Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə45/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   41   42   43   44   45   46   47   48   ...   146

115

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

Qarabağ məsələsinə təsiri necə ola bilər?

Xavyer Solana: Əlbəttə, biz Dağlıq Qarabağ mövzusunu müzakirə etdik. Bu, 

bizi uzun müddətdir narahat edən mövzudur. Doğrudur ki, bu məsələdə tərəqqinin 

əldə olunması nəzərə çarpmır. Biz istərdik ki, danışıqların irəliyə getməsini görək. 

Ümid edirik ki, son vaxtlar keçirilən görüşlər, təkcə prezidentlərin görüşləri yox, 

xarici işlər nazirlərinin də ünsiyyətləri prosesə töhfə verəcək, bu prosesi yerindən 

tərpətməyə başlayacaqdır. Prezidentə bunu söz vermişəm, əlimizdən nə gəlirsə, ça-

lışacağıq edək.

Doğrudur ki, ölkələrə təklif etdiyimiz yeni qonşuluq layihəsi Avropa Birliyinin 

prosesə qatıla bilməsinə yardım edəcəkdir. Amma o da doğrudur ki, proseslə ATƏT-

in Minsk qrupu məşğul olur. Biz kömək edə, biz əməkdaşlıq edə bilərik. Amma bu 

işlə birbaşa Minsk qrupu məşğuldur.

Sual: Cənab Prezident və cənab Solana, Avropa Birliyi ilə Azərbaycan arasında-

kı siyasi və iqtisadi münasibətləri qənaətbəxş hesab edirsinizmi?

Ikinci sualım. Cənab Solana, üç Qafqaz ölkəsindən hansı Sizə daha yaxındır?

Xavyer Solana: Siz istəyirsiniz ki, mən üçündən birini seçim. Bilirsiniz ki, mən 

çox qəliz siyasətçiyəm, bunu etməyəcəyəm.

Icazə  verin,  deyim  ki,  Azərbaycanla  münasibətlərimiz  çox  yaxşıdır.  Yaxın 

gələcəkdə Azərbaycanın iqtisadi perspektivi çox-çox ümidvericidir, çox parlaqdır, 

olduqca gözəldir. Ona görə də əlaqələr artacaqdır. Buna şübhə ola bilməz. Ölkənin 

irəliləyişi, enerji ehtiyatlarının nəzərə alınması ilə nəqliyyat sistemlərinin inkişa-

fı,  infrastrukturun  şaxələnməsi, Türkiyə, Yunanıstan  vasitəsilə Avropa  ölkələrinə 

daşımaların həcminin artması ümidvericidir. Ona görə də münasibətlərdə inkişaf 

olacaqdır. Bu gün yaxşıdır. Amma daha vacibi sabah bundan da yaxşı olmasıdır.

Əvvəl dediyim kimi, ikinci sualınıza cavab verməyəcəyəm.



İlham Əliyev: Mən istərdim əlavə edim ki, Avropa Birliyi ilə münasibətlərimiz, 

iqtisadi münasibətlərimiz uğurla inkişaf edir. Təkcə 2003-cü ildə ticarət əlaqələrimiz 

40 faiz artmışdır. Bu, yaxşı dinamikanın göstəricisidir. Azərbaycan iqtisadiyyatı ar-

tan ölkədir. Iqtisadi potensialımız artır. Əlbəttə, bunun nəzərə alınması ilə gələcəkdə 

daha geniş, daha fəal iqtisadi əməkdaşlıqdan danışmaq olar.

Mən  həm  də  istərdim  ki,  birinci  sualla  -  Dağlıq  Qarabağla  bağlı  şərhimi  ve-

rim. Biz hesab edirik ki, Avropa Birliyi bu yöndə çox vacib rol oynayır. Əlbəttə 

ki, məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun mandatı var. Biz bu mandatı əvəz 

etmək fikrində deyilik. Amma eyni zamanda, Azərbaycan qəti inanır ki, daha ge-

niş beynəlxalq diqqət, Avropa strukturlarının diqqəti və Avropa ictimaiyyətinin rəyi 

münaqişənin sülh yolu ilə və tezliklə həll olunması istiqamətində kömək etmiş olar.

Fürsətdən istifadə edərək, bu problemlə bağlı fəal iştirakına görə Avropa Birliyi-

nin rəhbərliyinə bir daha minnətdarlığımı bildirirəm. Çox sağ olun.



116

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

Avropa Komissiyasının sədri Romano Prodi ilə görüşü 

18 may 2004-cü il

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti Ilham Əliyev 

mayın 18-də Brüsseldə Avropa Komissiyasının sədri Romano Prodi ilə görüşmüş-

dür.

Cənab Romano Prodi Azərbaycan Prezidenti Ilham Əliyevi binanın önündə bö-



yük səmimiyyətlə qarşıladı, onunla ilk dəfə görüşmək imkanından məmnun oldu-

ğunu vurğuladı. Onlar Azərbaycan Respublikasının və Avropa Komissiyasının bay-

raqları önündə xatirə şəkli çəkdirdilər.

Söhbət zamanı, əsasən, “Avropa qonşuluq siyasəti” proqramı və Azərbaycanın 

ona cəlb edilməsi ətrafında fikir mübadiləsi oldu. Romano Prodi dedi ki, bu gündən 

etibarən Avropa Komissiyası ilə Azərbaycan arasında geniş əməkdaşlıq başlayır və 

biz bu ölkənin Dünya Ticarət Təşkilatına üzv qəbul olunmasını, Azərbaycanda apa-

rılan iqtisadi islahatları dəstəkləyirik. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinə toxunaraq, bu problemin hələ də həll olunmamasından Avropa Ko-

missiyasının narahatlığını söylədi və bildirdi ki, biz münaqişənin ədalətlə aradan 

qaldırılması üçün Minsk qrupunun fəaliyyətinin nəticələr verməsini istəyirik.

Azərbaycan  Prezidenti  Ilham  Əliyev  Avropaya  inteqrasiyanın  ölkəmizin  xa-

rici  siyasətinin  əsas  istiqamətlərindən  olduğunu  xatırlatdı  və  bu  sahədə  görülən 

məqsədyönlü  tədbirlərdən  danışdı.  Dövlətimizin  başçısı  bildirdi  ki, Avropa  Bir-

liyi  Cənubi  Qafqazda  öz  nümayəndəsini  təyin  etmişdir.  Həmin  nümayəndə 

Azərbaycanın  “Avropa  qonşuluq  siyasəti”  proqramına  qoşulmasını  tövsiyə  edib 

və biz bunu yüksək qiymətləndiririk. Prezident Ilham Əliyev Azərbaycanda aparı-

lan sosial-iqtisadi islahatlar və onların uğurlu nəticələri barədə də məlumat verdi. 

Azərbaycan rəhbəri Dağlıq Qarabağ problemindən söhbət açaraq dedi ki, biz öz 

ərazi bütövlüyümüzü bərpa etmək əzmindəyik. Məsələnin ədalətli həllində Minsk 

qrupu daha fəal olmalıdır, Azərbaycan bu istiqamətdə Avropa Birliyinin, Avropa 

Şurasının və digər təşkilatların kömək göstərməsini arzulayır. Avropanın bir hissəsi 

olan,  “Avropada  qonşuluq  siyasəti”nə  qoşulan  Azərbaycana  qarşı  Ermənistanın 

təcavüzünə dözmək olmaz.

Sonra görüş iştirakçıları mətbuat nümayəndələri üçün brifinq keçirdilər. Cənab 

Romano Prodi və Prezident Ilham Əliyev əvvəlcə jurnalistlər qarşısında çıxış etdilər.




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə