Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə162/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   158   159   160   161   162   163   164   165   ...   191

(ona baĢ nazir vəzifəsi təklif edilirdi). Pənah Hüseynovsa Rəsul Quluyevə Heydər Əliyevlə əlaqə 

saxlamağı tapĢırdı.   

6  iyunda  Bəyin  yanına  gileyə  gəlmiĢ  deputatlardan  və  «ağsaqqal»lardan  ibarət  “komissiya” 

vəziyyəti  yerindəcə  öyrənməkçün  Gəncəyə  göndərildi.  Həmin  “komissiya”ya  respublika 

Ağsaqqallar ġurasının sədri, akademik Ġmam Mustafayev rəhbərlik edirdi. ġeyxülislam AllahĢükür 

PaĢazadə,  Fəraməz  Maqsudov,  Asya  Manafova,  Arif  Rəhimzadə  və  baĢqaları  da  buradaydı. 

«Komissiya» tamamilə baĢqa məqsədlər güddüyündən, onu qardaĢ qırğınının dayandırılması yox, 

daha  da  alovlanması  maraqlandırırdı.  Çox  çəkmədən  onların  «Azərbaycan  xalqına  müraciət!»i 

geniĢ yayıldı.   

Həmin müraciət belə bitirdi: «Əziz  həmvətənlərimiz!  Sizin  hamınızı  ayağa  qalxıb  haqq 



səsini  ucaltmağa,  qardaĢ  qırğınına  gətirib  çıxaran  hazırkı  iqtidara  qarĢı  vətəndaĢ 

itaətsizliyinə, Vətənimizin taleyinə qarĢı əsl övlad qayğıkeĢliyi göstərməyə çağırırıq. 

AMĠP - ġadman Hüseynov, Milli Məclisin üzvü. 

ASDP - Əliyev Aypara, Gəncə Ģəhər məclisinin üzvü. 

AAƏB «Turan», Nemət Pənahlı. 

Sabir Rüstəmxanlı (imzası yoxdur). 

Arif Rəhimzadə. 

Asya Manafova. 

Əli Ömərov. 

ġeyxülislam Hacı AllahĢükür RaĢazadə. 

Fəraməz Maqsudov - akademik. 

Gəncə ziyalıları adından professor Saday Nəzərov. 

Kəlbəcər  icra  hakimiyyətinin  birinci  müavini  ġükürov  Əvəz  (Kəlbəcər  qaçqınları 

adından)».   

Bazar  günü  (6  iyun)  Surət  Hüseynov  Nazirlər  Kabinetinin  istefa  verməsini  tələb  etdi.  Bu  vaxt 

artıq Gəncənin bəzi binalarında keçmiĢ SSRĠ-nin qırmızı bayraqları dalğalanırdı. Gəncə, Yevlax və 

Mingəçevirdə yayılan vərəqələrdə əhali vətəndaĢ itaətsizliyinə çağırılırdı. 

Ġyunun  7-sində  prezidentin  masası  üstünə  Moskvadan  Hikmət  Hacızadənin  göndərdiyi  (“Yeni 

Müsavat”, 21.04.1999) bu məzmunlu tam məxfi teleqram qoyuldu:   



"Çox gizlidir. 

1-4  iyun  1993  tarixində  əldə  edilən  xəbərlərə  görə,  Moskvada  P.S.Qraçov, 


R.N.Barannikov  ilə  adı  açıqlanmayan  bir  əks-kəĢfiyyatçı  görüĢmüĢlər  və  burada 

Azərbaycandakı durum müzakirə edilmiĢdir.   

Eyni  zamanda  Rəhim  Qazıyev  də  burada  Mütəllibovla  görüĢmüĢdür.  Bu  görüĢdə 

Azərbaycan  parlamenti  Rəyasət  Heyətinin  keçmiĢ  sədrlərindən  Qurban  Xəlilovun 

qohumu Ziya Qəhrəman oğlu Əbilov və Heydər Əliyevin təmsilçisi Natiq Əliyev (indi 

ADNġ-nin  prezidenti  -  Ə.T.)  olmuĢlar.  ĠĢtirakçılar  Mütəllibovu  Heydər  Əliyevlə 

birləĢməyə və ya heç olmazsa öz adamlarıyla birlikdə bitərəf qalmağa çağırmıĢlar. 

Toplantıda bu mövzularda görüĢ birliyi əldə edilmiĢdir: 

1. Azərbaycan Ali Sovetinin sessiyasının çağırılması; 

2. Heydər Əliyevin sədr, Yaqub Məmmədovun da müavin seçilməsi; 

3.  Ali  Sovetin  sessiyasında  Azərbaycan  Konstitusiyasının  dəyiĢdirilərək  hökumətin 

birbaĢa parlamentə tabe etdirilməsi; 

4.  Prezidentin  verəcəyi  qərarların  hökumət  tərəfindən  təsdiq  edildiyi  halda  həyata 

keçirilməsi. 

Bunlardan  baĢqa,  Surət  Hüseynovun  Gəncədən  ayrılan  rus  hərbi  birliklərindən  külli 

miqdarda silah aldığı da bildirilmiĢdir... 

Erməni məsələsinə gəlincə, müxalifətin qatıldığı parlament sessiyasının davam etdiyi 

müddətdə  Azərbaycan  sərhədində  onlar  durumu  gərginləĢdirməyə  qalxmayacaqlar” 

(F.Qəzənfəroğlu, göstərilən kitabı, s.216-217). 

Prezident  Aparatındakı  mətbuat  konfransında  (7  iyun)  Gəncədə  baĢ  verənlər  ilk  dəfə  rəsmi 

Ģəkildə hökumət əleyhinə qiyam adlandırıldı.   

Hadisələrə  açıqlama  verən  Arif  Əliyev  bildirdi  ki,  münaqiĢə  “N”  hərbi  hissəsi  (709-uncu  hərbi 

hissə)  ətrafında  yaranmıĢ  qalmaqaldan  törənib.  Bu  hərbi  hissəni  Müdafiə  Nazirliyi  aprelin 

baĢlanğıcında  yaradıb.  Mayın  ortalarında  (21-ində  -  Ə.T.)  batalyon  komandiri  Eldar  Əliyev 

müdafiə  naziri  DadaĢ  Rzayevin  döyüĢ  bölgəsinə  getmək  əmrini  yerinə  yetirməyib,  hərbi  hissə 

MN-nə  itaətsizlik  göstərib.  31  mayda  Müdafiə  Nazirliyi  “N”  hərbi  hissəsinin  ləğv  olunması 

haqqında əmr verib. 

4 iyunda MN-nin nümayəndələri əmrlə hərbi hissənin Ģəxsi heyətini tanıĢ etməkdən ötrü Gəncəyə 

gediblər.  Hərbi  hissəni  təhvil  almağa  gəlmiĢ  I  korpusun  komandanı,  polkovnik  Ġsa  Sadıqov  və 

digər  zabitləri  həbs  etmiĢlər,  onları  müĢayiət  edən  Milli  Ordu  əsgərlərindən  bir  neçəsini  atəĢlə 

qətlə yetirmiĢlər. “N” saylı hərbi hissənin batalyon komandiri Mehman Ələkbərovu öldürmüĢlər.   

Millət vəkili Mirmahmud Fəttayev bu sözləri söyləməkdə tam haqlıdır: “Qiyam yatırıla bilərdi və 

yatırılmalı idi. Mən məhkəmədəki çıxıĢımda da demiĢəm, indi də deyirəm ki, o vaxt dövlət postu 

tutan  və  millətə,  dövlətə  yetərincə  xidmət  etməyən  adamları,  doğrudan  da,  mühakimə  etmək 



lazımdır.  Onlar  dövlətə  və  millətə  xəyanət  sayılan  bu  qiyamı  yatırmaqda  öz  vəzifələrini, 

Konstitusiya borclarını yerinə yetirmədilər” (“Yeni Müsavat”, 09.06.1995).   

Bu sözlərin deyilməsindən 2 il 3 ay sonra Elçibəyin də onları az qala təkrarladığını gördüm: 

«-Hakimiyyəti qorumaqdan ötrü ilk növbədə etibarlı güc strukturları lazımdır. Hər Ģey bir yana, 

biz Rusiyanın nüfuz dairəsindən çıxmağa çalıĢırdıq, istəyirdik ki, Avropaya, ABġ-a, ümumiyyətlə, 

qabaqcıl dünyaya qoĢulaq, siyasətimizin istiqamətini tam dəyiĢək. Bundan ötrü, əlbəttə, məhz ÖZ 

güc strukturlarımızı yaratmağa ehtiyac vardı. Ancaq hakimiyyətimizin uğursuz sonluğu bu sahədə 

ciddi dəyiĢikliklər edə bilmədiyimizi göstərir. Yanılmıram ki?

 

-Siz,  sözsüz  ki,  Milli  Təhlükəsizlik  Nazirliyi,  Müdafiə  Nazirliyi  və  Daxili  ĠĢlər  Nazirliyinin  4  iyun 



ərəfəsində, hətta ondan da qabaq fəaliyyətini nəzərdə tutursunuz. Ancaq unutmayaq ki, onlarda 

bizim hazır kadrlarımız yoxdu. Naziri, yaxud baĢ prokuroru yeniləĢdirməklə köklü kadr dəyiĢikliyi 

baĢ vermir - müəssisənin iĢində həlledici rol oynayan orta pilləli kadrlar öz yerində qalır. Onları 

təcrübəli  yeni  kadrlarla  əvəz  etmək  asan  deyil  -  buna  müəyyən  zaman  lazımdır  ki,  3  ilə,  5  ilə 

yetiĢsinlər, formalaĢsınlar. Bu səbəbdən də biz həmin orta pilləni dağıda bilmədik, o da 3-4 ay 

bizə  qulaq  asandan  sonra  baĢladı  əleyhimizə  iĢləməyə.  Beləliklə,  MTN  də,  MN  də,  DĠN  də  öz 

kadrlarımızla yetərincə təmin edilmədiyinə görə həmin nazirliklər bizim əleyhimizə çevrildi.

 

-Bu nəyin təsiri nəticəsində oldu? Rusiyanın, yoxsa...



 

-Azərbaycanda öz hakimiyyətini xalq hərəkatına görə itirmək istəməyən olduqca güclü təbəqə - 

həmin  nazirliklərdə  neçə-neçə  illər  boyunca  formalaĢmıĢ  orta  pillə  məmurları  özlərinə  sığıĢdıra 

bilmirdilər  ki,  "uĢaq-muĢaq"  (axı  onlar  indiyədək  məsul  vəzifələrdə,  demək  olar  ki,  cavan 

adamları görməmiĢdilər), "yetim-yesir" (heç kəsin himayəsi olmadan kasıb, tam pulsuz adamın 

da  vəzifə  tutmasına  onlar  alıĢa bilmirdilər)  gəlib onlara  baĢçılıq  edəcək. Onlar  sovet  bürokratik 

aparatında yağlanmıĢ, piylənmiĢ təbəqəydi və, təbii ki, bizi qəbul etməyəcəkdi. Ancaq biz də onu 

birdən-birə  sındırıb  yerini  yeni  mütəxəssislərlə  doldura  bilməyəcəkdik.  Bax,  bu  iki  bəlanın 

arasında  qaldıq.  Onlar  3-4  aydan  sonra  özlərinə  gəldilər  və  xəyanət  etdilər,  çünki  xalq 

hərəkatından qorxmuĢdular, yerlərində tir-tir əsirdilər. Xalq hakimiyyətindən razı deyildilər. Ona 

görə də fürsətdən istifadə edib dedilər ki, görün sizin baĢınıza nə oyun gətirəcəyik və gətirdilər 

də. Buna qarĢı müqavimət göstərirdik, ancaq müqavimət zəifdi. Rus kəĢfiyyatı da onlara kömək 

etdi. Həmin qüvvələr də hakimiyyəti devirdi. 

 

-Bəy, icra hakimiyyətləri tamamilə bizim özümüzdəndi, ancaq onların da iqtidarı qorumağa gücü 



çatmadı.

 

-Ġcra  hakimiyyətinin  əlində  nə  vardı  ki?!  Nə  polis  var,  nə  də  milli  təhlükəsizlik  orqanları.  Siz 



təsəvvür  edin  -  Gəncədə  hadisə  olub,  mən  3  gün  bu  hadisələr  haqqında  nə  MTN-dən,  nə  də 

DĠN-dən dəqiq məlumat ala bildim.

 

-Müdafiə naziri DadaĢ Rzayev də aradan çıxdı, tapılmadı.



 

-Bəli.  Hərbçilər  əməlli-baĢlı  xəyanət  etdilər.  Mən  sonradan  bildim  ki,  bizim  hərbin  baĢında 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə