Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə39/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   35   36   37   38   39   40   41   42   ...   146

101

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

Ancaq düzü, Avropa Birliyi haqqında belə bir təsəvvür var ki, ölkələr bir neçə il 

çalışırlar Avropa Birliyinə daxil olsunlar, ola bilmirlər.

Biz Avropa Şurasına daxil olanda bizi o qədər o tərəfə-bu tərəfə çəkdilər ki, gö-

zümüz qorxub. Ona görə cəsarət etmirik. Amma siz bu cür bəyanat verəndən sonra, 

əlbəttə ki, bizdə də daha çox cəsarət əmələ gələcəkdir.

Mən deyə bilmərəm ki, Azərbaycan, ya Gürcüstan Avropa Birliyinə müəyyən 

bir nümunə ola bilər, yaxud dərs verə bilər. Çünki bu birliyin tərkibində Avropanın 

ən inkişaf etmiş ölkələri var. Biz hələ inkişaf mərhələsindəyik. Amma gələcəyimizə 

çox nikbin baxırıq. Ona görə də mən sizin bu məsləhətinizi məmnuniyyətlə qəbul 

edirəm. Təşəkkür edirəm.



Dmitrios Kulurianos (Avropa Parlamentinin üzvü, Yunanıstan): Biz hamımız 

Yer kürəsi adlanan bir məkanda yaşayırıq. XXI əsr ideologiyaların sonu kimi deyil, 

amma ehkamçı fikirlərin sonu kimi başladı. Avropa təkcə xəritə deyil, o bir ideyadır, 

ideologiyaların məzmunudur və Ümumavropa mədəniyyəti deməkdir. Biz də Avro-

pada yaşayan xalqların seçilmiş nümayəndələriyik, onları təmsil edirik. Biz Ümu-

mavropa ideyasını, Ümumavropa mədəniyyətini və ideologiyasını bütün dünyaya 

yaymağı çox istəyirik. Biz coğrafiyaların qurbanı olmaqla razılaşmaq istəmirik. O 

baxımdan tam əmin ola bilərsiniz ki, sizin ölkənizdə və regionunuzda da Avropa 

ideologiyasının və Avropa mədəniyyətinin geniş yayılması üçün əlimizdən gələni 

edəcəyik.



Heydər Əliyev: Hörmətli deputat, təşəkkür edirəm. Mən sizin fikirlərinizlə razı-

yam. Sizinlə bizim aramızda böyük fərq vardır. O da ondan ibarətdir ki, XX əsrdə 

biz 70 il ehkamın təsiri altında yaşamışıq. Sizin ölkələrdə də ehkamlar olubdur. 

Sizin ölkələr də böyük mərhələlərdən keçibdir. Məsələn, Ikinci dünya müharibəsini 

götürsək, faşizm həm Almaniyada idi, həm Italiyada idi, həm də Avropanın başqa 

ölkələrində idi. Bu da sizin ölkələrə məxsus olan ehkam idi. Yəni bizim öz ehkamı-

mız olub, sizin də öz ehkamınız olubdur. Amma siz Ikinci dünya müharibəsindən 

sonra bu ehkamlardan tezliklə xilas ola bildiniz. Avropa, sizin ölkələriniz Ikinci 

dünya müharibəsindən sonra böyük yol keçiblər və böyük tərəqqi əldə ediblər.

Ancaq biz cəmisi 10 il bundan öncə ehkamdan xilas olmuşuq. Bu on il də bi-

zim  üçün  rahat  illər  olmayıbdır.  Buna  görə  də  siz,  təbiidir  ki,  bütün  sahələrdə 

bizdən irəlidəsiniz. Bizim Avropa ailəsində olmaq arzumuz da məhz tezliklə sizin 

dəyərlərinizə daha da yaxınlaşmaqla bağlıdır. Amma bunun təkcə bizim üçün yox, 

sizin üçün də, Avropa üçün də çox böyük faydası olacaqdır.

Bizim  kimi  ölkələrin  Avropa  Birliyinə  daxil  olması,  hesab  edirəm  ki,  Avro-

panın  mənəviyyat,  ənənələr  cəhətindən  zənginləşdirilməsinə  gətirib  çıxaracaq-

dır. Azərbaycanın bugünkü reallığı Avropa və Şərq milli dəyərlərinin sintezindən 

ibarətdir. Hesab edirəm ki, Avropa dəyərlərinin üzərinə bunu əlavə etsək, bu da 

oraya qatılsa, Avropa dəyərləri daha da zəngin olacaqdır. Buna görə biz əməkdaşlıq 



102

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

edirik. Siz də gərək bizə yardım edəsiniz. Çünki 1945-1946-cı illərdə sizin atdığı-

nız addımları biz indi - XX əsrin sonunda, XXI əsrin əvvəlində atırıq. Təbiidir ki, 

biz sizdən sürətlə gedəcəyik. Çünki elə olmasa, biz gəlib sizə çata bilmərik. Amma 

buna baxmayaraq, bizə sizin yardımlarınız çox lazımdır.

Dmitrios Kulurianos: Cənab prezident, bir söz demək olar? O içkiləri ki qatış-

dırıb içirlər, onlar daha ləzzətli olur.



Heydər Əliyev: Mən buna razıyam.

Dmitrios Kulurianos: Marafon yarışında kimin qaçışa birinci başlaması o qədər 

önəm kəsb etmir. Kimin finişə birinci çatması əhəmiyyətli olur.



Heydər Əliyev: Doğrudur. Amma eyni zamanda, birisi marafona bir saat əvvəl 

başlayırsa, o biri marafonçu nə qədər güclü olsa da, gəlib ona çata bilməz. Amma 

içkilər haqqında dediyinizlə razıyam. Italiyada bunu mən çox yoxlamışam. Yuna-

nıstanda da yaxşı içkilər var. Doğrudur, səfir məni hələ oraya aparmayıbdır. Amma 

bilirəm ki, orada çox yaxşı içkilər var.

Merkurios Karafotias (Yunanıstanın Bakıdakı səfiri): Zati-aliləri, Siz bizə razı-

lıq verdiyiniz an biz Sizi orada salamlamaqdan, qarşılamaqdan məmnun olarıq. Biz 

bunu özümüzə yalnız şərəf bilərik.

Heydər Əliyev: Mən bunu bilirəm. Təşəkkür edirəm.

Xanım Mari-Ann İsler Bequin (Avropa Parlamentinin üzvü, Fransa): Cənab 

prezident, icazə versəydiniz, mən fransızca danışardım.

Cənab  prezident,  artıq  ikinci  dəfədir  ki,  biz Azərbaycana  gəlmək  və  Sizinlə 

görüşmək  şərəfinə  nail  oluruq.  Elə  buna  görə  də  Sizə  dərin  minnətdarlığımı 

bildirirəm. Sizinlə elə əvvəlki görüşlərimizdə də razılaşmışdıq və belə bir fikir irəli 

sürmüşdük ki, Azərbaycanda bir xartiya, regional ətraf mühit xartiyası imzalayaq.

Cənab  prezident,  biz  artıq  bununla  bağlı  müxtəlif  yerlərdə  müzakirələr  apar-

mışıq, fikir mübadiləsi etmişik. Ümumiyyətlə, biz sizin Cənubi Qafqaz regionu-

nun  ekologiyası,  ətraf  mühitin  çirklənməsi  problemləri  haqqında  geniş  danışmı-

şıq.  Zənnimcə,  bu,  hamımızın  marağına  cavab  verərdi  ki,  biz  doğrudan  da  belə 

mərkəzin yaradılmasına gəlib çıxaq.

Cənab  prezident,  o  vaxt  bununla  bağlı  Sizinlə  söhbət  aparanda,  qəti  cavab 

verməsəniz də, bu mövzuya çox maraq göstərdiniz. Böyüklüyünüz bir də ondan 

ibarət oldu ki, həmin görüşümüzdən sonra Brüsselə qayıtdıqdan yalnız bir neçə gün 

keçmiş xəbər tutduq ki, Siz həmin xartiyanı imzalamısınız.

Cənab  prezident,  elə  buna  görə  də  mən  indi  artıq  bu  büroda  -  mərkəzdə 

işləyənlərin hamısının adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Mən Sizin 

nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün artıq Tbilisidə ekologiya, ətraf mühitin 

çirklənməsi problemləri ilə məşğul olan belə bir mərkəz fəaliyyət göstərir. Sizinlə 

bu görüşümüzdən istifadə edərək xahiş edirəm ki, bəlkə bu mərkəzin Azərbaycanda, 

yəni Bakıda da ofisinin açılmasına razılıq verəsiniz. Mənə elə gəlir ki, ekologiya, 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə