1
Hansı halda kondensləşmiş altıüzvlü heterotsiklik birləşmələr
alınır?
I. Anilin nüvəsi benzol nüvəsi ilə kondensləşdikdə
II. Tiofen benzol nüvəsi ilə kondensləşdikdə
III. Piridin bir molekul benzolla kondensləşdikdə
IV. Piridin iki molekul benzolla kondensləşdikdə
V. Pirimidin bir molekul benzolla kondensləşdikdə
A)I, II, III B)I, III, IV C)II, III, IV D)III, IV, V E)II, IV, V
2
Xinolin necə adlanır?
I. β, γ-benzpiridin II. 2,3-benzpiridin
III. α, β- benzpiridin
IV. 3,4- benzpiridin V. dibenzpiridin
A)I, II B)II, III C)III, IV
D)IV, V E)I, V
3
Akridin necə adlanır?
A) dibenzpiridin B) benzpiridin
C) β, γ- benzpiridin
D) dibenztiofen E) dibenzfuran
4
Elektrofil əvəzolunma reaksiyası xinolin molekulundakı hansı
karbon atomu yanında gedir?
A) piridin nüvəsindəki ikinci karbon atomu yanında
B) piridin nüvəsindəki dördüncü karbon atomu yanında
C) yalnız benzol nüvəsinin beşinci karbon atomu yanında
D) yalnız benzol nüvəsinin səkkizinci karbon atomu yanında
E) benzol nüvəsinin həm beşinci, həm də səkkizinci karbon
atomları yanında
5
Nukleofil əvəzolunma xinilin molekulundakı hansı karbon
atomu yanında gedir?
A) benzol nüvəsinin beşinci və səkkizinci karbon atomları
yanında
B) benzol nüvəsinin altıncı karbon atomu yanında
C) yalnız piridin nüvəsindəki ikinci karbon atomu yanında
D) yalnız piridin nüvəsindəki dördüncü karbon atomu
yanında
E) piridin nüvəsindəki ikinci və dördüncü karbon atomları
yanında
6
Hansı maddənin xinolinlə reaksiyası nukleofil əvəzolunma
reaksiyasına aiddir?
A) metilxloridlə
B) xlorid turşusu ilə
C) sulfat turşusu ilə (sulfolaşma)
D) natriumamidlə
E) etilxloridlə
7
Xinolin sulfat turşusu ilə sulfolaşdıqda hansı maddə alınır?
A) 2-sulfoxinolin B) 3-sulfoxinolin
C) 4-sulfoxinolin
D) 6-sulfoxinolin E) 8-sulfoxinolin
8
Xinolini oksidləşdiricilər iştirakı ilə oksidləşdirdikdə hansı
maddə alınar?
A) benzoy turşusu B) ftal turşusu C) nikotin turşusu
D) xinolin turşusu E) nikotinamid
9
Benzpiran molekulu hansı maddələrin nüvələrinin
kondensləşməsindən əmələ gəlir?
A) ikimolekullu benzolla piranın B) tiofenlə piranın
C) pirimidinlə benzolun D) benzolla piranın
E) pirrolla pirimidinin
10
Piran molekulu neçə üzvlü heterotsiklik birləşmədir və hansı
element atomu heteroatomdur?
A) altıüzvlüdür, azot atomunun heteroatomudur
B) beşüzvlüdür, oksigen atomunun heteroatomudur
C) altıüzvlüdür, oksigen atomunun heteroatomudur
D) altıüzvlüdür, kükürd atomunun heteroatomudur
E) beşüzvlüdür, kükürd atomunun heteroatomudur
11
Aşağıdakılardan hansılar xinolinin törəməsi olan dərman
preparatlarıdır?
I. papaverin II. 5-NOK III. NO-ŞPA
IV. rivanol V. enteroseptol
A)I, III B)II, V C)III, IV D)I, II E)IV, V
12
Aşağıdakı dərman maddələrindən hansılar izoxinolinin
törəmələridirlər?
I. rivanol II. dimedrol III. papaverin
IV. NO-ŞPA V. adrenalin
A)I, II B)II, III C)III, IV D)IV, V E)I, V
13
Hansı maddələr benzpiranın törəmələridirlər?
I. E qrup vitaminlərdən α-tokoferol II. noradrenalin
III. E qrup vitaminlərdən β-tokoferol IV. rivanol
V. papaverin
A)I, II B)I, III C)II, IV D)II, V E)IV, V
14
Xromon benzpirandan nə ilə fərqlənir?
A) piran nüvəsindəki ikinci karbon atomu yanında oksigen
atomunun olması ilə
B) piran nüvəsindəki üçüncü karbon atomu yanında oksigen
atomunun olması ilə
C) piran nüvəsindəki dördüncü karbon atomu yanında oksigen
atomunun olması ilə
D) benzol nüvəsindəki beşinci karbon atomu yanında oksigen
atomunun olması ilə
E) benzol nüvəsindəki altıncı karbon atomu yanında oksigen
atomunun olması ilə
15
Flavon hansı maddənin törəməsidir və necə adlanır?
A) benzpiranın törəməsidir, 2-fenilbenzpiran adlanır
B) benzpiranın törəməsidir, 3-etilbenzpiran adlanır
C) xromonun törəməsidir, 2-fenilxromon adlanır
D) xromonun törəməsidir, 3-fenilxromon adlanır
E) xromonun törəməsidir, 2-etilxromon adlanır
16
Luteolin molekulu hansı birləşmənin törəməsidir və molekulda
neçə hidroksil qrupu vardır?
A) xromonun törəməsidir, üç hidroksil qrupu vardır
B) xromonun törəməsidir, iki hidroksil qrupu vardır
C) flavonun törəməsidir, üç hidroksil qrupu vardır
D) flavonun törəməsidir, dörd hidroksil qrupu vardır
E) flavonun törəməsidir, iki hidroksil qrupu vardır
17
Luteolin molekulundakı hidroksil qrupları hansı karbon
atomları yanında yerləşirlər?
A) V, VI, VII və 3/ karbon atomları yanında
B) V, VI, 2/ və 3/ karbon atomları yanında
C) V, VII, 3/ və 4/ karbon atomları yanında
D) VII, VIII, 3/ və 4/ karbon atomları yanında
E) V, VII, 2/ və 3/ karbon atomları yanında
18
Kversetin molekulu luteolin molekulundan nə ilə fərqlənir?
A) üçüncü karbon atomu yanında hidroksil qrupunun olması
ilə
B) 2/ karbon atomu yanında hidroksil qrupunun olması ilə
C) altıncı karbon atomu yanında hidroksil qrupunun olması ilə
D) səkkizinci karbon atomu yanında hidroksil qrupunun
olması ilə
E) 6/ karbon atomu yanında hidroksil qrupunun olması ilə
19
Kversetin molekulundakı hansı hidroksil qrupunun rutinoza
disaxaridi ilə C12H22O11 qlikozid əmələ gətirməsi
nəticəsində rutin alınır?
A) 3/ karbon atomunu hidroksili B) 4/ karbon atomunu
hidroksili
C) III karbon atomunu hidroksili D) V karbon atomunu
hidroksili
E) VII karbon atomunu hidroksili
20
α-Alanin və asparagin turşuları haqda deyilənlərdən hansı
doğrudur?
A) α-Alanin turşu,asparagin turşusu əsasi xassəlidir.
B) α-Alanin əsasi xassəlidir,asparagin turşusu neytral xassəli
birləşmədir.
C) α-Alanin və asparagin turşuları neytral xassəli
birləşmələrdir.
D) α-Alanin neytral,asparagin turşusu isə turşu xassəli
birləşmələrdir.
E) α-Alanin və asparagin turşusu əsasi xassəli birləşmələrdir.
21
Prolin hansı aminturşulara aiddir?
A) Aromatik aminturşulara B) Alifatik turşulara
C) Heterotsiklik aminturşulara D)
Əvəzolunmayan aminturşulara
E) Əsasi xassəli aminturşulara
Dostları ilə paylaş: |