HƏYAT DƏRSLƏRİ
Tahir Qəffarlı
19
XV DƏRS
İrfan, mərifət nurudur!...
Mərifət, Allahı tanımaqdır! (Nəfsə xoş görünən "əxlaqi"
görüntülər deyil!) Lakin Allahı zahirən (nəfsinə uyğun-
laşdıraraq) və daxilən – qəlbən tanımaq kimi fərqli cəhətlər var.
Zahirən (nəfslərinə görə) tanıyanların bəsirətləri bağlı
olduğundan, sadəcə olaraq "fanatik" olurlar. (İlahi məntiqdən
kənar olan insanlar, şeytani təfəkkürə malik olurlar. Fanatik
insanin düşüncəsi başqalarının fikirləri ilə idarə olunur.
Fanatikdən soruşanda ki, "məhz niyə sən dediyin kimi
olmalıdır". O isə nalayiq söz və hərəkət ilə cavab verir...
Allaha qəlbən – ruhən bağlı olan bəsirət sahibləri, ən ali
eşq ilə Allahı sevirlər, utandıqlarına (daimə qüsürlu nəfsani
istəklərinə) görə isə Allahdan qorxurlar. Bu adi dünyəvi qorxu
deyil, qəlbin məsumluğudur. Məsumluq, utanmaq deməkdir.
Utanmaq isə pis olan şeylərdən qorxmaq deməkdir!...
İndi utanan bəniz – sifət görmək müşkül məsələdir. Üz-
lərdə, gözlərdə (çoxluq təşkil edir) nur əvəzinə əcaib görüntülər
var. İndi, gənclərin çoxunun bəyənmədiyi baba-nənələrimizin
üzlərində olan nur, onların İNSANLIQ diplomları idi...
Təəsüflər olsun ki, indiki gənc nəsillə bəsirətli insanlar
arasında dərin uçurum var. Həqiqəti eşidən qulaqlar kar olub...
İbrət olmayan yerdə, qeyrət olmaz!...
Tahir Qəffarlı
HƏYAT DƏRSLƏRİ
20
XVI DƏRS
Söz
Yunan filosofu Sokrat demişdir: "Danış, sənin kim
olduğunu deyim"! Hər bir insan, öz dilinin altında gizlənib.
Sözü ucuz olanın özü ucuz olar. Sözü düz olanın özü düz olar.
Söz var ömrü uzadar, söz var ömrü gödəldər. Söz, məsuliyyət
deməkdir.
Götürə biləcəyin qədər yük götür!...
"Yalançı ümiddənsə acı həqiqət yaxşıdır".
Söz, o vaxt əmələ – işə çevrilir ki, (hələ əməl – iş
şəklində baş verməmiş) sən sözlə məsuliyyəti öz üzərinə
götürürsən. Kiməsə verdiyin söz (filan işi edəcəm, filan işdə
sənə kömək edəcəm) artıq məsuliyyətdir.
Artıq yük götürmək, kiməsə, nəyə görəsə də söz ver-
məkdir. Ailədə, iki dost, iki rəfiqə arasında olan münasibətləri
korlamaq (pozmaq), sözünə məsul (cavabdeh) olmamaqdır.
İndi, hal-hazırda insanlar arasında münasibətlər ona
görə saxtalaşır ki, insan dediyi sözə görə məsuliyyət daşımır.
Yəni vicdanlar pas atır, qəlblər qaralır.
Sözə münasibət düzgün qurulmadığına görə ("elə-belə
sözdü də, deyirəm" deyənlərin sayı çoxalır) qarşılıqlı inam
(istər ailə daxili, istər ətrafdakılarla) pozulub.
Söz ananın dilində "layla"dır (Təəsüflər olsun ki, indi
"layla" deyən analar barmaq sayı qədərdir). Ana-ata məhəb-
bətinin etirafıdır, oğlan-qız arasında ülfətdir, bağdır və s.
Sözə xor baxılır. Belə halla, dünyamız da pisə doğru
dəyişdi. Hər şeyin dadı qaçdı. İnamsızlaşan insanlarda biga-
nəlik, qabalıq, zalımlığa meyillilik çoxaldı. Bütün bəlaların
kökündə sözə olan pis – yaman münasibət durur.
Gəlin, diqqətli olaq! Sözlə oynamayaq!
Axı, o, Allahın əmanətidir!...
HƏYAT DƏRSLƏRİ
Tahir Qəffarlı
21
XVII DƏRS
"Əbədiyyət, ölməzlik " axtarışı...
İnsan, şübhəsiz ölümə məruz qaldığını bilərək, özündən
(yəni, öz həyatından) sonra əbədi iz qoymağa çalışıb. Neçə-
neçə gözəl, nəhəng abidələr, rəsm – heykəltaraşlıq nümunələri,
bədii ədəbiyyat və musiqi əsərləri, daha nələr, daha nələr,
əbədiyyətə, ölməzliyə qovuşmaq üçün olan istəkdir. "Ölüm"
fikri, insanın yaşamaq ehtirasını daha da gücləndirir.
Lakin dərk etmə reallığı daha güclüdür. "Ölümün" bir
keçid (körpü) olduğunu dərk edən insan "əbədiyyəti,
ölümsüzlüyü" başqa cür dərk etməyə başlayır. Bəli, ruh
ölümsüzdür və onun sınanması üçün (bu dünya yaradılıb)
insana bədən verilib. İnsan, ruhunun ağlı ilə (nəfsani ağlı ilə
yox) əbədidir, ölməzdir. Əməl dəftərimizdə yazılanlar əsasdır.
Əgər nəfsimiz ruhumuzu özümə tabe edibsə, onda, günahlar
ruhumuzun üstünə yazılacaq. Hər birimiz ağır məsuliyyətin
altındayıq. Bu məsuliyyət bəndəlik haqqıdır.
Bir insanın digər insana münasibəti, o insanın Allaha
olan münasibəti əsasında olur. Yəni, sən Allaha hansı müna-
sibəti bəsləyirsənsə, bunun əsasında başqa insanlarla münasibət
quracaqsan !
Tahir Qəffarlı
HƏYAT DƏRSLƏRİ
22
XVIII DƏRS
Ağıl və qəlb...
Beyin, bir ev kimidir. Ora nə yığılarsa, o da sənin olar.
Topladığın bilik, məlumat sənin "kimliyini" müəyyənləşdirir.
Düzdür, qəlbin "kimliyi" ağılda toplanan biliklərdən fərqlidir.
Duymaq başqadır, bilmək başqa. Lakin cəmiyyətdə, insanlar
arasında sənin "kimliyin" ağzından çıxan sözə görədir. Dar
düşüncəli insan, hətta gözəl qəlbə malik olsa da, çətin
vəziyyətlərdə düzgün söz tapıb, danışa bilmir. Əksinə, xətalı
sözlər işlədərək günah edir. Deməli, qəlbin saf olması ilə
bərabər, həm də düzgün düşüncəli ağıl da lazımdır. Düzgün
düşüncəli ağlı isə elmlənməklə, elm qazanmaqla əldə etmək
olar. İnşəAllah!
Dostları ilə paylaş: |