Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə174/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   170   171   172   173   174   175   176   177   ...   191

GƏNCƏ ALVERĠ VƏ ELÇĠBƏYĠN BOġA ÇIXAN UMUDLARI 

Milli  Məclisin  bazar  günü  (13  iyun)  keçirilən  yığıncağından  bir  saat  sonra  -  axĢam  saat  6-da 

H.Əliyev 40 jurnalistlə birgə Surət Hüseynovla görüĢməkçün Gəncəyə yola düĢdü və gecə saat 

12-də Ģəhərə çatdı.   

Heydər  Əliyevlə  birgə  Rəsul  Quluyev,  Abbas  Abbasov,  Rəhim  Qazıyev  və  Tahir  Əliyev  də 

Gəncəyə getmiĢdilər. 

Rəsmi statusu yalnız “Ali Sovetin deputatı” olan S.Hüseynov H.Əliyevi, yumĢaq desək, dostcasına 

qarĢılamadı  və  onu  bir  neçə  saat  gözlətdi.  Sonralar  Surət  məhkəmədə  bunları  söyləyəcəkdi: 



“...Gəncəyə  gələndə  H.Əliyev  üzümdən  necə  öpürdü.  Mingəçevir  stansiyasındakı 

əsgərlərimlə görüĢəndə “Surət Hüseynova da qurban olum,  əsgərlərinə də” deyirdi. 

Hətta  oradakı  TANKI  DA  ÖPMƏK  ĠSTƏYĠRDĠ,  uĢaqlar  qoymadılar”  (“Azadlıq”, 

05.11.1998).   

Nəhayət,  gecə  yarısı  onların  bağlı  qapılar  arxasında  görüĢü  baĢlandı  və  ertəsi  gün  səhər  saat 

8-dən davam etdirildi.   

Surət  Hüseynov  öz  məhkəməsində  bunları  da  söyləmiĢdi:  “H.Əliyev  Ali  Sovetin  sədri 

olmamıĢdı,  onda  mənə  dedi  ki,  bəs  Ə.ELÇĠBƏY  GEDĠR.  Sonradan  aydınlaĢdırdım  ki, 

yalan  danıĢır.  Mən  [o]  Bakıya  gələndən  sonra  da  dedim  ki,  əgər  Ə.Elçibəy 

prezidentlikdən  getmək  istəyirsə  dəvət  eləyin,  urvatla  yola  salaq.  Mən  Elçibəyin 

özüylə söhbət etmək istəyirdim, H.Əliyev qoymadı” (“Azadlıq”, 05.11.1998).   

Durumun ən böhranlı nöqtəyə çatdığını görən Əbülfəz bəy həmin gün - 14 iyunda xarici ölkələrin 

(ABġ, Almaniya, Ġraq, BMT, Rusiya, Türkiyə və Çinin) diplomatik korpuslarının nümayəndələrini 

qəbul  etdi.  Son  olaylar haqqında  ətraflı məlumat  çatdıran  prezident  dedi  ki,  indi  Azərbaycanda 

baĢ verən hadisələr Milli Ordunun 709-uncu hərbi hissəsiylə bağlıdır. Bu hərbi hissə xeyli vaxtdı 

ki,  Müdafiə  Nazirliyinə  tabe  olmur,  əmrləri  yerinə  yetirmirdi.  Verilən  əmrlərə  cavab  olaraq 

hissənin hərbçiləri bildirdilər ki, “bizim rəhbərimiz də, prezidentimiz də Surət Hüseynovdur”. Belə 

olan Ģəraitdə Müdafiə Nazirliyi, təbii olaraq, qərara gəlmiĢdir ki, bu hərbi hissə ya buraxılmalı, ya 

da əmrlərə tabe olmalıdır. Sözsüz ki, ölənlərin sayı barədə rəqəmlər ĢiĢirdilsə də, hər halda, iki 

tərəfdən də həlak olanlar vardır. Guya hökumət tanklarının hərbi hissənin kazarmaları üzərindən 

keçməsi  barədə  yayılan  söz-söhbətlərsə  (bu  yalanı  Milli  Məclisdəki  çıxıĢında  Ġmam  Mustafayev 

demiĢdi) tamamilə əsassızdır. 

Prezident  bildirdi  ki,  vətəndaĢ  müharibəsinin,  qan  tökülməsinin  qarĢısının  alınmasından  ötrü 

“qarĢıduran tərəflə danıĢıqlar aparılmıĢ və bütün qüvvələrin öz yerində hərəkətsiz qalması barədə 

razılıq  əldə  edilmiĢdir.  Təəssüf  ki,  onlar  Ģərtləri  pozmuĢ,  Azərbaycanın  bəzi  rayonlarını  ələ 

keçirərək  yerli  rəhbərliyi  iĢdən  kənarlaĢdırmıĢ,  son  nəticə  olaraq  Qazıməmməd  istiqamətinədək 

gəlib  çıxmıĢlar.  Hazırda  ölkədə  vəziyyət  son  dərəcə  gərginləĢib.  Açıq  demək  lazımdır  ki, 

qarĢıdurma  vətəndaĢ  müharibəsi  həddinə  gəlib  çıxıb.  Azərbaycan  dövlətinin  müstəqilliyi 

təhlükədədir. bir  qrup  hərbçi və  hərb  iĢi  ilə  heç bir  əlaqəsi  olmayan  baĢqa bir  dəstə  birləĢərək 

ölkədə hərbi xunta bərqərar etmək niyyətindədir”. 




Əbülfəz bəy diplomatlardan xahiĢ etdi: öz dövlətinizə Azərbaycandakı vəziyyət barədə məlumat 

verin. 


Prezident bunu da bəyan etdi: “Yuxarı Qarabağın erməniləri doqquz dövlətin təklif etdiyi sənədi 

imzalamaqdan  boyun  qaçırmaqla  Azərbaycandakı  sabitliyi  də  pozmuĢlar.  Üç  gündür  ki,  erməni 

qüvvələri  Ağdam  istiqamətində  hücumları  davam  etdirirlər.  Belə  çıxır  ki,  Yuxarı  Qarabağ 

erməniləri  və  onlara  kömək  göstərənlərin  baĢlıca  məqsədi  Azərbaycandakı  əmin-amanlığı 

pozmaqdır”. 

Almaniya səfiri Tomas Terstegenin “hazırda Gəncədə Surət Hüseynovla danıĢıqlar aparan Heydər 

Əliyev kimi təmsil edir və hansı mandata malikdir?” sualına Bəy belə cavab verdi: “Heydər Əliyev 

qarĢıdurmanı  yoluna  qoymaq  üçün  Gəncəyə  öz  təĢəbbüsü  ilə  könüllü  getmiĢdir.  O,  Surət 

Hüseynovla  bütün  hərbi  qüvvələrin  hərəkətlərinin  dayandırılması  barədə  razılıq  əldə  etməlidir. 

Hazırda  onu  deyə  bilərəm  ki,  Surət  Hüseynovun  da  müəyyən  təklifləri  vardır.  Mən  danıĢıqların 

nəticəsindən asılı olaraq xalqa müraciət və ya bəyanatla çıxıĢ etmək niyyətindəyəm”. 

Əcnəbi  diplomatlarla  söhbətdə  Bəy  bir  daha  vurğuladı  ki,  mən  qarĢıdurmanın  olmaması,  qan 

tökülməməsi  üçün  bütün  cəhdləri  göstərirəm.  “Dövlət  hələlik  susur  və  təmkin  göstərir.  Lakin 

lazım gələrsə daha sərt tədbirlərə əl atılacaqdır”. 

Əbülfəz  bəyin  diplomatlarla  görüĢündə  deyilənlərdən  də  aydın  olduğu  kimi,  H.Əliyev  Gəncəyə 

gedərkən vətəndaĢ qarĢıdurmasını aradan götürməkçün əlindən gələni edəcəyinə söz vermiĢdi, 

ancaq Surətlə görüĢdə söhbət tamam baĢqa Ģeylərdən getdi. Bu söhbətlərin məzmunu artıq heç 

kəsə sirr deyil. 

Onlar  arasında  qarĢılıqlı  razılaĢma  əldə  edildi  ki,  S.Hüseynov  prezident,  H.Əliyevsə  Ali  Sovetin 

sədri  olsun.  Bunu  Surət  “Moskovskiye  novosti”  qəzetinə  verdiyi  müsahibədə  və  öz 

məhkəməsində də boynuna alıb:

 

“Nə  isə,  qərara  gəldik  ki,  Elçibəy  gedir.  H.Əliyev  dedi 



PREZĠDENT  SƏN  OLURSAN,  ALĠ  SOVETĠN  SƏDRĠ  MƏN.  Mənim  razılığımdan  sonra 

H.Əliyev  Ali  Sovetin  sədri  oldu”  (“Azadlıq”,  04.11.1998).  Beləliklə,  Pənah 

Hüseynovun  sözləriylə  desək,  “Tarixi  anda  o  (H.Əliyev  -  Ə.T.),  faktiki  olaraq, 

Azərbaycanın qanuni hakimiyyətini yox, nəticə etibarilə qiyamçıları dəstəklədi” (“Yeni 

Müsavat”, 16.04.1999). 

Özünün  də  siyasət  meydanında  guya  nəsə  bir  çəkisinin  olduğuna  inandırmaqçün 

dəridən-qabıqdan çıxan N.Pənahovsa bunları söyləyir:

 

“...Surəti razı saldım ki, onlar Əliyevə 

toxunmasınlar, imkan versinlər, mən onu razı salım, o, Surətin prezidentliyini qəbul 

etsin.  [...]  Bu  məsələyə  Heydər  Əliyevin  orada  razılıq  verməsi  o  qədər  də  çətin 

olmadı. O, vəziyyəti düzgün qiymətləndirdi...” (“Meydan” qəzeti, 17-24.03.1999).   

Azərbaycan  dövlətinə  qarĢı  silah  qaldırmıĢ  qiyamçılarla  sövdələĢməsindən  həmin  dövləti  çox 

yüksək  vəzifədə  təmsil  edən  H.Əliyev  iki  mühüm  Ģey  qazandı  -  respublika  parlamentinin  sədri 

olmasına S.Hüseynovdan razılıq aldı və Surətin prezidentin də istefasını istəməsinə nail oldu.   

H.Əliyev  guya  Surətdən  ötrü  boĢaltdırmaq  istədiyi  həmin  prezident  kürsüsündə  məhz  özünün 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə