Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə41/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   37   38   39   40   41   42   43   44   ...   146

105

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

tökülübdür. 1994-cü ilin may ayında biz atəşin dayandırılması haqqında razılığa 

gəlmişik.  O  vaxtdan  indiyə  qədər,  artıq  7  ildir  ki,  biz  atəşkəs  şəraitində  yaşayı-

rıq. Onu da qeyd etmək istəyirəm ki, bizim aramızda başqa ölkələrin sülhməramlı 

qüvvələri yoxdur. Atəşkəsi biz, yəni Azərbaycan və Ermənistan qoruyub saxlayırıq. 

Bütün bu 7 ildə biz ATƏT-in Minsk qrupu vasitəsilə məsələnin sülh yolu ilə həll 

olunması üçün danışıqlar aparırıq. Nəhayət, 1999-cu ildən Ermənistan prezidenti ilə 

Azərbaycan prezidenti arasında vaxtaşırı bilavasitə görüşlər keçirilir və danışıqlar 

aparılır. Son görüşümüz Amerika Birləşmiş Ştatlarında, Floridada Minsk qrupunun 

həmsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa nümayəndələrinin 

iştirakı ilə olmuşdur.

Ermənistan prezidenti ilə biz danışıqlara başlayanda belə fikirdə olduq ki, sülh 

əldə etmək üçün qarşılıqlı kompromislərə getmək lazımdır. Əgər belə bir razılıq 

əldə olundusa və biz buna nail ola bilməmişiksə, deməli, hansı tərəfin kompromisə 

nə  qədər  getməsini  biz  müəyyən  edə  bilməmişik.  Ermənistan  öz  üstünlüyündən 

istifadə edərək, - yəni Azərbaycanın torpaqlarını işğal edibdir, onun silahlı qüvvələri 

orada oturubdur, Azərbaycanın əhalisi öz yerindən-yurdundan olubdur, - çox böyük 

tələblər ortaya qoyur. Azərbaycan isə, əlbəttə ki, bu şərtlərlə razı ola bilmir. Ona 

görə də biz bu məsələni indiyə qədər həll edə bilməmişik.

1999-cu  ilin  sonunda  biz  bir  variantda  çox  yaxınlaşmışdıq.  Ancaq  son-

ra  Ermənistan  bu  variantdan  imtina  etdi.  Məsələ  bu  qədər  uzandığına  görə  və 

Azərbaycan  əhalisi,  bir  milyondan  çox  insan  ağır  vəziyyətdə  yaşadığına  görə, 

təbiidir ki, bizim cəmiyyətdə narazılıq artır.

Ermənistanın  torpağı  işğal  olunmayıbdır.  Əhalisi  qovulmayıbdır.  Doğrudur, 

Azərbaycandan köçüb gedən bəzi ermənilər Ermənistan üçün müəyyən problemlər 

yaradıblar. Amma əsas zərər Azərbaycana dəyibdir. Ona görə də bu, nəzərə alınma-

lıdır.


Nəzərə alınmır, məsələ uzanır. Azərbaycanda da böyük narazılıq get-gedə artır. 

Insanlarda  yenidən  müharibə  etmək,  işğal  olunmuş  torpaqları  müharibə  yolu  ilə 

azad etmək əhval-ruhiyyəsi genişlənir.

Bizim  müxalifət,  təbiidir  ki,  bundan  istifadə  edir.  Bizi  sağdan  da,  soldan  da 

tənqid edir. Hətta ittiham edir ki, nə üçün bu münaqişəni indiyə qədər həll etmir-

siniz.  Gəlin,  müharibəni  başlayaq,  gedək  torpaqları  işğaldan  azad  edək.  Bu  isə 

cəmiyyətin bəzi təbəqələrinə sirayət edir. Ona görə də təhlükəli bir vəziyyət yara-

nıbdır. Mətbuatdan görünür ki, Ermənistanda da bəzi qüvvələr hətta Ermənistanın 

kiçik bir kompromisə getməsinə razı deyillər. Buna görə də vəziyyət belədir.

Əgər biz həqiqətən tarazlı kompromisə gələ bilsək, onu həyata keçirmək yenə 

də çox çətin olacaqdır. Amma onda əldə olunmuş razılığı həyata keçirmək üçün 

mübarizə aparmaq olar. Əgər belə olmasa, onda prezident kimi mən də, - baxma-

yaraq ki, mənə çox böyük ümidlər bəsləyirlər, çox hörmət edirlər, - bu vəziyyətdə 



106

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

heç bir şey edə bilmərəm və etmərəm də. Ona görə də müharibə amili get-gedə 

artacaqdır.

Ona görə də mən Minsk qrupunun həmsədrlərindən, - bunlar böyük dövlətlərdir, 

Rusiyadır,  Amerika  Birləşmiş  Ştatlarıdır,  Fransadır,  bunların  Ermənistana  təsir 

etmək imkanları vardır, - həmişə xahiş edirəm ki, onlar öz imkanlarından istifadə 

etsinlər. Onlar isə deyirlər ki, iki prezident hansı razılığa gələrsə, biz onu qəbul 

edəcəyik.

Belə olan halda onda 1992-ci ildə nə üçün ATƏT-in Minsk qrupu yaradılırdı? 

Belə olan halda nə üçün üç böyük dövlət - Rusiya, Fransa, Amerika Birləşmiş Ştat-

ları öz üzərinə bu vəzifəni götürüblər?

Ona görə də çox çətin vəziyyət yaranıbdır. Hər halda mən bunları deməklə sizdə 

belə bir təsəvvür yaratmaq istəmirəm ki, daha hər şey tükənibdir. Sizin sualınıza 

cavab verərək mən real vəziyyəti bildirirəm. Ancaq hesab edirəm ki, məsələnin sülh 

yolu ilə həll olunması üçün bundan sonra da çalışmaq lazımdır.

Per  Qharton:  Üzr  istəyirəm,  bir  əlavə  sual  da  vermək  istəyirəm.  Sizin  sülh 

səylərinizin dəstəklənməsi üçün indiyə qədər gördüyümüz işlərdən əlavə, Avropa 

Birliyindən hansı işlərin görülməsini istərdiniz?

Heydər  Əliyev:  Işləri  biz  görmüşük.  Siz  bizə  kömək  edin  ki,  sülh  yaransın. 

Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Ermənistan silahlı qüvvələri tərəfindən 

işğal olunmuş torpaqlar azad edilsin və bir milyon azərbaycanlı öz yerinə-yurduna 

qayıtsın. Baxmayaraq ki, onların yaşadıqları yerlərdə hər şey dağıdılıb, hər şey vi-

ran olubdur. Ancaq onlar, sadəcə, öz torpaqlarına qayıtmaq istəyirlər. Mənim sizdən 

istədiyim budur.



Ursula  Şvayser:  Çox  sağ  olun.  Hesab  edirəm  ki,  bu  gün  çox  səmərəli 

müzakirələrimiz  və  danışıqlarımız  oldu.  Bizim  üçün  olduqca  əhəmiyyətli  idi  ki, 

mövcud hazırkı vəziyyətin dəyərləndirilməsini bilavasitə Sizdən eşidək, mövcud 

reallıqları  Sizin  necə  qiymətləndirdiyinizi  bilək.  Bundan  sonra  biz  öz  aramızda 

əlavə müzakirələr aparacağıq. Sizin səylərinizin və arzularınızın həyata keçirilməsi 

üçün hansı işləri görə biləcəyimiz barədə əlavə müzakirələr aparacağıq.

Mən çox məmnunam ki, cənab Qartonun hazırlayacağı məruzə çox ətraflı ola-

caqdır.  Beləliklə,  bu,  təkcə Avropa  Parlamenti, Avropa  Birliyi  üçün  hazırlanmış 

məruzə olmayacaq, bu, mövcud vəziyyətin bütün dünyaya aydınlaşdırılmasında, 

açıqlanmasında rol oynayacaqdır. Sizə təşəkkür edirik.



Heydər Əliyev: Cənab Qarton, mən sizin əsas sualınıza cavab verdim - Avropa 

Birliyi nə edə bilər? Xahiş edirəm, buna çox ciddi yanaşasınız. Sağ olun.




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə