Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə71/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   67   68   69   70   71   72   73   74   ...   95

 
253 
 
 
 
 
yaxınlaşmalar  üçün  başlanğıc  nöqtəsini  təmin  edir  (ən  əsası, 
Avropa Komissiyası daxil olmaqla). 
Anlaşılmanın  memorandimu  həmçinin  həm  tərəflərin  bir-
birinin  müştərək  sahibkarlıq  qurmaq  öhdəçiliyinin  açıq 
aşkarlanması  kimi  xidmət  edir  həm  də  tərəflərin  bir-birindən 
inteqrasiyasını təsdiq edir.  
Müştərək sahibkarlıq yaradarkən, sahibkar (dövlət) fəaliyyət 
planı işləyib hazırlayır. Bu planda nəzərdə tutulur: 

 
Müştərək  sahibkarlığın  gələcək  istiqamətinin  müəyyən 
edilməsi; 

 
Müştərək sahibkarlıq yaratmaq üçün əməkdaşlığa hazır 
olan partnyor axtarışı; 

 
Niyyət haqqında protakola imza atma; 

 
Xarici  partnyordan  müştərək  sahibkarlıq  nəticəsində 
yaradılan  ümumi  mənfəətdən  öz  payının  götürmənin 
müxtəlif variantlarını işləyib hazırlama; 

 
Birgə  müəssisələrin  təsis  edərkən  qabaqcadan  təklif 
edilən payın formalaşdırılması; 

 
Birgə müəssisələrin təsisçilər kimi çıxış etmək hüququnu 
qazanmaq,  müştərək  sahibkarlığın  təsis  üçün  hazırlığa 
məsul şəxsin, direktorun təyin edilməsi; 

 
Birgə  müəssisələrin  fəaliyyətinin  qeydiyyat  kieçməsi  və 
təsis edilməsi üçün lazım olan bütün sənədlərin layihəsini 
hazırlamaq; 

 
Birgə  müəssisələrin  yaradılması  haqqında  müqaviləyə 
imza atma; 

 
Birgə müəssisələrin  fəaliyyətinin dövlət qeydiyyatı. 
Təsərrüfat cəmiyyətləri: təsərrüfat cəmiyyətləri dedikdə onun 
üzvlərinin iqtisadi maraqlarının ümumiliyinə əsaslanan, müəyyən 
işin  həyata  keçirilməsi  naminə  onların  vəsaitlərinin  vahid 
formada birləşdirilməsini nəzərdə tutan və hüquqi şəxs statusu ilə 
fəaliyyət  göstərən  təsərrüfat  subyektidir.  Müştərək  sahibkarlıq 
fəaliyyətinin  təşkilinin  bu  forması  hər  şeydən  öncə,  cəmiyyət 
üzvlərinin  birinin  digəri  və  üçüncü  şəxs  qarşısında  əmlak 
mə’suliyyətinin dərəcəsi ilə fərqlənən bir neçə növü mövcuddur: 


 
254 
 
 
 
 
-tam  məsuliyyətli  təsərrüfat  cəmiyyəti:  bu  növ  fəaliyyət 
cəmiyyətdə iştirak edənlərin cəmiyyətin öhdəlikləri üzrə özlərinin 
bütün əmlakı ilə birgə məsuliyyət daşımasıdır. 
Bu o deməkdir ki, cəmiyyətin hər bir iştirakçısı öz əmlakının 
yalnız  müəssisənin  nizamnamə  fonduna  pay  şəklində  qoyulmuş 
hissəsi ilə deyil, bütün əmlakı ilə risk edir. Tam əmlak məsuliyyətli 
təsərrüfat  cəmiyyətləri  yüksək  əmlak  təminatının  tələb  olunduğu 
hallarda  təşkil  edilir.  Lakin  təsərrüfat  fəaliyyətinin  bu  təşkilati 
formada  həyata  keçirilməsi  sahibkarlar  üçün  o  qədər  də  əlverişli 
variant  deyil.  Bu  baxımdan  məhdud  məsuliyyətli  təsərrüfat 
cəmiyyətin sahibkar üçün daha əlverişli variant hesab edilir. 
-məhdud  məsuliyyətli  cəmiyyət  üzvlərinin  müəssisənin 
öhdəliklərinə  görə  özlərinin  nizamnamə  fondundakı  iştirak  payı 
həddində əmlak məsuliyyətini nəzərdə tutur. Dünya təcrübəsində 
bu  forma  daha  inkişaf  forma  adlanır.  Məhdud  məsuliyyətli 
cəmiyyətlərin  ən  geniş  və  inkişaf  etmiş  forması  qapalı  tipli 
səhmdar cəmiyyətlər sayılır.  
Müştərək  sahibkarlığın  fəaliyyətinin  “səhmdar  cəmiyyət” 
formasında  təşkili  qədim  və  intensiv  inkişaf  edən  təşkilati 
formadır.    Səhmdar  cəmiyyətlər  ilk  dəfə  18-ci  əsrin  əvvəllərində 
Böyük  Britaniyada  yaranmışdır.  Ilkin  olaraq  onun  təşkilati 
forması  şübhə  ilə  qarşılanmışdı  və  elə  güman  edilmişdi  ki,  bu 
idarəetmənin  effektivsizliyini  artıracaq  və  pozulmasına  təkan 
verəcək. Xarici ədəbiyyatda bu formaya, xüsusi bir biznes növünü 
həyata  keçirmək  üçün  könüllü  insanlar  birliyinin  birgə  kapital 
qoyuluşu nəticəsində yaradılan cəmiyyət kimi baxılır və bu forma 
ancaq  hüquqi  yolla  yaranıb,  hüquqi  yolla  da  ləğv  edilir. 
Cəmiyyətin  yaradılmasına  kapital  qoyan  insanlar  cəmiyyətin 
üzvləri  hesab  olunurlar.  Səhmdar  cəmiyyəti  adından  məlum 
olduğu  kimi  öz  nizamnamə  fondunu  ayrı-ayrı  səhmdarların 
mülkiyyəti  olan  səhmlərlə  formalaşdırır.  Səhmdar  cəmiyyətin 
təsisçiləri səhmdar cəmiyyəti müddətsiz müqavilə əsasında yaradır 
və  üzvlərinin  onun  təsərüffar  fəaliyyətində  iştirakı  məcburi 
sayılmır,  nizamnamə  fondunun  formalaşdırılmasında  maddi 
iştirak  əsas  götürülür.  Üzvlər  yalnız  müəssisənin  yalnız 
nizamnamə 
kapitalındakı 
əmlakları 
həddində 
məhdud 
mə’suliyyət  daşıyır.  Səhmdar  cəmiyyət  xarici  ədəbiyyatda  ‚riski 


 
255 
 
 
 
 
yayan‛  cəmiyyət  kimi  xarakterizə  edilir.  Cəmiyyətin  özəyi  3 
iqtisadi məhfumu bura daxil edir. Bunlar-səhmdarlar, direktorlar 
və işçilərdir. 
Sahibkarlığın  təşkilinin  demokratik  formalarından  biri 
sayılan  səhmdar  cəmiyyətlər  malik  olduğu  bir  sıra  prinsipial 
üstünlükləri  ilə  inkişaf  etmiş  bazar  iqtisadiyyatlı  ölkələrdə  iri 
istehsalın  təşkiliində  hakim  mövqe  tutmuşdur.  Bunlar 
aşağıdakılardır: 
-işgüzar  fəaliyyətin  müəyyən  növü  ilə  məşğul  olmaq  üçün 
lazımi  vəsaitin  əldə  edilməsinin  və  deməli  sahibkarlığın  resurs 
probleminin həllinin nisbətən asan təşkili; 
-cəmiyyətin mövcud ehtiyatlarından səmərəli istifadəni tə’min 
etməsi:  adi  səhm  sahibi  olan  səhmdarlar  olan  yüksək  nəticələrin 
əldə edilməsində iqtisadi cəhətdən maraqlı olduqlarından mövcud 
kapitalın daha səmərəli istifadəsinə çalışırlar; 
-ehtiyatların  daha  səmərəli  ictimai  istehsal  sahələrində 
cəmləşməsinə  şərait  yaratması:  səhmlərin  alqı-satqısı  vasitəsi  ilə 
səhmdarlar öz kapitallarını daha sərfəli sahəyə yönəldirlər; 
-demokratikliyi:  bu  üstünlük,  hər  şeydən  əvvəl  ondan 
ibarətdir  ki,  hər  bir  səhmdar  malik  olduğu  səhm  kağızlarını 
satmaqla cəmiyyətdən sərbəst şəkildə çıxa bilər. Idarəetmədə ‚bir 
nəfər bir səs‛ kimi demokratik prinsip gözlənilməsə də, hər halda 
səhmdarların 
təsərrüfat 
məsələlərinin 
həllində 
iştirakı 
demokratiya əlaməti kimi qiymətləndirilir. 
‚Səhmdar  cəmiyyətlər  haqqında‛  Azərbaycan  Respublikası 
qanununa görə  ‚dövlət  əmlakına sərancam vermək  səlahiyyətinə 
malik  olan  idarəetmə  orqanlarının  təsis  etdikləri  səhmdar 
cəmiyyətləri  istisna  olmaqla,  səhmdar  cəmiyyəti  azı  üç  fiziki  və 
(və ya) hüquqi şəxs tərəfindən təsis edilir‛.  
Açıq  və  qapalı  tip  səhmdar  cəmiyyətləri  fərqləndirilir.  Açıq 
tipli səhmdar cəmiyyətin səhmləri, qapalı tipli cəmiyyətin qiymətli 
kağızlarından fərqli olaraq, yalnız təsisçi səhmdar arasında deyil, 
cəmiyyətin  üzvi  olmayan  digər  hüquqi  və  fiziki  şəxslər  arasında 
da tədavüldə də iştirak edir. 
Birgə  müəssisələrin təşkilati formasından fərqli  olaraq,  onun 
struktur  quruluşunun  müxtəlif  formaları  mövcuddur.  Bunlara  
geniş yayılmış formalardan biri-strateji məqsədlər üçün yaradılan 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə