Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə31/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   27   28   29   30   31   32   33   34   ...   146

82

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Ikinci misal deyim. Zbiqnev Bjezinskini tanıyırsınız? Yox? Amerikanın keçmiş 

prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri, köməkçisi olubdur. Çox bö-

yük siyasət xadimidir. O, vəzifədə olduğu zaman Amerika prezidentinin göstərişi 

ilə  Əfqanıstanda  olubdur,  Afrikada  olubdur,  Hindistanda  olubdur,  qaçqınların 

düşərgələrində olubdur. O da bura ziyarətə gəlmişdi. Arzu etdi, biz də onu yenə ver-

tolyotla həmin şəhərciklərə göndərdik. Geri gələndə mən onunla axşam görüşdüm. 

Hissiyyatları o qədər idi ki, özünə gələ bilmirdi. O deyirdi ki, mən indiyə qədər bir 

çox qaçqın düşərgələrində olmuşam. Bir də deyirəm, - Əfqanıstanda, Hindistanda, 

Afrikada. Deyir, beləsini mən görməmişdim. Həqiqətən, beləsi yoxdur.

Siz çox düzgün deyirsiniz ki, mən başqa ölkələrin başçıları ilə bu barədə danış-

sam bəlkə onlar bizə kömək etdilər. Hamısı ilə danışmışam, özü də bir dəfə yox.

Bir neçə gün bundan öncə, ayın 15-də mən Ağ evdə prezident Bill Klinton ilə 

görüşdüm. Bəlkə son 5-6 il içərisində bu, mənim prezident Klintonla 10-cu görü-

şümdür. Bu problemi hər dəfə ona deyirəm.

Prezident  cənab  Şirak  ilə  mən  tez-tez  görüşürəm.  Onu  dəvət  etmişdim,  bura 

gəlməliydi.  Sonra  gələ  bilmədi.  Amma  planlaşdırır,  gələcəkdir.  Real  vəziyyəti 

-  kitablardır,  fotoşəkillərdir,  kassetlərdir  -  bunların  hamısını  biz  onlara  veririk, 

göstəririk. Isveçrənin prezidentlərindən neçəsi ilə görüşmüşəm, onlara da danışı-

ram.


1997-ci ildə prezident Skalfaronun dəvəti ilə Italiyada rəsmi səfərdə idim. Bir 

neçə gün orada oldum. Ona da, o vaxt Baş nazir Prodi idi, - ona da bu barədə ha-

mısını bildirdim.

Mən  sizə  bu  prezidentlər,  krallar,  -  hansılarla  ki,  danışıqlar  aparmışam,  - 

həddindən çox deyə bilərəm: Almaniyanın keçmiş prezidenti ilə, Kansler Kol ilə, 

başqaları ilə, Böyük Britaniyanın keçmiş Baş naziri ilə, xarici işlər nazirləri ilə. 

Sonra bu ölkələrin bizdə səfirlikləri var - Fransanın səfiri var, Italiyanın səfiri var, 

Almaniyanın, Ingiltərənin, Amerikanın və başqa ölkələrin burada səfirləri çoxdur. 

Səfirlər gedib qaçqınları görürlər. Yəni demək istəyirəm ki, biz bu barədə dövlət 

başçılarına,  dünyanın  siyasi  xadimlərinə,  beynəlxalq  təşkilatlarda  olan  insanlara 

ətraflı məlumatlar veririk, xahiş edirik. Onlar məsələni anlayırlar, ancaq həll olun-

ması üçün bir təsirli tədbirlər görmürlər. Problem bundadır.



Per Qharton: Cənab prezident, bu görüşə görə Sizə minnətdarlığımı bildirmək 

istəyirəm. Çox sağ olun, bizə imkan verdiniz ki, Sizə sual verək. Görürəm ki, Av-

ropa  Birliyi  haqqında,  onun  komissarları  haqqında  Sizin  çox  yaxşı  məlumatınız 

var. Bilirsiniz ki, onlar vəzifələrini nəyə görə və hansı səhvlərə görə tərk ediblər. 

Istərdik, biz də Azərbaycan haqqında bu qədər məlumatlı olaq.

Beləliklə, Azərbaycana bizim səfərimiz Sizinlə keçirdiyimiz bu görüşlə yekun-

laşır. Elə bilirəm ki, yığdığımız faktlara Sizin bizə verdiyiniz faktlar da əlavə oluna-

caqdır və bundan sonra biz Sizinlə çox faydalı əməkdaşlıq edəcəyik.




83

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Heydər  Əliyev:  Təşəkkür  edirəm.  Mən  sizinlə  görüşümdən  məmnun  olduğu-

mu bir daha bildirirəm. Sizin Azərbaycana səfərinizi, demək, ölkəmizə, xalqımıza 

göstərdiyiniz diqqəti qiymətləndirirəm. Hörmətli xanımın Azərbaycan xalqı haq-

qında, bizim mədəniyyətimiz haqqında, hətta yeməklərimiz haqqında dediyi xoş 

sözlərə görə təşəkkür edirəm. Ümid edirəm ki, biz Avropa Birliyi ilə bundan sonra 

daha da sıx əməkdaşlıq edəcəyik. Biz bu əməkdaşlığa hazırıq. Amma bilirik ki, bu, 

asan məsələ deyildir. Sizin dediyiniz çox çətindir. Şərtləriniz də çətindir. Amma 

mən  həmişə  belə  düşünmüşəm  ki,  insan  gərək  ən  ağır  şərtləri  götürsün,  ən  ağır 

şəraitdə çalışsın ki, nailiyyət əldə etsin. Sizə uğurlar arzulayıram. Sağ olun.



84

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Bakıda TRASEKA-nın daimi katibliyi ofisinin

 açılışı mərasimində nitqi 

21 fevral 2001-ci il

Hörmətli Isveçin xarici işlər naziri!

Hörmətli cənab Baş katib!

Hörmətli cənab komissar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram və bizim ölkəmizə “Xoş 

gəlmisiniz!” deyirəm.

Avropa  Ittifaqının  yüksək  səviyyəli  və  hörmətli  şəxslərindən  ibarət  olan 

nümayəndə heyətinin Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana bu səfəri 

Avropa Ittifaqının bizim bölgəyə, eləcə də Azərbaycana olan marağının və təbiidir 

ki, əlaqələrin inkişaf etdirilməsinin təzahürüdür. Bu səfərinizə görə təşəkkür edirəm. 

Baxmayaraq ki, siz Azərbaycanda olmaq üçün çox az vaxt ayırmısınız, ancaq bu-

nun özü də kifayət edər ki, Azərbaycanda TRASEKA proqramına olan münasibəti 

bir daha hiss edə biləsiniz.

Avropa Ittifaqının çoxşaxəli, çoxtərəfli fəaliyyəti vardır. Birinci növbədə, Av-

ropa Ittifaqı ona daxil olan ölkələrin daha da sıx əlaqə qurması və inkişaf etməsi 

problemləri  ilə  məşğuldur.  Eyni  zamanda, Avropa  Ittifaqı  onun  tərkibində  olan 

ölkələrdən kənara çıxaraq, dünyanın başqa hissələrinə də öz marağını göstərir. Bu 

baxımdan təxminən 1992-1993-cü illərdə yaranmış TRASEKA proqramının böyük 

əhəmiyyəti vardır.

Indiyə  qədər  Avropa  Ittifaqı  tərəfindən  TRASEKA  proqramının  həyata 

keçirilməsi ilə əlaqədar tədbirləri biz yüksək qiymətləndiririk. Ancaq eyni zamanda 

bu, bizim tərəfimizdən böyük işin başlanğıcı kimi qəbul olunur. Məhz bu işi daha da 

gücləndirmək məqsədi ilə 1998-ci ilin sentyabr ayında Avropa Ittifaqının və TRA-

SEKA proqramında iştirak edən dövlətlərin təşəbbüsü ilə, bizim təşəbbüsümüzlə 

Bakıda  bu  proqramın  həyata  keçirilməsinə,  böyük  Ipək  yolunun  bərpasına  həsr 

olunmuş beynəlxalq konfrans keçirildi və bunun nəticəsində sənəd imzalandı. Kon-

frans TRASEKA proqramının katibliyini yaratdı və onun Azərbaycanda yerləşməsi 

haqqında  qərar  qəbul  etdi.  Biz  bunu  böyük  məmnuniyyət  və  minnətdarlıq  hissi 

ilə qarşıladıq və Bakının ən qədim binalarından birinin bu katibliyin sərəncamına 

verilməsi haqqında qərar qəbul etdik.

Bizim qonaqlarımız bu binanın gözəlliyi haqqında və indiki vəziyyəti barədə 

yüksək fikirlər söylədilər. Bu binanın Avropa Ittifaqının TRASEKA proqramına və 

Ipək yolunun bərpası üçün görülən işlərə görə ayrılması təsadüfi deyildir.



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə