Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə40/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   36   37   38   39   40   41   42   43   ...   146

103

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

ətraf mühitin çirklənməsi məsələləri Azərbaycan üçün də çox böyük aktuallıq kəsb 

edir və biz də sizinlə birlikdə bu sahədə fəallıq göstərərdik. Ümumiyyətlə, müəyyən 

proqramlar hazırlayarıq, müəyyən texniki kömək edərik. Zənnimcə, bununla biz 

yaxşı nəticələrə gəlib çıxa bilərik.

Cənab  prezident,  o  vaxt  Siz  qeyd  etmişdiniz  ki,  ümumiyyətlə,  Azərbaycan 

regional  proqramları  imzalamaq  məsələsinə  yalnız  Ermənistan-Azərbaycan 

münaqişəsinin həllindən sonra baxa bilər, yəni belə bir addım ata bilər. Lakin biz 

Sizin böyüklüyünüzü bir daha gördük, hiss etdik. Çünki doğrudan da həyatda, bi-

zim indiki dövrümüzdə elə məsələlər vardır ki, onlar bəlkə daha təcili, daha vacib 

məsələlərdir. Ona görə də Siz bu siyasi məsələnin həll olunmamasına baxmayaraq, 

belə bir addım atıb bu proqramı, xartiyanı imzaladınız.

Heydər  Əliyev:  Hörmətli  xanım,  təşəkkür  edirəm.  Sizin  bu  fikirləriniz  çox 

əhəmiyyətlidir.  Indi  ətraf  mühitin  qorunması  bütün  bəşəriyyət  üçün  bir  nömrəli 

məsələdir.

O  cümlədən, Azərbaycanın  buna  çox  böyük  ehtiyacı  var.  Burada,  həm Azər-

baycanın ərazisində ətraf mühitin qorunması məsələsi durur, həm də başlanğıcını 

Türkiyədən götürən, Gürcüstan və Ermənistan torpaqlarından keçərək Azərbaycana 

gələn Kür, Araz çayları həmin ölkələrdə çox çirklənir. Biz isə o çayların suların-

dan insanların su təchizatında istifadə edirik. Həm də ki, kənd təsərrüfatı sahəsində 

bu sulara böyük ehtiyacımız vardır. Mən sülh yaranana qədər Ermənistanla bütün 

başqa sahələrdə əməkdaşlıq etməyin əleyhinəyəm. Amma bu sahədə əməkdaşlıq 

etməyə hazıram. Hələ keçmişdə, Sovetlər Ittifaqı zamanı Ermənistan öz ərazisindən 

keçən Araz çayını çox çirkləndirirdi. Onların ərazisində kiçik qızıl yataqları tapıl-

mışdı. Orada qızıl mədənindən çıxarılan filizin yuyulması üçün Arazın qırağında 

zavod yaratmışdılar. Çünki bu proses zamanı çoxlu su lazımdır və filiz yuyularkən 

yaranan su ən zəhərli sudur.

O vaxt biz bir dövlətin tərkibində olduğumuza görə, mən çox səylər göstərdim. 

SSRI  Nazirlər  Soveti  bu  işə  qarışdı  və  müəyyən  tədbirlər  gördük.  Indi  isə  mən 

bilmirəm ki, orada nə vardır. Amma əməkdaşlıq etsək, qarşılıqlı inspeksiya keçirə, 

çox məsələləri aradan qaldıra bilərik.

Yaxud  da  Xəzər  dənizinin  çirklənməsi  məsələsi…  Xəzər  dənizi  5  Xəzəryanı 

dövlətə mənsubdur. Bu dövlətlər arasında indiyə qədər həm ekologiya barəsində, 

həm  neft-qaz  hasilatı  barəsində  heç  bir  müqavilə  olmadığına  görə,  hərə  öz 

ərazisindən çirkab sularını dənizə axıdır. Eyni zamanda Xəzər dənizində dünyada 

çox nadir hesab olunan balıqlar məhv olmaq təhlükəsi altındadır.

Mən bilirəm ki, Qərbdə balıq kürüsünü çox sevirlər. Amma işlər belə getsə, bu-

nun qarşısını almasaq, 5-6 ildən sonra balıq kürüsü olmayacaqdır. Ona görə də bu, 

böyük bir problemdir. Indi bütün bəşəriyyət qarşısında duran bir nömrəli problem-

dir. Neçə xartiya istəyirsinizsə, mən imzalayım. Ancaq əməli iş görmək lazımdır. 




104

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Amma gərək bir təşəbbüskar mərkəz olsun. Biz Azərbaycanda bu mərkəzi mütləq 

yaradarıq. Amma Tbilisidə olan mərkəz, Azərbaycanda olan mərkəz, başqa yerlərdə 

olan mərkəzlər - gərək bunların işləri əlaqələndirilsin.

Əgər Avropa Birliyi bu məsələ ilə konkret, əməli surətdə məşğul olsa, bu, bəşər 

tarixində Avropa Birliyinin böyük xidməti olacaqdır.



Per  Qharton  (Avropa  Parlamentinin  üzvü,  İsveç):  Cənab  prezident,  mən  öz 

həmkarlarımla tam razıyam ki, bu region bizim üçün önəmli əhəmiyyət daşıyan 

bir regiondur. Sizin fikrinizlə razıyam ki, sizin regionunuz Avropada kifayət qədər 

tanınmayıbdır. Ona görə də mən Avropa Birliyi, Avropa Parlamenti üçün hazırlaya-

cağım məruzədə bu regionun nə qədər böyük əhəmiyyət daşıdığına xüsusi diqqət 

yetirəcəyəm.

Avropada bu regionla əlaqədar daha çox geniş yayılmış məlumat bu regionda 

uzun müddətdən bəri davam edən, təəssüf ki, hələ də tam sülhlə nəticələnməyən və 

çox mürəkkəb bir münaqişənin davam etməsi barədədir. Ondan da xəbərimiz var-

dır ki, son dövrlər Siz şəxsən çoxlu səylər göstərirsiniz, Ermənistan prezidenti ilə 

birlikdə bu münaqişənin dinc yolla, sülh yolu ilə aradan qaldırılması üçün çoxsaylı 

görüşlər keçirmisiniz və sonuncu görüşünüz Floridada olmuşdur. Bildiyimizə görə, 

Ermənistan  prezidenti  ilə  sülh  danışıqlarını  davam  etdirmək  üçün  Cenevrədə  də 

növbəti görüşünüz gözlənilir.

Cənab prezident, mən bu çoxsaylı sülh görüşləri barədə - həm Ermənistan pre-

zidenti ilə Sizin keçirdiyiniz birbaşa görüşlər, həm də ümumiyyətlə, sülh səyləri 

barədə çoxlu hesabatlar oxuyuram. Bu hesabatlardan belə duyulur və bir fikir for-

malaşır ki, münaqişənin sülh yolu ilə aradan qaldırılmasına çox nikbin yanaşırlar. 

Hətta belə fikirlər də səslənir ki, Ermənistan prezidenti ilə Siz sülhün əldə edilməsi 

üçün olduqca yaxınlaşmısınız. Bununla birlikdə, belə bir fikir də mövcuddur ki, 

Ermənistan  prezidenti  ilə  sülhə  nə  qədər  yaxınlaşsanız  da,  hər  iki  ölkədə  onun 

həyata keçirilməsinə maneçilik törədə biləcək, ona etiraz edən ciddi və güclü qrup-

lar  vardır.  Onlar  bu  sülh  prosesinin,  əldə  oluna  biləcək  hər  hansı  sazişin  həyata 

keçirilməsinə etiraz edə bilərlər. Beləliklə də Sizi və Ermənistan prezidentini çıxıl-

maz, çətin bir vəziyyətə sala bilərlər. Şübhəsiz ki, mən sülh danışıqlarının müfəssəl 

təfərrüatı barədə danışmağınızı istəmirəm. Bilirəm ki, bu, məxfi görüşlərdir, məxfi 

danışıqlardır. Amma hesab edirəm ki, əgər bizə Ermənistan prezidenti ilə apardı-

ğınız  danışıqların,  ümumiyyətlə,  sülh  prosesinin  indiki  durumu  barədə  məlumat 

versəydiniz, bu, vəziyyəti daha dolğun dərk etməkdə bizə çox yardımçı olardı.

Heydər  Əliyev:  Bilirsinizmi,  mən  bu  gün  görüşümüzün  əvvəlində  bildirdim 

ki,  bu  münaqişəni  Ermənistan  başlayıbdır,  Azərbaycan  başlamayıbdır.  Nəticədə 

Ermənistan  həm  Dağlıq  Qarabağı,  həm  də  onun  ətrafında  olan  digər  əraziləri  - 

Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir. Orada yaşayan insanları həmin 

torpaqlardan  zorla  çıxardıbdır.  Müharibə  zamanı,  döyüşlər  gedərkən  çoxlu  qan 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə