Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə67/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   63   64   65   66   67   68   69   70   ...   95

 
240 
 
 
 
 

 
müqavilə tərəflərinin adları, onların hüquqi statusları və 
ünvanları, 

 
müəssisənin adı; 

 
müəssisənin fəaliyyət sferasının müəyyənləşdirilməsi ; 

 
nizamnamə fondu və onun formalaşdırılması qaydaları; 

 
layihə iştirakçılarının hüquq və məsuliyyətləri; 

 
tərəflər arasında məsuliyyət bölgüsü; 

 
müqavilənin qüvvədə olma müddəti; 

 
layihə üzrə mübahisələrin həlli qaydaları; 

 
müqavilə  müddətinin  bitməsi  və  ya  azalması  hallarında 
müəssisənin ləğv olunması qaydaları; 
Müqavilədə  başlıca  məqam  kimi  birgə  müəssisənin 
iştirakçılarının  hüquq  və  məsuliyyətləri  haqqında  əsasnamələr 
hesab edilir. 
Layihə  iştirakçılarının  əsas  hüquqları  birgə  müəssisənin 
yuxarı idarəetmə orqanlarının formalaşmasında; fəaliyyətdn əldə 
edilən  gəlirin  onlara  çatacaq  hissəsinin  və  müəssisənin  ləğv 
olunması zamanı əmlak payının əldə edilməsindən ibarətdir.  
Layihə  iştirakçılarının  məsuliyyətləri  isə  adətən  ikitərəfli  və 
birtərəfli  hissələrə  bölünür.  İkitərəfli  məsuliyyətə,  nizamnamə 
fonduna  zəruri  daxiletmələrlə  əlaqədar  olan,  idarəetmədə  iştirak 
ilə,  informasiya  təminatında  birgə  fəaliyyət  göstərməsi,  birgə 
müəssisəyə zərər vura biləcək fəaliyyətdən özünü gözləmək və s ilə 
əlaqədar məsuliyyətlər aid edilir. 
Birtərəfli məsuliyyətin siyahısı birgə müəssisənin yaradılması 
zamanı  iştirakçı  tərəflərin  hər  birinin  milli  spesifikliyi  və 
imkanlarından asılıdır. 
Nəzərə  alsaq  ki birgə  müəssisənin müvəffəqiyyətli fəaliyyəti 
əksəriyyətdə  hər  iki  iştirakçı  tərəfin  üzərinə  düşən  məsuliyyətin 
lazını  dərəcədə  yerinə  yetirilməsindən  asılıdır,  bu  zaman 
məsuliyyətlilik  haqqında  müddəanın  müqaviləyə  əlavə  edilməsi 
böyük əhəmiyyət kəsb edir. 
Əksər hallarda o, itkilərə görə əvəzinin ödənilməsi haqqında 
tələbnamə formasında, bəzi hallardsa isə cəza, peni və ya cərimə 
şəkilində təyin edilir.  


 
241 
 
 
 
 
Birgə  müəssisənin  yaradılması  haqqında  müqvilədə  həm  də 
məxfiliyin gözlənilməsi mübahisələrin həll edilməsi qaydaları və s 
kimi məsələlərin xüsusi tənzimlənməsi mütləqdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Birgə  müəssisənin  iştirakçıları  arasında  məsuliyyətin  tipik 
bölüşdürülməsi. 
Məsuliyyətlər 
Birtərəfli 
İkitərəfli 
Milli i
şti
rak
çı
 

 
Xarici tərəfdaşın qeyri 
pul vəsaitlərinin birgə 
müəssisənin nizamnamə 
fonduna keçirilməsi 
zamanı gömrük 
rəsmiləşdirilməsində 
yardımın göstərilməsi. 
 

 
yerli bazarlarda 
məhsulun satışı və 
reklamı, sifarişlərin 
qəbulu və s.  

 
birgə müəssisənin 
nizamnamə fonduna 
vəsaitlərinin yatırılması. 
 
 

 
müəssisənin idarə 
edilməsində iştirak. 
 

 
müəssisənin bütün fəaliyyət 
sferalarındayardımların 
göstərilməsi. 
 


 
242 
 
 
 
 
X
aric
i i
şti
rak
çı
 

 
müəssisənin heyətinin 
komplektləşdirilməsi. 
 

 
xarici bazarlarda 
məhsulun satışı və 
reklamı, sifarişlərin 
qəbulu. 
 

 
birgə müəssisənin 
istehsal-təsərrüfat 
fəaliyyətinin təşkili 
zamanı yardımın 
göstərilməsi, personalın 
təhsilinin artırılması və 
s. 
 

 
birgə müəssisənin 
fəaliyyətinə zərər vura 
biləcək fəaliyyətdən 
qaçlması. 
 

 
məxfiliyin gözlənilməsi və s. 
 
 
 
 
 
 
 
Birgə  müəssisənin  yaradılması  haqqında  müqavilənin 
ayrılmaz  hissəsi  və  ona  əlavə  kimi  yaradılmış  təsərrüfatçılıq 
subyekti  ilə  əlaqədar  olan  hüquqi  aspektləri  xarakterizə  edən 
nizamnamə  çıxış  edir.  Nizamnamədə  adətən  müqavilənin 
prinsipial xarakter daşıyan əsas müddəaları təkrar olunur (Birgə 
müəssisənin  hüquqi  statusu,  onun  adı,  yerləşdiyi  yer,  fəaliyyət 
müddəti, 
idarəetmə 
aparatının, 
nizamnamə 
kapitalının 
formalaşdırılması qaydaları, müəssisənin ləğv olunması qaydaları 
və s.). 
Bundan əlavə, normativ hüquqi aktlarda nəzərdə tutulduğu 
tərzdə  müəssisənin  nizamnaməsinə,  birgə  müəssisənin  fəaliyyət 
xüsusiyyətlərini  əks  etdirən  digər  müddəalar  da  daxil  edilə  bilər. 
Bu  müddəalara  məsələn:  layihədə  iştirak  payına  güzəşt, 
müəssisənin  fondları,  idarəetmə  və  onun  səlahiyyətləri,  nəzarət 
təftiş komisiyası, ləğv olunmaya əsas və s aid edilir.  
Birgə  müəssisənin  qeydiyyata  alınması.  Birgə  müəssisənin 
dövlət 
qeydiyyatına 
alınması 
prosesi 
müvafiq 
səlahiyyətləndirilmiş dövlət idarəetmə orqanları tərəfindən həyata 
keçirilir,  hansılar  ki,  müəssisənin  dövlət  qeydiyyatının 
aparılmasına  və  ya  sifarışçıyə  müəssisənin  qeydiyyata 


 
243 
 
 
 
 
alınmasından  motivləşdirilmiş  imtina  səbəbi  çatdırılmalıdır. 
Müəssisənin 
dövlət 
qeydiyyatına 
alınmadan 
fəaliyyəti 
qanunvericiliyə  müvafiq  şəkildə  qadağan  edilir.  Dövlət 
qeydiyyatina  alınan  müəssisələr  müəyyən  edilmiş  nümunədə 
qeydiyyat  haqqında  şəhadətnamə  əldə  edirlər  və  bu  andan 
etibarən hüquqi şəxs statusu əldə edirlər. 
Qeydiyyat  haqqında  məlumat  səlahiyyətləndirilmiş  dövlət 
orqanı tərəfindən müəssisə ünvanına verir və kütləvi informasiya 
vasitələrində nəşr olunur. 
Birgə müəssisənin dövlət qeydiyyatı üçün aşağıdakı sənədlər 
tələb olunur:  

 
Birgə  müəssisənin  yaradılması  haqqında  təsisçilərin 
müraciəti; 

 
təsis  sənədlərinin  notarial  qaydada  təsdiq  edilmiş  iki 
nüsxədə surətləri; 

 
ekspertiza rəyləri (zəruri olduqda); 

 
müəssisənin  yaradılması  haqqında  əmlakın  milli 
mülkiyyətçisinin  qərarının  notarial  qaydada  təsdiq 
edilmiş 
surəti 
və 
ya 
onun 
tərəfindən 
səlahiyyətləndirilmiş  orqanın  qərarlarınn  surəti;  Birgə 
müəssisənin  yaradılmasında  iştirak  edən  hər  bir  yerli 
hüquqi şəxsin təsis sənədlərinin notarial qaydada təsdiq 
edilmiş surətləri; 

 
xarici  investorun,  ona  xidmət  edən  bankın  və  ya  digər 
maliyyə-kredit 
təşkilatı 
tərəfindən 
onun 
ödəməqabiliyyətliliyi haqqında verilən sənəd; 

 
 xarici  investorun  çıxış  etdiyi  dövlətin  ticarət 
reyestrindən  çıxarış  və  ya  xarici  investorun,  onun 
qeydiyyatda  olduğu,  vətəndaşı  olduğu  və  ya  daimi 
yaşayış  yeri  olan  ölkənin  qanunvericiliyinə  uyğun 
şəkildə  hüquqi  şəxs  statusunun  digər  ekvivalent 
sübutusənədi. 
Birgə  müəssisənin  dövlət  qeydiyyatına  alınmasından  o  vaxt 
imtina oluna bilər ki, əgər hüquqi şəxsin yaradılması qatdaları və 
ya  təsis  sənədləri  qanuna  müvafiq  deyildir.  Hüquqi  şəxsin 
yaradılmasının  məqsədə  uyğunsuzluğu  (səmərəsizliyi)  onun 
qeydiyyatdan  imtina  edilməsi  üçün  səbəb  hesab  edilmir.  Dövlət 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə