“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə24/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Hava  nümunələri  çöl  işləri  görülən  zaman  SO
2
  ,  CO  və  NO
2
  parametrlər  üzrə  ölçmələr  “MultiRAE” 
qazanalizatoru  vasitəsilə  vasitəsilə  aparılmışdır.  Atmosfer  havasının  keyfiyyətinin  ölçmə  metodikası 
haqqında ətraflı məlumat Əlavə 1-də, norma və standartlar haqqında isə əlavə 3-də verilmişdir. 
Səs-küy, radiasiya fonu, toz, temperatura, küləyin sürəti portativ cihazların köməyi ilə ölçülmüşdür. 
 
5.7  Ərazinin florası 
Bakı şəhərinin ərazisi biomüxtəliflik baxımından Azərbaycanın o qədər də zəngin olmayan hissəsinə aiddir. 
Bu ərazi sənayeləşmə və təbii proseslər nəticəsində güclü surətdə deqradasiyaya uğramışdır. Qurğunun 
inşa ediləcəyi ərazidə heç bir bitki örtüyü yoxdur. Belə ki, ərazidə torpaq tökmə və hamarlama işləri aparılır. 
Ədəbiyyatda verilmiş məlumatlara əsasən, Abşeron yarımadasında 83 ailəyə aid olan, 800-dən çox ali bitki 
növü  var.  Lakin  sahilyanı  ərazidə  bu  növlərin  hamısını  aşkar  etmək  mümkün  deyil,  belə  ki,  Abşeron 
yarımadası da daxil olmaqla Respublikanın qumlu sahillərində 77 ailəyə aid olan vəhşi ali bitkilərin sayı-
601 növ qədər qeyd edilmişdir. 
Şibyələr Abşeron yarımadasında geniş yayılmış və mühüm iqtisadi əhəmiyyət kəsb edən orqanizmlərdir. 
Onlar antibiotiklərin, aromatik maddələrin, iy detektorların və boyaların istehsalında istifadə edilir. Şibyələr 
atmosfer  çirklənməsinə  həssasdırlar  və  bu  həssaslıq  şibyələrin  növündən  asılı  olaraq  dəyişir.  Bu 
şibyələrdən ətraf çirklənməsinin ölçülməsi üçün bioindikator kimi istifadə edilməsinə imkan verir. 
Abşeron  yarımadasında şibyələrin 25 növünün olması haqqında məlumat verilir, lakin Azərbaycanın ən 
quraqlıq regionlarında yerləşən müqavilə sahələrində bu növlərin nisbətən az miqdarda olması gözlənilir. 
Bundan  əlavə  Abşeron  yarımadası  flora  zənginliyinə  görə  Lənkəran,  Samur-Dəvəçi,  Xəzəryanı 
ovalıqlarından sonra 5-ci yeri tutur, yalnız Kür-Araz ovalığından irəlidədir. 
 
5.8  Ərazinin faunası 
Layihə zonası çox geniş bir ərazini əhatə etmir. Bu sahə H.Əliyev adına NEZ-in balansındadır və əvvəllər 
istehsalat obyektləri mövcud olmuşdur. Kənd təsərrüfatına yararlı olmayan torpaqlardır. Relyefi düzənlik 
sahədir. 
Yeni Bitum qurğusunun tikiləcəyi sahədə landşaftların, quşların, məməlilərin, sürünənlərin və amfibilərin 
yaşayış yerlərinin xarakterinə görə tədqiq edilmişdir. Çöl tədqiqat işləri 2016-cı ilin mart ayında aparılmışdır. 
Amfibilər 
Bu  sinfin  nümayəndələri  Azərbaycanda  cəmi  9  növdür.  Ədəbiyyatlarda  verilən  məlumatlara  əsasən 
Abşeron yarımadasında qurbağaların və quru qurbağalarının iki növü qeyd edilir. Müqavilə sahəsində şirin 
suyun olmaması səbəbindən hər iki növə çox nadir halda rast gəlinir.  
Yaşıl quru qurbağası Azərbaycanda bir-birindən fərqli olan şəraitlərdə yaşayır. Bu növü ilk dəfə olaraq alim 
Menetrik 1830-cu ildə Azərbaycanın şərqində Bakı ətrafında əldə etmişdir. Bu növə layihə ərazisində rast 
gəlinməmişdir. Yaşıl quru qurbağası alatoranlıq gecə heyvanıdır. 
Sürünənlər 
Abşeron  yarımadasında iyirmidən çox sürünənlər  qeydə alınıb. Tədqiqat səhəsində tısbağa, kərtənkələ 
növləri daxil olmaqla sürünənlərin bəzilərinə rast gəlinib. 
Bu sinfə mənsub olan növlərdən layihə ərazisi və ona həmsərhəd sahələrdə 4 növ yayılmışdır. Bunlardan 
1 növü kərtənkələlər dəstəsinə, 2 növü isə ilanlar dəstəsinə məxsusdur. 
Məməlilər 
Abşeron  yarımadasında  18  növ  vəhşi  məməlilərin  mövcudluğu  qeyd  edilib.  Müşahidələr  zamanı  layihə 
ərazisində məməlilərə rast gəlinməmişdir. 
Quşlar 
Abşeron yarımadasında quşların 168 növü və yarımnövü qeyd edilir. Quşların ümumi sayından 41 növü 
yuvalayan, 29 növü qışlayan, 84 növü təsvir edilən ərazidən miqrasiya edən, 10 digər növləri isə bu sahəyə 
ziyarət  edənlərdir.  Abşeron  yarımadasında  qeydə  alınan  quşların  8  növü  Azərbaycan  Respublikasının 
Qırmızı kitabına daxil edilib. 
Quşların öyrənilməsi məqsədilə layihə ərazisində tədqiqat işləri aparılmışdır. Tədqiqat “nöqtəvi hesablama” 
 
EKOLOGİYA İDARƏSİ 
54 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
metodu  ilə  aparılmışdır.  Ərazidəki  quşların  növünü  onların  xarici  morfoloji  quruluşuna  görə,  gözlə 
görünməyən gizli yerlərdə olduqda isə səsinə görə müəyyən edilmişdir. Bəzi quşların növü uçarkən qanad 
çalma vəziyyətinə görə müəyyən edilmişdir. Layihə zonası ətrafında tədqiqat zamanı qeyd edilən növlərdən 
nisbətən qara sığırçın, dam sərçəsi, kənd qaranquşu, adi qarğa, çöl göyərçini və s. üstünlük təşkil edirdi. 
 
5.9  Səs-küy 
Bu  bölmənin  məqsədi  “H.Əliyev  adına  NEZ-nın  modernləşdirməsi”  layihəsi  çərçivəsində  yeni  Bitum 
qurğusunun tikilməsi planlaşdırılan ərazidə mövcud səs-küy səviyyəsinin müəyyənləşdirilməsi və səs-küy 
mühitinin ilkin vəziyyətini təsvir etməkdir. Bunun üçün 2016-cı ilin Mart və May ayında Bitum qurğusunun 
tikiləcəyi  ərazidə,  ətrafda  yerləşən  həssas  ərazilərdə  Ekologiya  İdarəsinin  Ekoloji  Tədqiqatlar 
Ekspedisiyasının (ETE) mütəxəssisləri tərəfindən monitorinqlər aparılmış və ərazidə səs-küy səviyyəsinin 
ilkin vəziyyəti tədqiq olunmuşdur. Bu monitorinqlər zamanı həmin ərazidə heç bir tikinti-quraşdırma işləri 
aparılmadığından  və  burada  mövcud  olmuş  istehsalat  qurğuları  daha  əvvəllər  sökülərək  ərazidən 
daşındığından,  səs-küy  səviyyəsinin  ölçülməsi  zamanı  digər  sənaye  sahələrinə  nisbətən  burada  aşağı 
qiymətlər  qeydə  alınmışdır.  Aparılmış  tədqiqatlar  müxtəlif  reseptorlar  üçün  Layihə  ilə  bağlı  potensial 
təsirlərin nəzərdən keçirilməsinə imkan yaradacaq. 
Cədvəl 5.13  Ərazidə müşahidə olunmuş səs-küy səviyyəsi 
Stansiya 
№ 
Koordinatlar 
Səs-küy,dB 

40°24'01.2"N 
49°54'33.0"E 
70 

40°24'04.7"N 
49°54'28.7"E 
68 

40°24'05.97"N 
49°54'43.19"E 
62 

40°24'05.2"N 
49°54'33.7"E 
64 

40°24'04.3"N 
49°54'37.6"E 
58 

40°24'04.4"N 
49°54'46.1"E 
60 
Səs qulağa təsir edən hava təzyiqinin dəyişməsidir. Səs təzyiqi səviyyəsinin ölçü vahidi dayaq hava təzyiqi 
üzərində  əsas  hava  təzyiqi  əmsalının  loqarifmi  hesab  olunan  desibeldir  (dB).  İnsanlar  eşitmə  zamanı 
müxtəlif  gərginliyə  malik  müxtəlif  tezlikli  oxşar  səs  təzyiqi  səviyyələrini  qavrayır.  Səsin  insan  beyninə 
yeridilməsi üçün, praktiki olaraq tezliklə ölçülən səs-küyün təzyiq səviyyəsi şkalasından istifadə edilir ki, 
həmin səviyyə subyektiv olaraq qavranılan səs səviyyəsinə uyğun gəlməlidir. Bu isə dB (A) vahidi ilə ifadə 
olunan A-ölçü sxemindən istifadə edilməklə ümumi şəkildə həyata keçirilir. 
Cədvəl 5.14  Səs-küy mənbələri və onların səs təzyiqi səviyyələrinə dair nümunələr 
Səs-küy mənbəyi 
Təxmini səs təzyiqi səviyyə 
dB(A)–də (LA
eq

Qulaqlarda ağrı 
Hava cərəyanın təsir zərbəsi (30m)
 
Eşitmə aparatının zədələnməsi (qısamüddətli partlayış)
 
Rahatsızlıq, ilkin ağrı
 
Pnevmatik kömürsındıran çəkic, sepli mişar
 
Ağır tonnajlı dizel yük maşını (3 m məsafə)
 
Eşitmə aparatının zədələnməsi (uzunmüddətli partlayış)
 
Əsas avtomobil yolu (Gəzinti)
 
İntensiv şəkildə fəaliyyət göstərən restoran
 
Sərnişin daşıyan nəqliyyat vasitəsi (1 m məsafə)
 
Normal danışıq
 
Pıçıltılı danışıq
 
Nəfəsalma
 
Sakit otaq
 
140
 
140
 
120–135
 
120
 
100–110
 
80–90
 
85
 
70–80
 
70
 
65–75
 
45
 
35–45
 
25
 
20–30
 
 
EKOLOGİYA İDARƏSİ 
55 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə