HƏYAT DƏRSLƏRİ
Tahir Qəffarlı
3
ÖN SÖZ ƏVƏZİ
Xasiyyət, xüsusiyyət Nəfsini tanı?!...Ruhunu tanı?!...
Nəfsani “mən”in uzun müddətli (illərlə) təlqini ilə
qəlbdə elə xüsusyyətlər əmələ gəlir ki, bu insanın xasiyyəti
olur. Dünyəvi yaşayışda bir insan digərinə yaxşılıq edirsə, bu
hələ məqsədli yaxşılıqdır. Yox, əgər insan etdiyi yaxşılığı tezcə
unudursa, ömrü boyu dilinə gətirmirsə, qəlbi ilə də anmırsa, bu
Allahın razılığını qazanmaq üçün olan yaxşılıqdır. Belə insanda
“iddialıq” xəstəliyi olmur. Lakin belə insanlar çox az sayda
olurlar.
Elə insan var ki, yaxşılığı yada salır minnət üçün. Bir
sözlə, xasiyyətdə olan xüsusiyyətlər, iddialılıq dərəcəsini
biruzə verir. Yəni, insan iddiasında daşlaşıb, ya da ki, hələ
sağalmağa imkan var. Adətən çox iddialı insanlar, xərçəng
xəstəliyi ilə dünyalarını dəyişirlər! Kişilər və daha çox qadın-
lar, əgər hələ müsbət keyfiyyətlərini qoruyub saxlayıblarsa,
həm də iddialıqdan əziyyət çəkirlərsə, onda böyrəklərlə bağlı
başqa xəstəliklər ortaya çıxır. Böyrəklərdə duzlaşma, baş
ağrılıarı, halsızlıq və s. Gözlə bağlı xəstəliklər, qarğışla və
gözdəymə ilə baş verir. Şəkər xəstəliyi, keçmişində olan
müəyyən və vacib saydığı hadisələri qəbul edə bilməməkdən
irəli gəlir. Məsələn, keçmişində sevgin daşa dəyib. Yəni
sevdiyinə qovuşa bilməyibsən. Yaxud elə hadisələr olub ki, sən
özünü alçalmış hesab edirsən və s. Allergiya isə o insanlarda
olur ki, onlar çox sümsükdürlər. Yəni nəfsani istəkləri ilə çox
azğındırlar. Adətən belə insanlar zahirdə çox mülayim məsum
və ya məsumə kimi görünürlər. Ürəklə bağlı problemli insanlar
dünyadan olduqca çox şey umurlar, ancaq özlərini humanist,
“insan sevər” kimi göstərirlər. Əgər onlar kimə görə isə isterik
Tahir Qəffarlı
HƏYAT DƏRSLƏRİ
4
hala düşsələr, yəni ürəkləri ağrısa, bu əslində o insanın halına
görə yox, öz daxilində olan üsyana görədir. (Narazılığa
görədir!) İnsan uzun illər istəklərinə çatmırsa, artıq öz içində
bir partlayıcı hazırlamış olur. Sadəcə olaraq ətraf aləmdə bir
qıcıqlandırıcı hadisə baş versə, bu bomba partlayır. Qaraciyərlə
bağlı problemlər isə çox erkən yaşlarda insan istəklərinin
şiddətinin çox olması ilə bağlıdır. Belə insanlar zahirləri ilə çox
da dünyaya bağlanmasalar da, daxillərində erkən iddialaşırlar.
Yəni, onlarda artıq gələcəklərini qurmaq istəyinin sürəti çox
olur. Gələcəkdə belə insanlar erkən iddialarınin istədiyinə
əsasən nail olsalar da hədsiz peşman olurlar (Sonrakı
peşmançılıq fayda vermir!) İnsanda ayaqla və əllə bağlı nə isə
problem varsa, bu artıq Allahın izni ilə mələklərin
müdaxilələridir. Yəni, bizi dayandırırlar ki, böyük günahlar
etməyək. Bu adətən “yaxşı” keyfiyyətləri keçmişində olub
deyə, insanlara verilən imkanlardır.
Müəllif