Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə166/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   162   163   164   165   166   167   168   169   ...   191

Son  zamanlar  ölkəmizin  siyasi  həyatında  daim  bir  təhlükə  dolaĢmaqda  idi.  Əllərdə  qanunsuz 

saxlanılan  silahlar  çoxaldıqca  bu  təhlükə  də  artırdı.  Bu,  vətəndaĢ  müharibəsi,  qardaĢı  qardaĢla 

üz-üzə  qoymaq  təhlükəsi  idi.  Xarici  düĢmənlərimizin  və  onların  aramızdakı  havadarlarının 

qurduqları  bütün  fitnələrə  baxmayaraq  biz  təhlükədən  qaça  bilmiĢ,  qırğına  yol  verməmiĢdik. 

Tacikistanda  baĢ  tutmuĢ  fitnələr  Azərbaycanda  boĢa  çıxmıĢdı.  Lakin  bu,  bizə  böyük  çətinliklər 

hesabına baĢa gəlmiĢdi. Çox güzəĢtlərə getmiĢ, siyasi və iqtisadi həyatımızın inkiĢafını ləngidən 

hadisələrə dözməli olmuĢduq.

 

Bununla  belə,  düĢmənlərimizin  çirkin  niyyəti  qismən  də  olsa  baĢ  tutdu.  Rus  hərbi  hissələrinin 



Gəncədən çıxarkən saxladıqları silahı bir qardaĢ, dövləti vəzifəsini yerinə yetirən o biri qardaĢına 

yönəltdi. [...] Görünür, müstəqillik yolunda qardaĢ gülləsinə də qurban getməliyikmiĢ. Bu, mənim 

üçün daha sarsıdıcıdır. Mən öz xidməti vəzifəsini yerinə yetirərkən qardaĢ gülləsindən həlak olan, 

həm  də  vətəndaĢlıq  vəzifəsini  dərk  etməmək  ucbatından  həlak  olan  həmvətənlərimin  ailələrinə 

(!!! - Ə.T.) dərin hüznlə baĢsağlığı verir, onların yaxınlarının kədərinə Ģərik oluram. Allah rəhmət 

eləsin!


 

Azərbaycan  Respublikasının  prezidenti  kimi  mənim  tərəfimdən  Gəncədə  sabitliyin  və 

əmin-amanlığın  bərpası  üçün  bütün  tədbirlərin  görülməsi  barədə  sərəncam  verilmiĢdir.  [...]  Bu 

gün  baĢlıca  vəzifə  qardaĢ  qırğınına  son  qoymaq,  hər  Ģeyin  dinc  yolla  həll  edilməsinə  nail 

olmaqdır. BaĢımıza gələn müsibət nə qədər ağır olsa da mən hamınızı səbirli olmağa, vətəndaĢ 

sülhünü bərpa etməyə çağırıram”

Kim  nə  deyir  desin,  bu  müraciət  çağdaĢ  tariximizdə  vətəndaĢda  öz  dövlət  baĢçısının  Ģəxsiyyət 



ucalığına görə qürur yaradacaq ibrətamiz bir sənəddir. Prezident hətta dövlətə asi olan, ona silah 

qaldıran  əsgərə  də  öz  günahkar  övladı  kimi  yanaĢır,  onun  yanlıĢ  hərəkətinə  təəssüflənir  və 

ölümünə ürəkdən acıyır. Bəyi Ģəxsən tanıyan hər kəs onun bu sözlərinin ən səmimi duyğulardan 

qaynaqlandığına  Ģübhə  etmir.  Bəyin  bu  bəycəsinə  rəftarı  sonralar  ağ  bayraq  qaldırmıĢ 

“OMON”çuların amansızcasına qanına qəltan edilməsinin və onların qırdırılması haqqında dövlət 

televiziyasında  qəhqəhələrin  müĢayiəti  altında  necə  ləzzətlə  hesabat  verilməsinin  Ģahidi  olmuĢ 

Azərbaycan cəmiyyətinin yadından çıxmamalıdır. 

Onu da unutmayaq ki, müraciət efirə gedən vaxt qiyamçılar Gəncə televiziyasına hücum edərək 

prezidentin sözlərinin bu zonada eĢidilməsinin qarĢısını aldılar.   

"DÜġ AġAĞI, ƏLĠN QANA BATIB" 

Prezidentin sərəncamıyla 7 iyunda Səfər Əbiyev müdafiə nazirinin I müavini - Azərbaycan Silahlı 

Qüvvələri  BaĢ  Qərargahının  rəisi  təyin  edildi  (o,  bu  vəzifədə  Nurəddin  Sadıqovu  əvəzləyirdi. 

Müdafiə naziri DadaĢ Rzayevisə Heydər Əliyev iĢdən kənarlaĢdırdı).   

“Azərbaycan” qəzeti bu vaxt hadisəyə “xalq rəyi”ni öyrənirdi: “Surət Hüseynov yaxĢı adam olsa 

belə,  ona  qarĢı  haqsızlıq  törədilsə  belə...  hətta  hakimiyyətdə  olanların  fərsiz  və  pis  olması  da 

əsas vermir ki, kimsə silahı qanuni hakimiyyətə qarĢı çevirsin”. 

7  iyunda  axĢama  yaxın  Azərbaycanın  güney  bölgəsi  Lənkəranda  Ġslam  Partiyasının 



nümayəndələri  qara  bayraq  və  ələmlərlə  mitinq  keçirmək  istədilər.  Həm  də  Lənkəran  istisna 

deyildi  -  baĢqa  yerlərdə  də  hakimiyyətin  düĢmənləri  baĢ  qaldırırdılar.  Layiqli  müqavimət 

gördükləri  yerdə  onlar  geri  çəkilir,  hakimiyyətsizliklə  üzləĢdikdə  hakimiyyəti  devirməyə 

qalxıĢırdılar.  Məsələn,  Osman  Qunduzovun  icra  hakimi  olduğu  Balakən  rayonunda  Əli 

Ansuxskinin  baĢçılıq  etdiyi  qüvvələr  dəfələrlə  (4,  5,  8  iyun)  dövlət  əleyhinə  mitinq  keçirməyə 

çalıĢsalar da heç nəyə nail olmadılar, çünki hakimiyyətin səmimiyyətinə artıq inanmıĢ xalq onları 

dəstəkləmədi.  Əksinə,  orada  AXC  rayon  Ģöbəsiylə  rayon  icra  hakimiyyətinin  birgə  çağırdığı 

mitinqdə  rayon  əhalisinin  böyük  əksəriyyəti  həvəslə  iĢtirak  etmiĢ  və  qanuni  hakimiyyəti 

dəstəkləmiĢdi. Balakəndə 17 iyunadək bütün sahələrə icra hakimiyyəti tam nəzarət edirdi. (Yeri 

gəlmiĢkən,  qiyamçıların  hətta  gülləylə  vurduqları  Osman  bəy  heç  bir  iĢgəncə  və  hədə-qorxuya 

baxmayaraq hakimiyyətin möhür-Ģtampını onlara təhvil verməmiĢdi!). 

Doğrudur, hüquq-mühafizə orqanları əsasən qiyamçıların tərəfinə keçdilər, ancaq bu sözü bütün 

rayonlara  aid  etmək  olmaz.  Məsələn,  Müqəddəs  Mehdiyevin  icra  baĢçısı  olduğu  Xaçmaz 

rayonunda  4  iyundan  sonra  bütün  güc  qurumlarının  rəhbərləri  son  anadək  qanuni  iqtidarı 

qorumaqçün icra hakimiyyətiylə çiyin-çiyinə mübarizə aparıb. Müqəddəs bəyin göstəriĢiylə rayon 

polisi  Giləzidə  səngər  qazaraq  bölgənin  müdafiəsini  qonĢu  rayonların  polisləriylə  birgə  öz 

öhdələrinə götürdülər və qiyamçıların təzyiqlərinə baxmayaraq bir addım da geri çəkilmədilər.   

Bütün  bu  baĢ  verənlər  içərisində  ən  diqqətçəkənlərdən  biri  oydu  ki,  7  ay  öncə  -  2  noyabr 

1992-də  Ankarada  imzalanmıĢ  hökumətlərarası  müqaviləyə  əsasən  Türkiyənin  Azərbaycana 

ayırdığı  250  milyon dollarlıq kreditin  ilk məbləği məhz  4 iyundan  sonra  Beynəlxalq  Banka daxil 

olmağa baĢladı; necə deyərlər, “toydan sonra nağara”... 

Ġyunun  8-ində  Milli  Məclisdə  də  Gəncə  hadisələri  müzakirə  edilməyə  baĢladı.  Yığıncaq 

baĢlanmazdan qabaq Ali Sovetin binası qarĢısındakı meydanda AMĠP baĢda olmaqla 5 müxalifət 

partiyasının  200-300  iĢtirakçısı  hakimiyyətin  Gəncədəki  “zülmkarlığ”ına  etiraz  edən  və  hadisəyə 

“siyasi qiymət verilməsini” tələb edən mitinq keçirirdi. 

Ġqtidarın Gəncədə baĢ verənlərdən özünü itirməsi, konkret hərəkət proqramının olmaması, özünü 

az  qala  günahkar  sayması,  baĢ  nazirin  istefa  verməsi,  Heydər  Əliyevin  Bakıya  gəlməsinin 

gerçəkləĢməkdə  olması  müxalifəti  əməlli-baĢlı  ruhlandırmıĢdı.  Müxalifət  liderləri  artıq  özlərini 

hakimiyyətə yiyələnmiĢ, onun yüksək kürsülərində oturmuĢ kimi hiss edirdilər. Buna görə də Milli 

Məclisdə onlar təĢəbbüsü ələ alaraq “yazıq” iqtidara qarĢı psixoloji hücuma keçdilər. 

AMĠP-in  lideri  Etibar  Məmmədov  parlamentin  sədri  Ġsa  Qəmbərə  dəfələrlə  bildirdi  ki,  Ġsa  bəy, 

oradan düĢ aĢağı, sənin əlin qana batıb (dövlətin Gəncədə qiyamçılara qarĢı apardığı əməliyyata 

DĠN-də guya Ġsa bəy rəhbərlik edibmiĢ). Ġsa Qəmbər “ora”dan düĢən kimi “ora”da məhz özünün 

oturacağına, görünür, Ģübhə etməyən Etibar Məmmədov müxalifətin uzaqvuran topuydu (zirehli 

texnika Naxçıvanda hələ öz anını gözləyirdi).   

Müxalifət baĢ nazirdən sonra parlament sədrini də sıradan çıxarmaq istəyirdi, buna görə də onu 

xalqın gözündə  nüfuzdan  salmaqçün  belə  yolverilməz  üsullara  əl atır, onun  hücumlardan  bezib 

istefa  verməsinə  çalıĢırdı.  Ancaq  Ġsa  Qəmbər  təsəvvürəgəlməz  təmkinliliklə  bütün  hücumlara 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə