Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə165/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   161   162   163   164   165   166   167   168   ...   191

Mənim  çalıĢdığım  -  Azərbaycan  dövləti  qurmaqdır,  bu  xalqın  istəyinin  yerinə 

yetirilməsinə kömək etməkdir. Son nəfəsimə qədər bu əqidəmdən dönməyəcəyəm”. 

YERĠ GƏLMĠġKƏN: «Bildirirlər ki, guya Gəncədə “Tufan” əməliyyatı olub, “Boran” əməliyyatı olub 

- orada heç bir əməliyyat keçirilməyib. Sadəcə, Surət Hüseynovun və bir neçə baĢqa Ģəxsin həbs 

edilməsi barədə baĢ prokurorun sanksiyası vardı, onlar iyunun 3-ündən 4-ünə keçən gecə həbs 

olunmalıydılar.  Həbsolunma  nəticəsində  S.Hüseynovun  tərəfdarı  olan  bəzi  silahlı  qüvvələrin 

hərəkətə  gələrək  qiyam  törətməsi  təhlükəsi  vardı,  buna  görə  də  Gəncəyə  müəyyən  hökumət 

qüvvələri  göndərilmiĢdi.  Həmin  gün  709  saylı  briqada  da  komandir  Ġsa  Sadıqova  təhvil 

verilməliydi.  Bax,  bütün  əməliyyatın  (onu  «əməliyyat»  adlandırmaq  olarsa)  mahiyyəti  bundan 

ibarətdi» (keçmiĢ dövlət müĢaviri Arif Hacıyev). 

XALQA MÜRACĠƏT 

Qiyam baĢlayarkən hakimiyyət orqanları hədsiz astagəllik, prinsipsizlik göstərdilər. Onu vaxtında 

öz  adıyla  adlandıraraq  üstünə  getmək,  televiziya  kimi  olduqca  güclü  təbliğat  vasitəsindən 

səmərəli yararlanmaq əvəzinə, ən yanlıĢ yol - özünümüdafiə taktikası seçildi.   

Sərt tədbirlərdən artıq imtina etmiĢ prezidenti baĢa düĢmək çox asandır - hadisələri önləməkçün 

Gəncəyə göndərilmiĢ, demək olar ki, bütün yüksək çinli dövlət adamları: təhlükəsizlik nazirinin I 

müavini  Sülhəddin  Əkbərov,  baĢ  prokuror  Ġxtiyar  ġirinov,  daxili  iĢlər  nazirinin  I  müavini  Qabil 

Məmmədov, Milli Qvardiyanın komandiri Tahir Məmmədov və b. qiyamı zərərsizləĢdirmək əvəzinə 

özləri  fəlakətli  və  həlakətli  tələyə  düĢdülər,  əməliyyata  birbaĢa  rəhbərlik  etməli  olan  müdafiə 

naziri DadaĢ Rzayev və BaĢ Qərargahın rəisi Nurəddin Sadıqov aradan çıxdılar, məğlub baĢ nazir 

hadisənin üstündən ikicə gün keçməmiĢ istefa verdi, iqtidar komandasının bir çox üzvləri də “bel 

ağrısı”  və  baĢqa  səbəblər  üzündən  gözəgörünməz  oldular,  nəticədə  qiyam  Gəncədən  çıxaraq 

ətraf bölgələrə də yayılmağa baĢladı.   

Umud  bəslədiyi,  güvəndiyi  vəzifə  adamlarının  dalbadal  ağır  məğlubiyyətə  uğramasından  sonra 

prezidentin “döyüĢkənlik əmsalı”nın kəskin düĢməsini bu səbəbdən təbii saymalıyıq.   

Əlbəttə,  nəzərə  alınmalı  ən  mühüm  amillərdən  biri  də  budur  ki,  arxasında  Rusiyanın  (konkret 

olaraq  general  ġerbakın)  durduğu,  Ġranın  dəstəklədiyi  (bu  ölkənin  kəĢfiyyatı  Gəncə  məscidində 

imamlıq  edən  iranpərəst,  milliyyəti  bilinməyən  Seyid  Tahir  adlı  bir  Ģəxsin  vasitəsiylə  Surət 

Hüseynovla  rabitə  yaratmıĢdı.  Ġranın  Azərbaycandakı  səfiri  Əliəsğər  Nəhavəndian  üsyanın 

baĢlanmasından  üç  gün  sonra  dövlət  orqanlarından  heç  bir  rəsmi  icazə  almadan  Gəncəyə 

gedərək  qiyamçı  S.Hüseynovla  görüĢmüĢ,  ona  Qur'an  bağıĢlamıĢdı!),  yanında  H.Əliyevin 

səlahiyyətli  nümayəndəsi  rolunu  ifa  edən  N.Pənahovun  müĢavirlik  etdiyi,  AMĠP-in  (məsələn, 

ġadman  Hüseynov  Gəncədə  əhalini  silaha  əl  ataraq  hakimiyyəti  zorla  devirməyə  çağırırdı), 

MAP-ın  sədri  Nizami  Süleymanovun  (Gəncə  mitinqlərinin  və  Gəncə  televiziyasının  əsas 

“ulduz”larından biri) və Elçibəy iqtidarını devirmək arzusunda olan ən nüfuzlu mafioz qüvvələrin 

bütün  vasitələrlə  arxa  durduğu S.Hüseynovla silahlı çarpıĢmanın  artıq  mənasız  olduğunu görən 

prezident yalnız dinc yola üstünlük verməyə, sadəcə, məcburdu. 

S.Hüseynovun  yanında  yetirdiyi  missiyaya  xeyirxahlıq  donu  geyindirməyə  çalıĢan  N.Pənahovun 



müsahibəsi  (“Meydan”  qəzeti,  17-24.03.1999)  Gəncədəki  durum  haqqında  nisbətən  geniĢ 

təsəvvür yaradır. N.Pənahov bildirir: “Rus generalı ġerbak diviziyasının bütün texnikasını, 



silah  və  sursatı  Surətə  təhvil  verib  getmiĢdi.  Surətin  ideoloqları  isə  Müzamil 

Abdullayev,  Əvəz  ġükürov,  Saday  [Nəzərov],  Nüsrət  Budaqov,  Rəhim  Qazıyev,  öz 

adamları,  sosial-demokratlar  və  s.  idi.  Eyni  zamanda  “Sadval”  cəmiyyətinin  üzvləri, 

TalıĢ-Muğan Respublikası yaradanlar, Ayaz Mütəllibovun adamları ilə də ən sıx əlaqə 

və koordinasiya yaradılmıĢdı”. 

N.Pənahov  sözünə  davam  edir:  “Hər  Ģey  görünməyən  qüvvələr  tərəfindən  məharətlə, 



planlı  Ģəkildə  idarə  edilirdi.  Müdafiə  Nazirliyinin  yüksək  rütbəli  zabitləri  və  güc 

nazirliklərinin  əksər  nümayəndələri  Surətlə  saziĢə  girmiĢdi.  Zobikin  vasitəsilə 

cinayətkar  aləmin  bir  hissəsi  də  onlarla  silahdaĢ  və  həmrəy  idi.  Surətin 

aviasiyasındakı pilotlar ruslar idi. [...] Surət mənə bildirəndə ki, Etibar Məmmədov da 

onları  müdafiə  edir,  düzü,  buna  inanmadım.  Ancaq  sonradan  bu  faktın  canlı  Ģahidi 

oldum.  Artıq  hər  Ģey  məlum  idi.  Bilirdim  ki,  cəbhəçilər  nəinki  saydığım  bütün  bu 

qüvvələrin, hətta tək Surətin qarĢısında dayana bilməyəcək”.   

Nə yazıqlar ki, Nemətin bu dedikləri acı həqiqətdi!..   

E.Məmmədovun  Surətlə əlbir olmasına  inanmayan  N.Pənahov özünün  Surətin yanında olmasını 

maraq doğuracaq məntiqlə izah edir: “Qəti  Ģəkildə...  ona  (H.Əliyevə  -  Ə.T.)  bildirdim  ki, 



biz  hadisələrdə  iĢtirak  etməsək...  Surət  cəbhəni  təkbaĢına  devirəndən  sonra  ona  - 

Heydər  Əliyevə  qarĢı  mübarizəyə  baĢlayacaq”.  BaĢqa  sözlə,  Nemət  H.Əliyevi  Surətə 

qoĢulmağın, ona yardım göstərməyin zəruriliyinə “inandıra bilib”. Əliyevin Surətlə Nemətsiz də, 

həm də ondan çox qabaq əlaqə yaratdığını bilənlər bu sözləri “sadəlövh” etiraf saysa da Nemətin 

də dediyindən belə anlaĢılır ki, qiyamçı qüvvəylə (onu Ģərti olaraq “Surət” adlandıraq) iqtidarın 

(onu Ģərti olaraq “Elçibəy” adlandıraq) döyüĢündə tərəflərdən hansınınsa qəti qələbəsi H.Əliyevi 

təmin etmirdi - Surət Elçibəyi devirsə Əliyevə heç nə çatmayacaq, Elçibəy Surəti aradan götürsə 

yenə  Əliyevin  heç  bir  qazancı  olmayacaq.  Bundan  sonrası  məntiqə  və  gümanlara  söykənir; 

deməli,  Əliyevin  qələbəsinin  yeganə  yolu  bundadır:  tərəflərdən  heç  birinin  baĢqasını  tam 

əzməsinə  imkan  verməmək,  eyni  zamanda  onların  barıĢmasının  qarĢısını  almaq,  hər  iki  tərəfi 

Əliyevin  köməyi  olmadan  qələbə  çalmağın  mənasız  olduğuna  inandırmaq,  sonra  Bakıda  siyasi 

səhnəyə çıxaraq durumun ağası olmaq.   

Surətin  dövləti  yıxmaq  niyyətini  öncədən  gözəl  bilən  Naxçıvan  Ali  Sovetinin  sədri  özünün  də 

mənsub  olduğu  iqtidarı  qorumaq  əvəzinə  Nemətə  “istədiyi  kimi  hərəkət  etməyə”  (Nemət 

H.Əliyevin  təəssübünü  saxlayaraq  Gəncəyə  getməyin  məsuliyyətini  öz  üzərinə  götürüb)  icazə 

verdi. N.Pənahov: “H.Əliyev mənə də, Surətin Naxçıvana göndərdiyi yaxın adamına da 

söz  vermiĢdi  ki,  bizimlə  bir  olacaq”. BaĢqa sözlə, H.Əliyev qanuni hakimiyyətə qarĢı qiyam 

qaldıranlarla birləĢmiĢdi. 

Ġndiyədək  sadaladığım  amilləri  nəzərə  alan  prezident  Əbülfəz  Elçibəyin  Azərbaycan  xalqına 

müraciəti  mətbuatda  dərc  edildi  (08.06.1993).  Bəy  öz  xalqına  üz  tutaraq  deyirdi: 

“Əziz 

həmvətənlərim! 



 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə