Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə171/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   167   168   169   170   171   172   173   174   ...   191

Nəsimi rayon icra hakimiyyətinin baĢçısı Əli Quluyev dedi: “Müdafiə Nazirliyində 46 milyon vəsait 

yeyilib. Niyə Rəhim Qazıyev həbs edilmir? ġuĢanın, Laçının verilməsində birbaĢa o, günahkardır. 

Ġndi isə o, prezidentin istefasını tələb edir”. 

Ali  Sovetdə  10  iyunda  Milli  Məclisin  üzvü  Mətləb  Mütəllimovun  sədrliyiylə  Gəncə  Ģəhərində  baĢ 

vermiĢ FACĠƏ'ni (QĠYAM'ı yox!) təhqiq edən deputat istintaq komissiyasının ilk iclası keçirildi. 

Həmin  gün  ABġ-ın  Dövlət  Departamenti  belə  bir  bəyanat  verdi: 

“Ġyunun  4-də  Gəncədə  - 

Azərbaycan Respublikasının ikinci ən mühüm Ģəhərində qiyam baĢlanmıĢdır. Məlumatlara əsasən

döyüĢdə  onlarca  adam  öldürülmüĢ,  yüzlərlə  adam  yaralanmıĢdır.  Bu  döyüĢün  nəticəsində 

qiyamçılar  Ģəhərə  nəzarət  edirlər.  Məlumatımıza  görə,  Azərbaycan  prezidenti  Elçibəy  bir  daha 

qırğına yol vermədən böhrana son qoymağa çalıĢır.

 

ABġ hökuməti prezident Elçibəyin demokratik yolla seçilmiĢ hökumətini tamamilə dəstəkləyir. Biz 



bu böhranı demokratik dəyərlərə əsaslanaraq və insan hüquqlarına hörmət edərək sülh yolu ilə 

həll etməyə çağırırıq”

Elçibəyin belə dəstəklənməsi xüsusən H.Əliyevi razı salmırdı. Buna görə də o, bir neçə gün sonra 



Gəncədə  S.Hüseynovla  görüĢdükdə  onu  prezidentin  istefasını  da  tələb  etməyə  “həvəsləndirdi”. 

ABġ-ın  münasibəti  eyni  zamanda  H.Əliyevin  hakimiyyətə  gəlməkçün  bu  dövlətin  də 

“xeyir-dua”sını almağı  “unutduğunu”  göstərir.  (Görünür,  bu üzdəndir ki, Əliyev  hakimiyyətin  ilk 

mərhələsində Rusiya və Ġranı tərifləmək, ABġ-ısa tənqid etmək siyasəti yürüdürdü). 

11 iyunda prezident Əbülfəz Elçibəy deputat istintaq komissiyasının üzvlərini qəbul etdi. Söhbət 

zamanı,  yaranmıĢ  vəziyyətdən  çıxıĢ  yolları  araĢdırıldı,  dövlətçiliyimizin  və  ölkədə  sabitliyin 

qorunmasıyçün  görülməli  tədbirlər  müzakirə  edildi.  Komissiyanın  istintaq  apardığı  müddətdə 

KĠV-də qızıĢdırıcı materialların verilməməsi (baĢqa sözlə, qiyamçıların tənqid edilməməsi) və bu 

barədə mətbuat orqanlarına müraciət edilməsi haqqında razılıq əldə olundu. 

Zənnimcə,  24  oktyabr  hadisələrində  H.Əliyevin Bakıda  ona  qarĢı  əks-təbliğata  son  qoyulmasını 

tələb  etməsiylə  surətçilərin  də  “qızıĢdırılmamasının”  tələb  edilməsi  eyni  nöqtədən  qaynaqlanan 

taktikadır  və  hakimiyyətin  hər  iki  halda  o  tələblərlə  razılaĢması  prinsipcə  yanlıĢ  addımdı,  çünki 

ictimai  rəy  bir  daha  iqtidara  qarĢı  yönəldi.  Ancaq  burası  da  var  ki,  artıq  H.Əliyevin  Bakıya 

gətirilməsindən sonra S.Hüseynovla açıq müharibəyə girməyin mənası itmiĢdi.   

Doğrudur,  Elçibəy  hakimiyyəti  Gəncə  hadisələrindən  sonra  sosial  dayaqlarını  ciddi  Ģəkildə 

itirmiĢdi (H.Əliyevin və S.Hüseynovun xeyrinə), ancaq onu dəstəkləyənlər hələ çoxdu. Məsələn, 

Sankt-Peterburqdakı  “Dayaq”  cəmiyyəti  xəbərdarlıq  edirdi: 

“Biz  Elçibəysiz  növbəti  uçuruma  - 

saxtakarlıq və yalan uçurumuna yuvarlana bilərik. Xalqın aldanması daha böyük faciə ola bilər”

Özbəkistan “Vətən” Milli Ġstiqlal Cəbhəsi və “Ərk” Demokrat Partiyası da bəyan edirdi: 



“Bugünkü 

Azərbaycan  keçmiĢ  SSRĠ-nin  qanlı  zəncirlərini  mərdliklə  qırıb  gerçək  azadlığa  qovuĢan  ilk  türk 

cümhuriyyətidir. Onun mənəvi haqqa sahib olan prezidenti Əbülfəz Elçibəy mücadilə verən bütün 

istiqlalçıların  öndəridir.  Azərbaycan  diyarında  Ana  Vətən  uğrunda  təcavüzkarlara  qarĢı  qanlı 

döyüĢlər getdiyi bu təhlükəli günlərdə biz özümüzü əziz Azərbaycan xalqı və prezidenti Əbülfəz 

Elçibəylə birgə bilirik”




Ancaq  Elçibəyə  düĢmən  kəsilən  Ali  Sovetin  120  kommunist  deputatı  Rusiya  prezidenti  Yeltsinə 

müraciət  göndərdi.  KeçmiĢ  kommunist  deputatlar  -  Ə.Qarayevlərin,  Ç.Ġldırımların, 

H.Sultanovların nəvələri Azərbaycan hakimiyyətindən Ģikayətlənir, Yeltsindən bütün nüfuzundan 

istifadə edərək Azərbaycanda demokratiyanı “bərpa etməyi” xahiĢ edirdilər...   

Ġyunun  9-unda  Bakıya  gələn  H.Əliyev  “xırda-xuruĢ”  hazırlıqlarını  görəndən  sonra  11  iyunda 

EA-da  -  “Ġsmailiyyə”də  Akademiya  iĢçiləriylə  görüĢdü.  Onlar  respublika  Dövlət  ġurası'nın 

yaradılmasında  Heydər  Əliyevlə  həmrəy  olduqlarını  (!)  bildirdilər.  Ancaq  H.Əliyev  Moskva 

mətbuatının  onun  baĢ  nazir  vəzifəsinə  təyin  edilməsi  haqqındakı  xəbərləri  barədə  jurnalist 

suallarını cavabsız qoydu. 

Həmin  gün  H.Əliyev  ABġ  və  Fransa  səfirliklərinin  nümayəndələriylə  də  görüĢdü.  Jurnalistlər 

görüĢə buraxılmadı. O, AMĠP-in sədri E.Məmmədovla da bağlı qapılar arxasında danıĢıqlar apardı.   

Rusiyanın  Azərbaycandakı  səfiri Valter ġoniya  mətbuat  konfransı keçirərək  (11  iyun) bildirdi  ki, 

Rusiyanın  öz  daxili  problemlərinə  o  qədər  baĢı  qarıĢıb  ki,  əgər  istəsə  belə  Gəncə  hadisələrinə 

müdaxilə etməyə, sadəcə olaraq, onun vaxtı yoxdur. (Səfir bu sözlərlə əslində Rusiyanın baĢının 

öz problemlərinə qarıĢacağı haqqında fikirlər söyləmiĢ Elçibəyə üstüörtülü kinayə edirdi). ġoniya 

daha sonra dedi: “Gəncə hadisələri, onun nizama salınması Azərbaycanın öz daxili iĢidir. General 

ġERBAKIN  Gəncəyə  gəlməsini,  əməliyyatlarda  iĢtirakını  təsdiq  edən  informasiya  isə  bizdə 

yoxdur”. 

Xarici neft Ģirkətlərindən birinin nümayəndəsi Heydər Əliyevlə və artıq daim onun yanında olan 

Rəsul Quluyevlə görüĢəndən sonra ADNġ-nin prezidenti Sabit Bağırova 12 iyunda bildirmiĢdi ki, 

prezident Əbülfəz Elçibəyin Böyük Britaniyaya qarĢıdakı rəsmi səfəri baĢ tutmayacaq (həqiqətən, 

belə də oldu!..).

 

Həmin gün prezident “Azərbaycan milli valyutasının respublika ərazisində yeganə ödəniĢ vasitəsi 



elan edilməsi haqqında” fərman verdi. Bu fərman manatın rublu bütünlüklə əvəzləməsini nəzərdə 

tuturdu.  Ancaq  o,  ...ertəsi  gün  “Nazirlər  Kabinetinin  və  Milli  Bankın  rəyləri  nəzərə  alınaraq”  12 

iyun  tarixli  fərmanının  icrasını  qeyri-müəyyən  müddətə  təxirə  salmaq  haqqında  yeni  fərman 

imzalamalı  oldu.  Artıq  açıq-aydın  görünürdü  ki,  Əliyev  gələndən  sonra  hakimiyyət  qurumları 

Bəydən üz döndərir, onu pis vəziyyətdə qoymaqdan çəkinmirlər. 

Deputat istintaq komissiyasının üzvləri 12 iyunda Gəncədə oldular, Surət Hüseynovla görüĢdülər. 

Bu arada Türkiyədə də hökumət boĢluğu vardı. Doğru Yol Partiyasının 13 iyundakı qurultayında 

baĢqan seçilən Tansu Çillərə hökuməti təĢkil etmək tapĢırıldı. 

ĠSA QƏMBƏR DƏ ĠSTEFA VERDĠ 

Hakimiyyətin  humanist  davranması,  vətəndaĢ  sülhü  naminə  güzəĢtlərə  getməsi  qarĢılığında 

Rusiyanın  Azərbaycan  iqtidarını  hökmən  devirməyə  yönəlmiĢ  inadcıl  siyasətinin  göz  qabağında 

olan təmsilçisi S.Hüseynovun iĢtahı və tələbləri gündən-günə artır və dəyiĢirdi. 13 iyunda (bazar 

günü!) məhz onun növbəti tələbini yerinə yetirməkçün Milli Məclis Ali Sovet sədri Ġsa Qəmbərin 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə