Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə18/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

72 
 
          Niyazın  yola  gəlməməzliyinə  cavab  olaraq  av-
toritetlər ayın sonunda həmişə müəssisə rəhbərliyinə 
çatdırdıqları  əlavə  haqqı  verməkdən  imtina  etdilər. 
İmtanadan hirslənən Niyaz da Bəkiri otağına çağırıb 
“qara  pul”un  göndərilməsinin  qarşısını  almağı  əmr 
etdi: 
           –Qoy başa düşsünlər ki, bizə verməyəcəklərsə 
oğru aləmi də bu zondan bir qəpik pul görməyəcək. 
Yekəbaşlar ağıllanmaq əvəzinə qudururlar...  
          Danışılanlar  düz  çıxdı.  Payızın  axırlarında 
Məhyəddinin  arvadı  aylardan  bəri  sürən  xəstəliyə 
tab  gətirməyib  dünyasını  dəyişdi.  O,  evdə  qalan  iki 
azyaşlı uşağına yaxın olmaq üçün şəhər həndəvərin-
dəki kiçik müəssisələrdən birinə rəis göndərildi. Gül-
baxtdakı rəis vəzifəsinin müvəqqəti icrası isə Niyaza 
həvalə edildi. Məhyəddin Niyazı heç də yaxşı olma-
yan pis bir vəziyyətdə tək qoyub getdi. Müəssisədəki 
məhkumlar  içərisində  yüksələn  tərzdə  gizli  gərgin-
lik, narazılıq yaşanırdı. Əməkdaşların qaydaların öz-
lərinə sərf edənini ciddiyətlə tələb etməsinə, özlərinə 
sərf  etmədikdə  isə  laqeyd  yanaşmalarına  görə  yeri 
gəldikcə qısa çıxışlar edib etirazlarını bildirirdilər. 
          Niyazın  rəis  hesab  edilməsinin  üçüncü  səhəri 
növbəti  “sürprizlə”  açıldı.  Məhkumlar  arasında  dəli 
Mahir adlanan birisi (psixi çatışmamazlıqlarına görə 
ona dəli deyilsə də, o, özü dəli sözünü igid kimi an-
layırdı)  səhər  yoxlamasından  əvvəl  hamının  gözün-


73 
 
dən  yayınıb  həyətin  aşağısındakı  səkkiz  metr  hün-
dürlüyündə, on tonluq su çəninin üzərinə qalxmışdı. 
Dəli  Mahirin  çənin  üstünə  çıxmaqda  məqsədi  etira-
zını  göstərmək,  oradaca  “mətbuat  konfransı”  keçir-
mək  idi.  O,  reytinqli  televiziya  kanalından  çəkiliş 
gəlməsini,  jurnalistlərin  çağırılmasını  tələb  edirdi. 
Onlara azadlıqda şərlənməsindən, cinayət işinə düz-
gün  baxılmamasından,  günahsız  cəza  çəkməsindən 
danışacaqdı.  Burada  hüquqlarının  tapdanmasından, 
yeməyin azlığından, isti paltarının olmamasından şi-
kayətlənəcəkdi.  
          Nəzarətçilərin  ona  yerə  enmək  göstərişlərini 
hədə ilə cavablayırdı: 
           –Günortaya  qədər  haqq  səsimi  yuxarılara  çat-
dırmaq  üçün  tələblərimi  yerinə  yetirməsəz  və  güclə 
məni  aşağı  düşürmək  istəsəz,  burdan  yerə  atılıb  
özümü öldürəcəyəm... 
          Həyətə,  su  çəni  yerləşən  kiçik  meydana  məh-
kumlar  doluşub  maraqla  tamaşa  edir,  dəli  Mahirin 
çənin üstündə dayanmaqdan nə qazanacağını gözlə-
yirdilər.  Dəqiqələr  keçdikcə  bu  hal  yüzlərlə  məhku-
mun iş-gücünü buraxıb ona diqqət kəsilməsinə səbəb 
olurdu.  
           –Onu  necə  var,  yerə  düşürmək  lazımdı,  Am-
ma  ehtiyatla,  çünki,  özünü  atmağı  bir  yana,  ehtiyat-
sızlıqdan ayağı sürüşüb ordan yıxılsa ölə bilər, – Bə-


74 
 
kirlə  Şamil  məsləhətləşərək  təcili  tədbir    üçün  baş 
sındırırdılar.  
          Mahir  odlu-alovlu  nitqi  ilə  özbaşına,  xoşluqla 
yerə düşənə oxşamırdı. O orda durduqca da müəssi-
sənin rejim şəraitində gözlənilməz hallar yaşanar və 
bütün  məhkum  heyəti  nəzarətdən  çıxa  bilərdi.  Bu 
təhlükəni  başa  düşən  zabit  və  nəzarətçilər  tez  fikir-
ləşib  plan  qurdular.  Nəzarətçilərdən  ikisi  yaxınlaşıb 
onu söhbətə tutaraq bir xeyli başını qatdılar. Şamilin 
müavini  Şahin  isə  digər  bir  nəzarətçi  ilə  arxa  tərəf-
dən  uzun  nərdivan  qoyub  səssizcə  çənin  üstünə 
qalxmağa  başladılar.  Onları  görən    bütün  məhkum-
lara  əllə  işarə  etdilər  ki,  dinib  Mahiri  duyuq  salma-
sınlar.  
          Şahin  ilə  nəzarətçi  çənin  üstündə  Mahirə  ya-
xınlaşanda,  Mahir  ona  yerdən  dikilən  baxışlardan 
nəsə anlayıb arxaya çöndü: 
           –Gəlməyin  yaxına...  Eşidirsiz,  gəlməyin,  gəl-
səz  özümü  atacağam  aşağıya,  –  o,  bir  addımlığında 
durmuş Şahini görüb çığırdı.  
           –Dayan,  qulaq  as,  –  Şahin  onun  təlaşını  azalt-
mağa  çalışdı.  –  Sən  özünü  yerə  atmaqla  heç  nə  əldə 
edə bilməyəcəksən. Bizə uzağı bir töhmət verəcəklər, 
amma  sən  öləcəksən,  ya  da  ömürlük  şıkəst  qalacaq-
san. Gəl, əlini uzat mənə, düşək yerə. Sənin konkret 
nə istədiyini aydınlaşdıraq. Mən sənə söz verirəm ki, 


75 
 
tələblərini  rəhbərliyə  çatdırıb,  yerinə  yetirilməsi 
üçün nə lazımdısa əlimdən gələni əsirgəməycəyəm. 
          Mahir  tərəddüd  içində  qalmışdı.  Aşağıdan  ha-
mı  onlara  baxırdı.  Nə  etsin?  Razılaşsın,  ya  razılaş-
masın?  Deməsinə  baxmayaraq  yerə  atılıb  özünü  öl-
dürməsini heç istəmirdi. Can şirin şey idi... 
          –Sən  dediklərini  kişi  kimi  edəcəksən?  –  Mahir 
hamı eşidəcəyi səslə sual verdi. – Söz ver ki, məni al-
datmayacaqsan... 
          –Söz verirəm ki,  səni aldatmayacayam,  – Şakir 
ciddiyətlə cavab verdi. 
          –Camaat, siz də şahid olun, eşitdiz? 
          Yerdəki  məhkumların  bir  neçəsi  “hə,  eşitdik” 
qışqırsalar  da,  əksəriyyəti  çarəsizlikdən  dediyi  bu 
sözlərdən  sonra  onu  istehzalı  baxışlarla  süzdülər: 
“Aldatsa, guya nə baş verəcək?”  
          –Ver  əlini,  ehtiyatlı  ol,  sürüşərsən,  –  Şahin  sağ 
əlini ona sarı uzatdı. 
          Mahir  Şahinə  tərəf  addım  atmaq  istəyəndə  az 
qala ayağı büdrəyəcəkdi, özünü birtəhər saxladı. Ba-
xanların  hamısı  həyəcanlandı.  Çənin  üstünə  çıxan-
dan  bəri  Mahirin  canına  belə  qorxu  yayılmamışdı. 
Dərhal əlini uzadıb Şahinin əlindən tutdu. Ürəyində 
sevindi,  nə  yaxşı  ki,  Şahin  bura  onun  ardınca  çıx-
mışdı, tək başına yerə necə düşərdi?.. 
          Şahin nəzarətçi ilə köməkləşib məhkumu aşağı 
düşürəndən sonra Bəkirlə Şamil dərindən “ah” çəkib 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə