“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf
Mühitə Təsirin Qiymətləndirilməsi
EKOLOGİYA İDARƏSİ
9
a.
Torpaq, su və Yerin atmosferi.
b.
Mikroorqanizmlər, bitki və heyvanat aləmi.
c.
a və b bəndlərində göstərilənlərin hər hansı bir hissəsi və ya
onların kombinasiyası, onlar arasındakı qarşılıqlı münasibətlər.
d.
Yuxarıda göstərilənlərin insan sağlamlığına və rifahına təsir edə
biləcək fiziki, kimyəvi, estetik və mədəni xüsusiyyətləri və
şəraitləri.
Ekoloji
Qiymətləndirmə
Əhəmiyyətli ekoloji təsirləri qiymətləndirməklə ekoloji məsələlərin qərar
qəbul etmə prosesinə inteqrasiyasını ifadə edən ümumi anlayış.
Ekoloji Təsirlər
Arzu olunan və ya arzu olunmayan fəaliyyətin ekoloji aspektindən yaranan
ətraf mühitdə baş verən dəyişiklik. Təsir fəaliyyətin birbaşa və ya dolayı
nəticəsi ola bilər.
Ətraf Mühitə
Təsirlərin
Qiymətləndirilməsi
(ƏMTQ)
Layihə, plan, proqram və ya siyasətin keçmiş, hazırkı və ya yaxın
gələcəkdə nəzərdə tutulan planlar və tədbirlərlə birgə törətdiyi
dəyişikliklərdən yaranan təsirlər. Layihələrə tətbiq olunan ekoloji
qiymətləndirmə.
Ətraf Mühiti
İdarəetmə Planı
(ƏMİP):
Layihənin fəaliyyəti dövründə müsbət təsirlərin genişləndirilməsi və/və ya
mənfi ekoloji təsirlərin məhdudlaşdırılması və ya qarşısının alınması üzrə
tövsiyələrin həyata keçirilməsini təmin etmək üçün hazırlanmış ətraflı
tədbirlər planı.
Ümumi
Ümumi anlayış əhəmiyyətli ekoloji təsirləri qiymətləndirməklə yanaşı
ekoloji məsələlərin qərar qəbul etmə prosesinə inteqrasiyasını təsvir edən
anlayışdır.
Göstərici
Çox zaman məqsədlərə nail olmanı ifadə etmək üçün istifadə olunan
dəyişənlərin zaman keçdikcə qiymətləndirilməsi.
Yumşaltma
Təsirləri onların heç bir əks təsirə (yəni qalıq təsirə) malik olmadığı
səviyyəyədək azaldılmasına yönəlmiş tədbirlər.
Monitorinq
Plan, proqram və ya layihə qəbul olunması barədə qərar qəbul
olunduqdan sonra onun həyata keçirilməsini yoxlamaq üçün görülən işlər.
Məsələn, monitorinq əhəmiyyətli ekoloji təsirlərin təxmin edildiyi kimi baş
verdiyini yoxlamaq, yaxud yumşaltma tədbirlərinin icra olunub
olunmadığını müəyyən etmək üçün aparılır.
Məqsəd
Nəyin nəzərdə tutulmasının ifadəsini, tendensiyalarda dəyişikliklərin arzu
olunan istiqamətini bildirir.
Balanslaşdırma
Qalıq təsirlərin neytrallaşdırılması məqsədilə görülə bilən geniş tədbirlər,
məsələn, təbii yaşayış məskəninin bərpası, ərazinin qorunmasının və idarə
edilməsinin təkmilləşdirilməsi və bacarıqların yaranması.
Plan
Məqsədə nail olmaq üçün əvvəlcədən işlənib hazırlanmış ətraflı təklif,
sxem, proqram və ya metodlar.
Plan hazırlayan orqan Plan və ya layihəni işləyib hazırlayan səlahiyyətli qurum.
Ehtiyatlılıq prinsipi
Elmi dəlillərin bir nəticəyə gələ bilmədiyi, lakin potensial ziyanın
əhəmiyyətli ola biləcəyi hallarda ətraf mühitə dəyən ziyanın
mümkünlüyünü aradan qaldıran ehtiyatlılıq tədbiri.
Layihə proqramı
“Tikinti işlərinin və ya digər tapşırıqların və ya sxemlərin icra olunması –
təbii mühitdə və landşaftda, o cümlədən mineral ehtiyatların çıxarılmasını
nəzərdə tutan digər müdaxilələr”
. Bəzi dövlət və özəl layihələrin ətraf
mühitə təsirinin qiymətləndirilməsi üzrə 85/337/EEC saylı (97/11/EC saylı
direktivlə dəyişdirildiyi kimi) Direktivdə müəyyən edilir.
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf
Mühitə Təsirin Qiymətləndirilməsi
EKOLOGİYA İDARƏSİ
10
Çirklənmə
Tullantıların və ya maddələrin saxlanması və ya təmizlənməsindən, tikinti
və xidmət göstərilməsindən yaranan, hər hansı şəxs və ya dövlət orqanı
tərəfindən icra olunan fəaliyyətin səbəb olduğu ekoloji dəyişikliklərdir ki,
onlar da insan sağlamlığına, rifahına, təbii və ya idarə edilən
ekosistemlərin tərkibinə, davamlılığına, məhsuldarlığına, yaxud insanlara
faydalı olan materiallara əks təsirlər göstərir, yaxud gələcəkdə belə
təsirlər göstərə bilmək potensialı vardır.
Qalıq təsirlər
Yumşaltma tədbirləri nəzərə alındıqdan sonra qalan təsirlər
Nəzərdən keçirmə
Plan və ya proqramın SEQ, yaxud layihənin ƏMTQ tələb edib etmədiyini
müəyyən etməsi prosesidir.
Çərçivənin
müəyyənləşdirilməsi
SEQ və ya ƏMTQ-nin hüdudlarının və incələmə səviyyəsinin, o cümlədən
nəzərə alınmalı olan ekoloji təsirlərin və alternativlərin, istifadə ediləcək
qiymətləndirmə metodlarının və Hesabatın strukturunun və məzmununun
müəyyənləşdirilməsi prosesi.
Bərk tullantı
Bütün bərk tullantılar, o cümlədən tikinti tullantıları, kimyəvi tullantılar,
artıq sement/beton, qablaşdırma materialları, ağac, konserv qabları,
çəlləklər, məftil, mismar, ərzaq və məişət tullantıları (məsələn, plastik
paketlər və örtüklər).
Strateji Ekoloji
Qiymətləndirmə
(SEQ)
Siyasətlərə, planlara və proqramlara aid olan ekoloji qiymətləndirmə üçün
ümumi anlayış.
Davamlılıq
Qiymətləndirməsi
(DQ)
Qərarların davamlı inkişaf yönlü verilməsinə şərait yaratmaq üçün hazırlıq
prosesinin başlanğıcından planın iqtisadi, ekoloji və sosial təsirlərinin
müəyyənləşdirilməsi.
Davamlı İnkişaf
Davamlı inkişafın beynəlxalq aləmdə geniş istifadə edilən və qəbul olunan
tərifi belədir: “Gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətini
qurban vermədən hazırkı ehtiyacların ödənilməsini təmin edən inkişaf”.
Təbəqələşmə
Məntiqi iyerarxiyaya nail olmaq və qiymətləndirmə işinin lüzumsuz
duplikasiyasının qarşısını
almaq üçün siyasətlərin, planların, proqramların
və layihələrin qiymətləndirilməsinin əlaqələndirilməsi.
Çirkab su
Yaşayış evlərindən, işgüzar binalardan və digər su istifadəçilərindən atılan
tullantı suları. Kanalizasiya suları.
Su hövzəsi
Açıq su hövzələri, o cümlədən suaxarlar, bəndlər, çaylar, göllər və dənizlər
daxildir.
Su ekosistemi
Xüsusi bitki aləminin mövcud
ola bildiyi mövsümi,
müvəqqəti və ya daimi
su ilə örtülü olan ərazidir. O, adətən təbiət etibarilə su ekosistemidir.