Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə167/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   163   164   165   166   167   168   169   170   ...   191

dözdü və siyasi opponentlərini dəmir məntiqiylə “zərərsizləĢdirdi”. 

Ġqtidarın  qanlıbıçaq  düĢməninə  çevrilmiĢ  Rəhim  Qazıyev  Gəncə  hadisələrini  öyrənən  “dövlət 

komissiyası”nın Milli Məclisdə hesabat verməsini tələb etdi. (Əslində belə bir komissiya yoxdu - 

Ġmam  Mustafayev,  Fəraməz  Maqsudov,  Arif  Rəhimzadə,  Asya  Manafova,  Sabir  Rüstəmxanlı, 

Əsədulla  Qurbanov  və  b.  prezidentin  yanına  gələrək  “vəziyyətdən  narahat  olduqlarını” 

bildirmiĢdilər və prezident də onlara özləri istəmədiyi halda Gəncəyə gedərək vəziyyəti öyrənməyi 

məsləhət görmüĢdü; sonralar onlar özlərinə dövlət komissiyası statusu verilməsini tələb edirdilər. 

Pənah  Hüseynovun  mənə  söylədiyinə  görə,  prezidentin  yanına  gəlməkdə  onların  əsas  məqsədi 

H.Əliyevi  Bakıya  çağırmağı  təklif  etməkdi,  ancaq  buna  cəsarətləri  çatmadı,  bəziləri  vəzifə 

istəməyə baĢladı). O, MM iclasının canlı yayımla efirə verilməsi tələbində bulundu. 

Etibar  Məmmədov,  Rəhim  Qazıyev,  Tahir  Əliyev,  Kamran  Rəhimov,  Rauf  Ġsmayılov,  Ġnqilab 

Nadirov iqtidara hücumda xüsusi fəallıq göstərirdilər. 

Fasilədən sonra Elçibəy də Milli Məclisin iclasına qatıldı. 

Gəncəyə  göndərilmiĢ  könüllü  komissiyanın  üzvü  Sabir  Rüstəmxanlı  komissiyanın  ilkin  rəyini 

oxudu. Burada bildirilirdi ki, 6 iyunda Gəncəyə gedən dövlət komissiyası vəziyyətlə tanıĢ olaraq 

öyrənib ki,  orada  69  hərbi  qulluqçu  və  mülki  Ģəxs həlak olub,  150  nəfər yaralanıb.  1250  nəfər 

dövlət hərbi qulluqçusu tərksilah edilərək saxlanılıb. Gəncə təyyarə meydanı darmadağın edilib. 

Surət Hüseynova açıq-aydın rəğbət duyulan bu sənəddə onun dövlət qoĢunlarının atəĢinə “xeyli 

təmkin göstərməsi”, “iki saata yaxın bu atəĢə cavab verməməsi” xüsusi qeyd olunur və təbii ki, 

bütün  günah  hakimiyyətin  üzərinə  yıxılırdı.  Müqəssirlərin,  demək  olar  ki,  hamısı  yalnız  dövlət 

qulluqçuları arasında axtarılır və xüsusən Fəhmin Hacıyevin adı sıx-sıx çəkilirdi. 

«Komissiya»nın rəhbəri akademik Ġmam Mustafayev də hadisələrin baĢ-ayaq təsvirindən ibarət, 

hakimiyyətə  qarĢı  əhalidə  nifrət  doğuracaq  (dez)informasiya  verdi,  bununla  da  ağsaqqallıq 

missiyasının öhdəsindən gələ bilməyən bir Ģəxs olduğunu göstərdi.   

Canlı yayım məsələsi yenidən qızıĢdıqda Əbülfəz bəy müzakirəyə qarıĢaraq bildirdi ki, durumun 

müzakirəsi zamanı qarĢılıqlı ittihamlar irəli sürüləcək və bunlar xalqda çaĢqınlıq yaradacaq, odur 

ki, canlı yayım əvəzinə Milli Məclisdən geniĢ reportajın verilməsi daha məqsədəuyğundur. Etibar 

Məmmədov,  Rəhim  Qazıyev,  Arif  Rəhimzadə,  Xeyrulla  Əliyev,  Rasim  Ağayev,  Samur Novruzov, 

Yasif  Nəsirli  birbaĢa  translyasiyanın  çox  vacib  olmasını  bildirərək  bunun  üstündə  təkid  etdilər. 

Səsvermə zamanı bu təklif keçdi. 

Artıq  açıq  təbliğatçün  birbaĢa  efir  də  qazanmıĢ  müxalifət  Ali  Sovetin  çağırılmasının  önə 

çəkilməsinə  can  atdı.  Məclisin  adi  gediĢi,  iĢ  ahəngdarlığı  müxalifətin  mütəĢəkkil  hərəkəti 

sayəsində pozuldu.   

Milli  Məclisin  9  iyun  iclasında  Əli  Kərimovun  təĢəbbüsüylə  “Azərbaycan  Respublikasının  Gəncə 

Ģəhərində 4-10 iyun 1993-cü il hadisələrində iĢtirak edən Ģəxslərə amnistiya verilməsi haqqında” 

qanun  qəbul  edildi.  Prezident  Əbülfəz  Elçibəyin  elə  həmin  gün  imzaladığı  qanun  dərc  edildiyi 




gündən (11 iyun) qüvvəyə mindi. Qanunda deyilirdi: 

“1.  Azərbaycan  Respublikasının  Gəncə  Ģəhərində  4-10  iyun  1993-cü  il  silahlı  münaqiĢəsində 

iĢtirak etmiĢ Ģəxslər cinayət məsuliyyətinə cəlb edilməsinlər.

 

2. Bu qanunun 1-ci maddəsinin qüvvəsi aĢağıdakı Ģəxslər barəsində tətbiq edilməsin...”. 



 

Bununla prezident məsələni doğrudan da dinc yolla həll etmək, qarĢıdurmanı aradan götürmək 

niyyətində olduğunu təsdiqlədi. 

Azərbaycan  Milli  Məclisi 9  iyunda  Gəncə  Ģəhəri  sakinlərinə  müraciət  də  qəbul  etdi.  MünaqiĢəni 

dinc  yolla  həll  etməyə  çağıran  MM  bildirdi:  “Azərbaycan  Respublikasının  Milli Məclisi  tərəfindən 

qəbul  edilmiĢ  və  prezidentimiz  Əbülfəz  Elçibəyin  imzaladığı  “...amnistiya  verilməsi  haqqında 

qanun” qarĢıdurmanı aradan qaldırmaq yolunda dövlət tərəfindən atılmıĢ ilk ciddi addımdır”. 

Milli  Məclisin  həmin  iclasından  reportaj  verən  Məhəmməd  Səlimoğlu  “Azadlıq”  qəzetində  (10 

iyun)  yazırdı: 

«Rasim  Ağayevin  dispetçerlik,  Samur  Novruzovun  dirijorluq,  Arif  Rəhimzadənin 

piyadalıq  etdiyi  komblok  xoru  notla  “oxumağı”  açıq-aĢkar  yadırğayıb.  Onların  bu  hadisədən 

istifadə  edib  çoxdankı  arzularını  həyata  keçirmək,  yəni  Ali  Sovetin  sessiyasını  çağırmaq,  xanım 

Asya  Manafovanın  guya  ki,  prezidentin  göstəriĢi  ilə  DĠN  əməkdaĢı  Nizami  Musayevin  hələ 

yanvarda Gəncəyə “Tufan” əməliyyatı üzrə ezamiyyətə göndərilməsi haqda saxta sənədlə ajiotaj 

yaratmaq  cəhdi,  Samur  Novruzovun  və  Araz  Əlizadənin  kimə  isə  lazımmıĢlar  kimi  girov 

götürüləcəklərini bəyan etmələri əslində Gəncə faciəsinin planlı Ģəkildə təĢkil edildiyini bir daha 

sübut edir».

 

Məncə, Milli Məclis 8-9 iyunda iki yanlıĢlığa yol verdi.   



Birincisi,  qiyama  münasibət  bildirməkdə  əslində  4  gün  gecikmiĢ  parlament  (təəssüf  ki,  bu 

yolverilməz  gecikmə  hakimiyyətin  bütün  pillələrində  özünü  göstərdi)  son  nəticədə  müxalifətin 

iqtidarı  suçlu  çıxardığı  qızıĢdırıcı  müzakirəni  gündəliyə  çıxarmaq  əvəzinə  ilk  növbədə  Gəncə 

hadisələrini  dövlət  əleyhinə  qiyam  adlandıraraq  ona  birmənalı  siyasi  qiymət  verməli  (yeri 

gəlmiĢkən,  sonralar  H.Əliyev  bunu  necə  etməyin  yollarını  əyani  Ģəkildə  göstərdi),  sonra  da 

qiyamı yatırmaqçün dövlət baĢçısına ordudan istifadə etmək səlahiyyəti verən qərar çıxarmalıydı. 

(Təsadüfi  deyil  ki,  baĢda  DadaĢ  Rzayev  olmaqla  bir  çoxları  çalıĢırdı  ki,  prezident  məhz 

parlamentin  razılığı  olmadan  ordudan  istifadə  etmək  haqqında  əmrə  qol  çəksin  ki,  sonradan 

onunla “haqq-hesab çürütməyə” hüquqi əsas yaransın).   

Ġkincisi, birbaĢa yayıma həmin günlərdə heç bir vəchlə imkan vermək olmazdı, çünki hakimiyyət 

onun nəticələrini zərərsizləĢdirə bilmək gücündə deyildi. Heç kəsə gizli deyil ki, məhz canlı yayım 

hakimiyyəti  təbliğat  baxımından  tamamilə  tərksilah  etdi  -  əhali  və  ordu  içərisində  iqtidarın 

olan-qalan nüfuzu da məhv oldu.   

Beləliklə,  hakimiyyətin  qanunverici  qanadı  da  qiyam  qarĢısında  öz  gücsüzlüyünü  göstərdi  və 

məğlubiyyətini  labüdləĢdirdi.  (Mövcud  olmayan  məhkəmə  hakimiyyətinin  məğlubiyyətindən 

danıĢmaqsa  gülməli  səslənərdi).  Bu  məğlubiyyətdə,  məncə,  Milli  Məclisdə  kommunistlərin 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə