Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə170/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   166   167   168   169   170   171   172   173   ...   191

et,  ancaq  S.Hüseynovun  Sizi  öldürəcəyindən  qorxduğunuza  görə  Bakıya  qayıtmaqdan  imtina 

etmisiniz.

 

-Dedi ki, gəlirsənsə gəl.



 

Mənim  qayıdacağımı  görəndə,  Ģübhəsiz  ki,  H.Əliyevin  adamları  təyyarənin  qanadını  güllələrlə 

deĢdilər və ekipaj bu təyyarədə uçuĢdan imtina etdi. Beləliklə, mənim geri dönməyim üçün heç 

bir nəqliyyat vasitəsi qalmadı. 

 

Mənim  ikinci  fikrim  də  vardı  -  düĢünürdüm  ki,  qüvvələri  hələ  saxlayaq,  Xalq  Cəbhəsi  səfərbər 



vəziyyətdə  qalsın,  əgər  Azərbaycanda  yenidən  devriliĢ  baĢ  versə  və  rus  ordusu  Azərbaycana 

qayıtsa  (əsasən  Surət  Hüseynovun  əliylə)  o  zaman  mənim  qanuni  prezident  kimi  buna  qarĢı 

mübarizə aparmağa səlahiyyətim olsun. 

 

Surət  Hüseynova  gəlincə,  onun  məni  öldürə  biləcək  gücü  yoxdu;  onu  mən  heç  zaman 



saymamıĢam  da.  O,  mənə  həmiĢə  dəcəl  bir  adam  təəssüratı  bağıĢlayıb.  Bu  devriliĢdə  də  o, 

20-30-cu vintlərdən birisidir və diqqət yetirilməyə layiq deyil. 

 

-O iddia edir ki, Siz hakimiyyətə gələn kimi bolĢeviksayağı davranaraq özünüzdən qabaqkı bütün 



tarixi inkar etmisiniz. 

 

-BolĢeviklərin davamçısı H.Əliyevin özü olub və çox doğru deyir ki, babaları olan bolĢeviklər hər 



Ģeyi  inkar  ediblər  -  Müsavat  hakimiyyətini  də,  Azərbaycanın  müstəqilliyini  də.  Müsavatın 

baĢçılarını «quldur», «vətən xaini» adlandırıblar. BolĢeviklərin davamçıları olan kommunistlər öz 

əcdadlarını  da  danıblar  -  yeri  gələndə  Leninin  özündən  tutmuĢ  Plexanova,  Stalinə,  XruĢĢova 

qədər hamını inkar etdilər. O inkarçılar içərisində H.Əliyev də xüsusi yer tutur. Vaxtilə Brejnevin 

yanında olarkən hamını inkar edərək yalnız Brejnevi qaldırdılar… 

 

Hər  Ģey  göz  qabağındadır.  Azərbaycanın  azadlığı  və  müstəqilliyi  uğrunda  indiyədək  aparılan 



mübarizəni bu gün bolĢevikcəsinə danaraq, M.Ə.Rəsulzadənin adının çəkilməsinə belə qısqanclıq 

göstərərək müstəqilliyimizlə bağlı hər Ģeyi öz adına çıxarmaq istəyən məgər Heydər Əliyev deyil?

 

-Doğrudanmı Siz baĢda olmaqla indiki müxalifət ilderləri indiyədək sağ qaldığınıza görə H.Əliyevə 



minnətdar olmalısınız?

 

-Heydər  Əliyev  sağ  qalması  üçün  mənə  minnətdarlıq  etməlidir.  Onun  Bakıya  gəlməsinin  də, 



Bakıdakı mühafizəsinin də, Naxçıvana getməsinin də, Naxçıvanda Ali Sovetin sədri seçilməsinin 

də səbəbkarı mənəm. H.Əliyev bunları bilməlidir və bilir. 

 

-H.Əliyevin Naxçıvan Ali Sovetinin də, Azərbaycan Ali Sovetinin də sədri seçilməsindəki həlledici 



rolunuzu indi səmimi Ģəkildə deyirsiniz. Buna bu gün peĢmansınız, ya yox?

 

-Bu məsələnin nə qədər xeyirli, nə qədər ziyanlı olmasını mən hələ də ölçüb-biçirəm. Orada elə 



məqamlar var ki, bəli, mən hökmən o addımı atmalıydım, özü də, o addımı məcburi yox, Ģüurlu 

Ģəkildə atırdım. Düzdür, mövcud Ģərait də adamı vadar edir ki, müəyyən addımı atmalısan. 

 



Mən  düĢünürdüm  ki,  H.Əliyevin  gəlməsi  onun  ətrafındakı  qüvvələrin  sakitləĢməsinə  və  onların 

bizimlə birləĢərək Azərbaycanın problemlər girdabından çıxarılmasına səbəb olacaq. Mən müxtəlif 

siyasi qüvvələri Azərbaycan naminə birləĢdirmək istəyirdim. Vəzifrova da, onun adamlarına da, 

Mütəllibova  da,  onun  adamlarına  da,  Əliyevə  də,  onun  adamlarına  da  demiĢdim  ki,  gəlin, 

Azərbaycanın müstəqilliyi, gələcəyi yolunda əl-ələ verək, belə etsək bir neçə ayın içində ən ciddi 

problemlərimizi də həll edə bilərik - xalqın gücü, iradəsi ilə. Mən hətta Vaqif Hüseynovu, Rəhim 

Qazıyevi, Surət Hüseynovu da Vətən uğrunda mübarizəyə qoĢmaq istəyirdim. Təəssüf ki, bütün 

bu adamların həm iddiaları, həm də müxtəlif qüvvələrin təsiri altında olması onların vahid gücə 

çevrilməsinə imkan vermədi. Bu gün onların da hamısı əzab-əziyət içərisindədir, mən də, 

xalq da. Bu gün Heydər Əliyevin özünün də vəziyyəti yaxĢı deyil və onun sonu necə 

qurtaracaq - bunu qarĢımızdakı yaxın tarix göstərəcək

». 


 

(«Mən  müxtəlif  siyasi  qüvvələri  Azərbaycan  naminə  birləĢdirmək  istəyirdim».  Əbülfəz  Elçibəylə 

onun mətbuat katibi Ədalət Tahirzadənin söhbəti. - «Yeni Müsavat» qəzeti, 24-25.06.1998). 

Bakıya gəldiyi gün Azərbaycan prezident Əbülfəz Elçibəylə görüĢən H.Əliyevə Azərbaycanın baĢ 

naziri vəzifəsi təklif edildi. Ancaq Surətin qiyamından və indiyədək Moskva, Tehran və Ankarada 

apardığı uğurlu diplomatik danıĢıqlardan sonra manevr imkanları hədsiz geniĢlənmiĢ H.Əliyev bu 

vəzifəyə, əlbəttə, razılıq vermədi və onun sədrliyi altında Dövlət ġurası yaradılmasını təklif etdi. 

Bu, açıqdan-açığa hakimiyyətə birdəfəlik yiyələnmək deməkdi və təbii ki, prezident belə təkliflə 

razılaĢa bilməzdi.   

Yalnız  “fəxri  qonaq”  statuslu  H.Əliyev  ilk  vaxtlar  Elmlər  Akademiyasının  “Ġsmailiyyə”  binasında 

yerləĢir  və  rəsmi  qonaqlarını  burada  qəbul  edirdi.  Bu  çağda  onun  ən  etibarlı  və  ən  yaxın 

köməkçisi Rəsul Quluyevdi. 

9 iyunda Azərbaycan tərəfi (V.Quluzadə) ATƏM-in Qarabağda vəziyyətin nizama salınmasına dair 

Minsk  qrupunun  təklif  etdiyi  “təxirəsalınmaz  tədbirlərin  cədvəli”ni  imzaladı.  Bu  təklifləri 

Ermənistan  da  qəbul  etdi.  V.Quluzadə  ermənilərin  də  bu  iĢə  razılaĢmasını  Azərbaycan  xarici 

siyasətinin və Ģəxsən Azərbaycan prezidenti Ə.Elçibəyin qələbəsi saydı. 

“Yeni  cədvəl”ə  əsasən  15-20  iyunda  atəĢ  kəsiləcəkdi  ki,  kəlbəcərli  qaçqınlar  doğma  ocaqlarına 

qayıda  bilsinlər.  18  iyundan  60  günlük  atəĢkəs  olacaq,  bu  müddətdə  Minsk  Qrupunun  iĢi 

hazırlanacaqdı.  ATƏM-in  nümayəndələrinə  iĢğalçıların  Kəlbəcərdən  çıxıb  getməsinə  21  iyunda 

nəzarət etmək tapĢırılmıĢdı. Bu zona beynəlxalq nəzarət altında olacaqdı. 

Ġyunun  9-unda səhər Ali  Sovetin binası qarĢısında  AXC-nin  çağırıĢıyla  respublika  ictimaiyyətinin 

mitinqi  keçirildi.  Saat  12-nin  yarısında  mitinqi  AXC  sədrinin  müavini  Arif  Rəhimoğlu  açdı.  O, 

Abbas  Abbasov,  Asya  Manafova,  ġadman  Hüseynov  və  baĢqalarının  «dövlət  komissiyası»nın 

üzvü olmalarına baxmayaraq hadisələrin gərginləĢməsində xüsusi rol oynadıqlarını dedi. Arif bəy 

S.Hüseynovun  cinayətlərini  sadalayandan  sonra  Gəncədən  çıxan  rus  diviziyasının  ona  külli 

miqdarda hərbi texnika verməsiylə yanaĢı, bu texnikadan istifadəni öyrətməkçün 75 nəfər xüsusi 

desantını da  Gəncədə  saxladığını  bildirdi.  (Hadisələr vaxtı  Gəncədə  4 rus generalının  olması və 

Surətə müĢavirlik etməsi də xəbər verilmiĢdi). 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə