Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə79/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   75   76   77   78   79   80   81   82   ...   95

 
277 
 
 
 
 
Qeyd  edilən  bu  amillərin  mənfi  təsiri  xarici  iqtisadi 
əlaqələrin  qurulması  prosesinə  əngəl törədir və  mövcud  əlaqələri 
zəiflədir. 
Müasir    dövrdə        xarici     tərəfdaşların    Azərbaycanla 
əlaqələrini 3 əsas istiqamətə bölmək olar: 
  1.İxrac-idxal  münasibətləri  (bu  fəaliyyətə  üçüncü  dünya 
ölkələri ilə əmtəə mübadilələri də daxildir); 
2.İstehsal  sahələri,  mailyyə,  xidmət,  təchizat,  xarici 
əlaqələr, xarici ticarət, topdansatış, pərakəndə satış və b. 
sahələr üzrə fəaliyyət göstərən müştərək işgüzarlıq; 
3.Təbii ehtiyatların işlənməsi (neft, qara və əlvan metal və 
b.). 
Ticarət  müqavilələri  layihələri  işlənərkən  bu  sahələrin  hər 
birinə  ayrılıqda  baxılır.  Bu  həmçinin  qarşıya  qoyulan 
nıəqsədlərdən 
asılı 
olaraq 
qısamüddətli 
(adi 
iqtisadi 
əməliyyatlar);  orta  müddətli  (işlənməsi  2-3  il  davam  edən 
layihələr)  və  uzun  müddətli  (10-20  il  məsələn,  neft  yataqların 
işlənməsi  kimi)  işlər  və  proseslər  olur,  Adətən,  müştərək 
müəssisələrin  xarici  iştirakçıları  (firmalar),  gəlilrlərin  ökkədən 
çıxarılmasının 3 üsulunu tətbiq edirlər: 
1.Satılan  malların  qiymətinin  artırılması  və  alınan 
malların  qiymətlərinin azaldılması; 
              2.Verilmiş 
texnologiya 
üçün 
lisenziyalaşdırılmış 
ödənişlərin   qaldırılması; 
     3.Verilmiş kreditlərə görə faizlərin artırılması. 
1993-cü  ilin yanvarında  Azərbaycan Respublikası  Nazirlər 
Kabmetinin  «Azərbaycan  Respublikasında  xarici  firmaların 
filiallarının və təşkilatlarının yaradılması və fəalilyyət göstərməsi 
haqqında»  17  saylı  qərarı  qəbul  edilmişdir.  Bu  qərara  görə 
nümayəndəliyinin  yaradılmasında  maraqlı  olan  xarici  firma, 
müvafıq qeydiyyat təşkilatına yazılı ərizə verməlidir. Müddəaya 
uyğun  olaraq  nümayəndəlik  yaratmaq  üçün  xarici  fiırmalar 
qeydiyyat 
təşkilatına 
yazılı 
ərizədə 
nümayəndəliyin 
yaradılmasının  məqsədi,  fırmanın  fəaliyyəti  və  işgüzar  əlaqələri 
haqqında ətraflı məlumat verməlidirlər. 


 
278 
 
 
 
 
Dünya bazarma çıxmaq üçün idxal və ixrac məmulatlarının 
daşınması  zamanı  mühüm  şərt  gömrük  nəzarətindən  keçmək  və 
mallar üçün deklarasiya almaqdır. 
Xarici bazara çıxan müəssisə rəqabətə davamlı məhsula və 
ya  xarici  tərəfdaşın  marağınə  səbəb  olan  ideyaya  malik 
olmalıdır. 
Hər 
hansı 
xarici 
ticarət 
əməliyyatı, 
tərəfdaşın 
(kontragentin) 
seçilməsi 
ilə 
başlayır. 
Kontragentin 
müvəffəqiyyətli  seçilməsi  anlaşılmazlıq  yaranması  və  maliyyə 
itkilərindən qaçmağa kömək edir. 
         Bazar  iqtisadiyyatı  ölkələrində  firmaların  təsnifatının 
dəqiq  sistemi  işlənib  hazırlanmışdır.  Hər  bir  fırma  sənayenin 
xüsusi  mülkiyyət  obyekti  olub,  hüquqi  formaya  uyğun  olaraq 
qeydiyyatdan keçir. 
 Firmalar  bir  neçə  xüsusiyyətə  görə  təsnif  olunurlar:  -
Təsərrüfat fəaliyyətinə görə firmalar.   sənaye;   kənd təsərrüfatı və 
aqrosənaye;  ticarot;  nəqliyyat;  sığorta  və  s.  bölünürlər  (onlar 
dövriyyənin  60%-ni  verirlər).  Sənaye  şirkotləri  arasında 
aşaрıdakılar  aparıcı  yer  tutur:  -  avtomobil;  aviasiya; 
maşmqayırma;  elektron  sənayesi;  neft  və  qazçıxarma;  kimya; 
meşə və ağac emalı fırmaları. 
Bazar  iqtisadiyyatının  inkişaf  etdiyi  bir  sıra  ölkələrdə  və 
bəzi  inkişaf  etməkdə  olan  ölkələrdə  kənd  təsərrüfatı  və 
aqrosənaye şirkətləri əhəmiyyətli yer tutur. 
İnkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  əksər 
firmalar  xarici  və  daxili  ticarət  sahəsində  fəaliyyət  göstərir. 
Bunlar  müxtəlif  pərakəndə  və  topdansatış  ticarəti,  ticarət 
vasitəçiliyi, idxal və ixrac şirkətləridir. 
Xarici ölkələrin bazarlar ında vasitəçilərin böyük rolu vardır 
ki,  onlar  da,  firmaların  adından  və  bu  firmaların  hesabına 
fəaliyyət  göstərirlər.  Bu  öikələrdə  həmçinin  broker  firmaları 
böyük  rol  oynayır  ki,  bu  firmalar,  alıcılar  və  satıcıları 
əlaqələndirir  və  onların  saziş  bağlamalarına  imkan  yaradırlar. 
Baxmayaraq ki, işlərin icrasında bu firmalar iştirak etmir, onlar 
alıcılar  və  satıcılar  arasında  müqavilələrin  bağlanmasına 
köməklik göstərirlər. 


 
279 
 
 
 
 
Lizinq, xayrinq, rentinq fırmaları: maşınların, müxtəlif növ 
avadanlıqların, istifadəsi uzun, orta və qısa müddət üçün nəzərdə 
tutulmuş malların icarəyə verilməsi əsasında ixtisaslaşırlar. 
-  Elmi-tədqiqat  və  yenilikçilik  fırmaları:  konsaltinq 
(məsləhətçi), informatika, mehmanxana, kommunikasiya, məişət 
və digər xidmətləri həyata keçirməkdə köməklik göstərirlər. 
Xarici  ölkələrdə  həmçinin  əyləncənin,  istirahətin,  idmanın, 
turizmin təşkili üzrə firmalar fəaliyyət göstərirlər. 
-Kapitalın  mənsubiyyətinə  görə  firmalar:  milli,  qarışıq, 
beynəlxalq xarakterli olurlar. 
Təsərrüfat fəaliyyətində  olan firma müəyyən hüquqa malik 
olur  və  dövlətin  mülki  və  ticarət  hüquq  normalarına  uyğun 
olaraq fəaliyyət göstərir. Bu normalar firmaların kontragentlərlə 
olan işgüzar munasibətlərini tənzimləyirlər. 
 Hüquqi normalar əsasən aşağıdakı sualları aydınlaşdırır: 
       1.  Firmanın öhdəlikləri  üzrə kim və  nə  qədər məsuliyyət  
daşıyır? 
       2.    Firma  iflasa    uğrayarkən    onun    borclarını    kim 
ödəyəcək? 
       3.    Firmamın    adından  müqavilə  bağlamağa    kimin 
səlahiyyəti vardır? 
       4.Müqavilənin  imzalanması  ilə  bağlı  məsələlərin  həlli 
kimin ixtiyarındadır? 
Xarici firmalarda əsas hüquqi formalar fərdi sahibkarlar və 
səhmdar cəmiyyətləridir. 
İlkin  və  ən  vacib  şərt,  müştərək  müəssisələrə  xarici 
investisiyanın cəlb edilməsidir. Məhz bu faktor avadanlıqların və 
qurğuların  modernləşdirilməsinə,  yeni  texnologiyanın  tətbiq 
edilməsinə və sözsüz ki, maddi marağın stimullaşdrılmasına şərait 
yaradır.  Bu  deyilənlərin  həyata  keçirilməsi  isə  hər  bir  müştərək 
müəssisənin  biznes  fəaliyyətinin  təşkili  ilə  sıx  bağlıdır.  Belə  ki, 
xarici  investorların  kapital  məsrəfləri,  yerli  partnyorların  biznes 
fəaliyyətlərinə  də  ciddi  təssir  göstərir  və  müsbət  səmtdə  buna 
təkan verir. 
Azərbaycan  Respublikasında  mövcud  iqtisadi  və  siyasi 
durum      nisbi      sabitlik      vəziyyətindədir      və    bu    cəhətin    özü 
biznes-fəaliyyətin   inkişaf etdirilməsinə  təkan verə   bılər. Lakin    


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə