Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə163/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   159   160   161   162   163   164   165   166   ...   191

duranların hamısı (bir-iki nəfəri çıxmaqla) Rusiya BaĢ KəĢfiyyat Ġdarəsinin əlaltılarıdır

».

 



(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.67-68).  

BAġ NAZĠRĠN ĠSTEFASI VƏ ELÇĠBƏYĠN SƏYLƏRĠ   

7  iyunda  prezident  Əbülfəz  Elçibəyin  sədrliyiylə  hökumətin  iclası  keçirildi,  Gəncə  hadisələri 

müzakirə olundu. Məlumat qıtlığının camaat arasında çaĢqınlıq və Ģayiələr yaratmasını prezident 

hadisə  yerindən  doğru-düzgün  informasiya  əldə  etməyin  çətinliyi,  ilkin  məlumatların  müəyyən 

dəqiqləĢdirmələrə ehtiyacı olmasıyla izah etdi. Gəncədəki tələfatla bağlı Bəy 8 iyunun ümumxalq 

milli matəm günü elan olunduğunu bildirdi. 

Müdafiə naziri DadaĢ Rzayev, daxili iĢlər naziri Abdulla Allahverdiyev və milli təhlükəsizlik naziri 

Fəxrəddin Təhməzov vəziyyət haqqında məlumat verdilər.   

A.Allahverdiyev  bildirdi:  27  mayda  Gəncəyə  nazirin  I  müavini  Qabil  Məmmədovun  baĢçılığı 

altında polis dəstəsi göndərilib ki, qanunsuz silahları yığsın. Gəncəyə göndərilmiĢ Ġxtiyar ġirinov, 

Qabil  Məmmədov,  Sülhəddin  Əkbərov  və  b.  Ģəxslərin  girov  götürülməsindən  qiyamçılar 

respublika  rəhbərliyinə  təzyiq  vasitəsi  kimi  yararlanırlar.  Hərbi  hissədəki  çoxlu  silah  mülki 

vətəndaĢlara, hətta yetkinlik yaĢına çatmayanlara paylanıb. 

MüĢavirədə  Ġsa  Qəmbər,  Pənah  Hüseynov,  Vahid  Əhmədov,  Tamerlan  Qarayev,  Əli  Kərimov, 

Fəhmin Hacıyev və b. çıxıĢ etdilər. 

BaĢ  verən  hadisəni  yığıncaq  iĢtirakçıları  qiyam  kimi  qiymətləndirdilər.  Bildirildi  ki,  bu  qiyam  və 

onun iĢtirakçıları xaricdən, xüsusən imperiyapərəst qüvvələr tərəfindən idarə edilir.   

BaĢ nazir Pənah Hüseynov vur-tut 36 gün iĢlədiyi vəzifəsindən istefa verdiyini bildirdi (o, bu fikrə 

6 iyunda gəlmiĢdi), prezidentdən istefasının qəbul olunmasını xahiĢ etdi.   

Vəzifədən  getməsinin  səbəbini  P.Hüseynov  sonralar  belə  açıqlaya-caq:  “Qiyamı  hərbi  yolla 

yatırmaq  mümkün  olmayandan  sonra  yaranmıĢ  situasiyada  əsas  vəzifə  kimi  hərbi  müxalifətlə 

siyasi müxalifətin [birləĢməsinin] qarĢısını almaq məqsədi qoyuldu. Bunun üçün siyasi müxalifətə 

konkret,  real  təkliflər  olunması  tamamilə  məntiqi  və  doğru  idi.  O  adamları  inandırmaq  üçün 

P.Hüseynovun  istefası  məsələsi  çıxdı,  hakimiyyətin  bölüĢdürülməsi  baxımından  post  təqdim 

olundu”  (“Yeni  Müsavat”,  16.04.  1999).  Əlbəttə,  məntiqli  izahdır,  ancaq  buna  baxmayaraq 

P.Hüseynovun istefa verməsi, fikrimcə, yanlıĢ və dövlətin mənafeyinə uyğun gəlməyən hərəkətdi. 

Niyə?   


Birincisi,  ona  baĢucalığı  gətirən  tərzdə  özü  də  boynuna  alır:  “HəmiĢə  demiĢəm  və  bu  gün  də 

təkrar  edirəm  ki,  Gəncə  hadisələri  üçün  siyasi  məsuliyyət  yükünü  mən  daĢıyıram”.  “Təbii  ki, 

bütün  məsələlərdən  prezidentin  xəbəri  olub.  Mən  də  DMK-nın  (Dövlət  Müdafiə  Komitəsinin  - 

Ə.T.) üzvü kimi siyasi rəhbərliyi həyata keçirməli, əlaqələri təmin etməli idim” (“Yeni Müsavat”, 

15.04.1999).  “prezident  tərəfindən  bu  iĢdə  bütün  səlahiyyətlər  baĢ  nazirə  verilmiĢdi  (bunu 

müdafiə,  daxili  iĢlər  və  milli  təhlükəsizlik  nazirləri  bilirdi)”.  “Ġyunun  4-ü  də  daxil  olmaqla  bu 

məsələlərdə  əsas  məsuliyyətin  prezidentin  üzərinə  qoyulması  tendensiyası  hiss  olunur.  Mən  bu 



tendensiyaya  susmaqla  da  olsa  rəvac  verilməsinin  qəti  əleyhinəyəm.  Ona  görə  ki,  prezident 

bütün məsələlər barədə mənə, güc nazirliklərinə və digərlərinə tam səlahiyyətlər vermiĢdi” (“Yeni 

Müsavat”, 16.04. 1999).   

Bəli, qiyamın yatırılmasına rəhbərliyi, bu iĢlə bağlı bütün fəaliyyətin əlaqələndirilməsini öz üzərinə 

götürmüĢ  P.Hüseynov  öhdəsinə  düĢən  iĢi  yarıtmamaq  bir  yana  dursun,  vəziyyəti  düzəltməyə 

çalıĢmaq əvəzinə, sanki hər Ģeyi yarımçıq ataraq məsuliyyətdən yaxa qurtarmağa çalıĢdı.   

Ġkincisi, P.Hüseynov, yuxarıda gətirdiyimiz izahında olduğu kimi, ictimai rəyə təlqin etmək istəyir 

ki,  baĢ  nazir  kürsüsünü  siyasi  müxalifətçün  (“Mustafa”sı,  H.Əliyevçün)  boĢaldır  ki,  onun  hərbi 

müxalifətlə  birləĢməsinin  qarĢısı  alınsın.  Ancaq,  birincisi,  əgər  Pənah  bəy  də  baĢ  nazir  kimi  öz 

üzərinə  götürdüyü  iĢin  öhdəsindən  gələ  bilsəydi,  yaxud  qiyam  qarĢısında  təslim  olmayaraq 

üsyanı yatırtmaq uğrunda sonadək birgə mübarizə aparsaydı bəlkə də hərbi və siyasi müxalifətin 

birləĢməsi  təhlükəsi  elə  öz-özünə  aradan  qalxardı.  Dediyimin  doğruluğunu  heç  kəs  yox,  Pənah 

bəyin özü təsdiqləyir: “H.Əliyev Bakıya gəldiyi ilk dövrlərdə vəziyyətin inkiĢafını diqqətlə izləyirdi. 

Ġyunun  11-də  Yevlax  alınmasaydı  H.Əliyevin  mövqeyi  baĢqa  cür  olacaqdı.  Yaxud  qiyamçılara 

qarĢı  bir  neçə  uğurlu  əməliyyat  kifayət  idi  ki,  H.Əliyev  prezidentin  tərəfinə  keçsin”  (“Yeni 

Müsavat”, 16.04. 1999). Hörmətli Pənah bəydən soruĢuram: Siz 7 iyunda istefa verəndən sonra 

11 iyunda Yevlaxı qoruya bilməməyin günahını kimdə görürsünüz və qiyamçılara qarĢı həmin “bir 

neçə  uğurlu  əməliyyat”ı,  sizcə,  kim  həyata  keçirməliydi  ki,  H.Əliyev  prezidentin  tərəfini 

saxlasın?!. Ġkincisi də, artıq Surət kimi əla bir təzyiq vasitəsinin ortada olduğu mövcud durumda 

Əliyevin  hansısa  baĢ  nazir  kürsüsünə  tamah  salacağına,  yaxud  onun  baĢ  nazir  vəzifəsindən 

yapıĢaraq prezident olmaq istəyindən əl çəkəcəyinə və daha Surətlə birləĢməyəcəyinə 7 iyunda 

doğrudanmı  inanırdınız?!  (H.Əliyev  baĢ  nazirliyə  Moskvaya  getməmiĢdən  -  fevralda  “bərəkət” 

deyə bilərdi).   

Üçüncüsü, etiraf edilməlidir ki, P.Hüseynovun öz istəyi və təĢəbbüsüylə ölkənin idarəetmə sistemi 

son  bir  ildə  xeyli  dərəcədə  məhz  onun  əlində  cəmləĢmiĢdi  və  BÜTÜN  icra  qurumlarının  iĢinin 

əlaqələndiricisi də oydu, buna görə də onun istefası hökumətin sonrakı fəaliyyətini tam iflic etdi 

və hakimiyyətin həm iĢinə, həm də nüfuzuna öldürücü zərbə vurdu.   

Dördüncüsü, baĢ nazirin istefasından ürəklənən Surət daha da ruhlanaraq yeni-yeni tələblər irəli 

sürməyə  baĢladı.  Hakimiyyətin  baĢqa  düĢmənləri  də  cəsarətlənərək  dağıdıcı  hərəkətlərini  daha 

da geniĢləndirdilər.   

BeĢincisi, P.Hüseynov bu hərəkətiylə prezidenti baĢ nazirin timsalında ən mühüm arxadaĢından 

məhrum etdi və onu ən həssas bir məqamda düĢmənləriylə üzbəüz buraxaraq döyüĢ meydanını 

soyuqqanlılıqla tərk etdi.   

Altıncısı, o, öz istefasıyla kifayətlənməyərək Ali Sovetin sədri Ġsa Qəmbərin də istefa verməsiyçün 

ona  müəyyən  təzyiqlərdə  bulundu.  Bunun  səbəbini  onun  opponentləri  belə  aydınladır  ki, 

P.Hüseynov Surət Hüseynovla Rəhim Qazıyevin hakimiyyətə yiyələnə bilməsi ehtimalından hədsiz 

çəkinir,  bunun  qarĢısını  almaqçün  hakimiyyətin  tələm-tələsik  məhz  H.Əliyevə  təhvil  verilməsini 

istəyirdi. Ancaq Ģəxsən mən bu fikri ciddi saymıram. 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə