Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə168/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   164   165   166   167   168   169   170   171   ...   191
    Bu səhifədəki naviqasiya:
  • HAKĠM

çoxluğu  və  əksər  demokratların  da  səbatsızlıq  göstərərək  antidemokratik  cəbhəyə  keçməsi 

həlledici rol oynadı. 

ERMƏNĠLər KƏLBƏCƏRDƏN 15-20 ĠYUNDA ÇIXASI OLDU   

Ali Sovet binası qarĢısındakı meydançada mitinq keçirən AMĠP-çiləri 9 iyunda AXC-çilər əvəzlədi. 

Bu mitinqdə bəyan edildi ki, biz kommunist dövlətinin qurulmasına imkan verməyəcəyik. 

Həmin  gün  prezidentin  mətbuat  xidməti  belə  bəyanat  yaydı:  «ATƏM-in  üzvü  olan  9  ölkənin... 

nümayəndələrinin  iyunun  3-4-də  Romada  keçirdikləri  müĢavirədə  BMT  Tġ-nın  822/93  nömrəli 

qətnaməsinin yerinə yetirilməsi və ATƏM çərçivəsində danıĢıqlar prosesinin davam etdirilməsinə 

yönəldilən  yeni  “təcili  tədbirlər  qrafiki”  təklif  olunmuĢdur.  [...]  ...Erməni  qoĢunlarının  Kəlbəcər 

rayonundan  çıxarılması  15-20  iyun  ərzində  həyata  keçirilməli,  iyunun  18-dən  etibarən  60  gün 

ərzində hərbi əməliyyatların dayandırılması prosesi baĢlanmalıdır». 

ATƏM-in  Minsk  konfransının  sədri  Mario  Raffaelli  Minsk  qrupunun  üzvü  olan  ölkələrin  xahiĢiylə 

“təcili tədbirlər qrafiki”ni Ermənistan və Azərbaycan rəhbərlərinə ləngitmədən göndərdi. 

4  iyunun  ilk  nəticəsi  özünü  göstərdi  -  ABġ,  Türkiyə  və  Rusiya  üçlüyünün  təklifiylə  Kəlbəcərin 

boĢaldılması  27  mayda  baĢlayıb  3  iyunda  qurtarmalı  olduğu  halda,  indi  “üçlər”  “doqquz”lara 

çevrildi  və  ermənilər  məsələnin  həllini  daha  17  gün  ləngitmək  imkanı  qazandılar!  Hakimiyyətin 

indiki səbatsız durumunda bu tələbi ümumiyyətlə yerinə yetirməmək onlarçün asanlaĢdı. Elə belə 

də oldu - Elçibəy ermənilərin qoĢunları çıxarmasını tələb edəndə cavab eĢitdi ki, Azərbaycanda 

hakimiyyətin kimdə olduğu bilinmir; danıĢıqlar sizləmi, yoxsa S.Hüseynovlamı aparılmalıdır?.. 

ARAZ QURBANOVUN "GƏNCƏ QAMBĠTĠ" 

Gəncə  hadisələrinə  ölkəiçi  və  ölkədıĢı  mətbuat  da  diqqətlə  yanaĢır,  bəziləri  operativ  məlumat, 

bəzilərisə  təhlil  verməyə  çalıĢırdı.  Oxucuya  təqdim  edilmiĢ  çoxsaylı  yazılar  içərisində  bir  neçəsi 

xüsusilə seçilir. 

Azər  Mürsəliyevin  “Komsomolskaya  pravda”da  çıxan  (“Azərbaycan”  qəzetinin  10  iyun  sayında 

tərcüməsi  verilib)  “Azərbaycan:  hakimiyyətin  dəyiĢməsi,  yoxsa  vətəndaĢ  müharibəsinin 

baĢlanğıcı.  R.Qazıyev  P.Qraçovla bağlı qapılar arxasında görüĢmüĢdür”  yazısı  bir çox  baxımdan 

maraq  doğurur.  Gəncədəki  qarĢıdurmada  68  nəfərin  həlak  olduğunu,  200  nəfərin  yaralandığını 

göstərən  müəllif  7  iyunda  günortayadək  Surət  Hüseynov  tərəfdarlarının  Azərbaycanın 

Ģimal-Ģərqinə nəzarət etdiyini bildirir. 

Qiyamçıların  tələblərinə  toxunan  müxbir  bunları  açıqlayır:  onlar  prezident  çıxılmaqla 

respublikanın  bütün  rəhbərlərinin  istefasını  tələb  edirlər;  Bakıda  Ģəxsi  mənzillərdən  birində  Ali 

Sovetin  deputatları  gizlincə  toplaĢaraq  yaxın  günlərçün  fəaliyyət  planı  hazırlamıĢlar; 

S.Hüseynovun tələblərindən biri də Ali Sovetin fövqəladə sessiyasını çağırmaqdır. 

Bunlaran sonra Azər Mürsəliyev “Xəbər-Servis” agentliyinin məlumatına söykənərək yazır: 

“Surət 

Hüseynovun tərəfdarlarından biri - keçmiĢ müdafiə naziri Rəhim Qazıyev Gəncə hadisələrinin lap 



baĢlanğıcında Moskvada olmuĢdur. Orada Rusiya generaliteti ilə görüĢmüĢ, Pavel Qraçovla bağlı 


qapılar arxasında danıĢıqlar aparmıĢdır”.

 

Xatırladım  ki,  bu  görüĢlər  də  R.Qazıyevin  A.Mütəllibovla  görüĢdüyü  günlərdə  olub.  Doğrudur, 



R.Qazıyevlə P.Qraçovun Moskva söhbəti haqqında əlimizdə dəqiq məlumat yoxdur, ancaq keçmiĢ 

müdafiə nazirinin Bakıya qayıdandan sonrakı hərəkətlərinə əsasən deyə bilərik ki, P.Qraçov: 1) 

ya  gələcək  prezident  Ayaz  Mütəllibova  (bəlkə  də  Surət  Hüseynova)  yardım  göstərməyi  ona 

tapĢırıb, 2) ya da onun özünün prezident olacağına söz verib; iĢ burasındadır ki, R.Qazıyevin də 

könlündən prezidentlik keçirdi (özü də, hələ 1992-nin yazından) və bu, boĢ yerə ola bilməzdi.   

P.Qraçovun  S.Hüseynova  onun  Azərbaycanın  prezidenti  olacağını  bildirməsi  bu  gün  sirr  deyil. 

Məsələn,  4  iyun  “qəhrəman”larından  biri  Kəramət  Kərimovun  məhkəməsində  Ģahidlik  edən 

Əlizadə Hüseynovla (o, Surətin yaxın qohumudur) hakim arasında belə söhbət gedib: 

HAKĠM: ...Siz S.Hüseynovun gələcəkdə prezident olması Ģərəfinə də sağlıq demisiniz.

 

ġAHĠD:  Nə  olsun?  Çox  yerdə  Surət  Hüseynovun  Ģərəfinə  sağlıq  deyilirdi.  Gələcəyin  prezidenti 

kimi onun adına sağlıq demiĢik. Bu sağlığı Qraçov da demiĢdi.

 

HAKĠM: Elə ona görə Qraçovu çıxartdılar də...” 

(“525-ci qəzet”, 23.03.1999). 

Əslində  A.Mütəllibov,  S.Hüseynov  və  R.Qazıyev  içərisindən  məhz  hansının  Elçibəyin  yerinə 

prezident  olmasının  Rusiyanın  hərbi  dairələriyçün  elə  ciddi  əhəmiyyəti  yoxdu  -  onlardan  hansı 

hakimiyyət  kürsüsündə  əyləĢsə  Rusiyanın  dilsiz-ağızsız  qulu  olacaq,  onun  bütün  göstəriĢlərini 

danıĢıqsız yerinə yetirəcək, Azərbaycandakı demokratik qüvvələri ən azı yarım əsrliyə dağıdacaq, 

rus  qoĢunlarını  yenidən  geri  qaytaracaqdı.  H.Əliyevin  prezidentliyinisə  Rusiyanın  kəĢfiyyat 

dairələri: Primakov - Barannikov cütlüyü istəyirdi və təbii ki, onlar da “öz prezidentləri”ndən eyni 

Ģeyləri umacaqdılar, ancaq baĢının üstündəki əldən xoĢlanmayan H.Əliyevin onların göstəriĢlərinə 

tam əməl edib-etməməsi Ģübhəliydi.   

Fazil Qəzənfəroğlu yazır: 

“O dönəmdə əldə edilən bilgilərə görə, Heydər Əliyev və A.Mütəllibov 

müĢtərək  düĢmənlərinə,  yəni  Əbülfəz  Elçibəyə  qarĢı  güc  və  fəaliyyət  birliyi  yapmağa  razı 

edilmiĢdilər. ÇevriliĢin əsl hazırlayıcısı olan Rusiya hər biri ayrı bir əlaqəylə özünə bağlı bulunan 

ünsürləri bir araya gətirərək geniĢ bir Ģər cəbhəsinin yaradılmasına müvəffəq ola bilmiĢdi. Yalnız 

bundan sonra ciddi çalıĢmalara baĢlanılmıĢ, düĢüncədən fəaliyyətə keçmə fürsəti əldə edilmiĢdi. 

ĠĢbirliyi üzərində son retuĢları aparmaq özü də əski bir bakılı olan və Sovetlər Birliyi dönəmində 

Siyasi  Büro  üzvlüyünə  namizəd  göstərilmiĢ  bir  Ģəxsə  -  Nikolay  Baybakova  qalmıĢdı.  ...Bu  Ģəxs 

Moskvadan Naxçıvana gələrək Heydər Əliyevlə görüĢmüĢdü”

 (F.Qəzənfəroğlu, göstərilən kitabı, 

s.215-216).   

Araz Qurbanovun “Azərbaycan” qəzetindəki (11 iyun) “Gəncə qambiti” adlı məqaləsi də, fikrimcə, 

Gəncə hadisələrinin mahiyyətini “isti-isti” açan ilk yazılardandır. 

Faciənin  mütləq  baĢ  verməli  olduğuna  inanan  müəllif  qırğının  Gəncədə  yox,  Bakıda,  ġəkidə, 

Lənkəranda  da  baĢ  verə  biləcəyinin  mümkünlüyünü  deyir.  O  yazır: 

“Gəncə  hadisəsi  Bakını 

qırğından  qurtardı!  ToqquĢma  Azərbaycanın  paytaxtında  gözlənilirdi.  Çox  güman  ki,  müəmmalı 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə