Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə164/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   160   161   162   163   164   165   166   167   ...   191

Nəhayət, Pənah Hüseynovun bu istefası Nazirlər Kabinetinin və Ģəxsən baĢ nazirin özünün 4 iyun 

qiyamı qarĢısında məğlubiyyətinin rəsmi etirafıydı və bu etiraf iqtidarın bütünlüklə məğlubiyyətə 

uğramasında,  deyəsən,  həlledici  rol  oynadı.  Məncə,  o,  baĢ  nazir  vəzifəsində  sonadək  qalmalı, 

hakimiyyətin H.Əliyevə verilməsində yox, qorunmasında ardıcıllıq göstərməliydi. Belə olsaydı, çox 

güman ki, Ġsa Qəmbərin də sonra istefa verməməsi mümkün ola bilərdi. 

Ədalət  naminə  bunları  da  demək  lazımdır  ki,  Elçibəy  iqtidarının  dövlət  adamları  içərisində  4 

iyunun  mahiyyətini  xalqa  Pənah  Hüseynov  qədər  heç  kəs  vaxtında  və  geniĢ  açıqlamayıb  və 

bütövlükdə  fəaliyyətinə  göz  yetirsək  dövlət  katibi  və  baĢ  nazir  olaraq  bəzi  ciddi  səhvlərinə 

baxmayaraq  Pənah  bəy  müstəqil  Azərbaycan  dövlətinin  yaranmasında  doğrudan-doğruya 

MÜSTƏSNA xidmətləri olan görkəmli dövlət xadimlərimizdəndir. Yeri gəlmiĢkən, bu qiyməti mən 

Elçibəyin  öz  dilindən  dəfələrlə  eĢitmiĢəm.  Ona  görə  də  Pənah  bəyin  4  iyundakı  mövqeyi  və 

istefasıyla bağlı kəskin iradlarımdan kiminsə sui-istifadə etməsini qətiyyən arzulamazdım. 

...Nəysə, prezidentin fikri beləydi ki, qardaĢ qırğınına heç cür yol vermək olmaz. Buna görə də o, 

dövlətçiliyin  əsaslarına  toxunmayan  istənilən  güzəĢtə  getməyə  hazır  olduğunu  dəfələrlə 

bildirmiĢdi. Bəy silahlı münaqiĢəyə qıraqdan cəlb edilmiĢ adamları bağıĢlamağa da hazırdı. Artıq 

60 belə Ģəxs silahını könüllü təhvil vermiĢdi. 

7  iyun  müĢavirəsində  hər  iki  tərəfin  iĢtirakıyla,  toqquĢma  səbəblərini  araĢdıran  dövlət 

komissiyasının yaradılması təklif edildi. MüəyyənləĢdirildi ki, indi baĢlıca vəzifələrdən biri qiyamın 

baĢqa  bölgələrə  yayılmasının  qarĢısını  almaqdır,  çünki  qiyamçılar  qonĢu  Xanlar,  Samux  və 

DaĢkəsən  rayonlarında  da  təxribat  törətmiĢ,  hakimiyyəti  zorla  devirməyə  cəhd  göstərmiĢlər. 

Onlar  S.Hüseynovu  prezident  kimi  görmək  istədiklərini  heç  gizlətmirdilər  və  S.Hüseynovun  özü 

də bu arzusunu sirr kimi qoruyub saxlamağa çalıĢmırdı. Məsələn, o, 21 iyunda Gəncədə keçirdiyi 

mətbuat konfransında bəyan etmiĢdi: 

“Əgər xalq məni seçsə mən prezident olmağa razı olaram. 

HEÇ KĠMĠN MƏNƏ MÜQAVĠMƏT GÖSTƏRMƏYƏ ĠXTĠYARI YOXDUR (?!! - Ə.T.). Xalq tələb edir 

ki, mən Bakıya girim və mən xalq istəyini yerinə yetirəcəyəm. Heç bir əsgər, heç bir zabit mənim 

əmrimi yerinə yetirməməyə cürət edə bilməz”

 (“525-ci qəzet”, 25 iyun 1993). 

Əbülfəz bəy müĢavirədə çıxıĢ edərək dedi: “Bu hökumət on dəfə dəyiĢsə də yenə azadlıq, 

demokratik dövlət istəyəcək. Bəzən deyirlər ki, bu millətə güclü əl lazımdır ki, dövləti 

qoruya bilsin, onu əldə saxlaya bilsin. Ancaq doğrudan da belə bir əl bu xalqı əzməyə 

baĢlasa  o  saat  deyəcəklər  ki,  bu  baĢkəsən  haradan  gəlib  çıxıb?  Çünki  bu  millətin 

içində ədalət hissi var və hökmən demokratik dövlət axtaracaq”

 



1918-1920-ci illərdə də Azərbaycanın buna bənzər durumda bulunduğunu söyləyən Bəy sözünə 

davam etdi: “Deməli, Azərbaycan xalqının yolu budur - demokratik, hüquqi dövlət qursun, onun 

içində  yaĢasın,  bütün  dünya ilə  əlaqələr yaratsın.  Ona  görə  də  biz  son  5-6 ayda  fikrimizi daha 

çox xarici siyasətə verdik ki, dünyaya çıxaq. [...] Bizim gördüyümüz iĢlər artıq indi öz bəhrəsini 

verir.  Müxtəlif  dövlət  baĢçılarından  məktub  alırıq.  B.Klintondan  son  4  ayda  4  məktub  almıĢıq. 

Hamısında da qeyd edir ki, Azərbaycan xalqı demokratik yol seçib, bazar iqtisadiyyatı sahəsində 

islahatlarımız  alqıĢa  layiqdir.  Buna  görə  də  Amerika  cəmiyyəti  və  hökuməti  bizi  hər  cəhətdən 

müdafiə edir. Deyirlər, bu, neftə görədir. Mən bu fikirlə razı deyiləm. [...] ...Hiss edirlər ki, bizdə 




doğrudan da demokratik cəmiyyət qurulur. Çünki bütün gücümüzü həmin sahəyə yönəltmiĢik”. 

Daha  sonra  Bəy  Gəncə  qiyamından  danıĢdı:  “Gəncə  hadisələri  elə-belə,  birdən-birə 



yaranmadı. Bunu hazırlayan qüvvələr vardı. Və biz çalıĢırdıq ki, onun qarĢısını alaq. 

Dəfələrlə  Gəncəyə  nümayəndələr  göndərmiĢəm.  Üç  aydır  söhbət  gedir  ki,  Surət 

Gəncəni qarıĢdıracaq. 

KeçmiĢ  daxili  iĢlər  naziri  ilə  birlikdə  4  nəfər  ağsaqqal  göndərdim.  DanıĢıq  getdi, 

barıĢdılar.  Qurban  kəsdilər.  Dedi  çıxaram.  (S.Hüseynovun  hərbi  hissəni  tərk  edib 

getməsi  nəzərdə  tutulur  -  Ə.T.).  Üstündən  bir  həftə  keçdi,  təzədən  qayıtdı.  Yenə 

nümayəndə getdi, yenə də razılaĢdılar. Kağız-dəftərini götürüb getdi, 5 gün gəlmədi. 

Bir həftədən sonra yenə qayıtdı. Deməli, iliĢib, oyundan çıxa bilmir”. 

Müxalifətin  (daha  doğrusu,  Etibar  Məmmədovun)  böyük  hay-küy  qaldırdığı  mifik  “Tayfun” 

əməliyyatından söz açan prezident dedi: “Bu gün Gəncəyə zəng edib soruĢuram ki, nə var, 

nə yox, o “Tayfun” deyirsiniz, “Tufan” deyirsiniz - o nə əməliyyatdır elə? Deyirlər ki, 

sənin  imzan  yoxdur,  amma  vərəqədə  yazırlar  ki,  prezidentin  1  iyun  sərəncamına 

əsasən olub. Məni güllələsələr də mən elə iĢə qol qoya bilmərəm. Azərbaycanlı qanı 

tökülən  yerdə  mən  buna  razı  ola  bilmərəm.  Mən  heç  kimə  deməmiĢəm  ki,  atəĢ 

açılsın. Bunu siz də çox gözəl bilirsiniz”. 

Qiyamçıların  nə  istədiyini  Bəy  belə  açıqlayır:  “Bir  tələb  irəli  sürürlər  ki,  prezident  istefa 



versin, sabah yazırlar ki, prezidentə toxunmaq olmaz, biz onu çox sevirik, arxasında 

dururuq,  baĢqaları  çıxsın.  O  biri  gün  deyirlər  ki,  prezidentdən  baĢqa  bütün 

hakimiyyətdəkilər istefa versin. Bu nə oyundur? Bu, hamını hamıdan Ģübhələndirmək 

və yuxarıda aparatı dağıtmaq üçün edilən təxribatdır. [...] Bu Ģahmatı gəncəli oynaya 

bilməz”. 

VətəndaĢ  müharibəsindən  qorxmasının  səbəbini  Bəy  belə  izah  edir:  “Mən  bilirəm  ki, 



düĢmənlə  vuruĢan  bu  millət  on  min  qurban  verər  və  bu  yaranı  ürəyində  beĢ-on  ilə 

sağaldar.  VƏTƏNDAġ MÜHARĠBƏSĠNĠN YARASINI SAĞALTMAQ OLMUR. VƏTƏNDAġ 

MÜHARĠBƏSĠ  BU  MĠLLƏTĠN  MƏHVĠ  DEMƏKDĠR.  Ona  görə  bu  məsələnin  qarĢısını 

sülh və barıĢıq yolu ilə almaq üçün bütün qüvvələri toplamaq lazımdır”. 

Demokratik  dövlət  yaratmaq  istəyən  prezident  ürəyindən  keçən  ən  səmimi  sözləri  dilə  gətirir: 



“ġəxsən  mənə  qarĢı  edilən  xəyanəti  bağıĢlayaram,  amma  bu  millətin  73  illik 

arzusuna  -  müstəqil  Azərbaycan  dövlətinin  qurulmasına  qarĢı  edilən  xəyanəti  heç 

vaxt bağıĢlaya bilmərəm - nə özümə, nə baĢqasına. Mən demiĢəm: bu yolda sonacan 

mübarizə  aparacağam;  bir  baĢım  var,  onu  da  qurban  verməyə  həmiĢə  hazıram. 

Demokratik dövlət quraq, MƏN və bu xalq öz idealına çatsın, ondan sonra bu iĢlərə 

qarıĢsam məndən pis adam yoxdur”. 

Azərbaycan  prezidenti  çıxıĢını  bu  cümlələrlə  bitirdi:  “Bizə  oktyabrda  demokratik  seçkilər 



keçirmək lazımdır. demokratik yolla seçilmiĢ parlamenti olan ölkəni yıxmaq çətindir. 

Orada vətəndaĢ müharibəsi salmaq mümkün deyil. 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə