məqsədə  tabe  edilmişlər.  Buradan  da 
ayn-ayrı  imkanların müxtəlif strategiyalarda müşahidə  olunması 
faktı yaranır. 
Müştərək  müəssisələrin  yaradılmasında  müşahidə  edilən  və 
əsasən  labüd  xarakter  daşıyan  yuxandakı  prinsiplər  nəinki 
firmalar, eləcə də iqtisadi inkişaf səviyyəsi müxtəlif olan dövlətlər 
arasında  da  iqtisadi  inteqrasiya  prosesini  zəruri  edir.  Məhz  bu 
amillərin  tə'siri  ilə  beynəlxalq  iqtisadi  ınteqrasiya  proseslərinin 


 
266 
 
 
 
 
gücləndirilməsi  üçün  müştəərk  müəssisələrin  yaradılması  və  bu 
fəaliyyətin genişləndirilməsi meyli daim artmaqdadır. 
Sözsüz  ki,  müştərək  fəaliyyətin  qurulmasında  hər  iki  tarəfin 
(ümumiyyətlə  bütün  tərəflərin)  qarşılıqlı  maraqlan  və  xüsusən 
gəlir  əkdə  etmələri  başlıca  meyar  götürülməlidir.  Əks  halda, 
müştərək fəaliyyət  üçün heç  bir  maraq olmadığından, təsadüfən 
və  ya  hansısa  zəərurətdə  yaradılmış  belə  müəssisələrin  özlərini 
yaşada bilməyəcəklər. 
 
 
Birgə müəssisələr haqqında bir çox alimlərin özlərinə məxsus 
fikirləri 
vardır. 
Canadadakı 
‚Britaniya 
kolumbiyası 
Universitetinin‛  alimi  Masao  Nakamuronun  da  müştərək 
sahibkarlığa  aid  empirik  tədqiqatında  bir  çox  fikirlər 
söylənilmişdir. Onun nəzəriyyəsində aşağıdakı suallara aid fikirlər 
öyrənilmişdir. 
Birgə  müəssisələrin  formalaşdıran  keçmiş  təcrübənin  təsiri 
ehtimalı  ilə  yerli  ölkə  sahibkarının  başqa  bir  müştərək 
sahibkarlıq fəaliyyəti qurması. 
Birgə müəssisələrin nəticəsində qazanılmış keçmiş və indiki 
təcrübənin  təsiri  ilə  yerli  ölkədə  əməkdaşın  qeyri  maddi 
aktivlərə  (R&D,  reklam  və  marketinq  kimi)  investisiya 
qoymaqda xarici ölkə tərəfdaşının maraqlı olması. 
Birgə  müəssisələrin  nəticəsində  səhm  gəliri  və  ümumi 
məhsuldarlıq  yüksəlişi  amili  ilə  ölçülən  indiki  və  keçmiş 
təcrübənin  yerli  ölkə  sahibkarının  müvəffəqiyyətlə 
işləməsinə təsiri. 
Nakamuro  həmçinin  müştərək  sahibkarlığı  birbaşa 
investisiyanın  (FDİ)  bir  forması  hesab  edirdi.  Onun  fikrinə  görə 
birbaşa  investisiya  ‚portfel‛  investisiyasından  fərqli  olaraq 
sahibkarlıq  fəaliyyətinə  və  idarə  edilməsinə  birbaşa  təsir  etmək 
imkanı  verir.  ABŞ  statistikası  müəssisənin  kapitalının  10%-dən 
çoxuna,  Beynəlxal  Valyuta  Fondu  isə  25%-dən  çoxuna  nəzarəti 
təmin edən investisiyanı bir başa investisiya hesab edir. ‚Səhmdar 
cəmiyyətləri haqqında ‚ Azərbaycan respublikası qanuna görə isə 
bu pay 25% səviyyəsində müəyyən edilə bilər. 


 
267 
 
 
 
 
Belə təsirə imkan verən investisiyanın həcmi isə konkret sahə 
və  firmadan  (müəssisədən)  onda  iştirak  edən  tərəfdaşlardan  asılı 
olaraq müxtəlif ola bilər. 
Müştərək  sahibkarlığa  aid  digər  xarici  alimlər-Park  və 
Ungston  (1997,  s204)-nun  tədqiqatına  nəzər  yetirək.  Onların 
təklifinə  görə  uyğun  təcrübələr  inkişaf  etməyə,  qarşılıqlı  əlaqə 
normalarının 
inkişafına 
və 
kooperativ 
davranışların 
yaxşılaşdırılmasına 
və 
partnyorların 
daha 
yaxşı 
əlaqələndirilməsinin təmin edilməsinə inanmağa imkan verir. 
Bir  sıra  iqtisadçılar  aşağıdakıları  müştərək  sahibkarlığın 
başlıca xüsusiyyətləri hesab edirlər: 
iki  və  daha  çox  tərəfdaşlar  arasında  müqavilənin 
mövcudluğu; 
hər  bir  tərəfdaşın  pay  və  iştirak  formasının  müəyyən 
olması; 
sahibkarlıq fəaliyyətinin  həyata keçirilməsi maraqlarının 
ümumiliyi; 
müştərək  sahibkarlıq  fəaliyyəti  üzərində  nəzarəti  təmin 
edən payın müəyyən edilməsi; 
hər  bir  tərəfdaşın  iştirak  payına  uyğun  məsuliyyətlərinin 
məhdudlaşdırılması; 
hər bir iştirakçının uyğun mənfəət payına hüququ; 
müştərək  fəaliyyət  müddətinin  (məhdud  və  ya  qeyri-
məhdud) müəyyən olunması. 
American  alimi  Stephen  Sayer-in  fikirinə  görə  necə  olursa 
olsun  dolayı  yolla  müştərək  sahibkarlıq  iki  və  ya  daha  artıq 
kompaniyalar,  fiziki  şəxslər  və  təşkilatlar  arasında  strateji 
alyansdır.  Lakin  müştərək  sahibkarlıqda  tərəflərin  hər  birinin 
özünə məxsus payı olduğunu nəzərə alsaq strateji alyanslarda bu 
payın olmaması vacib amil deyil. 
Müştərək  sahibkarlığa  aid  ilkin  baxışlarda  bəzi  müəlliflər 
müştərək  sahibkarlığın  yaşamasına,  onun  fəaliyyətinin  icra 
edilməsini də aid edirlər (Franko, 1971; Stopford & Wells, 1972; 
Raveed, 1976). 
Gomes-Casseres  (1987)    qeyd  edir  ki,  birgə  müəssisələrin 
qeyri sabitlik dərəcəsi 30,6 %-ə bərabərdir. Harrigan (1988) qeyd 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə