Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə48/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   44   45   46   47   48   49   50   51   ...   146

123

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

arasında əməkdaşlığın daha da gücləndirilməsi, qarşıda duran problemlərin həlli 

baxımından böyük əhəmiyyət daşıyır. Bu siyasətin həyata keçirilməsi istiqamətində 

Avropa Birliyi qarşısında mühüm vəzifələr durduğunu bildirən cənab Prodi yeni 

qonşuluq siyasətinə yanaşmada təmsil etdiyi təşkilatın ədalətli mövqe tutduğunu 

vurğuladı.

Qonaq  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  tezliklə  sülh 

yolu ilə həll edilməsinin yeni qonşuluq siyasətinin uğurla həyata keçirilməsi üçün 

vacib olduğunu söylədi.

Cənab  Romano  Prodi  dedi  ki,  500  milyon əhalinin yaşadığı geniş  bir  ərazini 

əhatə edən Avropa Birliyi bölgədə mühüm rol oynayan Azərbaycan ilə əməkdaşlığın 

genişləndirilməsinə böyük əhəmiyyət verir. O, əmin olduğunu söylədi ki, bu əlaqələr 

bundan sonra da durmadan inkişaf edəcəkdir.

Qəbulda  Prezidentin  Icra Aparatının  xarici  əlaqələr  şöbəsinin  müdiri  Novruz 

Məmmədov  və  Azərbaycanın  Avropa  Birliyi  yanında  nümayəndəliyinin  başçısı 

Arif Məmmədov iştirak edirdilər.

 



124

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 Avropa Komissiyasının nəqliyyat və energetika üzrə

 Baş direktoru Fransua Lamurunun rəhbərlik etdiyi 

nümayəndə heyətini qəbul etmişdir 

13 noyabr 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev noyabrın 13-də Prezident 

sarayında Avropa Komissiyasının nəqliyyat və energetika üzrə baş direktoru Fran-

sua Lamurunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı Avropa Komissiyası-

nın nümayəndə heyəti ilə görüşdən məmnunluq duyduğunu bildirdi.

Prezident Ilham Əliyev Avropa Komissiyasının təşəbbüsü ilə Azərbaycanda 11 

dövlətin energetika nazirinin və 14 dövlətin nəqliyyat nazirinin iştirakı ilə iki konf-

ransın keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını vurğuladı. Dövlətimizin baş-

çısı qeyd etdi ki, bu tədbirlərdə müzakirə olunan məsələlər həm Azərbaycan, həm 

də region üçün xüsusi əhəmiyyət daşıyır.

Energetika və nəqliyyat sahələrinin Azərbaycanın gələcək iqtisadi inkişafı üçün 

əsas istiqamətlərdən biri olduğunu nəzərə çarpdıran Prezident Ilham Əliyev dedi 

ki, bu sahələrdə ölkəmiz son illər böyük uğurlar əldə etmişdir. Dövlətimizin başçısı 

bildirdi ki, Azərbaycanda həyata keçirilən, böyük həcmdə xarici sərmayələrin cəlb 

edildiyi qlobal enerji layihələrinin, o cümlədən ixrac boru kəmərləri layihələrinin 

gerçəkləşməsi  regional  əməkdaşlıq  baxımından  yaxşı  nümunə  olmaqla  bərabər, 

eyni  zamanda,  müxtəlif  ölkələrin  səyləri  birləşdirilərkən  regional  əməkdaşlığın 

uğurlu nəticələr verdiyini göstərir.

Azərbaycanın bu sahədə əldə olunmuş uğurlarla fəxr etdiyini vurğulayan Prezi-

dent Ilham Əliyev dedi ki, ölkəmizdə bu cür mühüm tədbirlərin həyata keçirilməsi 

həm gündəlikdə duran vacib iqtisadi məsələlərin geniş müzakirə edilməsi üçün im-

kan yaradır, həm də Azərbaycanda enerji və nəqliyyat infrastrukturunun daha da 

möhkəmləndirilməsi işinə xidmət edir.

Son  illər Azərbaycanda  nəqliyyat  sahəsində,  o  cümlədən  aviasiya,  gəmiçilik, 

dəmir  yolu  və  digər  sahələrdə  böyük  inkişafa  nail  olunduğunu  nəzərə  çarpdıran 

dövlətimizin başçısı bildirdi ki, ölkəmiz üçün müasir tipli sərnişin təyyarələrinin, 

neft tankerlərinin alınması, Ipək Yolu üzərindəki avtomobil magistralının yenidən 

qurulması və sair işlər Azərbaycanda dünya standartlarına uyğun nəqliyyat infrast-

rukturunun olması üçün yaxşı əsaslar yaradır.

Azərbaycan ərazisindən tranzit daşımalar üçün mühüm dəhliz kimi fəal surətdə 

istifadə  olunduğunu  vurğulayan  Prezident  Ilham  Əliyev  bu  baxımdan  ölkəmizin 

Şərq-Qərb nəqliyyat dəhlizində əhəmiyyətinin gündən-günə artdığını nəzərə çarp-




125

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

dırdı. Avropa  Birliyi  ilə  əlaqələrimizin  sürətlə  inkişaf  etməsindən  məmnunluqla 

söhbət açan dövlətimizin başçısı ölkəmizin bu təşkilatın yeni qonşuluq siyasətinin 

fəal iştirakçılarından birinə çevrildiyini bildirdi. Prezident Ilham Əliyev əmin oldu-

ğunu bildirdi ki, ölkəmizin bu siyasətdə fəal iştirakı Azərbaycanın Avropa Birliyi 

ilə əməkdaşlığı çərçivəsində yaxın zamanda yeni konkret layihələrin və proqramla-

rın gerçəkləşməsi işinə xidmət edəcəkdir.

Dövlətimizin  başçısı  bildirdi  ki,  Avropa  Birliyinin  Azərbaycana,  xüsusilə  də 

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  və  torpaqlarımızın 

işğaldan azad edilməsi məsələsinə diqqətinin artması çox müsbət haldır. Təşkilatın 

Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin edilməsi bunu bir daha sübut edir.

Prezident  Ilham  Əliyev  dedi  ki, Avropa  strukturlarına,  ümumiyyətlə, Avropa 

ailəsinə inteqrasiya Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən 

biridir.  Bizim  ümumi  inkişaf  strategiyamız  daim  bu  prinsiplərə  əsaslanır.  Çox 

məmnunam ki, ölkəmiz Avropa Komissiyasının təşəbbüsü ilə mühüm tədbirlərin 

keçirildiyi  yer  kimi  seçilmişdir.  Əminəm  ki,  bu  tədbir  uğurla  başa  çatacaq, 

Azərbaycanın  Avropa  Komissiyası  ilə  əməkdaşlığı  bundan  sonra  da  inkişaf 

edəcəkdir.

Səmimi  qəbula  və  xoş  sözlərə  görə  dövlətimizin  başçısına  minnətdarlığını 

bildirən Fransua Lamuru əvvəllər müxtəlif vəzifələrdə çalışarkən Prezident Heydər 

Əliyevlə keçirdiyi çox səmərəli görüşləri böyük məmnunluqla xatırladığını söylədi.

Prezident  Ilham  Əliyevin  Belçikaya  səfəri  zamanı  Brüsseldə  olmadığı  üçün 

dövlətimizin başçısı ilə görüşə bilməməsindən təəssüfləndiyini bildirən qonaq dedi 

ki, Avropa Komissiyasının təşəbbüsü ilə Bakıda keçirilən tədbirlər öz mahiyyəti ba-

xımından çox əhəmiyyətli hadisələrdir və bu cür tədbirlərin keçirilməsi Avropa Bir-

liyinin Qafqazda və daha geniş məkanda regional əməkdaşlığı möhkəmləndirməsi 

işinə xidmət edir.

Azərbaycan  ilə  nəqliyyat  və  energetika  sahəsində  TRASEKA  və  INOQEYT 

kimi mühüm proqramların həyata keçirildiyini nəzərə çarpdıran cənab Fransua La-

muru dedi ki, Avropa Birliyi regionun enerji daşıyıcılarının təhlükəsiz ixracında 

birbaşa maraqlıdır.

Enerji daşıyıcılarının Avropaya ixracının çoxşaxəliliyinin təmin edilməsi baxı-

mından Avropa Birliyinin Azərbaycan ilə əməkdaşlığa xüsusi maraq göstərdiyini 

vurğulayan  qonaq  bildirdi  ki, Avropa  Birliyinin  məqsədi  regionla  uzunmüddətli 

əməkdaşlığın həyata keçirilməsindən ibarətdir. Bu işdə isə əsas təminatın region-

da sabitliyin təmin edilməsindən ibarət olduğunu nəzərə çarpdıran cənab Fransua 

Lamuru Ermənistan-Azərbaycan münaqişəsinin yaxın zamanlarda həll olunacağına 

böyük ümidlər bəslədiklərini söylədi.

Görüşdə Baş nazirin müavini Abid Şərifov iştirak edirdi.




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə