Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə169/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   165   166   167   168   169   170   171   172   ...   191

“qrossmeyster”in planına görə, iyunun 5-də “Azadlıq” meydanında keçiriləcək mitinqdə Ġsgəndər 

Həmidovun tərəfdarları ilə hökumət qüvvələri arasında qanlı toqquĢma törədilməli idi. Bu zaman 

günahkar  Ġsgəndər  Həmidov  və  “atəĢ  açmaq  əmri”  vermiĢ  dövlət  rəhbərləri  olacaqdı.  Lakin 

Ġsgəndər Həmidov  müdriklik  etdi:  Bakıda mitinq keçirmədi...  Lakin qan  lazım idi.  ToqquĢmanın 

ünvanını Gəncəyə dəyiĢdilər”

Araz  Qurbanov  öz  fikrini  inkiĢaf  etdirərək  bu  nəticəyə  gəlir: 



“Əslinə  qalsa  Müdafiə  Nazirliyinin 

əmrinə  məhəl qoymayan,  antiiqtidar  əhval-ruhiyyəli hərbi hissəni bir neçə  gün  əvvəl poliqonda 

tərksilah  etmək  mümkün  idi.  Amma  bu  zaman  toqquĢma  barədə  faktlar  gizlədilə  bilərdi. 

Qrossmeysterə  isə  Ģahidlər  lazımdı.  Odur  ki,  hissəyə  hücum  Gəncənin  mərkəzində  əhalinin  sıx 

yaĢadığı yerdə olundu”.

 

Məncə,  diqqətli  oxucu  Araz  Qurbanovun  naməlum  “qrossmeyster”ini  artıq  yaxĢı  tanıdığının 



fərqindədir.  Əslində  diqqətsiz  oxucu  üçün  də  bu,  cavabı  tapılmaz  müəmma  deyil  -  bunu 

bilməkçün üzünü, sadəcə, Ģimala çevirməsi yetərlidir.   

HEYDƏR ƏLĠYEV YENƏ BAKIDADIR - BU DƏFƏ BĠRYOLLUQ GƏLĠB 

Fazil  Qəzənfəroğlu 

“Əbülfəz  Elçibəy.  Tarixdən  gələcəyə”  kitabında  yazır:  “Gəncə  və  Naxçıvan 

arasında  məkik  toxuyan  Rəhim  Qazıyev  Surət  ilə  Heydər  Əliyev  arasında  tam  bir  körpü 

qurmuĢdu.  Moskvanın  Heydər  Əliyev  kartına  oynamasında  böyük  rolu  olanların  baĢında  rus 

kəĢfiyyatının Ģefi, ġərq ölkələri üzrə ünlü sovet mütəxəssisi, akademik Yevgeni Primakov gəlirdi. 

Primakov  və  Heydər  Əliyev  Ġran  və  Türkiyədə  uzun  illər  birlikdə  çalıĢmıĢ,  bu  ölkələrdəki 

kommunist hərəkatları birlikdə planlamıĢ iki əski dostlardır”

 (s.214-215).   

Prezident  Əbülfəz  Elçibəyin  köməkçisi  Oqtay  Qasımovdan  öyrəndiyimə  görə,  H.Əliyev  fevralın 

(1993)  sonunda  Moskvaya  səfərində  Rusiyanın  təhlükəsizlik  naziri  R.Barannikovla  görüĢmüĢdü. 

Onun Rusiyada söz yiyələrindən olan Y.Primakovla da görüĢüb «dərdləĢməsini» düĢünə bilərik, 

çünki bu fikir hadisələrin məntiqindən doğur.   

R.Qazıyev  hələ  mayın  ortalarında  Naxçıvan  hava  limanında  demiĢdi: 

“Bu  yaxınlarda  Heydəri 

Bakıya gətirəcəyik”

 (F.Qəzənfəroğlu, s.215). 

Ġyunun  9-unda  saat  15-də  H.Əliyev  Bakıdan  göndərilmiĢ  xüsusi  təyyarəylə  Azərbaycan 

paytaxtına  gəldi.  O,  “Xəbər-Servis”in  müxbirinə  bildirdi  ki,  Bakıya  “Ģəxsən  Əbülfəz  Elçibəy 

tərəfindən” dəvət olunmuĢdur.   

Neçə illər sonra Bəylə bu haqda söhbətləĢirik:   

«-H.Əliyev  söyləyir  ki,  iyunun  baĢlanğıcında  4  gün  müraciət  edərək  onun  Naxçıvandan  Bakıya 

gəlməsini xahiĢ etmisiniz, o isə Sizə inanmadığı üçün Sizinlə iĢləyə bilməyəcəyini, buna görə də 

Bakıya gəlmək istəmədiyini deyib. Sizin üçüncü zənginizdə isə o heç telefonu götürməyib. Sonra 

isə onun Ģərtləri qəbul edilib və yalnız bu vaxt Bakıya gəlməyə razılıq verib. 

 

-Ola  bilsin  ki,  ona  kimlərsə  zəng  edib,  ancaq  mən  cəmi  bir  dəfə  ona  zəng  vurmuĢam,  çünkü 



ətrafımdakı  bir  çox  ziyalılar,  baĢqa  Ģəxslər  (məsələn,  Süleyman  Dəmirəl  -  Ə.T.)  bunu  məndən 


təkidlə xahiĢ edir, onun təcrübəsindən yararlanmağı məsləhət görürdülər. O demiĢdi ki, biz bir 

yerdə iĢləsək, bu hadisənin qarĢısını ala bilərik. O hətta mənə demiĢdi ki, sənin siyasi nüfuzun 



və savadın, mənimsə təcrübəm bir yerdə bütün çətinlikləri aradan qaldırmağa imkan verir və 

bu yolda birgə çalıĢa bilərik.

 

ġərtə  gəlincə,  o  zaman  heç  bir  Ģərt  qoymamıĢdı.  Kiminlə  nə  söhbət  edibsə  bundan  mənim 



xəbərim yoxdur. 

 

-4  iyun  ərəfəsində  Azərbaycandakı  ağır  durumu  nəzərdə  tutaraq  H.Əliyev  qəzetçilərə  bildirir: 



«Əbülfəz  Elçibəy  belə  bir  ağır  dövrdə  məni  dəvət  etdi.  …Onun  dəstəyi  ildə  gəldim,  Parlament 

məni seçdi. Amma 2 gündən sonra məni qoyub qaçdı». Bu deyilənə münasibətiniz?

 

-H.Əliyevin bu fikri ilə əvvəl dediyi üst-üstə düĢmür - bayaq deyirdi ki, «Ģərt qoydum», «səninlə 



iĢləyə bilmərəm», indi isə deyir ki, «özü dəvət etdi», «mənə dəstək verdi» və «məni seçdirdi». 

Düzdür,  o,  Milli  Məclisdə  seçilməyəcəkdi,  bu,  qəti  idi.  Mənim  Milli  Məclisdə  danıĢmağım,  millət 

vəkillərini bunun zəruriliyinə inandırmağım həlledici rol oynadı. Bunun üstündə bəzi deputatlar, 

yaxın  dostlarım  məndən  incidilər  və  bəziləri  indi  də  incikdirlər,  çünki  onlar  deyirlər  ki,  sən  bu 

adamı  gətirib  bizim  baĢımıza  bəla  elədin;  H.Əliyevlə  ikiniz  birsiniz,  bir  oyun  oynayaraq 

Azərbaycan  xalqını  bu  günə  qoydunuz.  Bu  məsələ  üstündə  məni  dəfələrlə  tənqid  və  təhqir 

edirlər, deyirlər ki, Əbülfəz bu hərəkata ona görə qoĢulmuĢdu ki, H.Əliyevi hakimiyyətə gətirsin 

və gətirdi də, özü də çıxıb Kələkiyə getdi. Müxalifətdəki bəzi dostlarım da bu səbəbdən məndən 

incik düĢüb. 

 

-Bəy, təkcə müxalifətdəkilərin yox, ümumən xalqın Sizdən inciməsinin ən baĢlıca səbəbi budur.



 

-Bəli, ən çox deyilən fikir budur ki, özün çəkilirdin-çəkilirdin, Əliyevi niyə hakimiyyətə gətirirdin?

 

Bunu hamı bilir ki, mən olmasaydım o, Milli Məclisə sədr seçilməyəcəkdi, əksinə, baĢqa məsələ 



olacaqdı.  Milli  Məclis  öz  fəaliyyətini  dayandırardısa  300-dən  yuxarı  deputatdan  ibarət  Ali  Sovet 

çağırılacaqdı və orada isə kimin seçiləcəyi bilinmirdi. O zaman belə bir fikir var idi ki, parlamentə 

baĢqa  adamı  sədr  seçib  Ayaz  Mütəllibovu  geri  qaytarsınlar.  Mənsə  buna  imkan  vermədim  - 

gördüm  ki,  Azərbaycanda  daha  böyük  qatmaqarıĢıqlıq  yaranacaq,  ona  görə  də  Milli  Məclisdə 

H.Əliyevin sədr seçilməsini daha məqsədəuyğun gördüm. FikirləĢirdim ki, onunla birgə iĢləyərək 

baĢ  verən  hadisələrin  qarĢısını  ala  və  Azərbaycanı  böhrandan  çıxara  bilərik,  Qarabağı  geri 

qaytararıq. Bu, o zaman ən düzgün, yerinə düĢən fikir idi. H.Əliyev də bununla razı idi, ancaq 

çox  təəssüf  ki,  o,  verdiyi  sözün  üstündə  durmadı.  Parlament  sədri  seçiləndən  sonra  prezident 

hakimiyyətini  mənimsəmək  uğrunda  mübarizəyə  giriĢdi.  Məhz  onun  təsiri  ilə  Surət  Hüseynov 

mənim  istefamı  da  tələb  etməyə  baĢladı.  (Gəncədə  olarkən  H.Əliyev  onun  prezident 



olmasına  razılıq  vermiĢdi  və  S.Hüseynov  bu  haqda  «Moskovskiye  novosti» 

qəzetindəki  müsahibəsində  yazmıĢdı).  O,  sədr  seçiləndən  sonra  Surəti  də  Bakıya  gətirdi, 

müxtəlif  dillər  tökdü,  baĢ  nazir  etdi,  güc  nazirliklərini  də  ona  tapĢırdı,  guya  onu  prezidentliyə 

hazırladı. Sonrası isə məlumdur. 

 

-Siz Kələkiyə gedəndən bir neçə gün sonra qayıtmaq istəyəndə, H.Əliyevin deməsinə görə, o heç 



bir maneçilik yaratmayıb, əksinə, Sizə xəbər göndərib ki, gəlmək istəyirsənsə gəl, prezidentliyini 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə