Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə16/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

64 
 
sədən qabaq özünü görməməzliyə vurduğu çox şey-
lərə,  o,  indi  məhkumların  sözü  ilə  desək  “barmaq” 
edirdi.  
          Xidmət  fəaliyyətinin  gücləndirilməsindən    bir 
çox zabitlər də təəccüblənmiş və narahatlıq hissi ke-
çirmişdilər: görəsən nə olub, hansı təhlükə gözlənilir 
ki, rəhbərlik belə təlaşa düşüb? Zonun idarə edilmə-
sində  axır  aylarda  Məhyəddinin  özünü  geri  tutub, 
Niyazı irəli verməyi isə heç ürəklərindən deyildi. Söz 
yayılmışdı ki, Məhyəddin yoldaşının xəstəliyi üzün-
dən şəhər yaxınlığında yerləşən müəssisələrin birinə 
yerini  dəyişib,  rəis  getmək  fikrindədir.  Rəisin  kabi-
netini  tutmağa  hazırlaşan  Niyaz  bu  səbəbdən  indi-
dən  özünü  müəssisənin  sahibi  olduğunu  göstərmək 
istəyirdi. 
         –Qardaş,  Niyaz  xoruzun  altında  yumurta  axta-
ranın  biridir  –  Şərif    Zəfərə  deyirdi,  –  o  rəis  işləsə, 
kollektiv acından barmağını soracaq. Mükafatı, mad-
di yardımı kim yarısını versə, ona yazacaq. Bir də gö-
rəcəksən əməkdaşları özü alacağı əskik manata görə 
sorğu-sualla divara dirəyib. Fikir vermisən, Niyaz bi-
zimlə  başqaları  ilə  danışan  tonda  danışmır.  Bilirsən 
niyə?  Həm  savadımıza  görə,  həm  də,  o,  bilir  ki,  biz 
heç kəsi incidib zorla pul istəmirik. Eşitmisən, deyir-
lər  hər  ay  bir  bəhanə  ilə  rejimdə  işləyənlərə  çatası 
əlavə pulu kəsir, zabitlər də narazılıq edir. Nə olacaq 
bu işlərin sonu? Yenə sən bilərsən... 


65 
 
          Zəfər  isə  təəssüflə  onun  qayğısına  şərik  olaraq 
cavab verirdi: 
         –Nə  deyim,  zalımoğlu  əməkdaşlara  da  məh-
kum  kimi  yanaşır.  Yəqin  öz  aləmində  bizi  paqonlu 
məhkum hesab edir.  Mən bir şey bilirəm ki, bu mü-
əssisədə nə baş verir hamısı pula görədir. İstəyir mü-
kafatlandırma, istəyir cəzalandırma olsun, fərqi yox-
dur.  Axtarsan  bütün  çəkişmələrin,  tədbirlərin,  mü-
nasibətlərin axırında görəcəksən ki, yalnız pul daya-
nır,  sonu  gedib  pula  bağlanır.  Çölün  havası  içəriyə 
də sirayət edib, gecə-gündüz dərdləri, fikirləri pul tə-
ləsi  qurmaq,  qanunun  arxasında  gizlənərək  pul  qo-
partmağın yollarını axtarıb tapmaqdır... 
–Mükafat dedim, müavinət də yadıma düşdü. 
Sən heç müalicə müavinəti almısan? 
–Hə, bir dəfə yarısını almışam, yarısını da pul 
çatışmır bəhanəsi ilə kəsdilər. 
–Bəsindi. İslah idarəsinin işçisisən bəyəm, hər 
il alasan? Hamıya qaydasınca verilsə, bəs özlərinə nə 
qalar?  Adi  işçiyə  ildə  qanuni  müavinət  verilməsi  və 
ya  mənzil  növbəsi,  torpaq  sahəsi  ayrılması  münasib 
deyil,  çaşar...  Qazamat  işçisi  hərləyən  var  idarədə? 
Get “yerini tanı”, vaxtlı-vaxtında maaşını al, zindan-
da Allahına şükür elə...  
            –Bəlkə  də  “böyüklər”  kimi  bu  sayaq  saymaz-
yana  düşünəndə  özünü  haqlı  bilirsən,  düzü  bəzən 


66 
 
baş verənləri ətraflı dərk etməyə çalışanda nəticə tap-
mayıb yoruluram. Yaxşı bir istirahət yeri tapmışam. 
           –Haranı deyirsən? 
            –Kitabxananı. İyirmiyə qədər məhkum var ki, 
daim orda olurlar. Heç kimə, heç bir işə qarışmırlar. 
Təsəvvür  edirsən,  sakitcə  cəzalarının  sonunu  gözlə-
yib  başlarını  mütaliə  ilə  qarışdırırlar.  Gedirəm  ora, 
hansısa  kitabı  öz  aramızda  müzakirə  edirik,  fikir 
paylaşırıq.  Az  da  olsa  ətrafdakı  hərki-hərkilikdən 
aralanıb dincəlirəm. Gəl gedək sən də mənimlə. 
           –Gedək. Kitabxanada işləyən məhkum mənim 
dəstəmdə  olur.  Nümunəvi  məhkumdur.  Onun  şərti 
azadlıq vaxtı çatmışdı, ərizəsi təmin edilmədi. 
           –Bəhanə nə oldu? 
           –“Hörmət”  qabiliyyəti  çatmadı.  İslah  olunma-
nın əsas əlaməti savad, ağıl, düşüncə deyil. Azadlığa 
layiqliyini ilk növbədə “hörmət” qabiliyyətinlə sübut 
etməlisən...    
                                           *    *    *   
          Sanitarlar  arasında  cinsəllik  baxımından  həm 
aktiv, həm də passiv olan, sevgili cütlük öz intellekt-
ləri,  dünya  görüşləri  ilə  digərlərindən  xüsusilə  fərq-
lənirdilər.  Vüsalə  (əsl  adı  Vüsal  idi)  zona  gətirilən-
dən daim açıq havada olduğuna görə rəngi qaralmış, 
üzü  codlaşmış,  əvvəlki  “incəliyindən”  əsər-əlamət 
qalmamışdı. Həbs olunmamışdan qabaq isə Vüsaləni 
zənən sayağı üz cizgiləri, qaşları, kiprikləri, makiyajı 


67 
 
ilə qadından fərqləndirmək olmurdu. Nəinki gecələr, 
gündüzlər  də  çoxları  onu  qadın  hesab  edirdi.  Gözəl 
görünüşü  ilə  ürəyində  qürurlansa  da,  bu  gözəlliyi 
həmişə  başına  bəlalar  gətirirdi.  Qadın  kimi  qəbul 
edən  kişilərin  əksəriyyəti  sonradan  yanıldığını  gö-
rəndə  söyüb  incidir,  təhqir  eləyirdilər.  Başına  gələn 
bədbəxtlik də elə bu səbəbdən oldu. 
          O, internetdə, sosial şəbəkələrin birində Elman 
adlı  bir  cavan  kişi  ilə  tanış  olmuşdu.  Onun  savadı, 
dünyaya baxışı Elmanı cəlb etmiş, uzun müddət bir-
birləri  ilə  virtual  aləmdə  münasibət  qurmuşlar.  El-
man  tezliklə  elektron  poçtuna  şəklini  göndərib,  qar-
şılıqlı  olaraq  onun  da  fotolarını  görmək  istəmişdi. 
Vüsalə də xahişə əməl edərək, üç yeni şəkli ilə virtu-
al  dostunu  sevindirmişdi.  Şəkillərdən  sonra  ona  vu-
rulduğunu  bildirən  Elmanın  mesajları  birə-on  art-
mışdı:  “Vüsalə,  sən  nə  gözəlmişsən,  heyran  oldum. 
Səni  günü-gündən  sevməyə  başlayıram.  Baxmaya-
raq ki, mən evliyəm, səninlə hər an görüşməyə hazı-
ram.  Gəl  yaxın  günlərdə  görüşək,  yaxından  tanış 
olaq. Mütləq!” 
          Münasibətlərinin,  oynadığı  oyunun  bu  səviy-
yəyə gələcəyini gözləməyən Vüsalə nə edəcəyini bil-
mirdi.  Bu  biznesmen,  “papa  uşağına”  yalanını,  əsl 
qadın  olmamasını  desinmi?  Yoxsa,  özünə  də  ləzzət 
eləyən,  ömründə  eşitmədiyi  sevgi  etiraflarını  qəbul 
etməkdə  davam  etsin?  İki-üç  həftə  şəbəkədə  yazış-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə